I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə12/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   8   9   10   11   12   13   14   15   ...   98

23

İmam Məhəmməd Baqir



141.O Həzrətin imaməti

511.Kifayətul-əsər:«Əli ibn Hüseyn (ə) o Həzrətin ölümü ilə nəticələnən ölüm yatağına düşdükdə oğulları Məhəmməd, Həsən, Abdullah, Ömər, Zeyd və Hüseyni bir yerə yığdı və Məhəmmədi öz canişin və vəsisi təyin edərək ona Baqir künyəsi verdi, qardaşlarının başçılığını ona tapşırdı.»1


142.Elm və hikməti yaran.

512.Allahın Peyğəmbəri(s) Cabir ibn Abdullah Ənsariyə xitab edərək buyurmuşdur:«Cabir! Sən o qədər yaşayacaqsan ki, Tövratda Baqir kimi təqdim edilən oğlum Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn əbu Talibi görəcəksən. Onunla görüşən zaman ona mənim salamımı çatdır.»2

513.İmam Baqir (ə):«Batilin öz qarnına aldığı haqq məni köməyə çağırdı və mən batilin böyürünü yardım və haqqı onun qarnının pərdələrinin arasından çıxartdım. Ondan sonra gizlin və örtülü olan haqq aşkar oldu və yayıldı.»3

514.Əli ibn İbrahim atasından nəql edir ki:«Ətraf bölgələrin şiələrindən bir dəstə imam Baqirdən (ə) onun yanına daxil olmaq üçün icazə istədilər. Həzrət onları qəbul etdi. Onlar həmin məclisdə otuz min məsələ soruşdular və on yaşı olan əbu Cəfər onların hamısına cavab verdi.»4


143. İmam Baqirin fəzilətləri.

515.İmam Sadiq (ə):«Atam (ə) Allahı çox zikr edərdi. Onunla yol gedəndə həmişə zikr dediyini görürdüm. Onunla nə vaxt yemək yeyirdimsə görürdüm ki, zikr deyir. Camaatla söhbət edirdi, amma bu onu Allahı zikr etməkdən saxlamırdı. Görürdüm ki, dili damağına yapışıb və «la ilahə illəllah» deyir. O bizi bir yerə yığardı və günəş çıxan zaman zikr deməyimizi buyurardı. Bizim Quran oxuya bilənimizə Quran oxumaq göstərişi verərdi. Quran oxuya bilməyənlərə isə göstəriş verərdi ki, zikr desinlər.»5

516.İmam Sadiq (ə):«İmam Baqir (ə) insanların ən gözəl səslisi idi.»6

517.Süleyman ibn Qurəm:«əbu Cəfər Məhəmməd ibn Əli bizə beş yüz, altı yüz dirhəmdən min dirhəmə kimi hədiyyə və bəxşiş verərdi və o qardaşlarına, görüşə gələnlərə, kömək arzusu və ümidi ilə onun yanına gələnlərə hədiyyə verməkdən yorulmazdı.»1



24

İmam Cəfər Sadiq



144.O Həzrətin imaməti.

518.Allahın Peyğəmbəri(s):« Oğlum Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn əbu Talib dünyaya gələndə onu Sadiq adlandırın.»2

519.Məhəmməd ibn Müslim:«Əbu Cəfər Məhəmməd ibn Əli ibn Baqirin (ə) yanında idim. Oğlu Cəfər gəlib daxil oldu. O kəkilli idi, əlində bir çubuq var idi və onunla oynayırdı. Baqir (ə) onu tutub möhkəm sinəsinə sıxdı. Sonra buyurdu:«Atam-anam sənə fəda olsun ki, oyun-oyuncaq əhli deyilsən.» Daha sonra mənə buyurdu:«Ey Məhəmməd! Məndən sonra sənin imamın budur. Ona tabe ol və onun elmindən bəhrələn. And olsun Allaha ki, o Allahın Peyğəmbərinin(s) vəsf etdiyi Sadiqdir. Həqiqətən onun şiələri dünya və axirətdə qalibdirlər.»3
145.O Həzrətin əxlaqı və gözəl davranışları.

520.Məhəmməd ibn Ziyad Əzdi:«Mədinənin alimi Malik ibn Ənəsin belə dediyini eşitdim ki: Cəfər ibn Məhəmməd Sadiqin (ə) yanına gedirdim və o Həzrət mənim üçün mütəkkə qoyur, mənə ehtiram göstərir və deyirdi: Malik! Mən səni çox istəyirəm. Mən həmin sözdən şad olurdum və Allaha şükr edirdim. Malik deyirdi: O Həzrət həmişə bu üç haldan birində idi: ya oruc olurdu, ya namaz qılardı, ya da zikr deyərdi. O, böyük abidlərdən və Allahdan qorxan zahidlərin ən əzəmətlilərindən idi. Çoxlu hədis deyərdi, onunla oturmaq insana xoş gəlirdi və o, bəhrələnməli adam idi.»4

521.Hişam ibn Salim:«Elə ki hava qaralırdı və axşamdan bir az keçirdi İmam Sadiq (ə) içərisində çörək, ət və dirhəm olan bir dağarcıq götürüb çiyninə qoyaraq Mədinənin möhtac adamlarına aparar və onları həmin adamların arasında bölərdi. Onlar o Həzrəti tanımırdılar. İmam Sadiq vəfat edəndən sonra həmin köməklər kəsildi və Mədinənin yoxsulları başa düşdülər ki, həmin şəxs imam Sadiq (ə) olub.»1

522.Müəlla ibn Xunəys: Əbu Abdullah (ə) bir gecə narın yağış yağarkən Bəni Saidənin eyvanına getmək məqsədi ilə evindən çıxdı. Mən o Həzrətin arxasınca düşdüm. Birdən onun əlindən yerə bir şey düşdü və imam dedi:«Bismillah, Allahım onu bizə qaytar.» Mən özümü ona çatdırıb salam verdim. Dedi: «Müəlla sənsən?» Dedim:«Bəli, sənə fəda olum.» Buyurdu:«Əlinlə axtar və bir şey tapsan onu mənə ver.» Mən çörək tikələri tapdım və onları o Həzrətə vermək üçün onun yanına apardım. Gördüm ki, çiynində bir çörək dağarcığı var. Dedim:«Sizə fəda olum, icazə verirsiniz onu mən götürüm?» Buyurdu:«Xeyr, bu işə mən özüm daha layiqəm, amma mənimlə gəl.» Müəlla deyir: «Bəni Saidənin eyvanına çatdıq. Gördük ki, orada bir dəstə adam yatıb. Həzrət onların hər birinin paltarının altına bir-iki tikə çörək qoydu və nəhayət axırıncı adama çatdı. Sonra qayıtdıq. Mən dedim:«Sənə fəda olum, bunlar haqqı tanıyırlar (sizin imamətinizə etiqadları var)?»Buyurdu:«Əgər tanısaydılar, onlara un da verərdik.»2

523.Əbu Əmr Şeybani:«İmam Sadiqi (ə) əlində bir bel, əynində qalın bir paltar öz bostanında işləyən gördüm. Onun kürəyindən tər axırdı.» Dedim: «Fəda olum, icazə verin sizin yerinizə mən işləyim.» Buyurdu:« Mən kişinin öz yaşayışını təmin etmək üçün günəşin istisində əziyyət çəkməsini sevirəm.»3

ioooooop



25

İmam Musa Kazim



146.O Həzrətin imaməti

524.İmam Sadiq (ə) Səfvan Cəmmalın bu məqama (imamət məqamına) malik olan şəxs barəsindəki sualının cavabında buyurmuşdur:«Bu məqamın sahibi əbəs və puç işlərlə məşğul olmaz. Bu vaxt hələ uşaq olan Musa ibn Cəfər daxil oldu. Onun yanında bir dişi Məkkə keçisi var idi. O həmin keçiyə «Rəbbinə səcdə et» deyirdi. Əbu Abdullah onu tutub qucaqladı və buyurdu: Atam-anam buna fəda olsun ki, bihudə və qəflətə səbəb olan işlərin əhli deyil.»1


147.İmam zindanda

525.Səubani:«Əbulhəsən Musa ibn Cəfər on ildən artıq hər gün günəş çıxandan sonra səcdəyə gedirdi və səcdəsi günortaya kimi çəkirdi.» Səubani deyir:«Bəzən Harun imam Kazim (ə) saxlanılan zindan görünən dama çıxır və o Həzrəti səcdə halında görürdü. Bir dəfə Harun Rəbiə dedi:«O nə paltardır ki, mən onu hər gün orada görürəm?» Rəbi dedi:«Ey əmirəl-möminin, o paltar deyil, Musa ibn Cəfərdir, hər gün günəş çıxandan günortaya kimi səcdədə olur.» Rəbi deyir:«Harun mənə dedi: Doğrudan da o, Bəni Haşimin rahiblərindəndir.» Mən dedim:«Bəs nə üçün onu zindana salaraq meydanı ona daraltmısan?» Dedi:«Heyf ki, bundan başqa bir çarə yoxdur.»2

526.Əli ibn Suveyd:« Mən zindanda olan Əbulhəsən Musaya (ə) bir məktub yazıb ondan həm halını, həm də çoxlu məsələlər soruşdum. Bir neçə ay mənə cavab vermədi. Sonra mənə belə bir cavab yazdı:« Bağışlayan və mehriban Allahın adı ilə..... Və sonra: Sən elə bir şəxssən ki, Allah sənə Məhəmməd Əhli-Beyti yanında məqam verib və səni, əziz tutmağını istədiyi dinini sevənlərdən edib.... .»3
148.İmam Kazimın fəzilətləri.

527.Əl-İrşad:«Rəvayət olunub ki, Həzrət Kazim (ə) çox dua edər və buyurardı:« Allahım, Səndən ölüm zamanı rahatlıq və hesab aparılarkən əfv və bəxşiş diləyirəm.» O, bu cümləni təkrar edərdi. O Həzrətin dualarından biri belə idi:«Sənin bəndənin günahı böyük, Sənin tərəfindən olan əfv və bağışlama isə gözəldir.» O Həzrət, Allahın qorxusundan elə ağlayardı ki, saqqalı göz yaşından islanardı. Ailə və qohumlarına o Həzrətdən çox qayğı göstərən yox idi. Axşamlar Mədininin yoxsullarına baş çəkər, özü ilə dirhəm, dinar, un və xurma dolu zənbil aparar və onların qapılarının ağzına qoyardı. Onlar həmin pul və malların kimin tərəfindən olmasını başa düşməzdilər.»1

528.Həsən ibn Məhəmməd ibn Yəhya Ələvi:«Babam mənə nəql edib ki: Musa ibn Cəfərə çox ibadət etdiyi üçün «saleh bəndə» deyirdilər. Bizim alimlərimiz nəql ediblər ki, o, gecənin əvvəlində Peyğəmbərin (s) məscidinə gedərək səcdəyə qapılıb, səcdədə belə deyirmiş:«Mənim günahım böyükdür, Sənin bağışlamağın gözəldir ey çəkinilməyə layiq olan və bağışlayan!» O bu cümləni səhərə kimi təkrar edərmiş. Musa ibn Cəfər səxavətli və alicənab bir insan olub. Kiminsə onun barəsində xoşagəlməz sözlər deməsini eşitsəydi, ona içində min dinar olan kisə göndərərdi.»2


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə