İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   7   8   9   10   11   12   13   14   ...   168

 
22
sağ qalanlar doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 298 nəfər, 1926-cı ildə 319 nəfər, 
1931-ci ildə 496 nəfər (415, s.77, 147), 1959 - cu ildə 828 nəfər, 1970-ci ildə 1222 nəfər (427, s.200) 
azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən tamamilə 
etnik torpaqlarından qovulmuşlar. İndi burada ermənilər yaşayır. 
Toponim qədim türk dilində «hörmətli, uca, yüksək» mənasında işlənən  ağ  sözü ilə uti//udi 
türk dilli tayfanın adı  əsasında (168, s.119) formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Aqitu 
qoyulmuşdur. 
Ağxaç - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə, Horadiz (Qaradüz) kəndinin yaxınlığında 
yerləşirdi. Burada 1831-ci ildə 37 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.158). XIX əsrin 50-60-
cı illərində  kəndə ermənilər köçürüldükdən sonra qarışıq kəndə çevrilmişdir. Kənddə ermənilərlə 
yanaşı 1873 - cü ildə 140 nəfər, 1886-cı ildə 195 nəfər, 1897-ci ildə 242 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.88-89, 158). 1904, 1914, 1916-cı illərdə siyahıyaalmada azərbaycanlı və erməni əhalisi qarışıq 
şəkildə göstərilmişdir. 1918-19 - cu illərdə azərbaycanlılar erməni təcavüzünə  məruz qalaraq 
deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlıların 
müəyyən qismi doğma torpaqlarına dönə bilmişdir. Burada 1926-cı ildə 12 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.89). 1928-29 - cu illərdə azərbaycanlılar kənddən sıxışdırılıb çıxarılmışdır. 1930 - 
cu ildən burada yalnız ermənilər yaşayır. 
Toponim, fikrimizcə, türk dilinə «kiçik, balaca» mənasında işlənən ağ sözü ilə (359, I(1), s.96) 
Azərbaycan dilində «qoyun, mal yatağı» mənasında işlənən arxac sözünün (9, s.129) təhrifi əsasında 
yaranan xaç sözündən  əmələ  gəlmişdir. Kəndin qədim adı  Ağarxac olmuş, zaman keçdikcə  Ağxaç 
formasını almışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Ağhəmzəli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. 
1937-ci ilə kimi Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzində 6 km məsafədə, 
Qırxbulaq çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.3) qeyd edilmişdir. 
Ermənilər bu kəndə 1828-ci ildən sonra İrandan köçürülmüşdür (386, s.547-549). 
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 232 nəfər, 1873 - cü ildə 301 nəfər, 1886-cı ildə 273 
nəfər, 1897-ci ildə 376 nəfər, 1904 - cü ildə 843 nəfər, 1914 - cü ildə 927 nəfər, 1916-cı ildə 516 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına 
məruz qalaraq deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra 
azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 93 nəfər, 1926-cı ildə 98 nəfər, 1931-ci 
ildə 207 nəfər azərbaycanlı yaşamışdır (415, s.47, 127). 1948-49 - cu illərdə azərbaycanlılar 
Azərbaycana köçürülmüşdür.  İndi ermənilər yaşayır. Toponim Azərbaycan dilində «zadəgan», 
«seyid», «ruhani» mənasında işlənən ağa sözü ilə qızılbaşların həmzəli etnonimi (91, s.193) əsasında 
əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 25.V.1967-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Marmaraşen 
qoyulmuşdur. 
Ağcaarx - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə 
(s.91), Qafqazın 5 verstlik xəritəsində (348, s.4) qeyd edılmışdır.  
Kənddə 1831-ci ildə 129 nəfər, 1873 - cü ildə 508 nəfər, 1886-cı ildə 669 nəfər, 1897-ci ildə 
822 nəfər, 1904 - cü ildə 720 nəfər, 1914 - cü ildə 763 nəfər, 1916-cı ildə 709 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.62-63, 138-139). 1918-ci ildə erməni təcavüzünə  məruz qalaraq sakinləri 
deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.  İndiki Ermənistanda 
sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda 
bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 137 nəfər, 1926-cı ildə 159 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.63, 139). Kənddə yaşayan azərbaycanlılar sıxışdırılaraq 1930 - cu ildə deportasiya 
olunmuşdur. 
Toponim Azərbaycan dilində «ağımtıl» mənasında işlənən  ağca sözü ilə Azərbaycan dilində 
«su axıtmaq üçün qazılan yol»mənasında işlənən  arx sözündən  əmələ  gəlmişdir. Fikrimizcə, kəndin 
ərazisindəki axan arxın şəffaflığına görə kənd Ağcaarx adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 


 
23
Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişedirilib Arevik qoyulmuşdur. 
Ağcaqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda 
kənd. Alagöz dağının cənub-qərbində yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl 
dəftəri»ndə (143, s.163), Qafqazın 5 verstlik xəritəsində (348, s.4) qeyd edilmişdir. 
Kənddə 1828-ci ilə  qədər yalnız azərbaycanlılar yaşamışdır. Buraya ermənilər 1828-30 - cu 
illərdə Türkiyədən köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 79 nəfər, 1873 - cü ildə 38 
nəfər, 1886-cı ildə 6 nəfər, 1897-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır (415, s.80-81, 150-151). 
1918-ci ildə  kənddə yaşayan azərbaycanlılar erməni təcavüzünə  məruz qalaraq tarixi-etnik 
torpaqlarından deportasiya olunmuşdur. 
Toponim Azərbaycan dilində sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən -ca 
şəkilçisinin qəbul etmiş qədim türk dilində «kiçik, alçaq, çox da hündür olmayan» mənasında işlənən 
 sözü ilə (94, s.68) qala sözünün birləşməsindən əmələ gəlib «kiçik, alçaq qala yanında olan kənd» 
mənasında ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Tsaxqalanc 
qoyulmuşdur. 
Ağcaqışlaq - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 
Rayon mərkəzindən 10 km şimalda, Zəngi çayının sahilində yerləşir. «İrəvan  əyalətinin icmal 
dəftəri»ndə (143, s.49), Qafqazın 5 verstlik xəritəsində (348, s.4) qeyd edilmişdir. 
XVIII  əsr mənbəyində («İrəvan  əyalətinin icmal dəftəri») göstərilir ki, kənddə türk mənşəli 
qəmərli tayfası yaşayır (143, s.49). 
Kənddə 1831-ci ildə 70 nəfər, 1873 - cü ildə 184 nəfər, 1886-cı ildə 138 nəfər, 1897-ci ildə 200 
nəfər, 1904 - cü ildə 186 nəfər, 1914 - cü ildə 220 nəfər, 1916-cı ildə 197 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz 
qalaraq deportasiya olunmuş  və  kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.  İndiki 
Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə dönə 
bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 54 nəfər, 1926-cı ildə 96 nəfər, 1931-ci ildə 102 
nəfər azərbaycanlı yaşamışdır (415, s. 46-47, 126-127). SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə 
1948-1949 - cu illərdə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər yaşayır. 
Toponim «ağımtıl, bozumtul düzən, çöl» mənasında işlənən ağca sözü ilə (93, s.23) qışlaq 
sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm.SSR AS RH-nin 21.VI.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen (Çaykənd), 
25.V.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Getazat qoyulmuşdur. 
Ağcaquş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında xaraba kənd. Göyçə (Sevan) gölünün 
şərqində yerləşirdi. 
Ağcaqala - Yelizavetpol (Gəncə) quberniyası Qazax qəzasının Çəmbərək nahiyəsində qala. 
Çəmbərək (Krasnoselo) rayonundakı Martuni kəndindən 4 km şimal-qərbdə yerləşirdi. Qalanın 
divarları indi də durur.  
Toponimin I tərəfi sifətin çoxaltma dərəcəsində  işlənən ağca sözü ilə «uzun müddət içində 
qapanıb düşmənə müqavimət göstərmək üçün möhkəm müdafiə tikililəri və vasitələri olan istehkam» 
mənasında işlənən  qala  sözünün (9, s.402) birləşməsindən  əmələ  gəlmişdir və «ağ  rəngli qala, 
istehkam, məntəqə» mənasını bildirir. 
Ağcakənd - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Göydağ dağının şərq tərəfində, Ardıclı selavının yanında yerləşirdi. 
Kənddə 1873 - cü ildə 106 nəfər, 1886-cı ildə 139 nəfər, 1897-ci ildə 192 nəfər, 1904 - cü ildə 
214 nəfər, 1914 - cü ildə 234 nəfər, 1916-cı ildə 258 nəfər yalnız azərbaycanlılar yaşamışdır (415, 
s.88-89, 158-159). 1918-ci ildə erməni təcavüzünə  məruz qalan kənd sakinləri - azərbaycanlılar 
deportasiya olunmuşdur. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim türk dilində «ağımtıl, quru, şumlanmamış bozumtul torpaq» mənasında işlənən (93, 
s.22)  ağca  sözünə  kənd  coğrafi nomeninin qoşulması ilə düzəlmişdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Ada - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) 
rayonunda qala. Rayondakı Ardanış kəndinin yaxınlığında, Göyçə gölünün şimalında yerləşir. XVIII 
əsr erməni yepiskopu Simeon İrəvanlı «Cambr» əsərində qalanın Qeğarkuni vilayətində yerləşdiyini 
göstərmişdir (427, s.28). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə