I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə16/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   12   13   14   15   16   17   18   19   ...   98

32

Əmanətdarlıq



196.Əmanətdarlıq

Quran:

«O kəslər ki, əmanətlərinə və əhdlərinə əməl edirlər.»1


Hədis:

672.İmam Əli (ə):«İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır.»2

673.İmam Baqir (ə):«Üç şey var ki, Allah onlar barəsində heç kəsə istədiyi kimi davranmaq icazəsi verməyib: əmanəti yaxşı və pis əməl sahibi olmasından asılı olmayaraq sahibinə qaytarmaq, həm yaxşı və həm də pis əməl sahibi ilə olan əhd-peymana vəfalı olmaq, yaxşı və pis əməl sahibi olmasından asılı olmayaraq ata-anaya yaxşılıq etmək.»3

674.İmam Sadiq (ə):«Əmanətdarlıq zənginlikdir.»4


197.Əmanəti hər halda qaytarmaq vacibdir

675.İmam Əli (ə):«Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə.»5

676.İmam Sadiq (ə):«Allahdan qorxun və əmanəti sizə etibar edən şəxsə qaytarın. Hətta Əmirəl-mömininin (ə) qatili mənə bir əmanət tapşırsa əmanəti mütləq ona qaytararam.»6

677.İmam Sadiq (ə):«Əmanəti (sahibinə) qaytarın, hətta Hüseyn ibn Əlinin (ə) qatili olsa belə.»7


198.Əmanətdar olmayanın imanı yoxdur

678.Allahın Peyğəmbəri (s):«Əmanətdar olmayanın imanı yoxdur.»8

679.Allahın Peyğəmbəri (s):«Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil.»9

199.Əmanətin nəticələri

680.Loğman (ə):«Oğlum! əmanəti (sahibinə) qaytar ki, dünya və axirətin salamat olsun. Əmanətdar ol ki, zəngin olasan.»10

681.Allahın Peyğəmbəri (s):«Əmanətdarlıq zənginlik gətirir, (əmanətə) xəyanət yoxsulluq.»1

682.İmam Əli (ə):«Əmanətdarlıq güclənən zaman düzlük artar.»2


200.Əmanət tapşırılmamalı kəslər

683.Allahın Peyğəmbəri (s):«Allah e'tibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil. Çünki Allah insanı e'tibarsız şəxsə əmanət tapşırmaqdan çəkindirib.»3

684.İmam Baqir (ə):«E'tibarlı və əmanətdar adam sənə xəyanət etməyib, bəlkə sən xainə əmanət tapşırmısan.»4

685.İmam Sadiq (ə):«Mənim üçün xainə əmanət tapşırmaqla əmanəti qorumayıb zay edən kəsə əmanət tapşırmaq arasında heç bir fərq yoxdur.»5


ioooooop



33

Sığınacaq vermək



201.Sığınacaq

686.Allahın Peyğəmbəri (s):«Səndən öz canı üçün pənah və sığınacaq istəyəni öldürmə.»1

687.Allahın Peyğəmbəri (s):«Mən birinin canına pənah və sığınacaq verib sonra onu öldürən kəsdən uzaq və bizaram, hətta əgər öldürülən kafir olsa belə.»2
202.Əhd-peymana vəfa etmək

688.İmam Əli (ə):«Əhd-peymanların mıxlarını möhkəm edin.»3

689.İmam Əli (ə) Malik Əştərlə olan əhdnaməsində buyurmuşdur:«Əgər düşməninlə əhd-peyman bağlasan və ya ona pənah və aman libası geydirsən, əhdinə vəfa et və verdiyin pənah ilə peymanına riayət et, özünü verdiyin pənah və sığınacağa sipər et. Çünki insanlar ziddiyyətli istəklər və fikir ayrılığına malik olmalarına baxmayaraq, Allahın vacib buyurduqları içərisində əhdə vəfalı olmağı uca tutmaq kimi heç nə barəsində tam yekdil deyildirlər.»4
203.Əhd-peyman və pənahlara hörmətlə yanaşmaq

690.Allahın Peyğəmbəri (s):«Mənim ümmətimin ən aşağı məqam sahibi onların hamısı tərəfindən pənah və sığınacaq verə bilər.»5

691.Allahın Peyğəmbəri (s):«Müsəlmanlar qardaşdırlar, qanları bərabərdir, onların ən aşağı məqama malik olanı pənah verə bilər. Onlar yadlar qarşısında əlbir və müttəfiqdirlər.»6

ioooooop



34




Ünsiyyət



204.Ünsiyyət

692.İmam Əli (ə):«Haqdan başqa heç nə ilə ünsiyyətdə olub isinişmə və batildən başqa heç nədən üz döndərmə.»1

693.İmam Sadiq (ə):«Üç şey ünsiyyət və həmdəmlik amilidir: ailəsi ilə yola gedən arvad, saleh övlad və səmimi dost.»2

694.İmam Rza (ə):«Çox ünsiyyətdə olmaq heybət və əzəməti aradan aparar.»3


205. Allahla ünsiyyətdə olmaq

695.Allahın Peyğəmbəri (s):«Kim günah xarlığından itaət başucalığı ilə çıxsa, Allah yoldaş və həmdəmsiz onun həmdəmi olar və mal və sərvətsiz ona kömək edər.»4

696.İmam Əli (ə):« Kim camaatdan uzaqlaşsa, Allah ilə ünsiyyət tapar.»5

697.İmam Sadiq (ə):«Allah hər bir möminin imanını onun həmdəm və qəlb rahatlığı (amili) edər.Belə ki, əgər dağın zirvəsində olsa, təklik hiss etməsin.»6

698.İmam Əskəri (ə):«Allahla ünsiyyətdə olan kəs camaatla həmdəm olmaz.»7

ioooooop



35

İnsan



206.İnsanın kəramət və əzəməti

Quran:

«Biz, Adəm övladını şərəfli və hörmətli etdik, onları quruda və suda (münasib miniklərə) mindirdik, onlara gözəl və pak şeylərdən ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan üstün etdik.»1



Hədis:

699.Allahın Peyğəmbəri (s):«Allah yanında heç nə Adəm övladından hörmətli deyil.» Soruşdular:«Ey Allahın Peyğəmbəri, hətta mələklər?» Buyurdu:«Mələklər günəş və ay kimi məcburdurlar.»2

700.Allahın Peyğəmbəri (s):«İnsandan başqa heç nə öz tayından min dəfə üstün deyil.»3

701.İmam Sadiq (ə) Abdullah ibn Sənanın «mələklər üstündür yoxsa insan?» sualının cavabında buyurmuşdur: Əmirəl-möminin Əli ibn əbu Talib (ə) buyurmuşdur:«Allah mələklərdə ağıl qoyub, nəfsi istəklər qoymayıb, heyvanlarda nəfsi istəklər qoyub ağıl qoymayıb. Adəm övladında isə onların hər ikisini qoyub. Odur ki, ağlı nəfsi istəklərinə qalib gələn kəs mələklərdən də yaxşıdır, nəfsi istəkləri ağlına qalib gələn kəs isə heyvanlardan da pisdir.»4


207.İnsanın yaranmasının fəlsəfəsi

Quran:

«Mən cinləri və insanları Mənə ibadət etmələrindən başqa bir şey üçün yaratmamışam.»5

«Əgər Rəbbin istəsəydi bütün insanları tək bir ümmət edərdi. Lakin onlar Rəbbinin rəhm etdiyi və bunun üçün yaratdığı kəslər istisna olmaqla, həmişə müxtəlif olacaqlar.»6

Hədis:

702.İmam Əli (ə):«Allahdan qorxmağa əmr edilmisiniz və (Allaha) itaət etmək üçün yaradılmısınız.»1

703.İmam Hüseyn (ə):«Camaat! Allah-taala bəndələri yaratmışdır ki, Onu tanısınlar, Onu tanıyandan sonra Ona ibadət etsinlər və Ona ibadət etdikdən sonra başqasına ibadət etməyə ehtiyacları olmasın.» Bir nəfər dedi:«Ey Allahın Peyğəmbərinin oğlu! Atam-anam sənə fəda olsun, Allahı tanımaq nədir?» Buyurdu:«(Allahı) tanımaq hər bir zəmanənin insanlarının itaəti vacib olan öz imamını tanımasıdır.»2

704.İmam Sadiq (ə) dinsiz bir şəxsin «Allah yaratdıqlarına ehtiyacı olmaya-olmaya, onları yaratmağa məcbur olmadığı, bizi oyuncaq etmək Ona yaraşmadığı halda məxluqatı nə üçün yaratdı?» sualının cavabında buyurmuşdur:«O, məxluqatı öz hikmətini göstərmək, öz elmini yerinə yetirmək və öz tədbirini (həyata) keçirmək üçün yaratdı.»3

705.İmam Sadiq (ə) «Onlar hələ də ixtilafdadırlar, Rəbbinin mərhəmət etdiyi kəslər istisnadır. Onları bunun üçün yaratmışdır» ayəsinin təfsirində buyurmuşdur:«Allah onları yaratdı ki, Onun rəhm və mərhəmətinə səbəb olan iş görsünlər və onlara rəhm etsin.»4

208.İnsanın zəif və acizliyi

Quran:

«İnsan zəif yaradılmışdır.»5



Hədis:

706.İmam Əli (ə):«Yazıq Adəm övladı! Əcəli məxfi, xəstəliyi gizli, əməlləri isə yazılıb. Ağcaqanad incidir, boğazda qalan qurtum onu əldən salır və tər onu iyləndirir!»6


209.İnsanlıq meyarı

707.İmam Əli (ə):«İnsan(ın dəyəri) onun iki kiçik üzvü – qəlb və dili ilədir. Vuruşanda qəlbi ilə vuruşsun və danışanda aydın və yetərli danışsın.»7


ioooooop




Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə