I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə18/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   14   15   16   17   18   19   20   21   ...   98

38


İsrafçılıq



222.İsrafçılıq

Quran:

«Qohum-əqrəba, yoxsul və müsafirlərin haqqını ver və heç cür israf etmə! Həqiqətən israfçılar şeytanlarla qardaşdırlar və şeytan Rəbbinə qarşı nankor idi.»1



Hədis:

749.İmam Əli (ə):«Səxavətli ol, amma israfçı olma; qənaətçi ol, amma bərk olma!»2

750.İmam Əli (ə):«İsrafçılıq yoxsulluğun başlanğıcıdır.»3

751.İmam Əli (ə):«İsrafçılıq müflisliklə yoldaşdır.»4

752.İmam Əli (ə):«İsrafçılıqla öyünən kəs yoxsulluqla xar olar.»5

753.İmam Sadiq (ə) «israfçılıq etmə» ayəsi barəsində buyurmuşdur:«Allahın itaətindən qeyri yolda bir şey xərcləyən kəs israfçı, xeyir və yaxşı yolda xərcləyən isə qənaətçidir.»6

754.İmam Sadiq (ə) əbu Bəsirin «israfçılıq etmə» ayəsi barəsindəki sualının cavabında buyurmuşdur:«İnsan öz malını tələf edir və əliboş qalır.» əbu Bəsir dedi:«Deməli halal malda da israfçılıq ola bilər?» İmam (ə) buyurdu:«Bəli.»7

ioooooop



39

Yaxşılıq



223.Yaxşılıq

Qur’an:

«Yaxşılıq və pəhrizkarlıqda əlbir olun, günah və təcavüzkarlıqda köməkləşməyin və Allahdan qorxun. O, ağır cəza verəndir.»1



Hədis:

755.Allahın Peyğəmbəri (s):«Ömrü yalnız yaxşılıq artırar.»2

756.Allahın Peyğəmbəri (s):«Yaxşılığın mükafatı digər yaxşı işlərin hamısından tez çatır və zülm və başqalarına qarşı həddi aşmağın cəzası (insanı) digər pis işlərdən daha tez yaxalayır.»3

757.Allahın Peyğəmbəri (s):«Üç şey – qəlbin səxavətliliyi, danışığın gözəlliyi və əziyyətlər müqabilində səbrlilik yaxşılığın qapılarındandır.»4

758.İmam Baqir (ə):«Dörd şey yaxşılığın xəzinələrindəndir: Ehtiyacı gizli saxlamaq, sədəqəni gizli vermək, ağrını gizlətmək və müsibəti gizlətmək.»5
224.Yaxşılığın nişanəsi

759.Allahın Peyğəmbəri (s):«Yaxşılıq edənin on nişanəsi var: O, Allaha görə sevər, Allaha görə düşmənçilik edər, Allaha görə yoldaş olar, Allaha görə ayrılar, Allaha görə qəzəblənər, Allaha görə razı və məmnun olar, Allaha görə iş görər. Allahı axtarar, Allahın qarşısında itaətkar, qorxan, çəkinən, pak, səmimi, həyalı və özünə nəzarət edən olar və Allaha görə ehsan və yaxşılıq edər.»6


225.Kamil yaxşılıq

760.Allahın Peyğəmbəri (s):«Əsl yaxşılıq odur ki, gizlində də aşkarda gördüyün işi görəsən.»7


ioooooop


40

Bərzəx



226.Bərzəx

«Onların arxalarında dirilib duracaqları günə (Qiyamətə) kimi Bərzəx vardır.»1



Həmçinin müraciət et: Ali-İmran 169-171; Mu’minun 99; Ğafir 11.

Hədis:

761.İmam Sadiq (ə):«Vallah, sizin üçün Bərzəxdən qorxuram.» (Ravi deyir:) Dedim:«Bərzəx nədir?» Buyurdu:«Qəbir – ölümdən Qiyamətə kimi!»2


227.Möminlərin rühları Bərzəxdə

Quran:

«Allah yolunda öldürülənləri heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi yeyirlər.»3

762.İmam Sadiq (ə):«Möminlərin ruhları Cənnətdə otaqlardadırlar. Oranın yeməklərindən yeyir, içməlilərindən içirlər. Bir-birilərinin görüşünə gedir və «Pərvərdigara! Bizə vəd etdiklərini həyata keçirmək üçün Qiyaməti bərqərar et!» deyirlər.»4
228.Kafirlərin ruhları Bərzəxdə

763.İmam Sadiq (ə):«Kafirlərin ruhları Cəhənnəm odunun içindədir. Onları odun qarşısına gətirərlər və onlar «Pərvərdigara! Qiyaməti bərqərar etmə, bizə vəd etdiklərini həyata keçirmə və bizim birincimizi sonuncumuza yoldaş etmə!» deyərlər.»5


ioooooop

41

Bərəkət



229.Bərəkət

Quran:

«O, harada oluramsa olum, məni bərəkətli edib və mənə nə qədər ki, diriyəm namaz qılmağı və zəkatı tövsiyə edib.»1



Hədis:

764.İmam Sadiq (ə) «O, harda oluramsa olum, məni bərəkətli edib» ayəsinin təfsirində buyurmuşdur:« (Bərəkətlidən məqsəd) çox xeyir və fayda verəndir.»2


230.Bərəkət gətirən və bərəkəti aradan aparan şeylər

Quran:

«Əgər o məmləkətlərin əhalisi iman gətirib təqvalı olsaydılar, göyün və yerin bərəkətlərini üzlərinə açardıq. Lakin onlar peyğəmbərləri təkzib etdilər. Biz də əməllərinin cəzası olaraq onları yaxaladıq.»3



Hədis:

765.Allahın Peyğəmbəri (s):«Yeməklərinizi ölçün, çəkin! Həqiqətən bərəkət (ağırlığı) çəkilmiş yeməkdədir.»4

766.Allahın Peyğəmbəri (s):«Bərəkət on hissədir. Onun doqquz hissəsi ticarətdə, bir hissəsi isə heyvandarlıqdadır.»5

767.Allahın Peyğəmbəri (s):«Dörd şey var ki, onlardan hansı biri evə daxil olsa onu viran edər və bərəkətlə abadlaşmaz: Xəyanət, oğurluq, şərab içmək və zina.»6

768. İmam Əli (ə):«Ədalətlə bərəkətlər qat-qat artır.»7

769.İmam Əli (ə):«Cinayətlər aşkar şəkildə ediləndə bərəkətlər aradan gedər.»8

ioooooop

42

Gülərüzlülük



231. Gülərüzlülük

770.Allahın Peyğəmbəri (s):«Gülərüzlülük kini təmizləyir.»1

771.Allahın Peyğəmbəri (s):«Qardaşınla gülərüz görüş.»2

772.Allahın Peyğəmbəri (s):«Siz heç vaxt insanların hamısına öz malınızla fayda verə bilməzsiniz. Buna görə də onlarla (heç olmasa) açıq və gülər üzlə görüşün.»3

773.İmam Əli (ə):«Gülərüzlülük dostluq kəməndidir.»4

774.İmam Əli (ə):«Gülərüzlülük azad insanın xislətidir.»5

775.İmam Əli (ə):«Gülərüzlülük məhəbbət kəndiridir.»6

776.İmam Əli (ə):«Möminin sevinci üzündə, qüdrəti dinində, kədəri qəlbindədir.»7

777.İmam Əli (ə):«Gülərüzlülüyün sənin alicənablığın və nəfsinin kəramətinin nişanəsidir.»8

778.İmam Əli (ə):«Qardaşlarınızla görüşən zaman bir-birinizə əl verin, onlara gülərüzlülük və təbəssüm göstərin ki, ayrılarkən günahlarınız tökülsün.»9

779.İmam Əli (ə):«İnsanların, dostlarının ürəklərini ələ almaları və düşmənlərinin qəlbindən kinləri təmizləmək üçün ən yaxşı vasitə onlarla qarşılaşanda gülərüzlü olmaları, yanlarında olmayanda halları ilə maraqlanmaları və yanlarında olanda təbəssüm etmələridir.»10

ioooooop


43


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə