İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə53/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   50   51   52   53   54   55   56   57   58

 
 
Atan  /  Aten  etnonimi  dəvəyə  sitayişlə  bağlıdır.  
Türkmənlər  erkək  dəvənin  bir  cinsinə  atan  deyirlər. 
Təsadüfi  deyil  ki,  xettlərin  tabe  etdiyi  xatti  şəhər-
lərindən  biri  Tiveliya  (totemi  dəvə  olanlar)  adlanırdı 
(Гиоргадзе 1985. 211). 
Türk  mənşəli  gürcü  soyadlarından  biri  Təkədir. 
Həmin  ad  orta  əsr  salnamələrində  Takaşvili  və  Ta-
kayşvili formalarında yazıya alınmışdır. 
Təkə  türkmən  tayfalarından  biridir.  Əbülqazi 
Bahadur  xan  yazır  ki,  Salor  elində  Toytutmaz  adlı 
adam  vardı.  Təkələr  onun  nəslindəndirlər  (Кононов 
1958. 74). 
Əslində  Ön  Asiyanın  qədim  etnoslarından  biri 
olan təkələr Salur deyildilər. Onlar sonradan Salur tay-
fa ittifaqına daxil olmuşlar. E. ö. II-I minilliyə aid ya-
zılı  mənbələrdə təkələr  Taka, Teka və  El Teke adlan-
dırılır (Генрих Грець 2. 1907. 84-85). 
Erməni  və gürcü tarixçilərinin  iddia etdiyi  kimi, 
Təkə  nəsli  Qafqaza  XI  yüzildə  gəlməmişdir.  Onların 
bir hissəsi e. ö. II minillikdə Aralıq dənizinin şərq sa-
hillərində yurd salmış, sonradan daha güclü etnosların 
təzyiqilə  şimala  çəkilmişdir.  Bu  barədə  həm  yəhudi 
mənbələrində,  həm  “Səcəreyi-tərakimə”də  yetərincə 
bilgilər var. 
A.N.Kononov  güman  edir  ki,  türkmənlərin  Nil 
vadisinə  axını  XI  əsrdə  baş  vermişdir.  Ancaq  onun 
əksinə olaraq İ.İ.Şopen yazır ki, türkmənlərin və digər 
şərq  xalqlarının  Misirə  axınları  e.  ö.  23-cü,  18-ci  və 
13-cü əsrlərdə olmuşdur. 
Fikrimizdə,  gürcülərin  Takaşvili  nəsli  sonrakı 
türkmənlərin  yox,  Yudeyada  yurd  salan  qədim  tlərın 
törəmələridir. 
Henrix Qrets yazır: – Peyğəmbər Amos Teka və 
ya  El  Teke  nəslindən  idi.  Eradan  öncə  VIII  əsrdə 
yaşamış  bu  peyğəmbər  tək  Allahı  tanıyırdı  və  büt-
Troya 
panteonunda 
ilahə Atena 
cəsurların 
hamisi sayılırdı. 
Tək allahı 
tanıyan 
peyğəmbər 
Amos Təkə 
nəslindən 
çıxmışdır. 
Atel, Etil, İtil 
türk boyunun və 
Volqa çayının 
qədim adıdır. 


 
 
pərəstlərlə  bütün  əlaqələri  kəsdi  (Генрих  Грець  2. 
1907. 85). 
Takaşvili  soyadı  totem  mənşəli  olub,  keçiyə  və 
ya  marala  tapınma  ilə  bağlıdır.  Mahmud  Kaşğari 
yazır: – Türklər erkək maralın bir türünə təkə deyirlər. 
Həmin  heyvanın  buynuzlarından  yay  düzəldilir  (MK 
III. 2006. 216). 
Cavaxetinin  knyaz  nəslindən  Sarıqaz  adlı  zadə-
gan  çıxmışdır.  Onun  adı  salnamədə  Sarıqas  forma-
sında  yazıya  alınmışdır.  Sarıqaz  Sabakın  oğlu  idi 
(Апакидзе 1968. 164). 
Musa  Xoneli  (XII  əsr)  yazır  ki,  Astara  ölkəsin-
dən    Astarabiadze  adlı  cəngavər  çıxmışdır  (Хаханов 
1897. 160. 226). 
Astarta,  Astarta  vaxtilə  Kənan  nəslinin  sevgi 
ilahəsi  olmuşdur  (Вагнер  1901.  86).  B.A.Turayev 
yazır  ki,  Astarta  finikiyalıların  Afroditasıdır  (Тураев 
1903. 41). 
Finikiyanın  Kənan  nəslindən  olan  kahinləri  bə-
dənlərini qılınc ilə doğrayıb, qanlarını ilahə Astaranın 
bütünə  çiləyərdilər  (Грець  2.  1907.  41).  E.  ö.  VIII 
əsrdə Efreim nəslindən olan Kənan knyazları Astaranı 
İudeyanın  azad  sevgi  kultuna  çevirdilər  (Генрих 
Грець 2. 1907. 107). 
İ.M.Dyakonova  görə,  Astara  qərbi  samilərin 
İştarıdır (Дьяконов 1990. 157). P.Keppen yazır ki, o, 
xaldeylərin  ilahəsidir  (Кеппен  1837.  358).  B.A.Tura-
yevin  fikrincə,  Astarta  samilərin  ilahəsi  olub,  bəzi 
cəhətlərinə  görə,  xettlərin  əslində  xattilərin  Ana 
ilahəsinə bənzəyir (Тураев 1903. 66). 
Aleksey Nakko yazır ki, Astarta kultu Ön Asiya 
mənşəli  deyil.  O  kultun  tarixi  kökləri  Asiya  qitəsinin 
dərinliklərindən gəlir (Накко 1873. 94). 
Azərbaycan  ərazisində  Astara  şəhəri  mövcud-
dursa,  deməli  Astara  kultunun  daşıyıcıları  ölkəmizdə 
məhdud  ərazidə  olsa  da,  məskunlaşmışdır.  Onlar  Kə-
Musa Xonelinin 
poemasında 
Astara ölkənin, 
Astarabidze 
cəngavərin 
adıdır. 
N.Gəncəvinin 
qadınının adı 
Apak olmuşdur. 


 
 
nan  mənşəli  xalq  olub,  Ön  Asiyada  İrandilli  etnos-
lardan  qabaq  yaşamışlar.  Ona  görə  də  talışları  birmə-
nalı  şəkildə  İran  mənşəli  xalq  saymaq  doğru  deyil. 
Onlar  Azərbaycan  türklərinin  qan  qardaşı  olub,  son-
radan barsların təsiri altına düşmüşlər. 
Gürcüstan  tarixçilərindən  biri  Apakidze  soyadı 
daşıyır  (Апакидзе  1968.  158).  Eyni  zamanda,  XVIII 
əsrdə  gürcülərin  bir  nəsli  Apakidze  adlanırdı.  Həmin 
nəsildən Apakidze Yevdemon adlı yepiskop çıxmışdır 
(Бакрадзе 1890. 72). 
A.A.Baramidze  və  D.L.Vateyşviliyə  görə,  Apa-
kidze  gürcü  soyadı  deyil  (Барамидзе,  Ватейшвили 
1978. 163). 
Apak  türk  etnoslarından  birinin  adıdır.  Özbə-
kistanda yaşayan sarı qıpçaqların bir nəsli Abaxlı adla-
nırdı (Шаниязов 1974. 124). Bundan əlavə, usunların 
Abak adlı xanı vardı. Onun atası Çingiz xanın çağdaşı 
olmuşdur (Валиханов 1984. 273-274). 
Fikrimmizcə,  N.Gəncəvinin  xanımının  adı  Afaq 
yox,  Apak  olmuşdur.  Dərbəndin  şimalında  yaşayan 
qıpçaq  xanı  öz  qızına  farsca  afaq-günəş  adı  verə 
bilməzdi. 
Musa  Xorenliyə  görə,  h’ayıların  arasında  2 
Apaxunik  nəsli  yaşamışdır  (Хоренский  1893.  296-
297).  Ancaq  yanlış  olaraq  bəzi  tədqiqatçılar  (Шопен 
1852. 297) onları erməni nəsli sayırlar. 
Musa Xorenliyə görə, Apaxuni tayfası çar Abqa-
rın zamanında (Хоренский 1893. 80) indiki Suriyanın 
şimalında  yaşayırdı.  Sonra  onlar  oradan  Ararat  vadi-
sinə və Albaniyaya köçmüşlər. Artıq Arqun xanın za-
manında  apaxunilər  Ararat  vadisində  məskunlaşmışdı 
(Абегян 1975. 467). 
Amaras  yepiskopu  Mxitarın  məktubuna  yepis-
kop Apak cavab  yazmışdı (Albaniya tarixi 1993. 86). 
Deməli,  Apakunik  (totemi  apak  olanlar)  VI-VII  əsr-
Apaq fars yox, 
qıpçaq adıdır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə