İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   2   3   4   5   6   7   8   9   ...   168

 
12
Abbas dərəsi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində kənd yeri. İlk dəfə XIII əsrdə Kirakos Gəncəli tərəfindən xatırlanır (85, s.132). 
Toponim  şəxs adı  əsasında düzəlib, «Abbasa məxsus dərə (kənd)» mənasını bildirir. 
Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Abbas dərəsi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu 
ərazisində kənd olmuşdur. Rayon mərkəzindən 16 km şimal-şərqdə yerləşirdi (85, s. 163). XX əsrin 
əvvəllərində xarabalığa çevrilmişdir. İndi ölü kənddir. 
Toponim  şəxs adı ilə relyef bildirən  dərə  sözünün birləşməsindən  əmələ  gəlmişdir. 
Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Abbas dərəsi - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray 
(İcevan) rayonunda kənd. Azərbaycanlılar yaşamışdır.  İlk dəfə adı XIII əsrdə Kirakos Gəncəli 
tərəfindən çəkilir. 
Toponim şəxs adına relyef bildirən dərə sözünün birləşməsi əsasında əmələ gəlmişdir. II növ 
təyini söz birləşməsi əsasında yaranan mürəkkəb quruluşlu antropotoponimdir. 
Abbaslar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu 
ərazisində kənd olmuşdur. XX əsrin əvvəllərində xarabalığa çevrilmişdir (85, s.163). İndi ölü kənddir. 
Toponim abbaslar etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Abgəz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda 
kənd. Rayondakı Aldərə kəndindən 14 km şimalda yerləşirdi. 30 - cu illərdə əhalisi rayon mərkəzinə 
və rayonun Hamravar kəndinə köçürülərək kənd ləğv edilmişdir. İndi ölü kənddir (427, s. 5, 10). 
Toponim fars dilində «su» mənasında işlənən ab sözü ilə Azərbaycan dilində «aşırım», «dağ 
qılıcında nazik yer», «gəzdək, dağ çökəyi, dağın təpəsindəki çökək» mənasında işlənən gəz sözünün 
(339, s.167) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Abdullar - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonu 
ərazisində  kənd. Rayondakı Noradüz Kəndindən 4-5 km şimal-qərbdə, Göyçə gölünün sahilində 
yerləşirdi (427, s.14). İndi ölü kənddir. Toponim abdullar nəsil adı əsasında əmələ gəlmişdir. Patronim 
toponimdir. Quruluşca sadə toponimdir. 
Avan - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon 
mərkəzindən 15 km şimal-qərbdə, Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal 
dəftəri»ndə (143, s. 89) qeyd edilmişdir. 1728-ci ildə tərtib edilmiş həmin dəftərdə göstərilir ki, əhalisi 
Qaracalar əşirətindəndir (tayfasındandır - İ.B.) (143, s.89). Qaraçalar türk tayfalarından biridir. 
Kənddə 1831-ci ildə 104 nəfər, 1873 - cü ildə 321 nəfər, 1886-cı ildə 368 nəfər, 1897-ci ildə 
465 nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 301 nəfər, 1916-cı ildə 556 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.22-23, 106-107). 1986-cı ildə erməni dilində çap edilmiş «Ermənistan və  ətraf 
vilayətlərin toponimlər lüğəti»ndə 1831-1916-cı illərdə burada ermənilərin yaşadığı göstərilir və 
azərbaycanlılar ermənilər kimi verilir (427, s.356). 1918-ci ildə  Kəndin  əhalisi erməni təcavüzünə 
məruz qalaraq deportasiya olunmuşdur. 1916-cı illərdə buraya Türkiyədən köçürülən ermənilər 
yerləşdirilmişdir. 
Toponim urartu dilində «ölkə» mənasında işlənən ebani (ebani) sözü (317, s. 70; 339, s. 37) 
əsasında əmələ gəlmişdir. Sadə quruluşlu toponimdir. 
Avdalar - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda 
kənd. Rayon mərkəzindən 23 km məsafədə,  İrəvan  şəhərindən 11-12 km şimalda yerləşir. Kəndin 
digər adı «Abdalar»dır (415, s. 44). Kənddə 1873 - cü ildə 59 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci 
ildə 115 nəfər, 1904 - cü ildə 131 nəfər, 1914 - cü ildə 194 nəfər, 1916-cı ildə 192 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s. 44-45, 124-125). 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına 
məruz qalaraq deportasiya olunmuş, 1918-19 - cu illərdə Türkiyənin Van əyalətindən köçürülən 
ermənilər burada yerləşdirilmişdir.  İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan 
kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Ermənilərlə yanaşı burada 1922-ci ildə 29 nəfər, 1926-cı 
ildə 7 nəfər, 1931-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır (415, s. 45, 125). 1948-49 - cu illərdə 
azərbaycanlılar Azərbaycana köçürülmüşdür.  İndi ermənilər yaşayır. Toponim abdal türk tayfasının 
adına (355, s.165) cəmlik bildirən -ar şəkilçisinin artırılması ilə  əmələ  gəlmişdir. «Abdallara, abdal 
tayfalarına mənsub kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə  kəndin adı  dəyişdirilib Hatsavan (çörək 
qəsəbəsi) qoyulmuşdur. 


 
13
Avdıbəy - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda 
kənd. Rayon mərkəzindən 20 km məsafədə yerləşir. Burada 1897-ci ildə 7 nəfər azərbaycanlı 
yaşamışdır (415, s. 40-41). XX əsrin  əvvəllərində (1905-1906) onlar deportasiya olunmuşdur.  İndi 
ermənilər yaşayır. 
Toponim Avdıbəy  şəxs adı  əsasında  əmələ  gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Erm.SSR AS RH-nin 4.V.1939 - cu il fərmanı ilə adı dəyişdirilib Tsaxkaber qoyulmuşdur. 
Avsarlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda 
kənd olmuşdur. Rayon mərkəzindən 17 km məsafədə, Oxçu çayının sahilində, dağlıq  ərazidə 
yerləşmişdir. Kəndin digər adı «Əvsərli»dir.  
Kənddə 1897-ci ildə 92 nəfər, 1926-cı ildə 76 nəfər (415, s.54-55), 1959 - cu ildə 101 nəfər 
azərbaycanlı yaşamışdır. 1960-cı ildə kənd ləğv edilmişdir. 
Toponim avşar (avsar, Azərbaycan dilində  ş~s səs  əvəzlənməsi qanunauyğundur) türk 
tayfasının adına mənsubluq bildirən -lı  şəkilçisinin artırılması ilə düzəlmişdir. «Əfşar» (avşar) 
tayfasına mənsub olan «yer» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Avtandil talası - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində 
qışlaq. 1930 - cu ildə  ləğv edilmişdir.  Şəxs adı  əsasında  əmələ  gələn antropotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Avşar - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon 
mərkəzindən 7 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. 
1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftərin»də Avşar kəndi (143, s.172), 1728-ci il 
tarixli «İrəvan  əyalətinin icmal dəftər»ində  Əfşaryerli formasında (143, s.51), Qafqazın 5 verstlik 
xəritəsində Avşar kimi (348, s.3) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 80, 1873 - cü ildə 886, 1886-cı ildə 1059, 1897-ci ildə 1164, 1904 - cü ildə 
1094, 1914 - cü ildə 1203, 1916-cı ildə 1160 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.84-85, 154-
155). 1918-1919 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Xaricdən 
köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti 
qurulandan sonra kənddən qovulmuş azərbaycanlılardan sağ qalanları doğma kəndlərinə qayıtmışlar. 
1920-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır. Burada 1922-ci ildə 420 
nəfər azərbaycanlı 322 erməni, 1926-cı ildə 533 nəfər azərbaycanlı, 317 erməni 1931-ci ildə 608 nəfər 
azərbaycanlı, 327 erməni yaşamışdır (415, s.85, 155). 1930 - cu ildən Qaranlıq (Martuni), Sisyan, 
Sevan, Basarkeçər (Vardenis) rayonlarından bura xeyli sayda ermənilər köçürülüb yerləşdirilmişdir 
(427, s. 366). Z.Qorqodyanın «1831-1931-ci illərdə Sovet Ermənistanının  əhalisi» (İrəvan, 1932) 
kitabında göstərilir ki, 1831-1916-cı illərə kimi Avşar kəndində yalnız azərbaycanlılar yaşamışdır 
(415, s. 154-155). Lakin «Ermənistan və  ətraf vilayətlərin toponimlər lüğəti»  əsərində bu fakt təhrif 
edilərək kənddə azərbaycanlıların yaşadığı göstərilmir. Həmin kitabda 1831-1916-cı illərdə  kənddə 
yalnız ermənilərin yaşadığı qeyd edilir (427, s.366). Azərbaycanlılar 1948-1953 - cü illərdə SSRİ 
Nazirlər Sovetinin qərarlarına əsasən zorla Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər 
yaşayır. 
Toponim «çevik və ovçuluğu sevən» mənasını verən (228, s.40) avşar oğuz tayfasının (399, 
s.56) adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
  qaya - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
dağ. 
Oronim qədim türk dilində «hündür, uca» mənasında işlənən  ağ  sözü ilə  qaya  coğrafi 
nomeninin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. 
  tala - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Dilican rayonu 
ərazisində kənd olmuşdur. Azərbaycanlılar yaşamışdır. 40-cı illərin axırlarında kənd ləğv edilmişdir. 
Toponim qədim türk dilində «kiçik, kiçicik, xırda, balaca» mənasında işlənən ağ sözü ilə (359, 
s.96) «meşə ortasında açıqlıq» mənasında işlənən tala sözünün birləşməsindən  əmələ  gəlib, «çox da 
böyük olmayan, ərazicə kiçik tala» mənasını bildirir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Ağağa - Yelezavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu 
ərazisində  kənd olmuşdur.  Şıxlar Kəndinin yaxınlığında yerləşirdi. Burada 1897-ci ildə 19 nəfər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə