I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə30/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   26   27   28   29   30   31   32   33   ...   98

Cənabət



354.Cənabət

Qur’an:

«Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və əllərinizi dirsəkləriniz də daxil olmaqla yuyun, başınızı və ayaqlarınızı topuqlarınıza qədər məsh edin. Əgər cünub olsanız (cinsi əlaqədə olmuşsunuzsa,) özünüzü pak edin.»1



Hədis:

1141.İmam Əli (ə):«Müsəlman cünub halında yatmaz və yatağına yalnız pak gedər. Əgər su tapmasa torpaqla təyəmmüm etsin.»2

1142.İmam Baqir (ə):«Cənabətli şəxs bir şey yemək və içmək istəsə əl-üzünü yusun, ağzını su ilə yaxalasın, sonra yeyib-içsin.»3




74

Ordu



355.Ordu

1143.İmam Əlinin (ə) Malik Əştəri Misirə hakim təyin etdiyi fərmanından: «Ordu Allahın izni ilə xalqın qalası, valilərin zinəti, dinin qüdrət və izzət mənbəyi, əmin-amanlıq vasitəsidir. Xalq yalnız ordu mövcud olduqda öz ayağı üstə dayanar.»1

1144.İmam Əlinin (ə) həmin fərmanından: «Səninçün ordu başçılarının ən seçilmişi o şəxs olmalıdır ki, başqalarına əl tutsun, özlərini və qoyub gəldikləri ailələrini yaxşı təmin etmələri, nəticədə hamılıqla cihadda və düşmənlə mübarizədə yekdil olmaları üçün əlində olanı onlara versin. Çünki, sənin onlarla mehriban olmağın onların qəlblərini sənə qarşı mehriban edər..…Onların arzularını yerinə yetir, onları həmişə tərifləyərək qiymətləndir, çətinlik çəkənlərin zəhmətlərini qeyd et. Yaxşı işlərini çox xatırlamaq Allahın istəyi ilə igidlərini qaldıracaq və iradəsi süst olan qorxaqları təşviq edəcəkdir.»2

1145.İmam Əli (ə):«Öz ordusuna kömək etməkdən əl çəkən şəxs düşmənlərinə kömək edib.»3

1146.İmam Əli (ə):«Ordunun bəlası başçılara itaətsizlikdir.»4
356.Allahın orduları

Qur’an:

«Göylərdəki və yerdəki ordular Allaha məxsusdur. Allah bilən və hikmət sahibidir.»5

«Rəbbinin ordularını özündən başqası bilməz.»6

«Əgər siz Peyğəmbərə kömək etmirsinizsə, ona mütləq Allah kömək etmişdir……O vaxt Allah ona bir rahatlıq nazil etmiş, onu sizin görmədiyiniz ordularla gücləndirmişdi.»7



75

Cənnət



357. Cənnət

Qur’an:

«Rəbbiniz tərəfindən bağışlanmanıza, genişliyi səmalar və yer qədər olan və təqvalılar üçün hazırlanmış Cənnətə tələsin.»1



Hədis:

1147.İmam Əli (ə):«Bilin! Mən Cənnət kimi elə bir yer görmədim ki, onu axtaran yuxuya dalsın və Cəhənnəm kimisini də görmədim ki, ondan qaçan yuxuya gedib uyusun.»2

1148. İmam Əli (ə):«Cənnət ən üstün məramdır.»3

1149. İmam Əli (ə):«Cənnət əmin-amanlıq və rahatlıq sarayıdır.»4


358. Sizin canlarınızın Cənnətdən başqa qiyməti yoxdur.

Qur’an:

«Həqiqətən, Allah-taala möminlərin canlarını və mallarını (satın) aldı ki, (əvəzində) onlara Cənnət nəsib olsun.» 5



Hədis:

1150. İmam Əli (ə):«Həqiqətən sizin canlarınızın qiyməti (dəyəri) Cənnətdən başqa bir şey deyil: Onu Cənnətdən başqa heç nəyə satmayın.»6


359. Cənnətin qiyməti

1151. İmam Əli (ə):«Cənnətin qiyməti saleh və yaxşı əməldir»7

1152. İmam Əli (ə):«Cənnətin qiyməti qəlbdən dünya məhəbbətini silməkdir.»8

1153. İmam Sadiq (ə):«Cənnətin qiyməti «la ilahə illallah» sözüdür.»2


360. Cənnətə daxil olmağın şərtləri.

Qur’an:

«Əgər mömin olan hər bir kişi və ya qadın saleh əməllər yerinə yetirsə, Cənnətə daxil olacaq və onlara xurmanın çərdəyi qədər də zülm edilməyəcək.»3

«Bu həmin Cənnətdir ki, onu təqvalı bəndələrimizə miras verəcəyik.»4

Hədis:

1154. Allahın Peyğəmbəri (s):«Ümmətim daha çox iki şeyə görə Cənnətə daxil olacaq: ilahi təqva və gözəl əxlaq.» 5

1155. Allahın Peyğəmbəri (s):«Üç şey var ki, onlarla Allahın dərgahına gedən kəs istədiyi qapıdan Cənnətə daxil olacaq: gözəl əxlaqı olan, gizlində və aşkarda Allahdan qorxan, haqq onun tərəfində olsa belə mübahisəni tərk edən şəxs.»6

1156. Allahın Peyğəmbəri (s):«Hər biriniz Cənnətə daxil olmaq istəyirmi?» Ərz etdilər: «Bəli, ey Allahın Rəsulu.» Peyğəmbər buyurdu:«Arzularınızı qısaldın, ölüm anını gözlərinizin önünə gətirin və Allahdan Allaha layiq olduğu kimi həya edin.»7

1157. Allahın Peyğəmbəri (s):«Kim dəvənin iki sağımı arasındakı vaxt qədər olsa belə Allah yolunda cihad edərsə, Cənnətə daxil olar.»8

1158. İmam Sadiq (ə):«Üç əməl var ki, hər kəs onlardan birini yerinə yetirsə Allah-taala Cənnəti ona vacib edər: kasıb vaxtında ehsan etmək, hamı ilə gözəl rəftar etmək, insaflı olmaq.»9


361. Cənnət çətinliklərlə bürünübdür.

Qur’an:

«Elə düşünürsünüz ki, Allah-taala sizin aranızdan cihad edən və dözümlü olanları məlum etməmiş Cənnətə daxil olacaqsınız?»10



Hədis:

1159. İmam Əli (ə):«Cənnət çətinliklər və məhrumiyyətlərlə qazanılır.»1

1160. İman Bağır (ə):«Cənnət çətinliklər və səbrlə əhatə olunub. Dünyada çətinliklərə səbr edən Cənnətə daxil olar. Cəhənnəm ləzzətlər və nəfsin istəklərinin əhatəsindədir, ləzzətlərin və nəfsin istəklərinin ardınca gedən Cəhənnəmə gedər.»2

1161. İmam Rza (ə):«Cənnəti istəyən və eyni halda çətinliklərə səbr etməyən hər kəs sözsüz ki, özünü ələ salmışdır.»3



362. Cənnət onlara vacib olan kəslər.

1162. Peyğəmbər (s):«Kim mənə dilini və şəhvətini saxlamağı zəmanət verərsə, mən ona Cənnəti zəmanət verərəm.» 4

1163. Allahın Peyğəmbəri (s):«Mənim üçün altı şeyi öhdənizə alın, sizin Cənnətə daxil olmağınızı öhdəmə götürüm. Yalan danışmayın, vədinizə xilaf çıxmayın, sizə əmin olana xəyanət etməyin, gözlərinizi (harama) baxmaqdan çəkindirin, şəhvətinizi cilovlayın, əllərinizi və dillərinizi saxlayın.» 5
363. Cənnət onlara haram olan kəslər.

Qur’an:

«Həqiqətən, Allaha şərik qoşana Allah-taala Cənnəti haram etmişdir və onun yeri Cəhənnəmdir.»6



Hədis:

1164. Allahın Peyğəmbəri (s):«Üç şəxsə Cənnət haramdır: (Allaha) minnət qoyana, qeybət edənə, şərab içənə.»7

1165. Allahın Peyğəmbəri (s):«Hiyləgər və xəyanətkar Cənnətə daxil olmaz.»8

1166. Allahın Peyğəmbəri (s):«Xalqa rəhbər olan kimsə xalqa xəyanət edib hiylə işlədərsə Allah-taala Cənnəti ona haram edər»9.


364. Cənnətin qapıları.

Qur’an:

«Qapıları onların üzünə açıq olan əbədi Cənnətlər.»10



Hədis:

1167. Allahın Peyğəmbəri (s):«Həqiqətən, Cənnətin qapıları qılıncların kölgəsindədir.»1

1168. İmam Əli (ə):«Cənnətin səkkiz qapısı var; bir qapısından peyğəmbərlər və siddiqlər (haqq sözü danışanlar), digərindən şəhidlər və əməli saleh insanlar daxil olacaq. Digər beş qapıdan isə bizim şiələr və bizi sevənlər, qalan bir qapıdan Allahın vahidliyinə şəhadət verən və qəlblərində biz Əhli-Beytə qarşı zərrə qədər düşmənçiliyi olmayan müsəlmanlar Cənnətə keçəcəklər.» 2
365. Cənnətin dərəcələri.

Qur’an:

«Onun yanına imanla gələn və xeyir əməllər görənlər ali dərəcələrə sahibdir.»3



Hədis:

1169. Allahın Peyğəmbəri (s):«Cənnətdə elə bir dərəcə və məqam var ki, ona yalnız ədalətli rəhbər, qohumları ilə çox əlaqə saxlayan (sileyi-rəhm edən) və səbrli böyük ailə sahibi yetişəcək.»4

1170. İmam Əli (ə) Cənnəti vəsf edərək buyurub : «Cənnətin bir-birindən üstün dərəcələri və bir-birindən fərqlənən mənzilləri var.»5

1171. İmam Əli (ə):«Bizim şiələrin mənzilləri Cənnət əhlinə sizin səmada gördüyünüz ulduzlar kimi görünəcək.»6

1172. İmam Səccad (ə):«Həmişə Qur‘an oxu, çünki, Allah-taala Cənnəti yaratdı və Qur‘anın ayələri qədər ona dərəcələr verdi. Hər kim Qur‘an oxuyarsa, Qur‘an ona deyər:«Oxu və yuxarı qalx.» Bu şəxslər Cənnətə daxil olanda yalnız peyğəmbərlər və siddiqlər onlardan ali mərtəbədə olar.»7

1173. İmam Sadiq (ə):«Cənnət əhlindən (imkan cəhətdən) ən aşağı səviyyədə olan şəxsin vəziyyəti elədir ki, əgər bütün insanlar və cinlər onun qonağı olub, süfrəsindən yeyib-içsələr verdiyi təamdan heç nə azalmaz.»8


366. Cənnətə daxil olan birinci şəxs.

1174. Allahın Peyğəmbəri (s):«Allahın yaratdıqlarından Cənnətə hamıdan əvvəl daxil olanlar yoxsullardır.»9

1175. Allahın Peyğəmbəri (s):«Cənnətə daxil olan birinci şəxs şəhid və öz Rəbbinə yaxşı (ixlasla) ibadət edən kimsədir.»2

1176. Allahın Peyğəmbəri (s):«Cənnətə daxil olan ilk dörd nəfər mən, sən, Həsən və Hüseyndir.»3

1177. İmam Baqir (ə):«Cənnət əhli arasında Cənnətə birinci daxil olanlar xeyir əməl sahibləridır.»4
367. Cənnət əhli.

1178. Allahın Peyğəmbəri (s):«Sizə Cənnət əhlindən xəbər verimmi? (Cənnət əhli həmən) Məğlubiyyətə uğrayan acizlərdir.»5

1179. Allahın Peyğəmbəri (s):«Cənnət əhlinin bədənlərinin tükü az, üzləri tüksüz və gözlərinə sürmə çəkilmişdir. Cavanlıqları heç vaxt aradan getmir, paltarları heç vaxt köhnəlmir.»6

1180. İmam Əli (ə):«Həqiqətən, hər bir sakit təbiətli, vüqarlı və xoş xasiyyətli mömin Cənnət əhlidir.»7


368. Cənnətin geniş olması.

1181. Allahın Peyğəmbəri (s):«Dəvə öz sahibindən qaçdığı kimi, Allahın itaətindən qaçanlardan başqa, hamınız Cənnətə daxil olacaqsınız.»8

1182. İmam Səccad (ə):«Ey bizim şiələrimiz, Cənnət gec, ya tez mütləq sizə nəsib olacaq, amma onun dərəcələrinə yetişmək üçün bir-birinizlə yarışın.»9




76


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə