İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   11   12   13   14   15   16   17   18   ...   168

 
30
s.88) azərbaycanlı yaşamışdır. Sakinləri Sofulu və Şıxlar (Qızıl Şəfəq) kəndlərinə köçürülərək 1930-
40-cı illərdə ləğv edilmişdir (427, s.88). 
Alyurd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
mədən yeri. Rayonun şimalında yerləşirdi. 
Alladərə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonu 
ərazisində çöl. Şirak vadisində yerləşir. 
Allar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu 
ərazisində  kənd. Bazarçayın sol sahilində, Tatev kəndindən 5 km şimal-şərqdə yerləşirdi. Kənddə 
yalnız azərbaycanlılar yaşamışdır. 1914 - cü ildə kənd ləğv edilmişdir (427, s.94). 
Toponim alar türk tayfasının adı (287, s.54) əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Allahverdi - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında kənd. İndiki Ermənistanda inzibati 
ərazi vahidi - rayon və rayon mərkəzi. Rayon kimi 9 sentyabr 1930 - cu ildə təşkil edilmişdir. 1939 - 
cu ildə şəhər, 1963 - cü ildə respublika tabeliyində şəhər statusu verilmişdir. 
Tarixən Quqark əyalətinə daxil olmuşdur. Sonra (VIII-X əsrlərdə) Baqratilərin, Zakarianların, 
XI  əsrdən sonra səlcuqların, monqol-tatarların tərkibinə daxil olmuş, XVIII əsrdə Nadir şah  Əfşarın 
tabeliyi altında olmuşdur. XIX əsr və XX əsrin  əvvəllərində Tiflis quberniyasının Loru-Borçalı 
qəzasında, 1920-29 - cu illərdə Loru-Pəmbək qəzasının tərkibinə daxil olmuşdur. Borçalı çayının 
sahilində yerləşir. Qafqazın beş verstlik xəritəsində (348, s.13) qeyd edilmişdir.  Əsas sakinləri 
azərbaycanlılar olmuşdur. Burada azərbaycanlılarla yanaşı, yunanlar və ermənilər də yaşamışdır. 
Ermənilər buraya 1828-ci ildən sonra köçürülmüşdür. 1831-ci ildə 24 nəfər azərbaycanlı, 1873 - cü 
ildə 143 nəfər azərbaycanlı, 70 nəfər erməni, 1886-cı ildə 132 nəfər azərbaycanlı, 46 nəfər erməni, 989 
nəfər yunan, 1897-ci ildə 187 nəfər azərbaycanlı, 104 erməni, 1100 nəfər yunan yaşamışdır (415, s.67, 
98-99). 1918-20-cı illərdə azərbaycanlılar öz doğma torpaqlarından ermənilər tərəfindən qovulmuşdur. 
1920-ci il noyabrın 29-da indiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlıların sağ 
qalanları geri qayıtmışlar. 1922-ci ildə 24 nəfər azərbaycanlı, 87 nəfər erməni, 1242 nəfər yunan, 
1926-cı ildə 40 nəfər azərbaycanlı, 6563 nəfər erməni, 1500 nəfər yunan, 1931-ci ildə 272 nəfər 
azərbaycanlı, 538 nəfər erməni, 1351 nəfər yunan (415, s.7, 99), 1970-ci ildə 278 nəfər azərbaycanlı, 
21835 nəfər erməni və yunan (427, s.67) yaşamışdır. Azərbaycanlılar 1988-ci ildə ermənilər tərəfindən 
qovulmuşlar. Yunanlar filiz mədənlərində işləmək üçün bura 1790-cı ildə gəlmişdir. 
Toponim borçalı türk tayfasına mənsub allahverdi etnonimi adı əsasında əmələ gəlmişdir (427, 
s.67). Etnotoponimdir. 
Erm.SSR AS RH-nin 19.IX.1969 - cu il fərmanı ilə adı dəyişdirilib Tumanyan (erməni yazıçısı 
Hovanes Tumanyan) qoyulmuşdur. 
Allahverdibəy - İrəvan xanlığının Göyçə mahalında kənd. İndi xarabalığa qalır. Allahverdibəy 
şəxs adı əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. 
Almalı - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. 
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 6 nəfər, 1897-ci ildə 14 nəfər, 1926-cı ildə 5 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.88-89,158). İndi ermənilər yaşayır. Almalı adlı toponimlərə indiki 
Ermənistanın Qafan, Keşişkənd (Yeğeqnadzor), Kəvər (Kamo), Paşalı (Əzizbəyov, Vayk) rayonları ilə 
yanaşı, Azərbaycanda, Türkiyədə geniş bir formada rast gəlmək olur (427, s.96-97). Bu qənaətə gəlirik 
ki, Almalı toponimlərinin meyvə adı ilə bağlılığı yoxdur. Almalı türk etnonimidir. Nəcdət Sevinc hələb 
türkmənlərinin tayfa birliyinə daxil olan tayfalardan birinin almalı adlandığını göstərir (407, s.90). 
Fikrimizcə, kəndin adı həmin etnonim əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanıilə dəyişdirilib Xndzorud (Almalı) qoyulmuşdur. 
Almalı - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayon mərkəzindən 14-16 km qərbdə, Elpin kəndinin  şimalında yerləşir. Kənddə 
1873 - cü ildə 172 nəfər, 1886-cı ildə 231 nəfər, 1897-ci ildə 277 nəfər, 1904 - cü ildə 313 nəfər, 1914 
- cü ildə 345 nəfər, 1916-cı ildə 360 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-91, 160-161). 
1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə  məruz qalaraq deportasiya olunmuşdur.  İndiki 
Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar kəndlərinə dönə bilmişdir. Burada 1922-
ci ildə 100 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 145 nəfər yalnız azərbaycanlı yaşamışdır 


 
31
(415,s.91, 161). 1938-39-cu illərdə azərbaycanlılar kənddən köçürülərək 1939 - cu ildə  kənd ləğv 
edilmişdir. İndi xaraba kənddir. 
Toponim almalı türk etnonimi (407, s.90) əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca 
sadə toponimdir. 
Almalıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
oronim. Almalı sözünə  məkan mənası bildirən -lıq  şəkilçisinin artırılması ilə  əmələ  gəlmişdir. 
Fitooronimdir. Quruluşca düzəltmə toponimdir. 
Almalıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonun 
ərazisində kənd olmuşdur. 
Kənddə 1897-ci ildə 81 nəfər, 1914 - cü ildə 465 nəfər azərbaycanlı yaşamışdır (415, s.54-55, 
132-133). 1916-1918-ci illərdə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş 
və 1926-cı ilə  qədər xaraba qalmışdır.  İndiki Ermənistanda sovet hökumətinin qurulması ilə bağlı 
olaraq kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1926-cı ildə 49 nəfər, 1931-ci ildə 61 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.55, 133). 30 - cu illərin ortalarında kənd ləğv edilmişdir. İndi xaraba 
kənddir. 
Toponim alma sözünə çoxluq, cəmlik bildirən -lıq şəkilçisinin qoşulmasından əmələ gəlmişdir. 
Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Almalıq çayı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan 
rayonunda çay. Meyvə adı əsasında yaranan fitohidronimdir. Quruluşca mürəkkəb hidronimdir. 
Alpava - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 
Rayon mərkəzindən 9 km şimalda, Gərnibasar çayının sağ sahilində yerləşir. Erməni mənbələrində 
Arpavar formasında qeyd edilir (415, s.60, 419, s.129) «İrəvan  əyalətinin icmal dəftəri»ndə Alpevi 
(143, s.99). «Ermənistan və  ətraf vilayətlərin toponimlər lüğəti»ndə Albava (427, s.71), Alpava, 
Alpavan (427, s.104) formalarında qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 35 nəfər, 1873 - cü ildə 97 nəfər, 1886-cı ildə 121 nəfər, 1897-ci ildə 127 
nəfər, 1904 - cü ildə 188 nəfər, 1914 - cü ildə 305 nəfər, 1916-cı ildə 161 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz 
qalaraq deportasiya olunmuş  və  kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.  İndiki 
Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə 
bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 31 nəfər, 1926-cı ildə 30 nəfər, 1931-ci ildə 51 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.47, 127). SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə azərbaycanlılar 
1948-49 - cu illərdə Azərbaycana köçürülmüş və kənd tam erməniləşdirilmişdir. 
Toponim qədim türk dilində «igid, qoçaq, cəsur» mənalarında işlənən alp sözü ilə (359, I (1), s. 
430) türk dilində «düzənlik, geniş yer» (359, I(2), s.1166), «dərə, vadi» (365, s.403) mənasında işlənən 
ova sözünün fonetik variantı olan ava sözünün birləşməsindən  əmələ  gəlib, «igidlərin, qoçaqların 
məskəni, yurdu, düzənlik, vadi» mənasını ifadə edir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Lusakert, 
21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Nşavan qoyulmuşdur. 
Altuntaxt - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonunda 
dağ. Qafqazın 5 verstlik xəritəsində (348, s.14) qeyd edilmişdir. Oronim türk dilində vulkan mənşəli 
qaya adlarında «qırmızı» mənasında işlənən altın sözü ilə (299, s.40), «dağın zirvəsində hamar, düzən 
yer» mənası bildirən taxt sözünün (339, s.54-70, 210 s.5) birləşməsindən əmələ gəlmişdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Altuntaxt - İrəvan xanlığının Göyçə mahalında kənd. XIX əsrdə yaradılan yeni inzibati-ərazi 
bölgüsünə əsasən İrəvan quberniyasının Yeni Bayazid qəzasına, indiki Kəvər (Kamo) rayonu ərazisinə 
daxildir. 
«Kitabi-Dədə Qorqud» dastanlarında adı  çəkilir: Qazan bəy ordusunu, oğlanını, uşağını, 
xəzinəsini aldı, geri döndü. Altun taxtında yenə evini dikdi (157, s.44). 1728-ci ildə  tərtib edilmiş 
«İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.55), XVIII əsrdə (1763-1780) erməni kilsəsinin başçısı 
S.İrəvanlının «Cambr» əsərində. (303, s.361) qeyd edilmişdir. Kənd XVIII əsrin axırları, XIX əsrin 
əvvəllərində ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim qədim türk dilində «qızıl» (qırmızı) mənasında işlənən altın sözünə «dağın zirvəsində 
hamar, düzən yer» mənasında işlənən taxt sözünün (210, s.5) artırılması yolu ilə düzəlmişdir. 
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə