I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə13/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   9   10   11   12   13   14   15   16   ...   98

ioooooop



26

İmam Rza




149.O Həzrətin imaməti

529. Əbdürrəhman ibn Həccac:«Əbülhəsən Musa ibn Cəfər (ə) öz oğlu Əlini (ə) öz canişini təyin etdi, onun üçün vəsiyyətnamə yazdı və Mədinənin tanınmış şəxsiyyətlərindən altmış nəfəri şahid tutdu.»1


150.İmamın vəli-əhdiliyi qəbul etməyə məcbur edilməsi

530.Əbasəlt Hərəvi:«Məmun imam Rzaya (ə) dedi:«Ey Allahın Peyğəmbərinin oğlu!. . . Mən belə məsləhət gördüm ki, özümü xilafətdən kənara çəkim, onu sənə tapşırım və səninlə bey‘ət edim.» Həzrət Rza (ə) buyurdu:«Əgər bu xilafət sənindirsə və onu sənə Allah veribsə Allahın sənin əyninə geyindirdiyi libası çıxarıb başqasına verməyin rəva deyil və əgər xilafət sənin deyilsə, sənin olmayan şeyi mənə vermək haqqın yoxdur.» Məmun dedi:«Ey Allahın Peyğəmbərinin övladı! Sən bu işi qəbul etməlisən.» İmam buyurdu:«Mən öz razılığımla bu işi heç vaxt qəbul etməyəcəyəm..... Sən istəyirsən ki, bu işin ilə camaat «Əli ibn Musa dünyaya arxa çevirməmişdi, əksinə dünya ona arxa çevirmişdi, məgər görmürsünüz ki, xilafət tamahı ilə vəli-əhdliyi necə qəbul etdi?!» desin. Məmun əsəbləşdi və dedi:«. . And olsun Allaha, əgər vəli-əhdliyi qəbul etməsən onu sənə məcbur qəbul etdirəcəyəm. Əgər onu qəbul etsən, heç, yoxsa boynunu vurduracağam.»2


151.İmam Rzanın (ə)fəzilətləri

531.Hərəvi: «Darus-Sərəxs»in giriş qapısına, Həzrət Rzanın zindana salınmış olduğu və zəncirlə bağlandığı yerə getdim. Zindanın gözətçisindən o Həzrətin hüzuruna getmək üçün icazə istədim. O dedi:«Onunla görüşə bilməzsiniz.» Soruşdum ki:«Nə üçün?» Dedi: «Çünki o, bəzən gecə-gündüz ərzində min rəkət namaz qılır. Yalnız günün əvvəlində, günortadan qabaq və gün batana yaxın bir müddət namaz qılmır. Həmin vaxt da öz səccadəsində oturub Allahı ilə razü-niyaz edir.» Hərəvi deyir: «Zindanın gözətçisinə dedim:«Ondan xahiş et, həmin vaxtlarda görüşünə getməyimə icazə versin. O mənim üçün icazə aldı və mən o Həzrətin hüzuruna getdim. Gördüm ki, öz səccadəsində oturub fikirləşir.»1

532.İbrahim ibn Abbas:«Mən imam Rzanın (ə) heç vaxt kiməsə acı bir söz deməsini və ya kiminsə sözü qurtarmamış sözünü kəsməsini görmədim. Əgər kiminsə istəyini yerinə yetirmək imkanı olsaydı heç vaxt onu əli boş qaytarmazdı. Heç vaxt kiminsə yanında ayağını uzatmazdı. Yanında adam olanda söykənməzdi. Heç vaxt qulam və xidmətçilərindən birinə xoşagəlməz bir söz deməsini eşitmədim. Heç vaxt tüfürməsini və ya güləndə qəhqəhə çəkdiyini görmədim, gülüşü təbəssüm idi. Süfrəsini açanda qulam və xidmətçilərini, hətta qapıçı (və) mehtərini özü ilə süfrəyə əyləşdirərdi.»2

ioooooop



27

İmam Cavad



152.O Həzrətin imaməti

533.Abdullah ibn Cəfər:«Mən Səfvan ibn Yəhya ilə imam Rzanın (ə) hüzuruna getdim. Hələ üç yaşı olan əbu Cəfər (orada) dayanmışdı. Dedim:«Allah bizi sizə fəda etsin! Allah eləməmiş, əgər sizin başınıza bir iş gəlsə sizdən sonra (imam) kim olacaq?» O Həzrət imam Cavada işarə edərək buyurdu:«Bu oğlum.» Abdullah ibn Cəfər deyir: Mən dedim:«O, bu yaşda?!» Buyurdu:«Bəli, o, bu yaşda. Allah-taala iki yaşlı İsa ilə dəlil-sübut gətirdi.»1

534.Yəhya Sən’ani:«Məkkədə imam Rzanın (ə) yanına getdim. Gördüm ki, o Həzrət bananın qabığını soyub əbu Cəfərin (ə) (imam Cavadın) ağzına qoyur. Dedim:«Qurban olum, sizin əziz övladınız elə budur?» Buyurdu:«Bəli. O elə bir uşaqdır ki, İslamda bizim şiələrimiz üçün ondan bərəkətli bir uşaq doğulmayıb.»2
153.İmam Cavadın(ə) fəzilətləri.

535.Allahın Peyğəmbəri(s) Abdullah ibn Məsudun Hüseynin (ə) nəslindən olan imamlar barəsindəki sualının cavabında buyurmuşdur:«...Və Əlinin (Rzanın) nəslindən onun oğlu təriflənmiş Məhəmməd dünyaya gələcək və insanların yaradılış baxımından ən pakı və ən xoş əxlaqlısı olacaqdır.»3

536.Abdullah ibn Səid:«Məhəmməd ibn Əli ibn Ömər ibn Tənuxi mənə dedi:«Məhəmməd ibn Əlini öküz ilə söhbət edən gördüm. Öküz də başını tərpədirdi.» Dedim:«Yox (bu qəbul deyil), göstəriş ver öküz səninlə söhbət etsin.» Həzrət buyurdu:«Bizə quşların dili öyrədilib və bizə hər bir şey verilib.» Sonra (öküzə xitab edərək) buyurdu:«La ilahə illəllah vəhdəhu la şərikə ləh de.» Və öküzün başına əl çəkdi. Həmin vaxt öküz dedi:«La ilahə illəllah vəhdəhu la şərikə ləh.»4

537.Əli ibn Həssan Vasiti:«İsfahanda düzəldilmiş və bəzi hissələri gümüşdən olan bir aləti özümlə götürdüm və dedim ki, onu mövlam əbu Cəfərə hədiyyə edərəm. Həzrət hamının cavabını verdikdən və onlar dağlışdıqdan sonra, özü də durub getdi. Mən onun arxasınca yola düşdüm və yolda cənab Müvəffəq ilə rastlaşdım. Ona dedim ki, əbu Cəfərdən mənə, hüzuruna getmək üçün icazə al. Sonra, o Həzrətin hüzuruna getdim və salam verdim. Çöhrəsində narazılıq əlaməti olan halda salamımın cavabını verdi və əyləşdi. Həzrətə yaxınlaşdım və qolumda olanı onun qarşısında qoydum. Qəzəblə mənə baxdı və sonra sağ və sola nəzər salıb buyurdu:«Allah məni bu işlər üçün yaratmayıb. Mənim oynamaqla nə işim var?!» Mən o Həzrətdən üzr istədim. O məni bağışladı və mən həmin aləti götürüb çölə çıxdım.»1

538.Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman deyir:«Mən Bağdada getdim və ora çatanda camaatın qaçıb nəyəsə baxaraq dayandığını gördüm.» Soruşdum:«Nə olub?» Dedilər: «Rzanın oğludur.» Dedim:«Mən onu görməliyəm.» O dişi (və ya erkək) bir qatırın üstündə göründü. Öz-özümə dedim:«Allah Lənət etsin imamət etiqadı sahiblərinə ki, Allahın bu kişinin itaətini vacib etməsini deyirlər.» O mənə tərəf dönüb dedi:«Ey Qasim ibn Əbdürrəhman:«Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Onda biz haqq yoldan azmış və dəlilik etmiş olarıq.» (Qəmər surəsi /24) Mən öz-özümə dedim:«Vallah o cadugərdir.» Yenə mənə tərəf dönüb dedi:«məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir.» (Qəmər surəsi /25) Qasim deyir: «Mən qayıtdım və imamətə etiqad bəslədim və şəhadət verdim ki, o Allahın yaratdıqlarına qarşı dəlil və höccətidir və ona etiqad bəslədim.»2

ioooooop




Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə