İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   2   3   4   5   6   7   8   9   ...   168

 
6
Krasnoselo rayonundan 512, Talin rayonundan 7688, Leninakan (indiki Spitak və Quqark rayonları) 
rayonundan 3410, Abovyan rayonundan 9436, Qəmərli (Artaşat) rayonundan 24149, Qafan 
rayonundan 12657, Qurduqulu rayonundan 8490, Qaranlıq (indiki Martuni) rayonundan 3190, .Meğri 
rayonundan 8508, Yeni Bayazid (indiki Kamo) rayonundan 4077, Sisyan rayonundan 17880, 
Stepanavan (Calaloğlu) rayonundan 1868, Vağarşabad (Eçmiədzin) rayonundan 27750, Vedi (indiki 
Ararat) rayonundan 8933, Keşişkənd (indiki Yeğeqnadzor) rayonundan 14837, Paşalı (indiki Vayk) 
rayonundan 8933 azərbaycanlı deportasiya olunmuşdur (415, s.96-163). 
Sovet hakimiyyəti dövründə azərbaycanlıların indiki Ermənistandan dövlət səviyyəsində, özü 
də SSRİ adlanan nəhəng imperiya tərəfindən deportasiyası köçürülmə adı ilə  həyata keçirilmişdir. 
SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də «Ermənistan SSR-dən kolxozçuların və başqa 
əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» 4083 saylı  və 1948-ci il 
martın 10-da isə həmin qərara əlavə olaraq qəbul edilən «Ermənistan SSR-dən kolxozçuların və digər 
azərbaycanlı  əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə  əlaqədar tədbirlər 
haqqında» 754 saylı  qərarlarına  əsasən 1948-1953 - cü illərdə 150 min azərbaycanlı tarixi-etnik 
torpaqlarından deportasiya edilmişdir. 
1988-1991-ci illərdə isə Rusiyanın köməyi ilə Ermənistan dövləti tərəfindən indiki Ermənistan 
ərazisindən 250 mindən artıq azərbaycanlı deportasiya olunmuşdur. Ümumiyyətlə, XX əsrdə iki 
milyon azərbaycanlı indiki Ermənistandan - Qərbi Azərbaycandan - tarixi-etnik torpaqlarından 
qovulmuşlar.  
Bu tarixi faciələrə vaxtında hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız Azərbayçan 
Respublikasının prezidenti H.Əliyev bu tarixi ədalətsizliyə, hüquqi-siyasi qiymət vermiş, bununla 
bağlı 1997-cı ilin dekabrın 18-də «1948-1953 - cü illərdə azərbaycanlıların Ermənistan  ərazisindəki 
tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında», 1998-cı ilin martın 26-da 
«Azərbaycanlıların soyqırımı» və 22 avqust 2001-cı ildə «Erməni millətçilərinin apardığı etnik 
təmizləmə  nəticəsində Ermənistan  ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış 
azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında» fərmanlar imzalamışdır. 22 avqust 
2001-cı il tarixli fərmanda göstərilir: «Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının 
tarixi adlarını  dəyişdirmək, süni surətdə Ermənistanı monoetnik dövlətə çevirmək siyasətinin tərkib 
hissəsini təşkil edirdi. 1935-1989 - cu illərdə Ermənistanda hətta yer adlarına qarşı  qərəzli siyasət 
tətbiq edilmiş və minlərlə Azərbaycan toponimi xəritələrdən silinınişdir» 
Deməli, həm də indiki Ermənistan  ərazisindəki türk mənşəli toponimlərin öyrənilməsi siyasi 
əhəmiyyət kəsb edir. Bu faktları özündə  əks etdirən tarixi sənədlər «toxunulmazlıq» qrifi ilə 
Ermənistanın arxivlərində, obrazlı ifadə ilə desək, dəmir seyflərdə saxlanılır Yalnız ən etibarlı mənbə 
ərazinin topo- nimləridir ki, tarixi həqiqətlərə  işıq salır, aydınlıq gətirir. Axı  hər bir xalq, tayfa 
«yaşayış məntəqələrinə öz ana dillərində adlar verir. Həmin adlarda tarixin izləri öz əksini tapır» (88, 
s.3). 
Keçmiş SSRİ  məkanında erməni tədqiqatçıları belə bir fikir formalaşdırmışlar ki, tarixən 
«Böyük Ermənistan» olmuş, zaman-zaman «Böyük Ermənistan» parçalanmış  və indiki «Kiçik 
Ermənistan» qalmışdır. Ermənilər də indiki Ermənistanın qədim və köklü sakinləri olmuşlar. Məhz 
bunun nəticəsi idi ki, belarus toponimisti V.A.Juçkeviç 1980-cı ildə Minskdə çap etdirdiyi «Общая 
топонимика»  əsərində yazırdı: «Erməni mənşəli olmayan adlar Ermənistanda azdır. Ermənistan 
toponimik cəhətdən SSRİ-nin  ən yekcins ərazisidir. Burada başqa dillərə  məxsus elementlər (dil 
elementləri - İ.B.) azdır» (304, s.229). Nicat 
Müəllifın bu fikri tarixi faktın və həqiqətin saxtalaşdırılmasından başqa bir şey deyildir. Tarixi 
faktlardan aydın olur ki, indiki Ermənistanda XIX əsrin əvvəllərinə kimi qeydə alınmış toponimlərin 
çoxu türk mənşəli olmuşdur. Təkcə bir faktı qeyd etmək istərdik. Z.Qorqodyanın 1932-cı ildə İrəvanda 
erməni dilində çap olunmuş «1831-1931-ci illərdə Sovet Ermənistanın  əhalisi» kitabında qeydə 
alınmış 2310 yaşayış  məntəqəsindən təqribən 2000-i türk mənşəlidir (415, s.292). Eyni zamanda 
Simeon İrəvanlının «Cambr» (XVIII əsr), «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti» (427, s. 
1991) və b. erməni dilində nəşr edilən digər kitablarda qeydə alınmış türk mənşəli toponimlər tarixi 
həqiqətlərdən xəbər verir. 
E.ə. I, e. I əsrində yaşamış Strabon «Coğrafiya» əsərində (377, s.482-488) indiki Ermənistan 
ərazisində olan bəzi türk mənşəli toponimlərin (Sakasena, Araksena, Artaksat, Qoqarena) adlarını 
çəkir. 


 
7
E.ə. I əsrdə Ön Asiyada böyük dövlət kimi tanınan Urartu ilə bağlı tapılan daş kitabələrdə 
indiki Ermənistan  ərazisində yerləşən Eriaxi, Qelakuni, Urtexuni toponimlərinin (türk mənşəli 
toponimlərin - İ.B.) adları çəkilir (331 a, s. 329, 424). 
«VII  əsr erməni coğrafiyası»nda (265, s.38-48) və 1763-1780-cı illərdə erməni kilsəsinin 
başçısı olmuş Simeon İrəvanlının «Cambr» əsərində (303, s. 119-198) indiki Ermənistan  ərazisində 
yerləşən türk mənşəli toponimlərin adlarının ilkin, qədim formaları, eləcə  də bu ərazidə tarixən 
yaşamış türk tayfalarının adları qeyd edilmişdir. 
1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, 1728-ci ildə tərtib edilmiş 
«İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.22-183) indiki Ermənistanın türk mənşəli toponimləri 
geniş şəkildə və dəqiqliklə əksini tapmışdır. 
XIX  əsrin 50-ci illərində rus dilində çap olunmuş  İ.Şopenin «Исторический  памятник 
состаяния  Армянской  области  в  эпоху  ее  присоединения  к  Российской  Импери» (CП6, 1852), 
D.D.Paqirevin «Алфавитный  указателк  пятиверстной  карте  Кавказского  края» (Тифлис, 1913) 
əsərində, «Сборник материалов для описания местностей и племен Кавказа (CMOMПK, вып.: 4, 
5, 13, 25, 27, 40, Тифлис, 1884, 1886, 1892, 1898, 1900, 1909), «Кавказский календарь» (Тифлис, 
1846, 1878, 1907, 1908, 1916), «Материалы для изучения экономического быта государственных 
крестьян  Закавказского  края» (тт. I-IV, Тифлис, 1862-1886) və s. jurnallarda, Акты  собранные 
Кавказской  Археографической  Комиссией  (тт. I-XII, Тифлис, 1866-1904) sənədlər toplusunda, 
Г.Абихин «Геология армянского нагорья» (Пятигорск, 1899) əsərində, eləcə də indiki Ermənistana 
səyahət etmiş E.Q. Veydenbaumun (Путеводитель  по  Кавказу,  Тифлис, 1888), S.Anisimovun 
(Путеводитель  по  Кавказу , M., 1924) və başqa səyyahların  əsərlərində qeydə alınmış indiki 
Ermənistanın türk mənşəli toponimlər ərazinin toponimlərinin öyrənilməsində əvəzsiz mənbələrdir. 
