I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə2/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   98

1

Fədakarlıq



1.Fədakarlığın dəyəri.

1.İmam Əli (ə):«Fədakarlıq ən ali insani sifətdir.» 1

2.İmam Əli (ə):«Fədakarlıq yaxşı əməl sahiblərinin xislətidir.»2

3.İmam Əli (ə):«Fədakarlıq yaxşılıqların ən gözəli və imanın dərəcələrinin ən üstünüdür.3«

4.İmam Əli (ə):«Fədakarlıq ibadətlərin ən üstünü və ağalığın ən böyüyüdür.»4

5.İmam Əli (ə):«Səxavətliliyin ən üstünü fədakarlıqdır.»5

6.İmam Əli (ə):«Başqaları ilə insafla, möminlərlə isə fədakarlıqla davran.»6

7.İmam Əli (ə):«Nəcib əxlaqın ən yüksək mərtəbəsi fədakarlıqdır.»7

8.İmam Əli (ə):« Azad insanlar fədakarlıqla qul edilirlər.»8
2.Fədakarların dəyəri.

Qur’an:

«Mühacirlərdən əvvəl (Mədinədə) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilənlərə (qənimətlərə) ürəklərində ehtiyac (və həsəd) duymaz, özləri ehtiyac içində olsalar belə onları özlərindən üstün tutardılar. Nəfsinin xəsisliyindən, tamahından qorunub saxlanılan kimsələr . məhz onlar nicat tapıb səadətə qovuşanlardır»1



Hədis:

9.Əbu Hüreyrə:«Bir kişi Peyğəmbərin (s) yanına gəlib aclıqdan şikayətləndi. Allahın Peyğəmbəri (s) bir nəfəri zövcələrinin evinə göndərdi. Amma onlar dedilər:«Sudan başqa bir şeyimiz yoxdur.» Peyğəmbər (s) buyurdu:« Bu kişini bu axşam kim qonaq aparar?» Əli ibn əbu Talib (ə) dedi:«Ey Allahın Peyğəmbəri, mən onu qonaq apararam.» Sonra Fatimənin (s.ə.) yanına gəlib dedi:«Ey Allahın Peyğəmbərinin qızı, yeməyə nəyin var?» Fatimə dedi:«Şam yeməyindən başqa bir şeyimiz yoxdur, amma qonağı özümüzdən üstün tutar, qabağa salarıq.» Həzrət buyurdu:«Ey Məhəmmədin qızı! Uşaqları yatızdır və çıraqları söndür.» Əli (ə) səhər Peyğəmbərin (s) yanına gəlib baş verənləri Həzrətə danışandan sonra çox keçmədi ki, Allah-taala «…özlərindən üstün tutarlar . . . . . .» ayəsini nazil etdi.»2

10.Ayişə:«Allahın Peyğəmbəri (s) dünyadan köçənə kimi heç vaxt üç gün dalbadal doyunca yemək yemədi. Əgər istəsəydi, doyunca yeyə bilərdi. Amma başqalarını özündən üstün tutur, qabağa salırdı.»3

11.Əbuttufeyl:«Əli (ə) xoşu gələn bir paltar aldı. Sonra onu sədəqə verib buyurdu:«Allahın Peyğəmbərindən(s) eşitmişəm ki, «hər kim fədakarlıq edərək başqasını özündən qabağa salsa, Allah Qiyamət günü ona Cənnəti bağışlayar.»4

12.İmam Sadiq (ə):«Fatimənin (ə. s) evində bir az arpa var idi və o, ondan quymaq hazırladı. Yemək hazır olandan sonra onu qarşılarına qoydular (ki, yesinlər). (Birdən) Bir yoxsul gəlib çıxdı və dedi:«Allah sizə rəhm etsin!» Əli durub yeməyin üçdə birini ona verdi. Çox keçmədi ki, bir yetim gəlib dedi:«Allah sizə rəhm etsin!» Əli (ə) durub yeməyin digər üçdə bir hissəsini ona verdi. Sonra bir əsir gəlib dedi:«Allahın rəhmi olsun sizə!» Əli (ə) durub yeməyin qalan üçdə birini də ona verdi və özü həmin yeməkdən heç dadmadı. Sonra Allah onların barəsində bu ayəni nazil etdi və həmin ayə Allaha görə belə bir fədakarlıq edən hər bir möminə də şamildir.»5

ioooooop



2

İcarə



3.İcarə.

Qur’an:

«Məgər Rəbbinin rəhmətini onlarmı paylaşdırırlar?! Dünyada onların ruzilərini öz aralarında Biz bölüşdürürük. Biri o birinə iş gördürsün deyə birinin dərəcəsini digərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha yaxşıdır.»1

«O iki qızın biri dedi:«Atacan! Onu muzdla çoban tut, çünki bu güclü və etibarlı adam muzdla tutduqlarının ən yaxşısıdır!»2

Hədis:

13.İmam Əli (ə): «Onların ruzilərini aralarında biz bölüşdürürük» ayəsi barəsində buyurub- «Pak və müqəddəs Allah bu ayə ilə bizə insanların dolanacaq yollarından birinin icarə olmasını xəbər verdi. Çünki, Allah öz hikməti əsasında insanları istək, əzmkarlıq və digər cəhətlərdən fərqli yaradıb və bu məsələni yaradılmışların dolanışığının dayaq nöqtəsi edib. Ona görə də bir şəxs digərini (onun əmək qüvvəsini) icarə edir. . . . əgər bizlərdən biri özü üçün bənnalıq, xərratlıq, yaxud digər sənət sahiblərinin işlərini görməyə məcbur olsa, onda dünyanın işləri düzəlməz. İnsanların buna imkanı da yoxdur və heç cür bunu edə bilməzlər. Lakin, Allah onların istəyini müxtəlif etdi, hər kəsin meylini bir işə saldı ki, həmin işi başqaları üçün də görsün və hər biri başqasının köməyi ilə vəziyyətinə uyğun olaraq məişət işlərini irəli aparsın. Beləliklə, Allah dəqiq bir tədbir tökübdür.»3


4.İnsanın muzdlu iş görməsinin xoşagəlməzliyi.

14.Əmmar Sabati:«Əbu Abdullaha (İmam Sadiqə (ə)) dedim:«İnsan ticarət edib özünü belə bir şəkildə icarəyə verə bilərmi ki, alver etdiyi miqdarda ona (pul) verilsin?» Buyurdu:«Özünü muzda satmasın, əksinə, Allahdan ruzi istəsin və ticarətə başlasın. Çünki əgər muzdla işləsə öz ruzisinə mane olub.»4


5.İcarədə dəllallıq.

15.Məhəmməd ibn Müslim:«İmam Baqir və ya İmam Sadiqdən (ə) soruşdular:«Bir şəxs iş götürür, amma onu özü yerinə yetirmir başqasına həvalə edir və ortada xeyir götürür.»Buyurdu:«Özü də həmin işin bir qədərini görməsə, xeyr. (bu düzgün deyil)!» 1


6. Muzd alanın haqqını kəsməmək.

16.Həzrət Peyğəmbər (s):«Allah muzd alanın (fəhlənin) muzdunu kəsən şəxsin əməlini puç və ətri beş yüz illik məsafədən hiss olunan Cənnətin iyini ona haram edər.»2

17. Həzrət Peyğəmbər (s):«Muzd alanın (fəhlənin) muzdunu kəsmək böyük günahlardandır.»3
7.Zəhmət haqqının müəyyənləşdirilməsi və zəhməthaqqı verməyin qaydası.

18.Həzrət Peyğəmbər (s):«Fəhlənin zəhməthaqqını onun təri qurumamış verin və həmin iş halında onun muzdunu müəyyənləşdirin.»4

19.İmam Əli (ə):«Allahın Peyğəmbəri (s) muzdu təyin edilməmişdən qabaq fəhlə işlətməyi qadağan edib.»5

ioooooop




Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə