görə (Джанашвили 1900. 89; Марр 1910. 51) onlar
vətənlərindən didərgin salınır, odda yandırılırdılar.
N.Y.Marr yazır: – Deyilənə görə, “Bars dəri-
si”nin süjeti İran folklorundan gəlmədir. Ancaq İran
ədəbiyyatında belə bir süjetə təsadüf etmirik. Çox eh-
timal ki, şair əsərin gürcü folklorunda yayılan bir
süjetinin tərcüməsindən istifadə etmişdir (Марр 1895.
228-229; Марр 1910. I).
Şair əsərin süjetini İran ədəbiyyatından deyil,
özünə anlaşıqlı olan Aran folklorundan götürmüşdür.
Qədim iber və orta yüzil gürcü salnamələrində həm
Aran, həm İran adları Ran formasında yazıya alınırdı
(Патканов 3160.225; Картлис Цховреба 1905.204;
Дондуа 1967. 36; Джуаншериани 1986. 9, 63).
Düzdür, XII-XVII əsrlərdə İran ədəbiyyatının ən
yaxşı nümunələri gürcü dilinə tərcümə edilmişdir.
Bunlar “Rostomiani”, “Cimşidiani”, “Miriani” (Mehr
və Müştəri), “Şahnamə”, “Rusudaniani” və başqaları-
dır (Марр 1895.227, 228, 229, 233; Буачидзе 1983,
61, 78). Onların içində “Bars dərisi” poeması yoxdur.
N.Y.Marr yazır:– Ümid edirəm ki, gec və ya tez, nə
zamansa Gürcüstanın qədim əlyazmaları arasından
“Bars dərisi”nin ilkin nüsxəsi tapılacaq. O zaman biz
süjetin hansı xalqa məxsusluğu haqqında son sözü
deyə biləcəyik (Марр 1895. 229; Марр 1910. I).
Qədim yazılı abidələrdə Aran, orta yüz il xristian
salnamələrində Eran kimi yazıya alınan İran farsların
ölkəsi deyil. Aran vilayətinin əhalisinin farsdilli olma-
dığını V-X əsr erməni, fars və ərəb tarixçiləri dəfələrlə
bildirmişlər. VII-X əsr ərəb tarixçiləri yazırlar ki,
Azərbaycan və Ərməniyyənin dili ərəb və fars dillə-
ridir. Ancaq Bərdə və ətrafındakı kəndlərdə Aran
dilində danışırlar (Fazili 1984. 127; Vəlixanlı 1974.
48).
Bərdə Aran vilayətinin mərkəzi şəhəri, Ereti Er
və Aran nəsillərinin qədim yurdu idi. Hətta sasanilər
Bəzilərinə görə,
“Bars dərisi”nin
süjeti İran
folklorundan
gəlmədir. Ancaq
İran ağız
ədəbiyyatında belə
bir süjet yoxdur.
dövründə İberiya Bərdədən idarə olunurdu. İberiyanın
qüdrətli çarlarından biri Vaxtanq Qorq Aslan Aran
hakiminin bacısı oğlu idi (Буачидзе 1983. 153). O
Qorq Aslan ki, O.İ.Senkovski onu hansısa türk tayfa-
sının başçısı adlandırır (Хантадзе 1970. 83). Aran
hakiminin göndərdiyi 12 minlik qoşun olmasaydı,
Qorq Aslan İberiya üzərində hakimiyyətini qura bil-
məzdi. Bu barədə nə qədər üzərində əl gəzdirilsə də,
sonrakı gürcü salnamələrində bilgilər qalmaqdadır
(Джуаншериани 1986. 63, 80). “Kartlis tsxovreba”
da göstərilir ki, Aran Kartvellərin çarı idi. Aranın oğlu
Azon Makedoniyalı İskəndərin vassalı kimi Metexdə
çar oldu və İberiyanı 24 il idarə etdi (Картлис
цховреба 1905.204; Мамулиа 1979.182).
Azonın ölümündən sonra hakimiyyətə gələn
Parnauz (Вермишев 1904. 102) Aran nəslinin Me-
texdəki bütlərini sındırmadı. Öz bütlərinin yanında
Aran nəslinin bütlərini saxladı. Bu o deməkdir ki, öl-
kədə müxtəlif etnosların konsolidasiyası nəticəsində
yeni dövlət yarandı. Yeni dövlət ən güclünün mütləq
ağalığı ilə deyil, qohum və yad etnosların qardaşlaş-
ması ilə quruldu (Мамулиа 1979. 176-179).
Fikrimizcə, poemanın süjeti İran əfsanələrindən
yox, iberlərlə qardaşlaşan, ortaq dövlət quran Aran
nəslinin ağız ədəbiyyatından gəlmədir. Bunu duyan
N.Y. Marr yazır ki, poema yalnız gürcülərin poetik
dastanı deyil, çoxmillətli Gürcüstanın çoxdilli xalqla-
rının ədəbi abidəsidir.
Aran nəsli e. ö. III əsrin əvvəllərinə – İberiyada
hakimiyyəti ələ alana qədər uzun bir alplıq və ərənlik
yolu keçmişdir. Yəhudi tarixçisi İosif Flavi (I əsr)
yazır ki, Aran İbrahim peyğəmbərin qardaşıdır. Onun
qəbri Hələb ölkəsinin Ur şəhərində indiyəcən durur
(Иосиф Флавий 52390.32-33). Bəzi tarixi mənbələr-
də isə Aran İbrahim peyğəmbərin oğludur (Вигуру
1897. 474-475). Nəzərə alsaq ki, hər üç dinin müqəd-
Vaxtanq Qorq
Aslan Aran
hakiminin bacısı
oğlu idi.
Poema yalnız
gürcülərin poetik
dastanı deyil,
çoxmillətli
Gürcüstanın
çoxdilli
xalqlarının ədəbi
abidəsidir.
Aran İbrahim
peyğəmbərin
qardaşıdır. Onun
qəbri Ur
şəhərində
indiyəcən durur
(
Иосиф Флавий).
dəs peyğəmbəri olan Avraham miladdan qabaq XIX
əsrdə yaşamışdır, Aran nəslinin Ön Asiyanın ən qədim
sakinlərindən biri olduğuna şübhə yeri qalmaz.
İ.İ.Şopen Ernst Renana (Эрнст Ренан IV.77)
istinadən yazır ki, Aranın adını samilər öz dillərinə
çevirərək Misraim (Misir adı burdandır) şəklinə
salıblar. Aran Oğuz, yəni öküz totem adının başqa bir
formasıdır (Шопен 1866. 204-205). Aran etnik adının
kökündə ar sözü durur. Mahmud Kaşğari yazır ki, ar
Arqu dilində buğa deməkdir (MK IV. 2006. 38).
Düzdür, Aran dilində qədim mətnlər bizə gəlib
çatmamışdır. Yalnız ayrı-ayrı kitabələrdə sözlər qal-
mışdır ki, həmin sözlər Aran dilinin arxaik türk
dillərindən biri olması fikrini söyləməyə bəs edir.
Aran dilində göyə gök, yerə yir, suya suy, süvariyə atli,
vulkana atma, qartala kuş və s. deyilirdi (Шопен 1866.
9, 111, 113, 143, 384; Мещанинов 1927. 4, 7, 8).
Gürcü din xadimlərinin qısqanclığına səbəb həm
də o idi ki, poema İslam dininə, adətlərinə dərin
rəğbətlə yazılmışdır. Əsərin əsas surətləri müsəlman-
dır. Poemanın baş qəhrəmanları kilsəyə deyil, məscidə
ibadətə gəlirlər. Tariyelin atasının yasında Quran oxu-
nur (Шота Руставели 1982. 75, 113).
N.Y.Marr yazır: – Poema hər cür xristian eh-
kamlarından azaddır, əsərin ruhu İslam ruhudur (Марр
1910. I). Onda belə bir sual qarşıya çıxır: – Şair mü-
səlmandırsa, nəyə görə ömrünün sonunu sürgündə
Qolqof monastırında keçirmiş (Джанашвили 1900.
89), Yerusəlim mədrəsələrindən birində başa vurma-
mışdır?
Düşünürük ki, bu, şairin əvvəl İslam dininə iman
gətirib, xristian dinini sonradan qəbul etməsi və ya bir
zaman əcdadlarının müsəlman olması ilə bağlıdır. Şota
Rustaveli çariça Tamarın atası III Georgi ilə vuruşan
vilayət hakimi Şota Arçovadzedirsə, o, əvvəllər
xristian deyildi. Həmin Şota Arçovadze baqrationlarla
Şota Rustavelinin
surətləri kilsəyə
deyil, məscidə
ibadətə gəlirlər
.
Tariyelin atasının
yasında Quran
oxunur.
Şairin poeması
xristian
ehkamlarından
azaddır. Əsərin
ruhu İslam
ruhudur.
Dostları ilə paylaş: |