Bununla yanaşı, əsər yazılarkən erməni dilində müxtəlif illərdə çap olunmuş mənbələr də əsas 
götürülmüşdür. Onlardan Z.Qorqodyanın «1831-1931-ci illərdə Sovet Ermənistanın  əhalisi» (İrəvan, 
1932, erməni dilində), O.Yeğiazaryanın «Əzizbəyov rayonunun mədəniyyət abidələri» (İrəvan, 1955, 
erməni dilində), K.M.Avetisyanın «Coğrafi adlar lüğəti» (İrəvan, 1969, erməni dilində), 
T.X.Hakopyan, St.T. Məlik-Baxşyan və O.X.Barseğyanın «Eımənistan və ətraf vilayətlərin toponimlər 
lüğəti» (I c., İrəvan, 1986, erməni dilində) və s. əsərləri qeyd etmək olar. 
«Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası» (Bakı, 1995) əsəri də  ərazinin 
toponimlərinin öyrənilməsində əsas mənbələrdən biridir. 
İndiki Ermənistan  ərazisindəki toponimlərin tədqiqi sistemli şəkildə, XIX əsrdən başlayır. 
Ərazinin türk mənşəli toponimlərinin ilk izahına İ.Şopenin yuxarıda göstərilən əsərində rast gəlirik. Bu 
əsərdə  əksini tapan indiki Ermənistanın  ərazisindəki toponimlərin, demək olar ki, hamısı türk 
mənşəlidir. O, bu toponimlərin semantikası ilə bağlı etimoloji təhlil aparmamış, həmin toponimləri rus 
dilinə  tərcümə edərək izah etmişdir.  İ.Şopen Qərbi Azərbaycanın toponimlərinin izahında xalq 
etimologiyasına, təsviri izahlara üstünlük vermiş, elmi faktlara istinad etməmişdir. Bu baxımdan 
ərazidəki Qanlı Allahverdi, Gümüşlü, Kömürlü dağ, Qarasu, Axuryan çayı, Erivan//Эриван (İrəvan-
İ.B.), Oxçaberd, Baş Abaran, Bicni və s. toponimləri düzgün izah etməmişdir (386, s.247-318). 
1881-cı ildə Tiflisdə Qafqaz Tədris Dairəsi rəisınin sərəncamı ilə «Сборник материалов для 
описания  местностей  и  племен  Кавказа» (CMOMПTK) adlı jurnalın nəşrinə başlanır. Jurnalın 
səhifələrində  həm də  Qərbi Azərbaycanın türk mənşəli toponimləri yeri gəldikcə izah edilmiş, 
müəyyən toponimlərin hətta etimologiyası verilmişdir. Jurnalın 40-cı cildində (Tiflis, 1909) K.F.Qanın 
«Опыт объяснения Кавказских географических названий» əsəri çap olunmuşdur. Əsərdə Qafqazın 
1991 coğrafi adının izahı verilmişdir. Burada indiki Ermənistan  ərazisindəki 110 türk mənşəli 
toponimin (Abaran, Hamamlı, Artik, Basarkeçər, Gümrü, Dəmirçilər, Koylasar, Artız, Herher, Kotanlı, 
Kərkibaş  və s.) izahı (əksəriyyəti ehtimal və  təsviridir) öz əksini tapmışdır. Müəllif bu toponimlərin 
izahında heç bir elmi faktlara söykənınir. 
İndiki Ermənistan  ərazisindəki türk mənşəli toponimlərin izahına Avropa tədqiqatçıları da 
diqqət yetirmişlər. Bu baxımdan H.Hübşmanın 1904 - cü ildə Strassburqda alman dilində çap olunmuş 
«Qədim erməni coğrafi adları» (H.Hübschman. Die altarmenischen ortsnamen, Strassburg, 1904) 
əsərinin adını  çəkmək olar. Əsərdə indiki Ermənistan  ərazisində yerləşən toponimlərdən başqa
Azərbaycanın qədim və tarixi torpaqları olan, bu gün Azərbaycan Respublikasının inzibati ərazisinə 
daxil olan Naxçıvan,  Əlincə, Gəncə, Bərdə,  Şərur və s. toponimlərdən Ermənistan toponimləri kimi 
bəhs edilmişdir ki, bu da tamamilə səhvdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə