I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə22/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   18   19   20   21   22   23   24   25   ...   98

Sınaq



256.Sınaq

Qur’an:

«Biz sizi xeyir və şərlə sınağa çəkərik.»1



Hədis:

879.İmam Sadiq (ə):«Baş verən hər bir çətinlik və rahatlıqda Allahın məqsədi yalnız əta etmək və sınağa çəkməkdir.»2

880.İmam Sadiq (ə):«Allahın əmr və qadağalarında baş verən hər bir çətinlik və rahatlıqda Allah tərəfindən mütləq bir sınaq və hökm vardır.»3
257.Sınağa çəkməyin fəlsəfəsi

Qur’an:

«…Allahın sizin sinələrinizdə (qəlblərinizdə) olanı sınaması və sinələrinizdə olanı pak və xalis etməsi üçündür. Allah sinələrin sirlərindən agahdır.»4

«Əlbəttə, içərinizdəki mücahidləri və səbr edənləri ayırd edib bilmək üçün sizi sınayacaq və sizin xəbərlərinizi (sizin barənizdəki xəbərləri) yoxlayaraq araşdıracağıq.»5

«Hansınızın yaxşı əməl sahibi olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur!»6



Hədis:

881.İmam Əli (ə):«Allah-taala insanların batinini aşkar etdi. Allah onların gizli sirlərindən və örtülü batinlərindən xəbərsiz deyildi. Lakin, (bunu) onların hansının yaxşı işlər görmələrini sınamaq üçün etdi. (Belə etdi ki,) savab (yaxşı əməlin) mükafat(ı) və əzab (pis əməlin) cəza(sı) olsun!»7

882.İmam Əli (ə):«İmtahan və sınaq hər nə qədər böyük olsa, savab və mükafat da bir o qədər çox olar. Məgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın keçmişdəkiləri, Adəmin (s) zamanından bu dünyanın insanlarının son nəfərinə kimi (hamını) heç bir ziyan və xeyir gətirməyən, görməyən və eşitməyən daşlarla sınamasını və həmin daşları insanlar üçün bərqərar etdiyi özünün möhtərəm evinə çevirdiyini görmürsünüzmi...?!

Allah, bəndələrini müxtəlif çətinliklərlə sınayır, müxtəlif zəhmət və çalışqanlıqlarla bəndəliyə vadar edir, cürbəcür xoşagəlməz şeylərlə imtahana çəkir ki, onların qəlbindən təkəbbürü çıxarsın, onları təvazökar etsin və bunu öz lütf və bəxşişinə tərəf açılmış qapılar və əfv edərək bağışlaması üçün vasitələr etsin.»1

883.İmam Əli (ə):«Həqiqətən siz bir-birinizə qarışacaq və (sonra) xəlbirdən keçiriləcəksiniz ki, aşağıda olan üzə çıxsın və yuxarıda olan alta getsin, geridə qalanlar qabağa keçsinlər və qabağa keçənlər geridə qalsınlar.»2

884.İmam Əli (ə):«Sərvət və rifaha sevinmə və yoxsulluq və çətinliyə görə kədərlənmə. Çünki qızıl od ilə əriyərək saflaşır, mömin isə bəla və çətinliklə!»3


258.Möminin sınağının çətinliyi

Qur’an:

«(Siz mö’minlər,) sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızı güman edirsiniz?! Onlara ziyanlar dəydi, sarsıntı və narahatçılıq keçirdilər, o yerə kimi ki, Allahın elçisi və onunla birgə olan möminlər «Allahın köməyi və yardımı nə vaxt yetişəcək?» deyirdilər. (Dedik:) «Bilin, Allahın köməyi həqiqətən yaxındır»4



Hədis:

885.İmam Əli (ə):«Bəla pərhizkar möminə yağışın (yağış suyunun təpənin başından) yerin alçaq hissələrinə çatmasından da tez çatır.»5

886.İmam Sadiq (ə):«İnsanların ən çox bəla çətinliyinə düçar olanı peyğəmbərlərdir. Peyğəmbərlərdən sonra onların canişin və davamçıları və daha sonra sıra ilə kim daha yaxındırsa daha çox!»6

887.İmam Sadiq (ə) «mömin cüzam, ala və bu kimi xəstəliklərə tutularmı?» sualının cavabında buyurmuşdur:«Məgər bəla mömindən başqası üçün yazılıb?!»


259.Pis əməllərin insanın bəla ilə qarşılaşmasındakı rolu

Qur’an:

«Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandıqlarınızın ucbatındandır və (Allah) onların çoxundan keçir.»1



Hədis:

888.Allahın Peyğəmbəri (s):«Allah-taala Əyyuba dedi:«Mənim yanımda, sənə bəla gəlməsinə səbəb olan günahının nə olmasını bilirsən? Əyyub dedi:«Xeyr.» Allah-taala buyurdu:«Sənin Fir’onun yanına gedərək onunla iki kəlmə yumşaq və mülayim danışmağın.»2


260.Bəlaya düçar olmayan şəxs Allahın qəzəbinə gəlib

889.Allahın Peyğəmbəri (s):«Allah cism və malına bəla gəlməyən şeytansifətli şəxsə nifrət edir.»3

890.İmam Səccad (ə):«Mən insanın dünyada sağlam olmasını və ona heç bir müsibətin gəlməməsini sevmirəm.»4
261.Bəla neməti

891.Allahın Peyğəmbəri (s):«Ana öz övladını süd ilə qidalandırdığı kimi Allah da öz mömin bəndəsini bəla və çətinliklə qidalandırır.»5

892.Allahın Peyğəmbəri (s):«Allah bir qövmün xeyir və yaxşılığını istəyəndə onları bəlaya düçar edər.»6

893.İmam Baqir (ə):«Evin kişisi səfərdən hədiyyə gətirməklə ailəsinə nəvaziş göstərdiyi kimi Allah da mömini bəla və çətinliklə nəvaziş edir. Həkim xəstəni (pəhriz yazıb bəzi yeməklərdən) çəkindirdiyi kimi, Allah da mömini dünyadan çəkindirir.»7

894.İmam Kazim (ə):«Siz bəlanı nemət, asayiş və rifahı isə müsibət hesab etməyincə əsla mömin olmazsınız. Çünki bəla və çətinliyə səbr etmək asayiş və rahatlıq içərisində qəflətdə olmaqdan daha dəyərli və üstündür.»8

895.İmam Əskəri (ə):«Elə bir çətinlik və bəla yoxdur ki, Allah tərəfindən onu bir nemət əhatə etməmiş olsun.»9


262.Bəla və qəflət yuxusundan oyanmaq

Qur’an:

«Biz Fir’onun adamlarını qıtlıq, quraqlıq və məhsul çatışmazlığına düçar etdik ki, bəlkə düşünüb ibrət alsınlar.»10



Hədis:

896.İmam Əli (ə) istisqa2 namazı qılmağa gedərkən buyurmuşdur:«Allahın bəndələri günah və pis əməllərlə məşğul olan zaman Allah onları məhsul qıtlığı, bərəkətin kəsilməsi və xeyir xəzinələrinin qapılarının bağlanmasına düçar edir ki, tövbə edən tövbə etsin, günahkar günahdan əl götürsün, öyüd alan öyüd alsın və (günahdan) çəkindirilən əl saxlasın.»3

897.İmam Sadiq (ə):«Ola bilməz ki, mömin qırx gecəni arxada qoysun, amma öyüd alması üçün onu qəmləndirən bir hadisə ilə qarşılaşmasın.»4

898.İmam Sadiq (ə):«Allah bir bəndənin xeyrini istəyəndə həmin bəndə bir günah edərsə, bu günahın ardınca onu bəlaya düçar edər ki, istiğfar etməyi onun yadına salsın. Allah bir bəndə üçün şər istəyəndə isə həmin bəndə günah edərsə, günahının ardınca ona nemət əta edər ki, istiğfar etməyi onun yadından çıxarsın və o, günahını davam etdirsin. Bu, Allahın kəlamıdır:«Onları tədricən özlərinin də bilmədikləri yerdən yaxalayarıq.» Yəni günah edən zaman onlara nemət vermək vasitəsi ilə yaxalayarıq.»5


263.Bəla vasitəsi ilə günahların təmizlənməsi

899.İmam Əli (ə):«Şükr olsun Allaha ki, bizim ardıcıllarımızın bəla və çətinliyə düçar olmalarını dünyada onların günahlarının təmizlənmə amili edib ki, həmin bəla və çətinliklər vasitəsi ilə itaətləri sağlam qalsın və onun mükafatına layiq olsunlar.»6

900.İmam Əli (ə):«Allah-taala bu dünyada cəzalandırdığı mömin bəndəni Qiyamət günü bir daha cəzalandırmaqdan daha həlim, daha ulu, səxavətli və daha kəramətlidir (yəni Allah-taala bu sifətlərə malik olduğu üçün həmin bəndəni Qiyamətdə bir daha cəzalandırmaz).»7

901.İmam Baqir (ə):«Allah-taala bir bəndəyə hörmət etmək istəyəndə həmin bəndənin günahları olsa onu xəstəliyə düçar edər. Əgər belə etməsə, yoxsulluq və ehtiyaca düçar edər və əgər bunu da etməsə canını alan zaman onu çətinliyə salar. Amma bir bəndəni xar və hörmətsiz etmək istəsə və onun Allahın yanında yaxşı işləri olmuş olsa ona sağlam can verər. Əgər belə etməsə onun yaşayışını rahat və rifah içərisində edər və əgər bunu da etməsə ölümü onun üçün asanlaşdırar.»8


264.Bəla eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın məhəbbətinin nişanəsidir

902.əl-Kafi:«Sudeyr imam Sadiqin (ə) hüzurunda idi. Həzrət buyurdu:«Allah bir bəndəni sevəndə onu bəlaya qərq edər. Ey Sudeyr! Həm biz həm də siz gecə-gündüzümüzü bəla ilə keçiririk.»1

903.İmam Sadiq (ə):«Allah-taala bir qövm və ya bəndəni sevən zaman onun başına bəla yağışı yağdırır. Beləliklə, onlar bir bəladan çıxmamış digər bir bəlaya düçar olarlar.»2
265.Bəla iman miqdarında olar

904.İmam Baqir (ə):«Bəndənin imanı nə qədər artsa onun yaşayışı daha


da ağırlaşar və çətinləşər.»3

905.İmam Baqir (ə):«İnsan Allaha olan məhəbbətinin miqdarında bəlaya düçar olar.»4

906.İmam Sadiq (ə):«Əlinin (ə) kitabında deyilir: Həqiqətən mömin yaxşı işlərinin miqdarında bəlaya düçar olar. Buna görə də kimin dini düzgün və əməli gözəldirsə bəlası daha ağırdır. Çünki Allah-taala dünyanı möminin mükafatı və kafirin cəzası təyin etməyib. Kimin dini süst və əməli zəifdirsə bəlası azdır.»5

907.İmam Kazim (ə):«Mömin tərəzinin iki gözü kimidir ki, imanı nə qədər artsa, bəlası da çoxalar və nəhayət günahdan pak ətək ilə Allah-taala ilə görüşər.»6


266.Bəndənin bəla ilə çatdığı məqamlar

908.İmam Sadiq (ə):«Həqiqətən Cənnətdə bir dərəcə var ki, ona (dünyada) bədəni bəlaya düçar olmuş bəndə istisna olmaqla, heç bir bəndə çatmaz.»7

909.İmam Sadiq (ə):«Bəndənin Allah yanında bir məqam və dərəcəsi var ki, ona bu iki yoldan – var-dövlətinin əlindən çıxması və ya cisminə bir bəla gəlməsindən başqa heç nə ilə çata bilməz.»8
267.Möminin bəlaya düçar olması onun öz xeyrinədir

910.İmam Sadiq (ə):«Allahın Musaya (ə) göndərdiyi vəhylərdən birində belə buyrulur ki: Elə bir məxluq yaratmamışam ki, o Mənim dərgahımda mömin bəndəmdən əziz olsun. Onu bəlaya düçar edirəmsə, (bu) onun üçün daha yaxşı və daha xeyirli olduğuna görədir. Ona can sağlığı bəxş edirəmsə, (deməli bu) onun üçün daha yaxşıdır. Onun əlindən alıb məhrum edirəmsə, bu onun üçün daha yaxşıdır. Mən, nəyin bəndəmi islah edərək düzəltməsini daha yaxşı bilirəm. Buna görə də gərək mənim bəlama səbrli, nemətlərimə şükr edən və hökmlərimə razı olsun ki, onu özümün ən doğru bəndələrimin sırasında yazım.»1


268.Bəndələrin ən çətin sınaqları

911.İmam Əli (ə):«Allah heç kəsi ona möhlət vermək kimi bir şeylə sınamayıb.»2

912.İmam Əli (ə):«Yoxsulluq bəladır. Yoxsulluqdan daha pisi bədənin xəstə olmasıdır. Ondan da pisi qəlbin (mə‘nəvi baxımdan) xəstə olmasıdır.»3

913.İmam Sadiq (ə):«Allah, bəndələri malını bağışlamaqdan çətin bir şeylə sınamayıb.»4

914.İmam Sadiq (ə):«Üç şey var ki, kim onlardan birinə düçar olsa ölümü arzulasın: Bir-birinin ardınca gələn yoxsulluq, rüsvayçı məhrumluq və qalib gəlmiş düşmən.»5
269.Çətinlikdən sonra asanlıq

915.İmam Əli (ə):« Bəlanın sonunda açılış (işlərin düyünlərinin açılması) hasil olur.»6

916.İmam Sadiq (ə):« Bəla üstündən bəla gələn zaman bəladan qurtuluş hasil olar.»7
270.Bəla zamanı dua etmək

Qur’an:

«O kəslər ki, başlarına bir müsibət gələn zaman «biz Allahınıq və Ona tərəf qayıdacağıq» deyərlər.»8

917.İmam Əli (ə):«Hər bir çətinlik və müşkül zamanı «Uca və böyük Allahdan başqa bir güc və qüdrət yoxdur» de. (Belə deyəndə) həmin çətinlik aradan qalxır.»9

918.İmam Rza (ə):«Atamı yuxuda gördüm və o buyurdu:«Oğul! Çətinlik içərisində olan zaman «ya Rauf, ya Rəhim» cümləsini çox de. Yuxuda gördüyün aşkarda gördüyün kimidir (yəni bu dediklərimi yuxu sanma, aşkar kimi qəbul et).»2


271.Bəlaya düçar olmuş şəxsi görən zaman dua etmək

919.Allahın Peyğəmbəri (s):«Bəlaya düçar olmuş insanları görən zaman Allaha şükr edin, amma elə yox ki onlar eşitsinlər.Çünki (əgər eşitsələr) narahat olarlar.»3

920.İmam Baqir (ə):«Bəlaya düçar olmuş adam görəndə onun eşitmədiyi şəkildə üç dəfə de: Şükr və həmd olsun O Allaha ki, məni sənin düçar olduğun bəlaya düçar etməyib. Əgər istəsəydi məni də belə edə bilərdi.» (İmam sonra) buyurdu:« Kim bu cümləni desə heç vaxt həmin bəlaya düçar olmaz.»4




52

Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə