I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə20/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   16   17   18   19   20   21   22   23   ...   98

Zülm, zorakılıq və itaətsizlik



241. Zülm, zorakılıq və itaətsizlik

Quran:

«Elə ki, Allah onları xilas etdi, yer üzündə haqsız yerə zülm, zorakılıq və itaətsizlik etmələrini görərsən. Ey insanlar! Bu zülm, zorakılıq və itaətsizlik sizin öz ziyanınızadır, (siz) dünya həyatının xeyri(ni istəyirsiniz). Dünya həyatında bir faydalanma, ləzzət vardır. Sonra sizin dönüşünüz Bizə tərəf olacaqdır. Daha sonra sizi etdiklərinizdən xəbərdar edəcəyik.»1

«Və (Allah) zinadan, çirkin (əməl)lərdən və zülm, zorakılıq və itaətsizlikdən çəkindirir. Sizə öyüd verir ki, bəlkə öyüd qəbul edən oldunuz.»2

822.Allahın Peyğəmbəri (s):«Zorakılığın cəzası insanı digər çirkin işlərin hamısından tez yaxalayır.»3

823.İmam Əli (ə):«İtaətsizlik və təcavüzkarlıq qılıncı çəkən şəxs həmin qılıncla öldürülər.»4

824.İmam Əli (ə):«Zorakılıq neməti aradan aparır.»5

825.İmam Əli (ə):«İtəatsizlik viran və məhvə səbəb olur.»6

826.İmam Əli (ə):«Zorakılıq və itaətsizlikdən çəkin. Çünki zorakılıq (insanı) çox tez torpağa sərər və zarakılıq işlədəni ibrətə çevirər.»7

827.İmam Əli (ə):«İtaətsizlik itaətsizləri oda tərəf çəkir.»8

828.İmam Sadiq (ə):«Diqqətli ol, ağzından heç vaxt, hətta özünün və qohumlarının qüdrəti ilə öyünsən belə, zorakı söz çıxmasın.»9


242.Zorakı və itaət etməyən şəxs

829.İmam Sadiq (ə) «kim itaətsizlik etmədən və həddi aşmadan məcbur olsa» ayəsinin təfsirində buyurmuşdur:«İtaətsiz, imamına qarşı qiyam etmiş şəxsdir.»1


243.İtaət etməyən yağı müsəlmanlarla vuruşmaq

Quran:

«Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onların biri digərinə qarşı həddi aşaraq təcavüzkarlıq etsə, həddi aşanla Allahın əmrinə qayıdana kimi vuruşun. Beləliklə, əgər (Allahın əmrinə qayıtsa) onların aralarında ədalətli sülh bərqərar edin və ədalətli olun ki, Allah ədalətliləri sevir.»2



Hədis:

830.İmam Əli (ə):«Döyüş iki cürdür: Müşriklərlə döyüş. Onlar müsəlman olmayınca və ya xarlıqla cizyə verməyincə buraxılmırlar. Bir də haqq yoldan dönmüşlərlə döyüş. Allahın əmrinə qayıdana və ona tabe olana və ya öldürülənə kimi onların qarşısında durmaq lazımdır.»3

831.İmam Əli (ə):«İtaətsizlik əhli və yağılarla müşriklərlə olan kimi tam şiddətlə vuruşmaq, onlara qarşı qiblə əhlinin (müsəlmanların) bütün imkan və bacarığından istifadə etmək və ələ keçirən zaman onları müşriklər kimi əsir götürmək lazımdır.»4
244.Müsəlmanların imamı ilə aşkarcasına düşmənçilik edən şəxsin öldürülməsinin caiz olması

832.İmam Sadiq (ə) «Nasibi»lər5 barəsində buyurmuşdur:«Əgər sizdən bir nəfərin onların əli ilə öldürülməsindən qorxmasaydım, çünki sizin bir nəfəriniz onların min nəfərindən yaxşıdır, onları öldürməyinizi əmr edərdim.Lakin bu işin icazəsi imama həvalə edilib.»6

833.İmam Rza (ə):«Təqiyyə edilməli yerdə qatil və ya yağıdan başqa heç bir kafiri öldürmək caiz deyil. Belə olan halda əgər canın təhlükəyə düşməsə, onu (qatil və ya yağını) öldürə bilərsən.»7

ioooooop


47

Ağlamaq



245.Allah qorxusundan ağlamaq

Quran:

«Rəhman Allahın ayələri onlara oxunan zaman ağlayaraq səcdəyə düşürdülər.»1

«Onlar üzüqoylu düşüb ağlayırlar və itaətkarlıqları artır.»2

Hədis:

834.Allahın Peyğəmbəri (s):«Xoş o üzün halına ki, etdiyi və heç kəsin xəbəri olmayan günahına görə Allah qorxusundan ağlayan halda Allah ona baxır.»3

835.Allahın Peyğəmbəri (s) «Vida həcci»nin xütbəsində buyurmuşdur: «Kimin gözü Allah qorxusundan yaş töksə, onun göz yaşının hər bir damcısı üçün əməl tərəzisinə Ühüd dağı boyda mükafat qoyarlar.»4

836.Allahın Peyğəmbəri (s):«Allahın ərşinin kölgəsindən başqa ayrı bir kölgənin olmayacağı gün yeddi nəfər Onun ərşinin kölgəsində olar: …………. və gizlində Allah-taalanı xatırlayan və Allah qorxusundan gözlərindən yaş axan şəxs.»5

837.Allahın Peyğəmbəri (s):«Kimin gözündən Allah qorxusundan bir milçək boyda yaş çıxsa, Allah «böyük qorxu» günündə onu qorxusuz edər.»6

838.İmam Əli (ə):«Gözlərin ağlaması və qəlblərin qorxması adı uca olan Allahın rəhminin nişanəsidir. Bu ikisini özünüzdə tapan zaman dua etməyi qənimət bilin.»7

839.İmam Əli (ə):«Allah qorxusundan ağlamaq rəhmətin açarıdır».8

840.İmam Əli (ə):«Allah qorxusundan ağlamaq qəlbi nuraniləşdirir və günaha adət etməkdən qoruyur.»9

841.İmam Səccad (ə):«Heç bir damcı Allah yanında bu iki damcıdan – Allah yolunda tökülmüş qan damcısından və gecə yarısı Allaha görə tökülən
göz yaşı damcısından əziz deyil.»1

842.İmam Baqir (ə):«Qiyamət günü üç gözdən – Allah yolunda gecə yatmamış gözdən, Allah qorxusundan ağlamış gözdən və Allahın haram buyurduqlarına baxmamış gözdən başqa bütün gözlər ağlayacaq.»2

843.İmam Sadiq (ə):«Əgər ağlamağın gəlmirsə də, özünü ağlamağa vur. Əgər gözündən milçəyin başı boyda yaş çıxsa, xoş halına!»3

844.İmam Sadiq (ə):«Göz yaşlarından başqa hər bir şeyin ölçü və çəkisi var. Çünki bir damcı göz yaşı alov dəryasını söndürür. Əgər göz öz yaşında batsa, həmin üzə heç bir yoxsulluq və həqirlik tozu qonmaz. Əgər göz yaşları axsa, Allah həmin üzü oda haram edər. Əgər ağlayan bir ümmətin arasında ağlasa, həmin ümmətin hamısına rəhm olunar.»4


246.Gözün (yaşının) quruması

845.Allahın Peyğəmbəri (s):«Bədbəxtliyin əlamətlərindən biri gözün (yaşının) qurumasıdır.»5

846.İmam Əli (ə):«Göz yaşları yalnız qəlbin daşlığı səbəbindən quruyur və qəlblər yalnız günahların çoxluğundan daşlaşır.»6

ioooooop


48

Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə