İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə54/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   50   51   52   53   54   55   56   57   58

 
 
lərdə ayrıca kilsəsi və yepiskopu olan xristian türk et-
noslarından biri imiş. 
Musa  Kaqankaytukluya  görə,  H’Apak  Yafəs 
nəslindən  19-cu  Albaniya  çarıdır  (История  Агбан 
1861.  31).  Ancaq  kitabın  Azərbaycan  dilinə  tərcümə-
sində həmin ad Həvəng formasında verilmişdir (Alba-
niya  tarixi  1993.  19).  Keçmiş  Borçalı  qəzasındakı 
Əpəkli (Пагирев 1913. 302) Azərbaycan kəndinin sa-
kinləri qədim Apak nəslinin son qalıqlarıdır. 
İberiya mənbələrindəki qədim soyadlarından biri 
Abazdır.  Çar  Barsmanın  ikinci  adı  Abaz  olmuşdur 
(Кипшидзе 1918. 41). Bundan əlavə, gürcü dilinin ta-
rixi  leksikasında  tez-tez  Abaşidze  soyadına  rast  gəli-
rik. Abaşidze soyadının kökündə Abas etnonimi durur. 
Aban  və  ya  Abas  Ön  Asiyanın  qədim  nəsillə-
rindən  biridir.  Qədim  “İber  salnaməsi”ndə  göstərilir 
ki,  Abas  ölkəsi  kuşanların  qonşuluğunda  yerləşir 
(Патканов 1883. 213). 
Abas nəsli V əsrdə  güclənib, iberləri məğlub et-
di. Onların patriarxı Qorq Aslanın imperator Levin qı-
zından olan oğlu  Tevtası  əsir tutub, gözlərini çıxartdı 
(Патканов 1883. 208). 
Abas nəslindən çıxan knyazlar Acariyanı və İbe-
retini  idarə  etmişdir.  Onlardan  Abaşidze  David  1702-
1709-cu  illərdə  İmereti  hakimi  olmuşdur.  Həmin  Da-
vidin  ləqəbi  Koç  idi  (Церетели  1898.  84;  Хаханов 
1898. 84). 
İ.İ.Şopen  yazır  ki,  Abas  tayfası  əvvəllər  Şake 
(Şəki  –  İ.C.)  çayı  boyunda  yaşayırdı  (Шопен  1866. 
285). Erməni və gürcü tarixçiləri belə hesab edirlər ki, 
həmin  çay  indiki  Alazandır.  Dion  Kassi  yazır  ki,  Ro-
ma sərkərdəsi Pompey İberiya üzərinə gedərkən Abas 
çayı  sahilində  dayanmışdı  (Армения  и  Рим.  1848. 
176;  Кемал  Алиев  2010.  282).  Belə  hesab  edirik  ki, 
Gürcüstandakı Abastumani şəhəri (Хаханов 1898. 67) 
Abas və Tuman ellərinin qarışıq yurd yeridir. 
Abaşidze 
soyadının 
kökündə Abas 
sözü durur. 
 
Abas boyu 
İberiyaya 
köçməzdən 
Albaniyada Şəki 
çayı boyunda 
yaşayırdı. 


 
 
Eyni zamanda VI əsrdə yaşamış Aran yepiskopu 
Abas (İoселиани 1866
в
. 5) və 551-596-cı illərdə Alba-
niya  katolikosu  olan  ter-Abas  (Касумова  2005.  44) 
Abas nəslindən çıxmışdır. 
V.Maknevə  görə,  Abaşidze  Acar  soyadı  gürcü 
mənşəlidir  (Макнев  1902.  4).  İ.A.Orbeli  belə  hesab 
edir ki, Abas 930-cu ildə erməniləri məğlub edib, Kars 
şəhərini tutan sarmat sərkərdəsidir (Орбели 1956. 11). 
N.Y.Marr isə yazır ki, Abas ermənilərin çarıdır (Марр 
1907. 3.) 
Əslində Abas nə gürcü tayfasıdır, nə sarmat,  nə 
də erməni. Onlar sarmatlar, peçeneqlər, xəzərlərlə hər-
bi  ittifaq  yaradaraq  erməniləri  və  gürcüləri  məğlub 
etmişlər. N.A.Baskakova görə, Abas peçeneq (Баска-
ков    1969.  226-227).  Q.F.Sattarova  görə,  Abasxəzər 
(Сaттaров 1980. 40) qəbiləsidir. Çuvaşiyada Abaşevo 
kəndinin (Чуваши 1970. 297) varlığı göstərir ki, abas-
lar Volqa bulqarlarının da mənşəyinə daxil olmuşlar. 
Abaş  nəslinin  bir  hissəsi  Rusiyaya  köçmüş,  sa-
rayda və orduda yüksək vəzifələr tutmuşdur. N.A.Bas-
kakov  yazır  ki,  Rusiyanın  Abaşev  knyaz  familiyası 
türk mənşəlidir (Баскаков 1979. 216). 
Abas tayfası Troya müharibəsi dövründə Anado-
luda  yaşayırdı.  Homerin  və  Vergilinin  tədqiqatçıları 
yazırlar ki, “İliada” və “Eneida” poemalarındakı Aban 
və Abas eyni etnosun adıdır (Энеида 1971. 409). 
Çox  ehtimal  ki,  suriyalı  salnaməçi  Mar  Abas 
Katina (III əsr) Abas nəslindəndir. Musa Xorenli onun 
salnaməsindən  mənbə  kimi  istifadə  etmişdir  (Шопен 
1866. 297). 
E. ö. II minilliyə aid Assuriya kitabələrində Abas 
etnonimi  Abaşley  formasındadır.  Onlar  o  zaman  qaş-
qayların  qonşuluğunda  (hardasa  Kızıl  İrmak  çayı 
yaxınlığı) yaşayırdılar (Арутюнян 1985. 8. 104). 
E.  ö.  I  minilliyə  aid  Urartu  mixiyazılı  abidələ-
rində Abaş ölkəsi uru Abaşini kimi  yazıya alınmışdır. 
Abaşev rus 
familiyası türk 
mənşəlidir 
(N.A.Baskakov) 
Misir kahini 
Manetona görə, 
Abas Dananın 
oğludur. 


 
 
Urartu  çarı  Menuanın  kitabəsində  deyilir  ki,  Abas 
qəbiləsinin qala divarları ilə möhkəmləndirilmiş şəhə-
rinə çatdım (Арутюнян 1985. 8). 
Misir  kahini  Manetonun  salnaməsində  bildirilir 
ki,  Abas  Yegiptli  Dananın  oğludur  (Роллен  1751. 
270).  Nəzərə  alsaq  ki,  qızıl  dana  bütünə  sitayiş  edən 
Dana  qəbiləsi  ilahə  İnəyin  övladları  sayılırdı,  onda 
Abas nəslinin türk mənşəyi bir daha təsdiq olunar. 
Abas qəbiləsi e. ö. IV minilliyin sonlarında Kam 
və  Kuş  tayfa  ittifaqının  tərkibində  Nil  vadisinə  köç-
müş,  min  il  sonra  –  e.  ö.  23-cü  əsrdə  hiksoslar  tərə-
findən  Efiopiyaya  qovulmuşdur.  Ona  görə  də  bəzən 
Efiopiya H’Abaşia adlandırılır. 
XII  əsr  gürcü  ədəbiyyatının  görkəmli  nümayən-
dələrindən  biri  Xuna  nəslindən  olan  Musadır.  Gür-
cüstan  ədəbiyyatı  tarixinə  o,  Mose  Xoneli  kimi  daxil 
olmuşdur.  M.Xoneli  “Amiran  Darecaniani”  poeması-
nın müəllifi, iber dilindən gürcü dilinə keçid dövrünün 
görkəmli söz ustadıdır (Хаханов 1895. 331; Хаханов 
1897.  160,  168,  226;  Шота  Руставели  1982.  330, 
333; Буачидзе 1983. 96). 
Xuna  qıpçaq  tayfalarından    biridir.  XIX  əsrdə 
Xuna  tayfasının  bir  qolu  Özbəkistanda  yaşayan  sarı 
qıpçaqlar  arasında  müşahidə  edilmişdi  (Шаниязов 
1974. 124). 
Xuna  tayfasının  əsas  hissəsi  Güney  Azərbay-
canda yaşayırdı. Buradakı Xuna şəhərini onlar salmış-
lar.  Əl-Biruni  (XI  əsr)  yazır  ki,  Xuna  şəhəri  həm  də 
Xunəc adlanır (Vəlixanlı 1974. 145). Yaqut Həməviyə 
görə,  Xunəc  şəhərinin  əsl  adı  Xunadır.  Xuna  Zəncan 
şəhərindən 2 günlük yolun üstündə yerləşir (Йакут ал-
Хамави 1983. 24). 
Qarabağda  Xonaşen,  Gəncə  quberniyasında  Xı-
nalı (Список 1922. 14), Borçalı mahalında Xona (Bu-
daqov,  Qeybullayev  2002.  39)  kəndlərinin  varlığı  
Qubadakı 
Xınalıq kəndinin 
adı Xuna 
etnonimindən 
törəmişdir. 
Xuna türk boyu 
arilər və 
samilərlə 
qarışmış, 
nəticədə Xınalıq 
dili 
yaranmışdır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə