I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə19/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   15   16   17   18   19   20   21   22   ...   98
    Bu səhifədəki naviqasiya:
  • Nifrət

Bəsirət



232. Bəsirət

Quran:

«Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvanlar kimi, hətta onlardan da azğındırlar. Onlar həmin qafillərdir.»1

780.Allahın Peyğəmbəri (s):«Kor, gözü görməyən deyil, (həqiqi) kor– bəsirət gözü kor olandır.»2

781.İmam Əli (ə):«Bəsirət gözü kor olan zaman gözün baxmasının faydası yoxdur.»3

782.İmam Əli (ə):«Bəsirətli eşidərək düşünən, baxaraq görən, ibrətlərdən bəhrələnən, sonra aydın yolları qət edən və beləliklə uçurumlara düşməkdən çəkinən şəxsdir.»4

783.İmam Əli (ə):«Görmək baxmaqla deyil. Çünki gözlər bə‘zən sahiblərini aldadırlar. Lakin ağıl ondan nəsihət istəyəni aldatmır.»5

784.İmam Əli (ə):«Gözü itirmək bəsirəti itirməkdən asandır.»6

785.İmam Əli (ə):«İnsanların ən bəsirətlisi öz eyblərini görən və öz günahlarından əl çəkən şəxsdir.»7


ioooooop


44

Batil



233.Batil

Quran:

«Haqq gəldi və batil yox oldu. Həqiqətən batil yoxluğa məhkumdur.»1

«Xeyr, Biz haqqı batilin üzərinə salarıq, beləliklə onu yox edər və batil məhv olar. Vəsf etdiklərinizə görə vay olsun sizə!»2

Hədis:

786.İmam Əli (ə):«Batil hiyləgər və aldadıcıdır.»3

787.İmam Əli (ə):«Batili mütləq parçalayaram ki, haqq onun böyründən çıxsın.»4

788.İmam Əli (ə):«Haqq – Cənnət yoludur, batil od yolu və hər bir yolun üzərində (dayanıb ona) də‘vət edən var.»5

789.İmam Əli (ə):«Batilə kömək edən kəs haqqa zülm edib.»6
234.Haqqı batildən seçmək

790.İmam Əli (ə):«Bilin!Haqq ilə batil arasında yalnız dörd barmaq fasilə var……Batil «eşitdim» deməyin, haqq isə «gördüm» deməyindir.»7


235.Haqq ilə batilin bir-birinə qarışması

Quran:

«Haqqa batil donu geyindirməyin və bilə-bilə haqqı gizlətməyin.»8



Hədis:

791.İmam Əli (ə):«Əgər batil haqq ilə qarışmasa o, haqq axtaranlara gizli qalmaz. Əgər haqq batil ilə qarışmasa onun düşmənlərinin dili kəsilər. Lakin bir ovuc ondan və bir ovuc da bundan götürülür. (Beləliklə hərəsindən bir az götürülməklə haqq ilə batil bir-birinə qarışır və nəticədə şübhə meydana çıxır.)»1

792.İmam Əli (ə):«Nə çox azğınlıq ki, mis dirhəm gümüş üzlüklə bəzəndiyi kimi Allahın kitabından bir ayə ilə bəzənib.»2
236.Batilin haqq olmasına yəqinliyin olmaması

793.İmam Sadiq (ə):«Allah batili haqq kimi tanıtmaz. Allah haqqı möminin qəlbində şəkk-şübhə edilməyən batil kimi göstərməz. Allah batili haqq ilə mübarizə aparan kafirin qəlbində şəkk-şübhə edilməyən haqq kimi göstərməz. Əgər belə etməsəydi, haqq batildən seçilməzdi.»3

794.İmam Sadiq (ə):«Qəlb heç vaxt haqqın batil və batilin haqq olmasına yəqinlik tapmaz.»4

ioooooop


45


Nifrət



237.Allahın ən çox nifrət etdiyi kəslər

795.Allahın Peyğəmbəri (s):«Allah zinakar qocaya, zalım varlıya, lovğa yoxsula və həyasız dilənçiyə nifrət edir. Həmçinin bağışlayıb minnət qoyanı mükafatsız qoyacaq.Yalançı və üzlü təkəbbürlüyə nifrət edir.»1

796.Allahın Peyğəmbəri (s):«Allah-taala dünyaya elmi olub, axirətə nadan olan hər bir kəsə nifrət edir.»2

797.Allahın Peyğəmbəri (s):«Allah-taala bazarlarda dözümsüzlük edən, gecə ölü kimi düşən, gündüz uzunqulaq kimi olan, dünya işindən xəbərdar, axirətə isə nadan olan kobud həqirə nifrət edir.»3

798.Allahın Peyğəmbəri (s):«Allah-taala evində hücuma məruz qalıb vuruşmayan kəsə nifrət edir.»4

799.İmam Əli (ə):«Eyb və nöqsan sifətlərdən pak olan Allah günahdan qorxmayan həyasız adama nifrət edir.»5

800.İmam Əli (ə):«Allahın Peyğəmbəri (s) buyurardı: Allah qardaşlarına üzünü turşudan kəsə nifrət edir.»6

801.İmam Baqir (ə):«Allah, pis ağızlı söyüş söyənə nifrət edir.»7


238.Allah yanında ən mənfur şəxs

802.Allahın Peyğəmbəri (s):«Allah yanında üç nəfər hamıdan mənfurdur: Axşam heç namaz qılmamasına baxmayaraq gündüz çox yatan kəs, çox yeyən və yemək yeyən zaman Allahın adını çəkməyən və (qurtarandan sonra) Ona şükr etməyən kəs və səbəb olmadan çox gülən kəs.»8

803.Allahın Peyğəmbəri (s):«Allahın yanında insanların ən mənfuru üç nəfərdir: Hərəmdə (Məkkədə) yolunu azan, İslamda cahiliyyət dövrünün adətini qoymaq istəyən və haqsız yerə birini öldürmək üçün onu təqib edən.»1

804.Allahın Peyğəmbəri (s):«Allah yanında sizin ən mənfurunuz xəbərçilik edənləriniz, qardaşlar arasında ayrılıq salanlarınız və günahsız şəxslərdə səhv və xəta axtaranlarınızdır.»2

805.Allahın Peyğəmbəri (s):«Allah-taalanın yanında yaradılmışların ən mənfuru məmurların görüşünə gedən alimdir.»3

806.Allahın Peyğəmbəri (s):«Qiyamət günü mənim yanımda sizin ən mənfurunuz və mənə ən yad olanınız çox danışan, boşboğaz və «mütəfəyhiq» kəslərdir.» Dedilər:«Ey Allahın Peyğəmbəri, «mütəfəyhiq» kimlərdir?» Buyurdu:«Təkəbbürlülər.»4

807.İmam Əli (ə):«Allah yanında ən mənfur kəs başqalarının dalınca pis sözlər danışaraq qeybət edən kəsdir.»5

808.İmam Əli (ə):«Eyb və nöqsan sifətlərdən pak olan Allahın yanında bəndələrin ən mənfuru bütün dərdi-qəmi qarınqululuq və şəhvətpərəstlik olan kəsdir.»6

809.İmam Əli (ə):«Allah-taalanın yanında yaradılmışların ən mənfuru nadan şəxsdir.»7

810.İmam Əli (ə):«Allahın yanında Onun yaratdıqlarının ən mənfuru o kəsdir ki, ordan-burdan elm toplayar, amma fitnə zülmətlərində qəflətə düçar olar, sülh və sakitliyin məziyyətlərini görməz, özü kimiləri onu alim adlandırar halbuki, tam bir gününü belə elmə həsr etməyib.»8

811.İmam Əli (ə):«Eyb və nöqsan sifətlərdən pak olan Allahın yanında bəndələrin ən mənfuru zor işlədən alimdir.»9

812.İmam Baqir (ə):«Musa (ə) dedi:«Pərvərdigara, bəndələrindən Sənin yanında ən mənfuru kimdir?» Buyurdu:«Gecə ölü kimi düşüb gündüz bekar olan!»10

813.İmam Sadiq (ə):«Allahın yaratdıqlarının ən mənfuru camaatın dilindən qorxduğu bəndədir.»11
239.Allah yanında mənfur olan işlər

814.Allahın Peyğəmbəri (s):«Allah yanında hər şeydən mənfur dolu qarındır.»1

815.İmam Baqir (ə):«Allahın Peyğəmbəri (s) Cəbrailə dedi:«Allah-taalanın yanında hara daha mənfurdur?» Cəbrail buyurdu:«Bazarlar. Və bazar əhlinin ən mənfuru bazara hamıdan tez gedib hamıdan gec çıxan şəxsdir.»2

816.İmam Sadiq (ə):«Allah çox yatmağa və çox bekar olmağa nifrət edir.»3

817.İmam Sadiq (ə):«Allah üç şeyə nifrət edir:«Gecə oyaq olmadan gündüz yatmağa, səbəbsiz gülməyə və tox halda yemək yeməyə.»4

818.İmam Sadiq (ə):«Xəs’əmdən bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi:«Allah-taalanın yanında hansı əməl daha mənfurdur?» Peyğəmbər buyurdu:«Allaha şərik qoşmaq.» Kişi dedi:«Daha nə?» Buyurdu:«Qohumlarla əlaqəni kəsmək.» Kişi dedi:«Sonra nə?» Peyğəmbər buyurdu:«Pis işə əmr edərək yaxşı əməldən çəkindirmək.»5

819.İmam Rza (ə):«Allah hay-küyə, malı bada verməyə və çox ağız açmağa nifrət edir.»6
240.Nifrət və düşmənçilik

820.Allahın Peyğəmbəri (s):«Keçmiş ümmətlərin xəstəliyi – düşmənçilik və həsəd sizə sirayət edib.»7

821.İmam Sadiq (ə):«Üç şey – ikiüzlülük, zülmkarlıq və xudpəsəndlik nifrət və düşmənçiliyə səbəb olur.»8

ioooooop


46


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə