I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə25/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   21   22   23   24   25   26   27   28   ...   98

Tövbə



293.Tövbə

Qur’an:

«Bəndələrinin tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur.»1

973.Allahın Peyğəmbəri (s):«Tövbə keçmişdə olanların üstünü örtür.»2

974.Allahın Peyğəmbəri (s):«Günahından tövbə etmiş şəxs günah etməmiş şəxs kimidir.»3

975.İmam Əli (ə):«Tövbə günahları təmizləyər və qəlbi yuyar.»4
294.Tövbə edənin məqamı

Qur’an

«Allah tövbə edənləri və pak olanları sevir.»5



Hədis:

976.Allahın Peyğəmbəri (s):«Allah yanında tövbə etmiş mömin kişi və mömin qadından sevimli heç nə yoxdur.»6

977.Allahın Peyğəmbəri (s):«Adəm övladının hamısı səhv və xəta edir, xəta edənlərin ən yaxşısı tövbə edənlərdir.»7

978.Allahın Peyğəmbəri (s):«Həqiqətən Allahın öz bəndəsinin tövbə etməsindən sevinci uşağı olmayanın uşağı olduqda, bir şey itirən kəsin itirdiyini tapdıqda və susuz şəxsin su tapan zaman duyduğu sevincdən çoxdur.»8


295.Tövbə edənlər

Qur’an:

«Tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar, ruku və səcdə edənlər….»1



Hədis:

979.Allahın Peyğəmbəri (s):«Tövbə etmiş şəxsin dörd nişanəsi var: əməli yalnız Allaha görə xalisləşdirmək, batili tərk etmək, haqqa bağlılıq və yaxşılığa hərislik.»2

980.İmam Əli (ə) tövbə edənlərin vəsfində buyurmuşdur:«Günah ağaclarını göz və qəlblərinin qabağında basdırıblar və onları peşmançılıq suyu ilə suvarıblar. Bu ağaclar onlara salamatlıq barı verib və arxasınca razılıq və kəramət gətirib.»3

981.İmam Səccad (ə) münacatlarının birində: «Bizi o kəslərdən et ki, …… nəfsi istəklərin od pərdəsini tövbə yaşı tökməklə kəsiblər və nadanlıq qablarını həyat suyunun zülalı ilə yuyublar.»4


296.Tövbənin qəbul olunması

Qur’an:

«Bəndələrinin tövbəsini qəbul edən, günahları bağışlayan….Odur»5



Hədis:

982.İmam Əli (ə): «Tövbə (etmək uğuru) verilmiş şəxs onun qəbul edilməsindən məhrum edilməz və istiğfar (etmək uğuru) verilmiş şəxs isə bağışlanmaqdan məhrum qalmaz!»6


297.Tövbə nə vaxt qəbul edilir?

Qur’an:

«Günah işlər görməkdə davam edərək ölüm yetişən anda «mən indi tövbə etdim» deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz.»7



Hədis:

983.Allahın Peyğəmbəri (s):«Kim (əzabı) müşahidə etməmişdən qabaq tövbə etsə, Allah onun tövbəsini qəbul edər.»8

984.İmam Baqir (ə) əli ilə boğazına işarə edərək buyurmuşdur:«Can bura çatanda alim və bilənin tövbəsi (tövbə etməyə bir yolu) yoxdur, amma nadanın var.»9

985.İmam Rza (ə) «Allah-taala nə üçün Fir’onu iman gətirməsinə və Onun birliyini iqrar etməsinə baxmayaraq suda batırdı?» sualının cavabında buyurmuşdur:«Çünki o əzabı müşahidə edən zaman iman gətirdi, əzabı müşahidə edən zaman iman gətirmək isə qəbul edilməz.»2



298.Peşman olmaq bir növ tövbədir

986.Allahın Peyğəmbəri (s):«Peşmançılıq tövbədir.»3

987.İmam Əli (ə):«Günahdan peşman olmaq istiğfardır.»4

988.İmam Əli (ə):«Qəlbin peşman olması günahın üstünü örtər.»5



299.Səmimi etiraf

Qur’an:

«Digər bir dəstə günahını etiraf etdi ki, onlar yaxşı bir əməl ilə pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilər ki, Allah onların tövbələrini qəbul etsin.»6



Hədis:

989.İmam Əli (ə):«Öz günahını etiraf edən günahkar, öz əməli ilə öyünən itaətkardan daha yaxışıdır.»7

990.İmam Baqir (ə):«Vallah, günahı etiraf edən şəxsdən başqa heç kəs ondan qurtulmaz.»8

991.İmam Baqir (ə):«Vallah, Allah-taala insanlardan yalnız iki şey – nemətlərini daha da artırmaq üçün onlara görə şükr etmələrini və günahlarını bağışlamaq üçün günahlarını e‘tiraf etmələrini istəyib.»9


300.Tövbənin sütunları

Qur’an:

«Hər kəs zülmündən sonra tövbə etsə və özünü düzəltsə Allah onun tövbəsini qəbul edər. Həqiqətən Allah bağışlayan və rəhm edəndir.»10

«Şübhəsiz ki, Mən tövbə edib iman gətirəni və yaxşı işlər görüb sonra doğru yolu tutanı çox bağışlayanam.»11

Hədis:

992.İmam Əli (ə):«Tövbə dörd sütun - qəlbdə peşmançılıq (keçirmək), dil ilə bağışlanma istəmək, bədən üzvləri ilə əməl etmək və (günaha) qayıtmamaq qərarı üzərində dayanmışdır.»1

993.əl-Kafi:«Nəx’ə tayfasının böyüklərindən biri olan Vəhəb ibn Əbdi Rəbbih deyir:«İmam Baqirə (ə) dedim:«Mən Həccacın zamanından indiyə kimi vali olmuşam, mənim tövbəm qəbul olar?» Həzrət susdu. Mən sözümü bir də təkrar etdim. Həzrət buyurdu:«Xeyr, yalnız bu istisna ilə (tövbən qəbul ola bilər) ki, hər bir haqq sahibinin haqqını özünə qaytarasan.»2


301.Tövbənin növləri

994.Allahın Peyğəmbəri (s):«Hər bir günah üçün (ona uyğun) bir (tərzdə) tövbə et, gizli günah üçün gizli tövbə və aşkar günah üçün aşkar tövbə!»3


302.Səmimi və xalis niyyətlə tövbə

Qur’an:

«Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən və xalis niyyətlə tövbə edin.»4



Hədis:

995.Allahın Peyğəmbəri (s):«Səmimi-qəlbdən və xalis niyyətlə edilmiş tövbə etdiyin günahdan peşman olmağın, Allahdan bağışlanma diləməyin və bir də heç vaxt ona qayıtmamağındır.»5

996.İmam Hadi (ə) səmimi-qəlbdən edilmiş xalis tövbə barəsindəki sualın cavabında buyurmuşdur:«Səmimi və xalis tövbə batinin zahir kimi və (hətta) ondan da yaxşı olmasıdır.»6
303.Tövbəni təxirə salmaq, gecikdirmək

997.İmam Əli (ə):«Günah edən zaman tövbə ilə onun məhvinə tələs.7

998.İmam Əli (ə):«Tövbə işini sabaha saxlayan kəs ölümün hücumu ilə çox böyük təhlükə qarşısındadır.»8

999.İmam Cavad (ə):«Tövbəni təxirə salmaq aldanmaq və qəflətdir, bu gün-sabah etmək isə çaşqınlıq və məəttəlçilik!»9


304.Tövbədən daha asan…

1000.İsa Məsih (ə):«Camaata borclu olmayan kəs, borclu olub borcunu vaxtında qaytaran kəsdən də daha rahat və qəmi azdır. Həmçinin günah etməyən kəs, günah edib hətta səmimi qəlbdən xalis tövbə edən və Allaha tərəf qayıdandan daha rahat və xatircəmdir.»1

1001.İmam Əli (ə):«Günah etməmək tövbə(nin qəbul olunmasını) istəməkdən daha asandır.»2
305.Allah-taalanın tövbə edən şəxsin eyblərinin üstünü örtməsi

1002.İmam Əli (ə):«Kim (Allaha tərəf) qayıtsa Allah da ona (tərəf) qayıdar və onun bədən üzvlərinə və yerin hər bir parçasına onun abrını qorumaq, eyblərinin üstünü örtmək və əməlləri qoruyan mələklərin onun barəsində yazdıqları günahların onların yadlarından çıxarılması əmr edilər.»3


306.Pis əməllərin yaxşı əməllərə çevrilməsi

Qur’an:

«Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir.»4



Hədis:

1003.İmam Sadiq (ə):«Allah-taala Davud peyğəmbərə (əla nəbiyyina və alihi və əleyhis-səlam) vəhy etdi ki:«Ey Davud! Mömin bəndəm günah etsə və sonra həmin günahdan üz döndərərək tövbə etsə və onu xatırlayan zaman Məndən həya etsə onu bağışlayar, həmin günahı əməlləri qoruyub saxlayan mələklərin yadından çıxarar və onu yaxşılığa çevirərəm. Mənim bu işdən heç bir çəkinəcəyim yoxdur. Çünki Mən mehribanların ən mehribanıyam.»5


307.Allahın əvəzinə hökm çıxarmaq

1004.Allahın Peyğəmbəri (s):«Ümmətimdən vay o kəslərə ki, Allahın əvəzinə hökm çıxarırlar. O kəslər ki deyirlər:«Filankəs Cənnətlikdir, filanikəs Cəhənnəmlik.»6

1005.Allahın Peyğəmbəri (s):«Günlərin birində bir kişi dedi:«Vallah, Allah filankəsi bağışlamayacaq.» Onda Allah-taala buyurdu:«Bu kimdir ki, Mənim filankəsi bağışlamayacağıma and içir? Mən həmin şəxsi bağışladım və ikincinin (saleh) əməlini «Allah filankəsi bağışlamayacaq» dediyinə görə batil və puç etdim.»7




57

Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə