İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə41/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   37   38   39   40   41   42   43   44   ...   58

 
 
kitabələrində  Alateye  kimi  göstərilir.  Azərbaycanda 
Alat,  Ələt  kəndlərinin  əhalisi  qədim  elatların  son  qa-
lıqlarıdır. 
Azər  adlı  iki  tayfa  başçısından  (Велльгаузен 
1909.  170,  193)  biri  e.  ö.  805-758-ci  illərdə  İsrail  və 
İudeya  çarı  olmuşdur.  Yaqub  peyğəmbərin  nəslindən 
olan Azər 16 yaşında taxta çıxmışdır (Рагозина 1902. 
481;  Генрих Грець 2. 1907. 78). 
Azər  hakimiyyət  başına  gələndən  sonra  Laxiş 
şəhərində  dəfn  olunan  atası  Amasianın  sümüklərini 
qəbirdən  çıxartdırıb,  David  nəslinin  qəbiristanlığında 
basdırdı (Генрих Грець 2. 1907. 78). Amasia Azərin 
atasıdırs, deməli indiki Ermənistanın Amasiya rayonu 
2-ci Azərbaycanın mahallarından biri olmuşdur. 
Bəzi  mənbələrdə  isə  Azər  Yaqub  peyğəmbərin 
kənizdən olan oğludur (Эрнст Ренан 2750. 225; Рол-
лен 1751. 39). “Bibliya”  əfsanələrində kənizdən olan 
oğul adı altında adətən vassal vilayətlərin tayfa  başçı-
ları təqdim olunur. 
İosif  Flavi  (I  əsr)  Azərin  adının  İazar  kimi 
yazıya almışdır. Onun fikrincə, İazar İbrahim peyğəm-
bərin Keturadan olan oğludur (Иосиф Флавий 52390. 
50).  “Tarixi-Sistan”da  isə  Azər  İbrahim  peyğəmbərin 
5-ci babası kimi göstərilir (Тарихи-Систан 1974. 75). 
Bütün  bu  məlumatlar  təsdiq  edir  ki,  azərlər  Azərbay-
canın qədim qeyri-ari və qeyri-sami etnoslarından biri 
olmuşlar. 
Assurlar  e.  ö.  720-ci  ildə  İudeya  və  İsraildə 
Azər  nəslini  hakimiyyətdən  salsalar  da,  onlar  məhv 
olub,  tamamilə  tarix  səhnəsindən  çıxmadılar.  Həmin 
nəsildən  Şlum  ben-Azar  Kserksin  və  II  Daranın  za-
manında  Kənan  şəhəri  Elefantində  mülk,  var-dövlət 
sahibi idi (Волков 1915. 34). 
Yəhudi  tarixçilərinə  görə,  Azər  (bəzi  mənbə-
lərdə  Ezeron)  oğulları  çar  və  peyğəmbər  Davidin  za-
manında  tamamilə  iudalaşmışdılar  (Велльгаузен 
İosif Flaviyə 
görə Azər 
İbrahim 
peyğəmbərin 
Keturadan olan 
oğludur. 
Müqəddəs 
torpaqlarda 
Elat, Durna 
şəhərlərini 
salanlar bizim 
əcdadelarımız-
dır. 
Uz türk 
tayfalarından 
biridir. 


 
 
1909.  189).  Yəhudi  tarixçilərinin  iudalaşmışdı  iddiası 
ilə razılaşmaq olmaz. Karaim və Krımçaklar min ildən 
artıqdır  ki,  yəhudi  dinini  qəbul  ediblər.  Ancaq  onlar 
hələ  də  iudalaşmayıblar,  yəhudi  dinli  olsalar  da,  türk 
dilində  danışırlar.  İkincisi,  David  və  Solomon  özləri 
İuda nəslindən deyildilərsə, onlar Azər övladlarını ne-
cə yəhudiləşdirə bilərdilər? 
Tarixi  mənbələrin  çoxunda  Azər  oğulları  həm 
də Oz/Uz övladları adlandırırlar. Henrix Qrets yazır: – 
Yaqub  peyğəmbərin  nəslindən  olan  Azaria  elə  Uzia-
dır.  Onu  gənc  yaşlarında  İudeyaya  çar  dəvət  etdilər. 
Uzia  təxminən  e.  ö.  805-758-ci  illərdə  Samariada  çar 
oldu.  Uzia  adı  Azarianın  qısa  variantıdır  (Генрих 
Грець 2. 1907. 76, 78). 
Fikrimizcə,  Uz  və  ya  Oz  Azər  adının  qısa 
forması deyil. Oz Azər teoniminin köküdür. Oz “od”, 
Azər “oda tapınan ər” deməkdir. 
Arximandrit İeronim də Azar ilə Ozu eyni tarixi 
şəxsiyyətlər  hesab  edir.  Yazır  ki,  kahin  Azaria  və  ya 
Ozia  çar  Solomonun  zamanında  böyük  nüfuz  sahibi 
idi (Архимандрит Иероним 1883. 273). 
“Bibliya”nın təfsirçilərinə görə, Ozia e. ö. 750-
ci ildə ölmüşdür (Тураев 1913. 97). Belə hesab edirik 
ki,  həmin  Azaria  və  ya  Ozia  Assuriya  işğalından  qa-
baq yaşamışdır. E. ö. 720-ci ildə taxtdan salınan onun 
oğlu və ya qardaşı oğludur. 
Süleyman  peyğəmbərdən  150  il  sonra  haki-
miyyətə  gələn  Oz,  yəni  Azər  52  il  İudeyanı  idarə 
etmişdir. Bəzi mətnşünaslar onun adını Osia (Роллен 
1751.  39),  bəziləri  Az  (Авраам  Норов  1854.  25), 
bəziləri  isə  Uzia  (Генрих  Грець  1.  327;  Генрих 
Грець 2. 1907. 26) kimi oxuyurlar. 
Tarixi mənbələrdə  İudeya çarlığı, eləcə də  çar-
lığın hakim sülaləsi Azaria və Uzia adlandırılır (Ген-
рих  Грець  1.  327;  Роллен  1751.  39;  Архимендрит 
Иероним 1883. 273; Рагозина 1902, 481, 492). 
Azər və Oz, 
yəni totemi od 
olan eyni tarixi 
şəxsiyyətlərdir. 
 
 Azər və ya Oz 
nəslindən olan 
kahinlərdən 
biri Süleyman 
peyğəmbərin 
zamanında 
böyük nüfuz 
sahibi idi.
 


 
 
Musa  Xorenliyə  görə,  Ozia:  (1.  tayfa,  2.  vila-
yətdir.  Ancaq  “Erməni  tarixi”nin  nə  1808-ci  il,  nə  də 
1893-cü  il  nəşrinin  nasirləri  həmin  vilayətin  harada 
yerləşdiyini  göstərmirlər  (Хоренский  1808.  223). 
Şahzadə Vaxuştinin və atası VI Vaxtanqın məlumatına 
əsasən düşünmək olar ki, Ozia tayfası indiki Acaryaya 
köçməzdən  qabaq  yuxarı  Kür  çayı  boyundakı  Ozrax 
şəhərində və ətrafında yaşamışdır. 
İberiyanın  qədim  Uzrak  şəhəri  Azər  və  ya  Oz 
nəslinin saldığı yaşayış məskənlərindən biri idi. Gürcü 
salnamələrində Odzrax adlandırılan Ozrak şəhəri uzun 
zaman baqrationlara tabe olmadı. Çariça  I  Tamar çox 
sonralar  şəhərin  əhalisini  özünə  tabe  edə  bildi  (Джа-
нашвили 1900. 98. 108). 
Makedoniya  qoşunları  İberiyaya  gələndə,  yəni 
e.  ö.  IV  əsrin  sonlarında  Kür  boyundakı  Ozrax  şəhə-
rində  buntürklər  yaşayırdılar  (Картлись  Цховреба 
1905. 203. 204),  yəni  samilərlə  qatışmış  türklər  yaşa-
yırdılar.  M.Q.Canaşvili  yazır ki,  Ozrax baqrationlara 
qədər  İberiyanın  böyük  şəhərlərindən  biri  olmuşdur 
(Джанашвили 1898. 23). 
Gürcü  dilçiləri  sübut  etməyə  çalışırlar  ki,  Acar 
dilindəki türk sözləri onların dilinə Osmanlı dövründə 
daxil olmuşdur. Əslində isə həmin sözlərin çoxu acar-
ların öz sözləridir. Həmin sözlər e. ö. II-I minilliklərdə 
onların  dilində  var  idi.  Acarlar  uzun  zaman  çuxaya 
çoxa, arxalığa arxalux, qurşağa kuşak, çadraya çadra
at  yəhər-yüyəninə  arçax  deyirdilər  (Бакрадзе  1878. 
164.166.  195).  Abaşidze,  Baltaşvili,  h’Azar  onların 
məşhur soyadlarıdır (Бакрадзе 1878. 27; Марр 1911. 
130). 
Acariya  ikinci  Azərbaycan,  Ozrax  oda  tapınan 
Azər övladlarının qədim şəhəridir. 
Makedoniya 
qoşunları 
İberiyaya 
gələndə Azər 
nəslinin saldığı 
Ozrax 
şəhərində 
buntürklər 
yaşayırdılar.  
Ozrax şəhərini 
salanlar Bun 
Türk 
boylarından 
biri idi. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə