I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə21/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   17   18   19   20   21   22   23   24   ...   98

Şəhər



247.Pak şəhər

Qur’an:

«Pak şəhər və bağışlayan Rəbb.»1

«Onlar ilə bərəkət verdiyimiz abadlıqlar arasında bir-birinə birləşik abadlıqlar və onlarda məlum yol müəyyənləşdirmişik. Odur ki, gecələri və gündüzləri həmin şəhər və kəndlərdə qorxusuz gəzib dolanın.»2

Həmçinin müraciət et: Ənbiya 71, 81; Muminun 50; Qəsəs 29, 30; Naziat 16; Bələd 1, 2; Tin 1-3.
248.Böyük şəhərlərdə yaşayın

847.İmam Əli (ə) Haris Həmdaniyə yazdığı məktubda buyurmuşdur:«Böyük şəhərlərdə məskunlaş. Çünki onlar müsəlmanların bir yerə toplaşdıqları məkandır. İnsanları nadan və kobud olan yerlərdən uzaqlaş.»3


249.Şəhərlərin ən yaxşısı

848.İmam Əli (ə):«Sənin üçün bir şəhər digərindən üstün deyil. Şəhərlərin ən yaxşısı səni öz çiyinlərində aparandır (rifah və asayiş ilə yaşadığın şəhərdir).»4


250.Bütün şəhərlərin əhalisinin zəruri ehtiyacı

849.İmam Sadiq (ə):«Bütün şəhərlərin əhalisinin öz dünya və axirət işlərində müraciət etmələri üçün üç şeyə ehtiyacı var və əgər həmin şeylərə malik olmasalar nadanlıq və intizamsızlığa düçar olacaqlar: savadlı və təqvalı fəqihə, yaxşı və itaət edilən başçı və hakimə, mahir və etibarlı həkimə.»5


ioooooop


49

Bəlağət



251.Bəlağət

850.İmam Əli (ə):«Bəlağət odur ki, danışılması səlist, başa düşülməsi isə asan olsun.»1

851.İmam Əli (ə):«Bəlağət odur ki, cavab verməkdə kütlük etməyəsən, məqsədini çatdırasan və söz oxun hədəfdən yayınmasın.»2

852.İmam Əli (ə):«Bəzən bəlağətdə yalnız müxtəsər söyləmək ilə kifayətlənilir.»3

853.İmam Sadiq (ə):«Bəlağət dilin itiliyi və çoxlu boşboğazlıq etməklə deyil, əksinə, bəlağət – mənanı çatdırmaq və düzgün dəlil-sübut gətirməkdir.»4

854.İmam Sadiq (ə):«Bəlağət üç şeydə – nəzərdə tutulan mənaya yaxınlaşmaqda, artıq sözlərdən uzaqlaşmaqda, az və qısa ifadələrlə çox məna çatdırmaqdadır.»5


252.Ən bəlağətli söz

855.İmam Əli (ə):«Ən bəlağətli söz məqsədi rahatlıqla çatdıran və müxtəsərliyi gözəl olan sözdür.»6

856.İmam Əli (ə):«Ən gözəl kəlam gözəl quruluşla zinətlənmiş və həm alimin, həm də avamın başa düşdüyü kəlamdır.»7
253.Bəlağətlilik və söz oynatmaq

857.Allahın Peyğəmbəri (s):«Allah inək kimi öz dili ilə oynayan (söz oynadan) bəlağətli şəxsə nifrət edir.»8


ioooooop


50

Təbliğat



254.Təbliğatın əhəmiyyəti

Qur’an:

«Möminlərin hamısının (cihada) getmələri rəva və caiz deyil. Bəs nə üçün hər tayfadan bir dəstə getmir ki, (başqa bir dəstə) dərin elm əldə etmək üçün (qalsın,) tayfaları onların yanına qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (Allahın əzabından) çəkinsinlər.»1


Hədis:

858.Allahın Peyğəmbəri (s):«Agah olun, mən bu sözü təkrar edirəm:«Bilin! Namaz qılın, zəkat verin, əmr be məruf (yaxşı işlərə də‘vət edin) və nəhy əz münkər edin (pis işlərdən çəkindirin). Bilin ki, əmr be məruf və nəhy əz münkərin əsası onun mənim sözümlə nəticələnməsidir. Onu burada olmayana çatdırın, həmin şəxsə onu qəbul etməsini əmr edin və ona qarşı çıxmaqdan çəkindirin. Çünki o, Allah tərəfindən olan bir göstərişdir.»2

859.Allahın Peyğəmbəri (s):«Ey Əli! Əgər Allah sənin əlinlə bir insanı hidayət etsə, bu sənin üçün günəşin üzərinə işıq saçdığı hər bir şeydən daha yaxşıdır.»3

860.Allahın Peyğəmbəri (s):«Allahı camaata sevdirin ki, Allah da sizi sevsin.»4

861.Allahın Peyğəmbəri (s):«Kimin əli ilə bir nəfər İslamı qəbul etsə,Cənnət ona vacib olacaqdır.»5

862.Allahın Peyğəmbəri (s):«Doğru yola də‘vət edən hər bir kəsə, ona tabe olanların mükafatlarından bir şey azaldılmadan, onların mükafatlarının misli veriləcəkdir.»6

863.Allahın Peyğəmbəri (s):«Ümmətimin ən yaxşısı bəndələri Allah-taalaya tərəf də‘vət edən və onları Onunla dostlaşdırandır.»7

864.Şərif ibn Sabiq Tiflisi Həmmad Səmdəridən nəql edir ki, İmam Sadiqə (ə) dedim:«Mən müşriklərin şəhərlərinə gedirəm. Bəzi dostlarım deyirlər:«Əgər orada ölsəniz məhşərdə onlarla birlikdə olacaqsınız?» Həmmad deyir:«İmam Sadiq (ə) mənə buyurdu:«Ey Həmmad, orada olanda bizim məsələmizi (imamətimizi) xatırlayır və (camaatı) ona tərəf də‘vət edirsən?» Həmmad deyir: Dedim: «Bəli.» İmam Sadiq (ə) buyurdu:«Bu şəhərlərdə – İslam şəhərlərində – olanda necə bizim məsələmizi xatırlayır və ona də‘vət edirsən?» Həmmad deyir: Dedim:«Xeyr!» İmam mənə buyurdu:«Əgər sən orada (müşriklərin şəhərlərində) ölsən təkbaşına bir ümmət kimi məhşərə gələcəksən və sənin nurun səndən qabaqda hərəkət edəcək.»2


255.Təbliğatçıya vacib olan şeylər

1.Dərin dini elm

865.Allahın Peyğəmbəri (s):«Allah-taalanın dininə yalnız onun bütün cəhətlərindən xəbərdar olan şəxs kömək edər.»3



2.Əhli-Beytin kəlamına əsaslanmaq

866.Əbdüssalam ibn Saleh Hərəvi:«İmam Rzanın (ə) belə buyurduğunu eşitdim ki: Allah bizim işimizi dirçəldən bəndəyə rəhmət etsin! Dedim:«Sizin işinizi necə dirçəltsin? İmam buyurdu:«Bizim elmimizi öyrənib camaata öyrətsin. Əgər insanlar bizim kəlamlarımızın gözəlliyini bilsəydilər, bizə tabe olar, arxamızca gələrdilər.»4



3.İxlas (niyyət saflığı)

Qur’an:

«Mən bunun (risalətin təbliğinin) müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»5



Hədis:

867.Allahın Peyğəmbəri (s):«Allah xütbə oxumuş hər bir bəndədən onun həmin xütbədə məqsədinin nə olmasını soruşacaq.»6



4.Şücaət

«O kəslər ki, Allahın tapşırıqlarını çatdırırlar, Ondan qorxurlar və Allahdan başqa heç kəsdən qorxmurlar. Allah hesab çəkməyə kifayətdir.»7

868.Allahın Peyğəmbəri (s):«Haqqı de və Allah yolunda heç bir qınayanın töhmətindən qorxma.»1

869.Allahın Peyğəmbəri (s):«Məbada camaatdan qorxmaq sizlərdən haqqı görmüş və ya şahid olmuş kəsin haqqı deməsinə mane olsun. Çünki haqqı demək və ya «böyük işi» (axirəti) xatırlamaq nə ölümü yaxınlaşdırır, nə də ruzini uzaqlaşdırır.»2


5.Doğruluq

870.Misbahuş-şəriət kitabında İmam Sadiqin (ə) belə buyurması nəql olunub ki:«Ən gözəl öyüd sözün, doğruluğun sərhəddini və əməlin, ixlasın hüdudlarını aşmamasıdır.»3

871.Əmr ibn əbu Miqdam:«İmam Baqir (ə) ilk dəfə onun hüzuruna daxil olarkən mənə belə buyurdu:«Danışmamışdan qabaq doğruluğu öyrənin.»4

6.Mülayimlik

872.Allahın Peyğəmbəri (s):«Asanlaşdırın çətinləşdirməyin, rahatlaşdırın nifrət yaratmayın!»5

873.Allahın Peyğəmbəri (s):«Risalətin təbliğinə məmur olunduğum kimi camaatla mülayim olmağa da əmr olunmuşam.»6

874.İmam Sadiq (ə) Ömər ibn Hənzələyə xitab edərək buyurmuşdur:«Ey Ömər, bizim şiələrimizin çiyinlərinə (ağır) yük qoymayın və onlarla mülayim davranın. Çünki insanlar onların çiyinlərinə qoyulanları götürmürlər.»7



7.Nəsihət

Qur’an:

«Rəbbimin risalət və tapşırıqlarını sizə çatdırıram. Mən sizin üçün inanılmış bir nəsihətçiyəm.»8



Hədis:

875.İmam Əli (ə) Həzrət Peyğəmbərin fəzilətlərini bəyan edərkən buyurmuşdur:«(Allah) onu sərgərdanlıqda azdıqları və fitnədə qərq olduqları bir zamanda göndərdi…..Peyğəmbər (s) nəsihət verməyi son həddinə çatdırdı və doğru yolda hərəkət etdi və (camaatı) hikmət və gözəl öyüdlərə də‘vət etdi.»9



8.Qəlb ilə dilin bir olması

876.İmam Əli (ə) o Həzrətə məxsus hikmətlərdə buyurmuşdur:«Söz qəlbdən gələndə qəlbə yatar, dildən çıxanda isə qulaqlardan o tərəfə keçməz.»1



9.Əməl ilə təbliğ

877.İmam Sadiq (ə):«Camaatı dilinizdən ayrı şeylə yaxşılığa də‘vət edin ki, sizdə çalışqanlıq, doğruluq və pəhrizkarlıq görsünlər.»2

878.İmam Sadiq (ə):«Allah rəhmət etsin o qövmə ki, çıraq və nur (hidayət) mənbəyidirlər və insanları əməlləri və var gücləri ilə bizə tərəf də‘vət edirlər.»3


51


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə