İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   2   3   4   5   6   7   8   9   ...   168

 
10
Naxçıvan xanlığının Dərələyəz mahalının, XIX əsrin 30 - cu illərindən XX əsrin 30 - cu illərinə qədər 
İrəvan quberniyasının Yeni Bayazid, Eçmiədzin,  İrəvan,  Şərur-Dərələyəz, Aleksandropol (Gümrü - 
İ.B.) qəzalarının, Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur, Qazax qəzalarının, Tiflis 
quberniyasının Loru-Pəmbək qəzasının inzibati ərazi bölgüsünə daxil olmuşdur. 1920-ci il noyabrın 
29-da indiki Ermənistan  ərazisində sovet hakimiyyəti qurulduqdan sonra Ermənistan Sovet Şuralar 
Cəmiyyəti Mərkəzi  İcraiyyə Komitəsi Rəyasət Heyəti 1929 - cu il iyulun 12-də «Ermənistan Sovet 
Şuralar Cəmiyyəti territoriyasını  (ərazisini - İ.B.) rayonlaşdırmaq haqqında» qərar qəbul etmişdir. 
Qərara  əsasən rayon inzibati ərazi vahidi yaradılmışdır.  Əsərdə toponimin XIX əsrdə hansı inzibati 
ərazi vahidinə, sovet hakimiyyəti dövründə isə hansı inzibati ərazi bölgüsünə daxil olduğu göstərilir. 
Məsələn, Toxluca-İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) 
rayonunda kənd. 
İndiki Ermənistan  ərazisindəki türk mənşəli toponimləri ilk variantlar əsasında, tarixilik 
baxımından araşdırılması, dilçilik aspektində təhlil edilməsi tədqiqatın əsas elmi yeniliyidir. Bunların 
hamısı  Qərbi Azərbaycanda tarixən yaşamış Azərbaycan türklərinin «etnogenezinə, tarixinə, sosial-
məişətinə  və  məskunlaşdığı coğrafi  əraziyə dair mühüm və orijinal mülahizələr» (205, s. 11) 
söyləməyə imkan verir. 
Qərbi Azərbaycanın paralel toponimləri geniş miqyasda tədqiqata cəlb edilir. Ərazinin paralel 
toponimlərini araşdırmaqda  əsas məqsəd onların həm yayılma, həm də komponentləri arasında 
paralellik müşahidə edilən toponimik vahidlərin ümumi areal xüsusiyyətlərini ortaya çıxarmaqdan 
ibarətdir (177 a, s.l). 
Qərbi Azərbaycan toponimlərinin öyrənilməsinin xüsusi nəzəri və praktiki əhəmiyyəti vardır. 
Bu toponimlər yerli xalqın - Azərbaycan türklərinin tarixini, türk tayfalarının adını  (quqark, gorus, 
sak, aynın, qıpçaq, qaraqoyunlu, şirak, peçenek, axta, kəvər və  s.)  əks etdirir və  tədqiqat 
nəticəsində aydın olur ki, ərazinin toponimləri həm də qədim türk sözləri (balıq, yazı, art, bək, kəpəz 
və s.), Azərbaycan dili ilə bağlı coğrafi terminlər (dağ, dərə, düz, təpə, tap, taxt, yal, nüvək, ova, 
gədik  və s.) əsasında formalaşmışdır. Bütün bunlar Qərbi Azərbaycan toponimlərinin tarixi 
coğrafiyasının öyrənilməsində xüsusi rol oynayır. Bu əsər Azərbaycan toponimlərinin hərtərəfli 
öyrənilməsi üçün geniş imkanlar yaradır. Eyni zamanda, toponimiya lüğətlərinin, izahlı onomastik 
lüğətin yazılmasında istifadə edilə bilər. 
Azərbaycan toponimlərinin paralellərinin, türk dillərinin areal toponimiyasının öyrənilməsində 
də əsərin xüsusi əhəmiyyəti vardır. Əsər yazılarkən türk mənşəli toponimlərin düzgün izahını vermək 
üçün müxtəlif üsullardan istifadə edilmişdir: 
1. Müxtəlif dilli - Azərbaycan, erməni və rus dilli mənbələrdən istifadə edərkən Azərbaycan və 
erməni mənbələrinə üstünlük vermək; 
2. Hər hansı bir mənbədən istifadə edərkən ilk növbədə  həmin  əsərin yaranma dövrünü, 
müəllifin mövqeyini və əsərin xarakterini əsaslı faktlarla müəyyənləşdirmək
3. İstifadə olunan mənbələrin tarixi dövrünü və gerçəkliyini nəzərə almaq; 
4.  Ərazinin türk mənşəli toponimlərinin izahında diaxron və sinxron tədqiqat üsullarından 
istifadə etmək; 
5. Müəyyən tarixi dövrlər ərzində fonetik və morfoloji dəyişikliyə uğrayan toponimlərin tarixi-
linqvistik təhliləsasında ilkin variantını bərpa etmək. 
Nəticə olaraq qeyd etmək istərdik ki, Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin 
öyrənməsi oxucuda Azərbaycan toponimlər sistemi, onların  əsas qanunauyğunluqlan, prinsipləri
formalaşma yolları, yaranma səbəbləri, struktur tipləri, semantik növləri, oykonim, oronim və 
hidronimlər arasındakı əlaqə, xalqımızın etnoqrafıyası, milli təfəkkürü, tarixi coğrafiyası və s. bu kimi 
problemlərlə bağlı tam elmi təsəvvür formalaşdırır. Eyni zamanda, türk tayfalarının arealı  və 
məskunlaşması, Azərbaycan dilinin qədim leksik-semantik və qrammatik xüsusiyyətləri haqqında 
müəyyən elmi və obyektiv nəticələrə gəlməyə kömək edir. Ən əsası isə indiki Ermənistan ərazisindəki 
toponimlərin tədqiqi aydın  şəkildə sübut edir ki, indi Ermənistan adlanan Qərbi Azərbaycan, 
Azərbaycanın tarixi torpaqları olmaqla yanaşı, Azərbaycan türklərinin tarixi etnik torpaqları, Ata 
yurdudur. 


 
11
A 
  
Abana - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu ərazisində kənd olmuşdur. Ağavnadzor kəndindən 14 km şərqdə yerləşirdi. 1728-ci ildə tərtib 
edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s. 58) qeyd edilmişdir. Burada 1831-ci ildə 25 nəfər 
azərbaycanlı yaşamışdır (415, s. 160). 1840-50-ci illərdə  kənd ləğv edilmişdir.  İndi ölü kənddir. 
Toponim e.ə. qarqarlarla birlikdə Qafqaza-Albaniyaya gələn abant (t samiti sonradan ixtisar 
edilmişdir) etnonimi (287, s.78) əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Abaran - İrəvan xanlığında mahal. İndi Ermənistanda inzibati rayon. Rayonun ərazisi I-V 
əsrlərdə Ayrarat quberniyasının Niq qəzasının tərkibində olmuşdur (427 s.307-308). Sonra ərəblər 
tərəfindən işğal edilmişdir. XI-XIII əsrlərdə  səlcuqların, XIV-XV əsrlərdə monqolların tabeliyinə 
keçmişdir. XVI əsrdə rayonunun ərazisi  İrəvan qəzasının Abaran nahiyyəsinin tərkibində olmuşdur 
(143 s. 173-174). XVI əsrdən XIX əsrin 30 - cu illərinə kimi İrəvan xanlığının mahallarından biri 
(Abaran mahalı) olmuşdur. 1728-ci il tarixli «İrəvan  əyalətinin icmal dəftəri»ndə Abaran adlı 
nahiyyənin (143, s. 54, 109) və Abaran nahiyəsində Abaran kəndinin (143, s. 109) olduğu qeyd edilir. 
XIX  əsrin 40-cı illərindən 1920-ci ilə kimi İrəvan quberniyasının Eçmiədzin qəzasının 
tərkibinə daxil olmuşdur.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra, 1920-1930 - cu 
illərdə Ermənistan SSR Eçmiədzin qəzasının inzibati ərazi bölgüsünə Baş Abaran adı ilə daxil 
edilmişdir. 9 sentyabr 1930 - cu ildə Abaran adında rayon yaradılmışdır. Erməni mənbələrində Abaran 
toponiminin erməni dilində «imarət, saray» mənasında işlənən aparank sözündən  əmələ  gəldiyi 
göstərilir (427, s.308). Bu, həqiqətdən, elmi izahdan uzaqdır. Toponim apar türk etnoniminə (299, s. 
47; 287, s. 103,197) cəmlik bildirən - an şəkilçisinin qoşulması ilə  əmələ  gəlib «aparların (avarlar) 
yaşadığı yer» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erməni 
mənbələrində Aparan formasında qeyd edilir. 
Abaran çayı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda çay. 
Uzunluğu 98 km-dir. Hidronim apar (avar) türk tayfasının adını (299, s.47) əks etdirir. 
Etnohidronimdir. 
Abasadzor - Quqark ölkəsinin Çorapor mahalında, indiki Karvansaray (İcevan)  ərazəsində 
kənd.  İlk dəfə K.Qandzaketsinin (XIII əsr)  əsərində adı  çəkilir (427, s. 3). Toponim Abas şəxs adı 
əsasında  əmələ  gəlmişdir. Toponimin ikinci komponenti «dzor», türk dilində «dərə», «yarğan» 
mənasında işlənən «car» sözünün (339, s. 178-179) erməni dilində  işlənən formasıdır. 
Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Abdalağalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) 
rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Erməni mənbələrində Avdalağalu 
formasında qeyd edilir (415, s.66). Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.l). 
Ermənilərlə yanaşı 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır (415, s.67). XX əsrin  əvvəllərində 
ermənilərin təzyiqi nəticəsində azərbaycanlılar kəndi tərk etmişlər. 
Toponim türkmənşəli abdal etnonimi (355, s. 165) əsasında əmələ gələn abdalağalı tayfasının 
adından yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vağaşen qoyulmuşdur. 
Abdulabad - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) 
rayonu  ərazisində  kənd. Araz çayının sol sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində 
Abdulavad formasında (348, s. 1) qeyd edilmişdir. Kənd XX əsrin əvvəllərində ləğv edilmişdir (415, s. 
62-63). 
Toponim Abdul şəxs adı ilə «yaşayış  məntəqəsi» mənasında işlənən abad sözünün 
birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Abdulkənd - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. XX əsrin  əvvəllərində  ləğv edilmişdir.  Şəxs adı  əsasında  əmələ  gələn mürəkkəb 
toponimdir. 
Abbas biçənək - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd 
(Yeğeqnadzor) rayonundakı Əmağu kəndində dağ. 
Oronim Abbas şəxs adı ilə beçenek (peçeneq) türk tayfasının adı (399, s. 57-58) əsasında əmələ 
gəlmişdir. Etnooronimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə