İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K


Qədim İber və orta əsr gürcü



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə42/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   38   39   40   41   42   43   44   45   ...   58

 
 
Qədim İber və orta əsr gürcü 
salnamələrində türk soyadları 
 
Gürcü  dilinin  tarixi  leksikasında  yüzlərlə  türk 
mənşəli  titullar,  etnoqrafik  sözlər,  adlar  və  soyadları 
olmuşdur.  Onların  az  bir  qismi  ərəb  mənşəli  olub, 
Azərbaycan dili vasitəsilə gürcü dilinə keçmişdir. 
Kilsənin fitvası və gürcü çarlarının sərəncamı ilə 
Azərbaycan  (onların  təbirincə  tatar)  kəndləri  xristian-
laşdırılırdı. Bu barədə kilsə salnamələrində ötəri də ol-
sa? məlumatlar qalmaqdadır (Джанашвили 1908, 17-
18; Хантадзе 1970. 122-123). 
XVII-XVIII  əsr  gürcü  salnamələrindəki  Əliqu-
laşvili (Грузинское 1987, 75.), Abulhasan (Джанаш-
вили 1900, 64), Veziridze (Дондуа 1967, 205), Mdi-
vanbeqi  (Сулхан  Саба  Орбелиани  1959,  6),  Amira-
naşvili  (Амиранашвили  1956,  3-12),  Amiraxuraşvili 
(Джанашвили  1908,  129),  Amiraxvarov  (İоселиани 
1858,  7),  Amilaxvari  (Дондуа  1967,  311),  Karbelaş-
vili  (Грузинское  1887,  24;  Дондуа  1967,  313)  o 
qəbildən olan soyadlardır. 
XII-XIII  əsr  gürcü  salnamələrində  işlənən  titul-
ların  çoxu  orta  yüzil  müsəlman  saraylarında  mövcud 
olan  vəzifə  adlarıdır.  Belə  adlardan  biri  Supraçidir 
(Цагарели 1804. 1, 5). Kaxeti və Ereti knyaz sarayla-
rında  aşpazların  və  ümumilikdə,  mətbəx  işçilərinin 
başçılarına supraçi, yəni süfrəçi deyilərdi. Belə titullar 
sonralar soyadlarına çevrilmişdir. 
Gürcüstanın  məşhur  knyaz  nəsillərindən  biri 
Mdivanbeqi adlanırdı. Mqivanbeqi divanbəyi titulunun 
azca  dəyişilmiş  variantıdır.  Divanbəyi  feodal  və  çar 
saraylarında yüksək rütbəli məhkəmə hakimlərinə de-
yilirdi. Məşhur elm və din xadimi Sulxan Saba Orbe-
lianinin  nəsli  Mdivanbeqi  adlanırdı  (Сулхан  Саба 
Орбелиани 1959. 6). 
Gürcüstan 
saraylarında 
divanbəyilərə 
mdivanbeqi 
deyirdilər. 
Gürcülər son 70 
ildə türk adları-
nın çoxunu dil-
lərindən çıxar-
mış, nədənsə 
soyadlarının 
çoxuna 
toxunmamışlar. 


 
 
Tiflisdə  və  ayrı-ayrı  knyazların  saraylarında 
müşrib,  yecib  titullu  məmurlar  çalışırdılar.  Sonralar 
həmin  məmurların  nəsilləri  Müşribi,  Yecibi  soyadları 
ilə  tanındılar  (İоселиани  1860.  53).  Yecib  haciblərə, 
müşrib məhkəmə  katiblərə deyilirdi. 
Bundan  əlavə,  Gürcüstanda  Naziri  adlı  zadəgan 
nəsli  olmuşdur  (İоселиани  1860.  53)  ki,  o  da  nazir 
titulundan törəmişdir. 
Xüsusilə  maraqlıdır  ki,  XVII  əsrdə  Gürcüstanın 
bir  zadəgan  nəsli  Turkistanov  soyadı  daşıyırdı  (İосе-
лиани 1860. 39). Azərbaycan dilinin tarixi leksikasın-
da Türküstanlı soyadına təsadüf etmirik. 
XVI-XVII  əsrlərdə  Kartli  və  Kaxeti  ordusunda 
Qziri  soyadlı  zabitlər  xidmət  etmişdir.  Qziri  eyni  za-
manda  qonşu  ölkədə  hərbi  titul  olmuşdur  (Бакрадзе 
1890. 58). Qziri soyadı türk dillərindəki gizir titulun-
dan törəmişdir. 
İber dövrü salnamələrində titul mənşəli İnalaşvi-
li  soyadı  vardır.  Gürcü  tədqiqatçılarının  bəziləri  iddia 
edirlər  ki,  abxazlar  həmin  soyadını  İnal  ipa  şəklində 
gürcü  dilindən  mənimsəmişlər  (Анчабадзе  1976.  16, 
21; Лордкипанидзе 1978. 148). 
Onlar  nəzərə  almırlar  ki,  inal  türk  tituludur. 
Oğuz qrupu türk dillərində bəylərin və xanların anabir 
qardaşları İnal, Yınal titulu daşıyırdılar. Səlciqlu Toğ-
rul bəyin anabir qardaşının adı İbrahim Yınal idi (Ögel 
1971.172,231). Eyni zamanda XV-XVI əsrlərdə Azər-
baycanda  İnallı  tayfası  yaşayırdı.  Onlar  haqqında 
“Əhsənüt təvarix”də məlumat verilir. 
Abxazlar patriarxal ailədə qardaşa inal deyirdilər 
(Анчабадзе  1976.  16,  21).  Həmin  titul  Abxaziyada 
Səlcuq  siltanlığının  yaranışından  çox  qabaq  mövcud 
idi. İnal nəsli iberlər Qafqaza gəlməmişdən – e. ö. VI-
IV  əsrlərdə  Qara  dənizin  şərq  sahillərində  yurd 
salmışdır. O zaman indiki Gürcüstanın qərb torpaqları 
Kolxida – kolxların yurdu adlanırdı. 
Gürcü dilindəki 
Qziri soyadı 
gizir titulundan 
törəmişdir. 
İnal Troyanın 
işğalından öncə 
Arqosu tutan 
Dana tayfa 
başçılarından 
biri olmuşdur. 


 
 
E. ö. VI-IV əsrlərdə kolxidanın hakim nəsillərin-
dən biri Ay (bəzi mənbələrdə Ayet) adı daşıyırdı. Misir 
papirus  mətnlərində  göstərilir  ki,  İnal  Ay  övladların-
dan biridir (Шопен 1866. 144). 
Şahzadə  Vaxuşti  yazır  ki,  gürcülər  pristava 
bakauli deyirlər (Вахушти 1976. 325). Bu titulun kö-
kündə  baxmaq  feli  aydın  görünür.  Aul,  avul  sözünə 
karaul hərbi terminin tərkibində rast gəlirik. 
Çar VI Vaxtanqın “Qanunlar”ında məhkəmə ha-
kiminin katibi dab  adlandırılır (Законы Вахтанга VI. 
1980,  51).  Buna  uyğun  olaraq  türk  və  fars  dillərində 
dəbir  sözü  vardır.  Elam  mənşəli  dəbir  sözü  təpmək  – 
sızmaq feilindən törəmişdir. 
XVII-XVIII əsr sənədlərində Eşikabas və  Eşiko-
baş  titullu  knyazların  adı  çəkilir  (Xaxaнов  2020.251, 
XVIII).  Buna  uyğun  olaraq  Azərbaycan  xan  sarayla-
rında  eşikağası  titulu  olmuşdur.  Çar  VI  Vaxtanqın 
sarayında eşikağasına eşikaqas deyilirdi (Законы Вах-
танга VI. 1980, 301).                      
Müsəlman  şərq  saraylarında  işlənən  əmiraxur 
titulu gürcü dilinə heç bir dəyişikliyə uğramadan keç-
mişdir.  Gürcü  salnamələrində  əmiraxur  nəslindən 
olanlar  Amiraxuraşvili  adlandırılır  (Xaxaнов  2020. 
129). Əmir ərəb, axur türk sözüdür. Belə hesab edirik 
ki,  gürcülərin Amilaxvari  soyadı  (Дондуа 1967.  311) 
əmiraxvar – xəbərlər əmiri titulundan törəmişdir. 
XII-XIII  əsr  gürcü  ordusunda  amirspasalar  rüt-
bəsi  vardı.  Həmin  rütbəli  zabitlər  gürcü  ordusunda 
XVIII əsrə qədər qalırdı (Законы Вахтанга VI. 1976, 
229). 
Gürcülərin  Amiranaşvili  və  Amir  Amiranaşvili 
soyadları  Atabəylər  ordusunun  əmir  və  əmir  əmiran 
titullarından  törəmişdir.  Həmin  soyadları  bu  gün  də 
gürcü antroponimləri arasında mövcuddur. Gürcülərin 
məşhur  ikona  tədqiqatçılarından  biri  Amiranaşvili  so-
yadı  daşıyırdı  (Амиранашвили  1956.  3-12).  Bundan 
Çariça 
Tamarın 
övladlarının 
tərbiyəçiləri 
atabaq titulu 
daşıyırdılar. 
Mənbələrin 
çoxunda haylar 
Ay, az bir 
qismində H’Ay 
adlandırılır 
(M.X.Abeğyan). 
N.Y.Marr 
H’Ay 
sözündəki 
“h” səsini 
işarə ilə 
ayırır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə