İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə56/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   50   51   52   53   54   55   56   57   58

 
 
Musa Xorenliyə görəTurk tanrı və qəhrəmandır. 
O, üzü sərt cizgili, vəhşi baxışlı nəhəng kimi görənləri 
dəhşətə  gətirir. Dağlardan böyük qayaları qoparıb də-
nizə  atır.  Qayaların  yaratdığı  dalğalar  gəmiləri  suda 
batırır  (Хоренский  1808.  147;  Абегян  1975.  23-28; 
Мифы  II.  1998.  521).  Türk  və  ya  Tork  o  qədər  güc-
lüdür ki, dırnaqları ilə qranit qayalara qartal şəkli çəkir 
(Абегян  1975.  521).  Burada  incə  bir  məqama  diqqət 
yetirmək  yerinə  düşər:  türklərdə  olduğu  kimi,  h’ay-
larda  qartal  qəhrəmanlıq  rəmzidir.  O,  göylərdən  igid-
lərə cəsurluq gətirir. Yunan miflərində isə qartal mənfi 
obrazdır. Qafqaz dağında qayaya zəncirlənmiş Prome-
teyin ciyərini dimdiyi ilə qoparıb, parça-parça udur. 
M.X.Abeğyan  yazır:  –  Tork  qədim  Anadolunun 
Tarku tanrısıdır. Onu sonradan H’Ayın nəvəsinin oğlu 
eləyiblər. 
1980-1998-ci  illərdə  Moskvanın  “Ensiklopedi-
ya” nəşriyyatında çap olunan “Dünya xalqlarının mif-
ləri”  kitabında  deyilir:  –  Tork  xettlərin  Tarku  tanrısı-
dır. Sonradan bitkilərin hamisi olan Tarkunu ermənilər 
Tork eləyiblər(Мифы II. 1998. 521). 
Əslində  Tarku  və  Türk  ayrı-ayrı  tanrılardır.  İlk 
öncə  ona  görə  ki,  Suriya  və  erməni  kilsə  salnamə-
lərində  Türk  bitkilərin  yox,  gücün,  qüdrətin  simvolu 
kimi  təqdim  olunur.  Türkü  Tarku  ilə  eyniləşdirməklə 
erməni tarixçiləri onu ariləşdirmək istəyirlər. 
Nikita  Emin  Acoxikin  (XI  əsr)  “Ümumi  tarix” 
kitabının  1864-cü  il  nəşinə  izahında  yazır:  –  Turkun 
adı  eradan  150  il  qabaq  baş  verən  hadisələrlə  bağlı 
çəkilsə  də,  o,  Anadoluda  daha  əvvəlki  zamanlardan 
yaşamışdır (Асохик 1864. 292). 
Parfiyalılar eradan qabaq II yüzillikdə romalıları 
Aralıq dənizi sahillərinə doğru sıxışdıranda Türk nəsli 
Van  gölünün  qərbində  yaşayırdı  (Абегян  1975.  21. 
23).  Musa  Xorenli  yazlr  ki,  parfiyalı  Vaqarşak  qərb 
Türk dırnaqları 
ilə qranit 
qaynaqlara 
qartal şəkli 
çəkir. 
Eradan qabaq 
VIII əsrdə 
Anadoluda Türk 
şəhəri vardı. 


 
 
torpaqlarının  idarəsini  Turkiona  tapşırdı  (Хоренский 
1808. 147; Абегян 1975. 23; Мифы II. 1998. 521). 
Turkion  “Türkün  övladları”  deməkdir.  Makedo-
niyalılardan və yunanlardan qabaq Anadoluda yaşayan 
türklər  yeni  dünya  düzəmində  romalıların  yox,  par-
fiyalıların  tərəfini  saxlamış,  Musa  Xorenlinin    dediyi 
kimi,  yenidən  qərb  torpaqlarının  hakimi  olmuşlar. 
Eradan  qabaq  VIII  əsrdə  süquta  uğramış  Xett  döv-
lətinin  mərkəzində  Torqion  adlı  şəhər  vardı  (Дьяко-
нов 1980. 363). Belə hesab edirik ki həmin şəhər türk-
lərin  Anadoluda  qədim  yurd  yerlərindən  biri  olmuş-
dur. 
H’Ayın  nəticəsi  və  Kartlinin  qardaşı  olan  Turk 
(Шопен 1866. 329) erməni və gürcü tədqiqatçılarının 
fikrincə,  doğrudan  da  Türkdür.  Ancaq  həmin  Türk 
552-ci ildə Göytürk xaqanlığını quran türklər deyildir. 
Əldə olan mənbələrin təhlili göstərir ki, troyalı türklər 
sonrakı türklərin əcdadlarıdır. 
Qapançı  soyadlı  bir  erməni  yazır:  –  Tork  tanrı 
adıdır. O, bir çox Kiçik Asiya etnoslarının panteonun-
da  Troka, Troya  formalarında mövcud olmuşdur  (Ка-
панцян  1947.  21).  Troka,  Troya  “tanrısı  Türk  olan 
etnos” deməkdir. Çünki –a Kiçik Asiyanın bəzi qədim 
dillərində  tanrı  adlarından etnik adları  yaradan şəkilçi 
kimi  işlənir  (Блейхштейнер  1936.  195;  Марр  1927. 
86;  Марр  505.  35,  55;  Мещанинов  3166.  45).  Söz 
yox  ki,  troyalıların  hamısı    yox,  Troyanın  8  maha-
lından  birinin  hakim  nəsli  özünü  Troy  və  ya  Turuk 
övladı sayırdı. 
Həm türk dastanlarında, həm qədim Ön Asiyanın 
yazılı mənbələrində Türk və Turuk etnonimləri paralel 
şəkildə  işlənmişdir.  Eradan  əvvəl  III-II  minilliyə  aid 
Assiruya  kitabələrində  turukların  adı  Turukku  forma-
sında göstərilir. Turuklar o zaman  Urmiya  gölü  vadi-
sində  yaşayırlar  (Алиев  1960.  168).  Sonralar  çar 
Hammurapi  turukları  öz  tərəfinə  çəkməklə  qüdrətli 
Türk Troyanın 8  
nəslindən biri 
olmuşdur. 
Hammurapi 
turukları öz 
tərəfinə 
çəkməklə Babil 
hökmdarı oldu. 


 
 
Babil  dövlətinin  əsasını  qoydu  (Оппенхейм  1990. 
125). 
Turuklar  Urartu  dövrünə  aid  Kolagirən  mixi 
yazılarında Turuki adlandırılır. Onlar Urartu çarlarının 
şimal-şərqə  basqınları  zamanı  Araz  çayı  ilə  Göyçə 
gölü  arasında  yaşayırdılar.  Zelik  Yampolski  yazır  ki, 
turukların  e.  ö.  IX-VIII  əsrlərdə  ayrıca  ölkəsi  vardı 
(Ямпольский 1966. 62, 63, 64). 
Qədim  hind  mənbələrində  türklər  Turuka  ad-
landırılır (Cavad Heyət  1993. 9). Bu da Kiçik  Asiya-
nın mixiyazılı kitabələrindəki Troka, Troya və Turuk-
lu adlarına uyğun gəlir. Yəhudi tarixçisi İosif Flavinin 
(I əsr) yazdığına görə, Avraamın – İbrahim peyğəmbə-
rin  arvadı  Ketura  Turuklu  (tərcümədə  Troqlid)  nəs-
lindəndir (Иосиф Флавий 52390. 1). Nəzərə alsaq ki, 
patriarx Avraam e. ö. XIX-XVIII əsrlərdə yaşamışdır, 
deməli  Türk  Moskvanın  “Ensiklopediya”  nəşriyyatı-
nın  redaksiya  heyətində  toplaşmış  ermənilərin  iddia 
etdikləri  kimi,  Xett  tanrısı  Tarxunun  sonrakı  variantı 
deyil.  Xettlər  ilk  dəfə  indiki  Türkiyə  ərazisində  e.  ö. 
XX  əsrdə  görünmüşlər.  Ondan  qabaq  e.  ö.  III  minil-
liyin  ortalarında  Urmiya  vadisində  Turuklu  kultu  və 
Türk etnosu mövcud idi. 
Türkoloji  tədqiqat  üçün  maraqlıdır  ki,  sarı  uy-
ğurların şaman əcdadlarından biri Uluq Turuq olmuş-
dur (Малов  1912. 67-72. 139). Əgər oğuzların  əfsa-
nəvi  ağsaqqalı  (Шербак    1959.  56,  57),  Oğuz  xanın 
baş  məsləhətçisi  (Rəşidəddin  1992.  64)  Uluq  Turuq 
adı  daşıyırsa, buna təsadüfi  oxşarlıq kimi baxmaq ol-
maz. Bu, oxşarlıq deyil. Türk-Troya, Türk-Xatti (Xett 
yox, Xatay) etnogenetik bağlarının izləridir. 
Turuklar  türk  xalqları  arasında  bir  etnik  birlik 
kimi  XX  əsrin  əvvəllərinə  qədər  mövcud  olmuşlar. 
XIX  əsrdə  Fərqanə  ilə  Kaşğar  arasında  Turukşar  tay-
fası yaşayırdı (Мизиев 1986. 37). V.V.Bartold XX əs-
rin əvvəllərində qırğızlar arasında Turuklu qəbiləsinin 
Türklər 
xettlərdən 
qabaq – Xatti 
dövründə Ön 
Asiyada 
yaşayırdılar. 
Troya 
“turukların 
ölkəsi” 
deməkdir. O 
zaman türklər 
Troya tayfa 
ittifaqına 
başçılıq 
edirdilər. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə