Aşura mərasimləri, mənəvi dəyər kimi Müəllif: Dr. İbrahim Zöhrab oğlu Quliyev 1 Alınan tarix



Yüklə 97,92 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü97,92 Kb.
#7803


 

Aşura mərasimləri, mənəvi dəyər kimi 

Müəllif: Dr. İbrahim Zöhrab oğlu Quliyev

1

 



Alınan tarix: 19/10/2016             qəbul tarixi: 05/11/2016 

 

Giriş 

Məqalədə  Aşura  qiyamının  əzəməti,  hədədfləri  və  mahiyyəti,  Qurani-kərim  və 

hədislərdə  İmam  Hüseynin  (ə)  fəzilətləri,  Kərbəla  ziyarətinin  əhəmiyyəti  haqda 

məlumat  verilir.  Həmçinin,  Aşura  mərasimlərinin  fəlsəfəsi,  onun  xalqımızın  mənəvi 

dəyəri olması barədə danışılır. 

 

Məqalənin qısa xülasəsi 

Məqalədə  Aşura  qiyamının  əzəməti,  hədədfləri  və  mahiyyəti,  Qurani-kərim  və 

hədislərdə İmam Hüseynin (ə) fəzilətləri, Kərbəla ziyarətinin əhəmiyyəti haqda məlumat 

verilir. Həmçinin, Aşura mərasimlərinin fəlsəfəsi, onun xalqımızın mənəvi dəyəri olması 

barədə danışılır. 

  

Müqəddimə 

Aşura müsəlman təqvimi ilə məhərrəm ayının onuncu günüdür. Bu gün imam Hüseynin 

(ə)  şəhadəti  ilə  əlaqədar  olaraq  müsəlmanların  matəm  günüdür.  Təəssüflər  olsun  ki, 

bəzən  Aşura  mərasiminin  keçirilməsinə  etiraz  edən  insanlar  bu  günün  əhəmiyyətli  bir 

gün olduğunu yaddan çıxarmışlar. Biz bu kiçik məqaləmizdə Aşuranın mahiyyəti, onun 

keçirilmə səbəbləri və dəlilləri haqqında kiçik araşdırma aparmaq istəyirirk. Belə ki, ilk 

öncə  imam  Hüseynin  (ə)  islamdakı  kimliyini  ortaya  qoymaq,  daha  sonra  isə  onun 

şəhadətilə əlaqədar bəzi məqamlara aydınlıq gətirmək istərdik. 

Əvvəla, qeyd etmək lazımdır ki, Allah Qurani-kərimdə “Və ləyalin aşr-And olsun 

on gecəyə”-  ayəsi  bəzi  təfsir  əhlinə görə məhərrəm  ayının  ilk  on gününə  içilən  anddır. 

Həmçinin Quranda Allahın nişanələrinə hörmət etmək təqvadan irəli gələn bir hal kimi 

                                                           

1. Fəlsəfə üzrə fəlsəfə doktoru, Bakı İslam Universitetinin ‎müəllimi, 

quliyev.ibrahim.78@mail.ru

 



qiymətləndirilmiş,

2

  Peyğəmbərə  (s)  Allahın  günlərinin  qeyd  edilməsini  müsəlmanlara 



bildirilmişdir.

3

  İmam Hüseynin (ə) şəhadəti ibrətamiz hadisələrlə dolu olmaqla yanaşı, 



dinimizin  qorunub  saxlanması  və  zalımlara  qarşı  peyğəmbərlərin  apardıqları 

mübarizələrin davamı və son nöqtəsi deyilmi?  

İmam Hüseyn (ə) haqqında kifayət qədər Qurani-kərim ayələri nazil olmuş və əziz 

Peyğəmbərimizin  (s)  mübarək  dilində  ümmətə  əmanət  olaraq  buraxılmış  bir  şəxsdir. 

Bunu biz aşağıdakı ayə və hədislərdə də görürük. 

 

Qurani-kərimdə İmam Hüseynin (ə) fəzilətləri 

Görkəmli  islam  alimi  Hafiz  əl-Həskani  səhih  bir  sənədlə  Maidə  surəsinin  67-ci 

ayəsinin Əlinin (ə) imaməti haqqında nazil olduğunu rəvayət edir: “Peyğəmbər (s) dedi: 

“Mən  meraca  gedəndə  Ərşin  altında  eşitdim  ki,  deyilirdi:  Əli  (ə)  hidayət  bayrağı  və 

mənə  sığınanların  sevimlisidir,  Ey  Məhəmməd!  Bunu  ümmətinə  çatdır.  Nəql  olunur  : 

Peyğəmbər  (s)  bunu  dedikdə,  Allah  bu  ayəni  endirdi:  “Ya  Peyğəmbər!  Rəbbin 



tərəfindən  sənə  nazil  olanı  təbliğ  et.  Əgər  bunu  etməsən  Allahın  risalətini  (sənə 

həvalə  etdiyi  peyğmbərliyi)  yerinə  yetirmiş  olmazsan.  Allah  səni  insanlardan 

qoruyacaq.  Allah  küfr  əhlini  düz  yola  yönəltməz!”

4

.  Bu  ayə  Əlinin  (ə)  imamətini 

isbat  etməklə  yanaşı,  imamətin  xüsusi  önəm  daşıdığını  və  islam  ümmətinin  imamsız 

təsəvvür  olunmadığını  diqqətə  çatdırır.  Hüseyn  (ə)  də  bu  imamət  nurunun  bir  ulduzu 

olmaqla yanaşı, Əlinin (ə) övladıdır. Həmçinin o, dünya və axirət xanımlarının rəhbəri 

Fatimənin  (ə)  oğludur.  İmam  Sadiq  (ə)  buyurur:  “Peyğəmbər  (s)  Fatiməni  çox  öpərdi. 

Bunu  görən  Aişə  ona  etiraz  etdikdə  Həzrət  buyurdu:  ey  Aişə!  Mən  göylərə  merac 

edəndə  Cənnətə  daxil  oldum.  Orada  Cəbrail  (ə)  məni  yanına  çağırıb  Tuba  ağacının 

meyvəsindən  yedirtdi. Ondan  belimdə  bir  şeylər  əmələ  gəldi ki,  yer  üzünə  qayıtdıqdan 

sonra  Xədicə  Fatiməyə  (ə)  hamilə  oldu.  Mən  onu  öpdükdə  Tuba  ağacının  ətrini 

duyuram”


5

.  


                                                           

2 Həcc, 32 

3 İbrahim, 5 

4Şəvahidüt-tənzil, cild I, səh-187, hədis № 243   

5Əllamə Hüveyzi, Təfsiru nurüs-səqəleyn, cild III, səh-131, hədis № 49  



Bundan əlavə o, Əhli-beytdən olmaqla xüsusi üstünlük və fəzilətə malikdir. Quran 

buyurur:  “Siz  ey  ev  əhli!  Allah  sizdən  çirkinliyi  yox  etmək  və  sizi  tərtəmiz,    pak 



etmək istəyir

6

. Bütün təfsir əhlinə görə bu ayə təthir ayəsi kimi tanınır və Peyğəmbərə 



(s) zövcəsi Ümmü Sələmənin evində nazil olmuşdur. Bu haqda Müslüm  bin Həccac ən-

Nişapuri rəvayət edir: “Ümmü Sələmə deyir: bu ayə mənim evimdə nazil olmuşdur. Ayə 

nazil  olanda  Əli,  Fatimə,  Həsən  və  Hüseyn  (ə)  Peyğəmbərin  (ə)  dövrəsinə 

toplaşmışdılar.  Mən  də  qapının  astanasında  oturmuşdum.  Peyğəmbər  (s)  onları  əbanın 

altına alıb dedi: Allahım bunlar mənim Əhli-beytimdir. Dedim: ey Allahın Rəsulu! Mən 

də ora daxil olum? Dedi: sən yerində qal, sən xeyir üzərindəsən.”

7

.   


Quranda İmam Hüseynin (ə) fəzlətlərinə işarə edən ayələrdən biri salavat ayəsidir. 

Allah buyurur : “Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey 



iman gətirənlər! Siz də ona salavat göndərib, layiqincə salamlayın!”

8

. İbn Həcər bu 

ayənin  Peyğəmbərin  (s)  Əhli-beyti  (ə)  haqda  nazil  olması  haqqında  xeyli  hədis  nəql 

etmişdir. O, deyir: Kəb bin Ucrə belə rəvayət edir: “ Bu ayə nazil olduqda, Peyğəmbərə 

(s) dedik:  Ey  Allahın  Rəsulu!  Sənə  necə salam  göndərək?  O, dedi:  deyin:  Allahummə 

salli  alə  Muhammədin  va  ali  Muhhəmməd-  Allahım  Məhəmməd  və  onun  ailəsinə 

salavat  və  salam  göndər”

9

.  Bu  hədisin  oxşarını  Buxari  də  nəql  etmişdir.  O,  deyir:  Kəb 



bin Ucrə nəql edir: “deyildi: ey Allahın Rəsulu! Sənə salam göndərməyi bilirik, bəs sənə 

salavatı necə verək? Peyğəmbər (s) buyurdu: deyin: Allahummə salli alə Məhəmmədin 

va alə ali Məhəmməd, kəma salleytə alə ali İbrahim, innəkə həmidun məcid, Allahummə 

barik  alə  Məhəmmədin  va  alə  ali  Məhəmməd,  kəma  barəktə  alə  ali  İbrahim,  innəkə 

həmidun məcid”

10

.  



İmamın  (ə)  fəzilət  və  üstünlüklərinə  çatdıran  ayələrdən  biri  də  “Onları  yubadıb 

saxlayın,  çünki  sorğu-sual  olunacaqlar”

11

  ayəsidir.  Bu  haqda  İbn  Həcər



12

,  Əllamə 

                                                           

6əl-Əhzab-33 

7Səhihi-Müslüm,  cild  VII,  səh-130,  Əhməd  bin  Hənbəl,  Musəd,  cid  I,  səh-330,  Tirmizi,  Sünən,  cild  V,  səh-351,  Hakim 

Nişapuri, əl-Mustədrək, cild III, səh-133, Təbərani, Mucəm, cild  III, səh-48, Buxari, Tarixul-Kəbir, cild VIII, səh-187, İbn 

Həcər əl-Heytəmi, əs-Səvaiqül-mühriqə, səh-221  

8əl-Əhzab-56 

9əs-Səvaiqül-mühriqə, səh-225-226 

10Səhihi-Buxari, səh-844, kitabut-təfsir, hədis № 4797 

11əs-Saffat-24 

12əs-Səvaiqül-mühriqə, səh-229   




Huveyzi

13

 və digər hədis və təfsir alimləri Peyğəmbərdən (s) rəvayət edirlər:  “Bu ayənin 



mənası  Əli  bin  Əbi  Talibin  (ə)  və  Əhli-beytin  (ə)  vilayəti  barəsində  sorğu-sual 

olunacaqlar deməkdir”.  

İmam Hüseynin (ə) üstünlüklərini bizə çatdıran ayələrdən biri də “Biz ona böyük 

bir  qurbanlıq  əvəz  verdik”

14

  ayəsidir.  Bu  ayəni  izah  edən  İmam  Rza  (ə)  buyurur:  “ 

Allah İbrahimə (ə) oğlu İsmailin (ə) əvəzində ona nazil etdiyi qoçu kəsməyi əmr etdikdə

İbrahim  (ə)  Allahdan  təmənna  etdi ki, oğlu  İsmail  (ə)  qurban kimi  kəsilsin,  çünki ona 

qoç kəsmək yox, oğlunu kəsmək əmr olunubdur. Allah ona belə vəhy etdi: Ey İbrahim! 

Yaratdıqlarım  içində  sənə  ən  çox  sevimli  olan  kimdir?  İbrahim  (ə)  dedi:  Ey  Rəbbim! 

Yaratdıqların içində mənə ən sevimli olan həbibin Məhəmməddir (s). Allah vəhy edərək 

dedi:  sənə  o  çox  sevimlidir  yoxsa  öz  canın?  İbrahim  (ə)  dedi:  O,  mənə  canımdan  da 

sevimlidir.  Allah  vəhy  etdi:  sənə  onun  övladı  sevimlidir  yoxsa    sənin  öz  övladın? 

İbrahim (ə) dedi: onun övladı. Allah vəhy etdi: onun övladını onun düşmənləri zülmlə 

başını kəsərlər, onun öldürülməsi sənin qəlbini ağrıdır yoxsa oğlunun qurban kəsilməsi? 

İbrahim (ə) dedi: ey Rəbbimin onun zülmlə kəsilməsi mənim qəlbimi daha ağrıdır. Allah 

dedi:  ey  İbrahim!  Məhəmmədin  (s)  ümmüətindən  bir  dəstə  ondan  sonra  onun  oğlu 

Hüseyni  (ə)  zülm  və  düşmənçiliklə  qoç  kəsən  kimi  kəsərlər.  İbrahimin  (ə)  qəlbi  bu 

hadisədən qəmgin oldu və o, buna ağladı”

15



İmamın (ə) fəzilətinin ali olduğunu isbat edən ayələrdən biri də “Sənə göndərilən 

bilikdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de ki: gəlin biz də 

oğlanlarımızı, siz də oğlanlarınızı: biz də qadınlarımızı, siz də qadınlarınızı: biz də 

özümüzü  siz  də  özünüzü  çağıraq!  Sonra  Allahdan  yalvarıb  yalançılara  lənət 

etməsini  diləyək!”

16

.  Bu  ayə  haqqında  İbn  Həcər  əl-Heytəmi  Carullah  Zəməxşəridən 



nəqlən deyr: “Əhli-beytin fəzilətinə bundan güclü dəlil tapmaq mümkün deyildir. Onlar 

Əli,  Fatimə,  Həsən  və  Hüseyndir  (ə).  Bu  ayə  nazil  olduqda  Peyğəmbər  (s)  Hüseyni 

qucağına  alıb,  Həsənin  (ə)  də  əlindən  tutdu.  Fatimə  (ə)  və  Əli  (ə)  də  onun  ardınca 

                                                           

13Təfsiru nurüs-səqəleyn, cild IV, səh-29 

14əs-Saffat-107 

15Əllamə Hüveyzi, Təfsiru nurüs-səqəleyn, cild IV, səh-429-430 

16Ali-İmran-61 




gedirdi.  Buradan  məlum  olur  ki,  ayədə  məqsəd  onlardır  və  Fatimənin  (ə)  övladları  və 

onların  zürriyyətləri  Peyğəmbərin  (s)  övladı  hesab  olunur,  ona  nisbət  verilirlər

17

.  İbn 


Həcər adı çəkilən əsərində belə bir hədis də nəql edir: “Əli (ə) Peyğəmbərin (s) yanına 

daxil  oldu.  Peyğəmbər  (s)  ayağa  qalxıb  onu  qarşıladı,  alnından  öpdü  və  sağ  tərəfində 

oturtdu.  Abbas  Peyğəmbərə  (s)  dedi:  onu  çox  istəyirsənmi?  Həzrət  buyurdu:  ey  əmi! 

And  olsun  Allaha!  Allah  onu  məndən  çox  istəyir.  Allah  bütün  peyğəmbərlərin  (s) 

zürriyyətini  onların  öz  bellərindən,  mənim  zürriyyətimi  isə  Əlinin  (ə)  belindən  qərar 

vermişdir”

18



 



İmam  Hüseynin  (ə)  haqqında  nazil  olmuş  ayələrdən  biri  də  “Allah  iman  gətirib 

yaxşı  əməllər  edən  bəndələrinə  bununla  müjdə  verir  de  ki:  mən  sizdən  bunun 

[risaləti  təbliğ  etməyimin]  müqabilində  qohumluq  məhəbbətindən  başqa  bir  şey 

istəmirəm..”

19

 ayəsidir. Bütün təfsir və hədis əhlinə görə bu ayədə məqsəd Peyğəmbərin 



(s) yaxın qohumları olan Əliyə (ə), Fatiməyə (ə), Həsənə (ə) və Hüseynə (ə) məhəbbət 

göstərib  onları  sevməkdir.  Bu  ayə  təfsirçilərin  yanında  “Məvəddət”  ayəsi  kimi  tanınır. 

Bu  ayənin  təfsiri  haqqında  Əllamə  Hüveyzi  belə  rəvayət  edir:  “İsmail  bin  Əbdülxaliq 

İmam  Sadiqə  (ə)  dedi:  Bəsrə  əhli  bu  ayə  haqqında  deyir  ki,  qohumluq  məhəbbəti 

dedikdə,  Peyğəmbərin  (s)  qohum-əqrəbası  nəzərdə  tutulur.  İmam  (ə)  buyurdu:  yalan 

deyirlər. Bu ayə bizim, xüsusilə də Əhli-beytin (ə) Əlinin (ə), Fatimənin (ə), Həsənin (ə) 

və Hüseynin (ə) haqqında nazil omuşdur”

20

.



 

İmam Hüseynin (ə) fəzilətlərinə işarə edən ayələrdən biri də “Hamınız bir yerdə 



Allahın  ipindən  möhkəm  yapışın,  bir-birinizdən  ayrılmayın”

21

  ayəsidir.  Bu  ayədə 

məqsədin  Əhli-beyt  (ə)  olduğunu  görkəmli  islam  alimləri  Sələbi  “Təfsiru-Sələbi” 

əsərində, İbn Həcər əl-Heytəmi isə “əs-Səvaiqül-mühriqa”

22

 əsərində İmam Sadiqdən (ə) 



rəvayət  edirlər:  “Biz  Allahın  ipiyik  ki,  bizim  haqqımızda,  «Hamınız  Allahın  ipindən 

                                                           

17əs-Səvaiqül-mühriqə,  səh-238,  Carullah  Zəməxşəri,  Təfsirul-Kəşşaf,  cild  I,  səh-361-362,  Əhməd  bin  Əli  əl-

Cəssas,Əhkamul-Quran,  cild  II,  səh-18-19,  əl-Qazi  Nəsruddin  Beyzavi,  Təfsiru-Beyzavi,  cild  I,  səh-163,  Məhəmməd  bin 

Əhməd  əl-Qurtubi,  əl-Camiul-Əhkamil-Quran,  cild    II,  səh-67,  Hakim  əl-Həskani,  Şəvahidüt-tənzil,  cild  I,  səh-123-124, 

hədis № 170-171  

18əs-Səvaiqül-mühriqə, səh-239

 

19əş-Şura-23 



20Təfsiru nurüs-səqəleyn, cild IV, səh-572, hədis № 65 

21Ali İmran -103 

22səh-233 



möhkəm yapışın, bir-birinizdən ayrılmayın» demişdir”.  Bu ayədən belə məlum olur 

ki, İmam Hüseyn (ə) digər imamlarla (ə) birlikdə yer üzündə Allahın möhkəm ipidir və 

ondan yapışmadan nicata yetişmək mümkün deyildir.

23

 



Peyğəmbər  (s)  buyurur:  “Həsən  və  Hüseyn  dünyada  mənim  iylədiyim  iki 

reyhandır”

24



Peyğəmbər  (s)  digər  bir  hədisində  buyurur:  “Həsən  (ə)  və  Hüseyn  (ə)  Cənnət 



cavanlarının ağasıdır”

25



Peyğəmbər  yenə  buyurur:  “Hüseyn  (ə)  məndəndir,  mən  də  Hüseyndənəm(ə). 

Hüseyni (ə) sevən hər kəsi Allah sevmişdir”

26



Həmçinin  buyurub:  “ey  Əli!  Həqiqətən  Həsən  (ə)  və  Hüseyn  (ə)  mənim  zehnimi 



çox məşğul edirlər. Mən onlardan başqa heç kimsəni bu qədər sevmirəm. Çünki Rəbbim 

mənə əmr etmişdir ki, onları və onları sevəni sevim”

27



Həzrət  digər  bir  hədisində  buyurur:  “Hər  kəs  Həsən  və  Hüseyni  sevsə,  məni 



sevmişdir. Hər kəs onları qəzəbləndirsə, məni qəzəbləndirmişdir”

28

  



İmran bin Həsin rəvayət edir: “Peyğəmbər (s) mənə dedi: Ey İmran! Həqiqətən hər 

bir  qəlbin  bağlı  olduğu  bir  şey  vardır.  Mənim  də  qəlbim  bu  iki  oğlana    bağlıdır. 

Dedim:ey Rəsuləllah! Qəlbinin hamısımı  bunlara bağlıdır? Dedi:ey İmran! Onlara olan 

sevgimin əksəriyyətin səndən gizlədirəm. Allah mənə əmr etmişdir ki, bunları sevim”

29

.  


Əbu  Zər  əl-Qəffari  nəql  edir:  “Peyğəmbər  (s)  mənə  Həsən  (ə)  və  Hüseyni  (ə) 

sevməyi  əmr  etmişdir.  Mən  də  onların  ikisini  çox  sevirəm  və  onları  sevənləri  də  çox 

sevirəm. Çünki Peyğəmbər (s) onların ikisini çox sevərdi”

30



Həmçinin Əbu Zər rəvayət edir: “Peyğəmbəri (s) Həsən və Hüseyni öpən gördüm. 

O, dedi: hər kəs Həsən (ə) və Hüseyni (ə) və onların övladlarını sevsə, Cəhənnəm onun 

                                                           

23 Daha geniş məlumat üçün bax: İbrahim Quliyev, Hədisi-şəriflərdə müqəddəs şəhərlərin tarixi, Bakı, nurlar, 2012, 

Kərbəla fəslinə. 

24Səhihi-Buxaridə nəql olunub 

25Hürr Amili, Vəsailüş-şiə 

26İbn Qələveyh, Kamilüz-ziyarət, səh-116, hədis № 125, Əllamə Məclisi, Biharül-ənvar, cild 43, səh-261 

27İbn Qələveyh, Kamilüz-ziyarət, səh-112, hədis № 116, Əllamə Məclisi, Biharül-ənvar, cild 43, səh-269  

28Əbulqasim Təbərani, Möcəmül-kəbir, ikinci nəşri, 1404/1984, cild  III, səh-48, hədis № 2645  

29İbn Qələveyh, Kamilüz-ziyarət, səh-113, hədis № 117, Əllamə Məclisi, Biharül-ənvar, cild 43, səh-269  

30İbn Qələveyh, Kamilüz-ziyarət, səh-113, hədis № 118, Əllamə Məclisi, Biharül-ənvar, cild 43, səh-269  




üzünü yandırmaz, hətta onun günahı saysız-hesabsız olsa belə. Amma bu şərtlə ki, onun 

günahları onu imandan xaric etməmiş olsun”

31

.   


Abdullah bin Məsud rəvayət edir: “Peyğəmbərdən eşitdim ki, deyirdi: hər kəs məni 

sevirsə, bu iki oğlumu sevsin. Çünki Allah mənə bunları sevməyi əmr etmişdir”

32



İmam Sadiq (ə) buyurur: “ Peyğəmbər (s) buyurmuşdur: hər kəs Allahın Quranda 



dediyi möhkəm ipdən yapışmaq istəyirsə, Əbu Talib oğlu Əlini (ə) özünə rəhbər tutsun, 

Həsən (ə) və Hüseyni (ə) isə sevsin. Çünki Allah öz ərşinin üstündə onları sevmişdir”

33



Peyğəmbər (s) buyurur: “Hər kəs Həsən (ə) və Hüseynə (ə) nifrət edərsə, Qiyamətə 



üzünün əti tökülmüş halda gələcək və o, şəfaətimə nail olmayacaqdır”

34



Əli (ə) buyurur: “Həsən (ə) və Hüseyn (ə) Peyğəmbərin (s) iylədiyi reyhandır”

35



 

Hədisi-şəriflərdə Kərbəla hadisəsi 

Məşhur  islam  alimi  Əhməd  bin  Hənbəl  rəvayət  edir:  “Əli  (ə)  Süffeyn  döyüşünə 

gedərkən  Kərbəla  ərazisində  dayandı.  O,  buranın  hara  olduğunu  soruşduqda  dedilər: 

bura  Neynəvadır.  Əli  (ə)  dedi:  səbr  et  ey  Əba  Ədillah!  Səbr  et  ey  Əba  Əbdillah!  Ona 

dedilər: nə baş verir? O, dedi: bir gün Peyğəmbərin (s) yanına daxil oldum və onu gözü 

yaşlı  gördüm.  Dedim  səni  kim  qəzəbləndirib  ki,  gözlərindən  belə  yaş  gəlir  ya 

Rəsulallah? Dedi: Cəbrail (ə) mənim yanımda idi. O, mənə dedi ki, Hüseyni (ə) Fəratın 

sahilində  öldürəcəklər.  Onun  türbəsindən  iyləmək  istəyirsənmi?  Dedim:  bəli.  O,  əlini 

uzadıb o torpaqdan götürdü mənə verdi. Buna görə gözlərim yaşarıb”

36

. Bundan başqa 



digər sünnü qaynaqlarında Hüseynin (ə) Fərat sahilində, Kərbəla çölündə şəhid ediləcəyi 

və Peyğəmbərin (s) ona ağlayıb göz yaşı tökməsi haqqında hədislər vardır

37

.  


                                                           

31İbn Qələveyh, Kamilüz-ziyarət, səh-114, hədis № 119, Əllamə Məclisi, Biharül-ənvar, cild 43, səh-269   

32İbn Qələveyh, Kamilüz-ziyarət, səh-113, hədis № 120, Əllamə Məclisi, Biharül-ənvar, cild 43, səh-270  

33İbn Qələveyh, Kamilüz-ziyarət, səh-114, hədis № 121, Əllamə Məclisi, Biharül-ənvar, cild 43, səh-270 

34İbn Qələveyh, Kamilüz-ziyarət, səh-115, hədis № 122, Əllamə Məclisi, Biharül-ənvar, cild 43, səh-270 

35İbn Qələveyh, Kamilüz-ziyarət, səh-115, hədis № 124, Əllamə Məclisi, Biharül-ənvar, cild 43, səh-270 

36Müsnədi-Əhməd,  cild  I,  səh-86,  hədis  №  648,  Hənbəli  Muqəddəsi,  əl-Əhadisil-Muxtarə,  Məkkə  çapı,  cild  II,  səh-375, 

hədis № 758, Məcməüz-zəvaid, cild IX, səh-187 

37Bax: İbn Əbi Şeybə, Musənnəf, cild VII, səh-477-478, hədis № 37366, Müsnədi-Bəzzar, cild III, səh-101, Müsnədi-Əbi 

Yəla, cild I, səh-298, Təbərani, Möcəmül-kəbir, cild III, səh-105, Hakim Nişapuri, əl-Müstədrək alə səhiheyn, cild III, səh-

194         



İbn  Həcər  əl-Heytəmi  Aişədən  rəvayət  edir:  “Peyğəmbər  (s)  buyurdu: Cəbrail  (ə) 

mənə xəbər verdi ki, oğlum Hüseyni (ə) məndən sonra Tif  adlı çöldə qətlə yetirəcəklər. 

Bu torpağı mənə gətirdi və xəbər verdi ki, bu onun yatdığı yer olacaqdır”

38

.  



Bu  və  ya  buna  bənzər  bir  çox  hədisi-şəriflərdən  bəlli  olur  ki,  Kərbəla  hadisəsinin 

baş verməsi qabaqcadan Allah tərəfindən Peyğəmbərə (s) xəbər verilmişdir. Deməli, bu 

hadisənin törədilməsi əzəldən ilahi elmdə təsbit olunmuş və Allah əhatəli elmi ilə bunu 

əvvəlcədən bilmişdir. Necə ki, Quran buyurur : “O, bütün yaranmışların keçmişini və 



gələcəyini  bilir.  Onun  elmi  göyləri  və  yeri  əhatə  etmişdir”

39

.  Amma  bu  hədislərin 

mənası  o  demək  deyildir  ki,  Kərbəla  hadisəsi  Allah  tərəfindən  yazılmış  və  ondan 

qaçmaq  heç  cürə  mümkün  deyildir.  Təəssüflər  olsun  ki,  bu  növdən  olan  hədislər  bəzi 

insanların təfəkküründə çaşqınlıq yaratmış və nəticədə onlar əzəli ilahi elmlə cəbəriyyə 

əqidəsini  bir-  birlərinə  qarışdırmışlar.  Çünki  cəbəriyyə  əqidəsinə  görə  insan  ixtiyar 

sahibi  deyil,  o  nə  edirsə,  ilahi  yazı  əsasında  edir.  Hətta  insanın  günah  etməsini  Allah 

tərəfindən  olduğunu  iddia  edən  cəbərilər  Kərbəla  hadisəsində  Yezidin  bu  işi  özbaşına 

deyil, ilahi təqdir əsasında etdiyini deyirlər. Bu əqidə isə əlbəttə ki, həqiqi islam əqidəsi 

deyil və ola da bilməz. Çünki hər şey bu əqidə sahiblərinin dedikləri kimi olsaydı, onda 

Allahın  bu  qədər  peyğəmbərlər    və  kitablar    göndərib  insanları  pis  yoldan  çəkindirib 

doğru  yola  çağırmasının  nə  mənası  olardı?!  Əgər  onların  əqidəsi  doğru  olsaydı,  onda 

bütün günahların hamısı qanuniləşmiş olardı və bununla da günahkarlar üçün nəzədrdə 

tututlmuş  ilahi  əzab  öz  əhəmiyyətini  itirərdi.  Necə  ki,  Yezid  və  onun  tərəfdarları  bu 

əqidəni  dəstəkləməklə  özlərini  “təmizə”  çixardırdılar.  Halbuki  Qurani-Kərim  buyurur:  



“Kim zərrə qədər yaxşı iş görsə, onun xeyrini görəcəkdir.  Kim zərrə qədər pis iş 

görsə,  onun  zərərini  görəcəkdir”

40

.  Deməli  Yezid  İmam  Hüseyni  (ə)  öldürtməklə 

özünü əbədi ilahi əzaba düçar etmişdir. Peyğəmbər (s) buyurur :  “Cənnət mənim Əhli-

beytimə  zülm  edənə  və  ailəmə  əziyyət  edənə  haram  olmuşdur.  Hər  kəs  Əbdülmüttəlib 

                                                           

38əs-Səvaiqül-mühriqə, səh-292 

39Bəqərə-255 

40əl-Zilzal-7-8 



övladlarından birinə yaxşılıq etsə, amma mükafatlanmasa, Qiyamət günü mən Rəbbimlə 

görüşəndə onu mükafatlandıracağam”

41



 



Kərbəla ziyarətinin savabı 

Peyğəmbər  (s)  Hüseiynə  (ə)  dedi:  “Ey  oğlum!  Cəbrail  (ə)  mənə  xəbər  gətirdi  ki, 

məndən sonra səni qətl edib bədənini parçalayacaqlar. Hüseyn (ə) dedi: Babacan! Bizim 

qəbirlərimizi  ziyarət  edənlər  üçün  nə  səvab  vardır?    Peyğəmbər  (s)  buyurdu:  Oğlum! 

Ümmətimdən  hər  kəs  sizi  ziyarət  etsə,  sizə  əl  sürtsə,  mənə  vacibdir  ki,  Qiyamət  günü 

gəlib onu ziyarət edim, onu qiyamətin dəhşətli əhvalından xilas edim və onu Cənnətdə 

sakinləşdirim”

42



Hədisdə deyilir: “Bir şəxs İmam Sadiqin (ə) yanına gəlib Məkkədə mal-mülk alıb 

ora köçmək istədiyini dedi. İmam (ə) ona buyurdu: bunu etmə. Çünki Məkkə əhli açiq-

aşikar Allaha qarşı küfr edirlər. Ravi dedi: Əgər belədirsə, Mədinədə alımmı? İmam (ə) 

dedi:  onlar  məkkəlilərdən  də  pisdirlər.  Ravi  dedi:  bəs  harada  məskən  salım?  İmam  (ə) 

buyurdu: İraqda Kufə şəhərində al. Onun yanında bir qəbir vardır ki, bəlaya giriftar olan 

oraya  gəlmişlər. Bu Kərbəladakı  İmam  Hüseynin  (ə) qəbridir. Əlinin  (ə) qəbri  yanında 

ona  qonşu  olmaq  700  illik  ibadətdən,  Hüseynin  (ə)  qəbrinə  qonşu  olmaq  isə  70  illik 

ibadətdən üstündür”

43



İmam  (ə)  digər  bir  hədisində  isə  buyurur:  “Kərbəlada  Hüseynin  (ə)  yanında 



qalmağın bir günü min ayın ibadət və əməllərinə bərabərdir”

44



İmam  Zeynülabidin  (ə)  buyurur:  “Mən  Kərbəlada  atam  Hüseynin  (ə)  qəbri 

kənarında  olanda  sanki  möhtəşəm  qəsrlərdəyəm...  Ravi  İmama  (ə)  dedi:  orada  qalan 

şəxsə nə mükafat var? Həzrət buyurdu: Hər günü min aya bərabərdir. Ravi yenə dedi: 

bəs oranı ziyarət üçün xərc çəkən və orada gəlib xərcləyən üçün nə mükafat var? İmam 

(ə) buyurdu: bir dirhəm min dirhəm əvəzidir”

45



                                                           

41Carullah Zəməxşəri, Təfsirul-Kəşşaf, cild IV, səh-213 

42Əllamə Hairi, Dairətül-məarif, cild VIII, səh-251, Əllamə Məclisi, Biharül-ənvar, cild 101, səh-148 

43Əllamə Hairi, Dairətül-məarif, cild XV, səh-139 

44Əllamə Hairi, Dairətül-məarif, cild XV, səh-139  

45Əllamə Hairi, Dairətül-məarif, cild XV, səh-140 




“İmam Sadiq (ə) ona qonaq olmuş şəxsə dedi: sən Hüseyni (ə) ziyarət edirsənmi? 

Qonaq  dedi:  onu  üç  ildə  bir  dəfə  ziyarət  etmişəm.  İmam  (ə)  üzü  qəzəb  halını  aldı  və 

həmin  şəxsə  dedi:  and  olsun  Allaha!  Hansı  ki,  ondan  başqa  Allah  yoxdur,  Kərbəlanı 

ziyarət  etsəydin  bu  sənin  üçün  daha  xeyirli  olardı.  Bilmirsən  ki,  Allah  Məkkəni  hərəm 

götürməzdən əvvəl Kərbəlanı hərəm, əmin və mübarək yer olaraq götürmüşdür?   

İmam  Zeynülabidin  (ə)  buyurur:  “Allah  Kərbəlanı  əmin  yer  və  mübarək  məkan 

etmişdir. Allah yer üzünü silkələyəndə onu yaydı və ucaltdı, onun torpağını nurlu və saf 

etdi. Onu Cənnət bağlarından da üstün bağ etdi və onu Cənnətdə ən üstün məskən etdi. 

Orada  peyğəmbərlərdən  və  mürsəllərdən  başqa  kimsə  sakin  olmaz.  Ulduzlar  yer  əhli 

üçün parlaqlı olduğu kimi ora da Cənnət bağçaları içərisində gül saçır. Kərbəlanın nuru 

cənnət  əhlinin  hamısını  bürüyür  və  deyər:  mən  Allahın  müqəddəs,  pak  və  mübarək 

yeriyəm  hansı  ki,  şəhidlərin  böyüyünü  və  cənnət  cavanlarının  rəhbərini  özümdə 

saxlamışam”

46

.     



Müaviyə  bin  Vəhəb  rəvayət  edir:  “Bir  gün  İmam  Cəfər  Sadiqin  (ə)  xidmətinə 

getmişdim,  gördüm  o  həzrət  namaz  qılmaqla  məşğuldur.  Onun  namazı  bitirməsini 

gözləmək üçün oturdum. İmam (ə) namazı bitirdikdən sonra münacat etməyə başladı. O, 

Allaha  belə  dua  edirdi:  Allahım!  Biz  Əhli-beytə  kəramət  əta  etmisən,  Qiyamətdə 

ümmətin şəfaətini bizə vədə vermisən, risalət elmini bizə verib və bizi Peyğəmbərin (s) 

varisi  qərar  vermisən  və  keçmiş  ümmətləri  bizimlə  xətm  etmisən.  Keçmiş  və  gələcək 

elmləri  bizə  əta  etmisən  və  bizim  vilayətimizi  insanlara  vacib  buyurmusan.  Səndən 

istəyirəm  babam  İmam  Hüseynin  (ə)  məzari-şərifini  ziyarətə  gələnləri  əfv  et.  Onların 

günahlarını bağışla. O kəslər ki, evlərindən, yurd-yuvalarından çıxıb ziyarət məqsədi ilə 

səfərin hər bir əzab əziyyətinə qatlaşaraq var-dövlətindən və canlarından keçirlər, onlara 

bizim tərəfimizdən mükafat əta elə. Bütün müşkül işlərini həll etməklə onları istəklərinə 

çatdır.  Bu  yolda  nə  qədər  xərc  etsələr,  birə  min  əvəzini  ver.  Evdə  əhli-əyalını 

valideynlərini və övladlarını yerin və göyün bəlalarından qoru. Özünü də hər növ xəta-

bəladan uzaq, öz amanında saxla, öz evlərinə sağ-salamat getmələrinə kömək et. Özünü 

                                                           

46İbn Qələveyh, Kamilüz-ziyarət, səh-451, hədis № 678, Əllamə Məclisi, Biharül-ənvar, cild 101, səh-108, Əllamə Nuri, 

Müstədrəkül-vəsail, cild X, səh-323, Hürr Amili, Vəsailüş-şiə, cild XIV, səh-515  



və  ailəsini  insanların  vəsvəsələrindən  və  şeytanın  şərrindən  uzaq  elə.  Onların  qohum-

qardaşlarına  və vilayətlərində yaşayan saleh bəndələrə əmin-amanlıq əta et. 

O  kəslərin  ki,  ürəklərində  babam  Hüseynin  (ə)  eşqi  var  və  onun  qəbrini  ziyarət 

etmək  eşqindədirlər,  lakin  maneçilik  üzündən  ziyarət  edə  bilmirlər  o  maneləri  tezliklə 

aradan  apar.  Hüseynin  (ə)  ziyarətinə  tərəf  istiqamətlənən  və  onun  məzarına  sürtünən 

üzləri  Qiyamətdə  şəfaət  müjdəsi  ilə  ağ  və  gülərüz  elə.  İmamın  (ə)  özünün  və  əhli-

əyalının  müsibətinə ağlayan  gözləri dünya  və  axirətdə qəmgin  eləmə.  Həmçinin bizim 

müsibətlərimizə  yanan  ürəklərə  rəhm  elə,  onları  Cəhənnəm  odunda  yandırma.  Su 

içərkən,  Kərbəlanın  susuz  qurbanlarını  yad  edib,  onlara  salam  və  salavat  göndərən 

kəsləri Qiyamətdə Cənnətin müqədiməsi olan Kovsər suyu ilə sirab elə. 

İmam Sadiq (ə) bu duaları etdikdən sonra səcdədən başını qaldırdı. Mən ona dedim: 

Ey  movlam!  Bu duanı  sizdən  eşitdikdən sonra  qəlbimdə həcdən çox  Kərbəlanı  ziyarət 

etmək  arzusu  yarandı.  O,  buyurdu:  Ey  Müaviyə!  Səni  kim  saxlayıb  və  sənə  kim  mane 

olur  ki,  o  böyük  şəxsi  ziyarət  etmirsən?  Dedim:  Allah  məni  sənə  fəda  etsin!  Onun 

ziyarətinin bu qədər fəzilətli olduğunu bilmirdim.  

İmam  (ə)  buyurdu:  Ey  Müaviyə!  O  həzrəti  ziyarət  edənlərə  göydə  daha  çox  dua 

edərlər,  nəinki  yerdə.  O  ziyarətçilərə  Peyğəmbər  (s),  Əli  (ə),  Fatimə  (ə),  Həsən  (ə)  və 

digər  imamlar  (ə)  dua  edərlər.  Sən  istəməzsən  ki,  o  kəslərdən  olasan  ki,  Qiyamətdə 

mələklər  başları  üstündə  dolanıb  onları  mühafizə  etmiş  olsun?  İstəməzsən  ki,  məhşərə 

günahlardan  təmizlənmiş  halda  gələsən?  Məgər  istəməzsən  ki,  o  kəslərdən  olasan  ki, 

onun şəfaətçisi babam Peyğəmbər (s) özü olsun? Ey Müaviyə! Əgər istəyirsən dünya və 

axirət səadətinə yetəsən, özünü belə nemətdən məhrum etmə!”

47

.  


Beləliklə,  bu  məqaləni  yazmaqla  belə  bir  nəticəyə  gəldik  ki,  İmam  Hüseynin  (ə) 

matəm  mərasimini  təşkil  etmək,  belə  məclislərdə  iştirak  etmək  və  ağlamaqla  o  həzrəti 

(ə) yad etmək əziz Peyğəmbərimiz (s) tərəfindən əsası qoyulmuş bir sünnədir. Şükürlər 

olsun  ki,  ölkəmizdə  Aşura  mərasimi  hər  il  yüksək  səviyyədə  təşkil  olunur  və 

təbəqəsindən asılı olmayaraq bütün insanlar orada iştirak edirlər.  

                                                           



47Hacı Əbdürrəhman Yusifpur, Məşhəd və Kərbəla ziyarəti, səh-49-50  

Yüklə 97,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə