İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə13/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   9   10   11   12   13   14   15   16   ...   58

 
 
adlandırır  və  şahsevənlərin  arasında  yaşayırdılar. 
Sonra  onlar  Quba  xanlığı  ərazisində  Uduq  və  Uduqlu 
kəndlərini saldılar (Агаев 1984, 146). 
Utilərin  bir  nəsli  Albaniyaya  köçməmiş,  İranın 
cənub-qərbində yurd salmışdır. 1920-ci ildə onların bir 
qəbiləsi  qaşqayların  arasında  müşahidə  edilmişdi 
(Şahin 1988, 39). 
Fikrimizcə,  Ud  və  Odər  etnik  adları  günəşə 
tapınma  ilə  bağlı  olub,  eyni  kökdən  törəmişdir.  Ud 
«od»,  Odər  «oda  sitayiş  edən  ər»  deməkdir.  İlk  öncə 
ona görə ki, Şumer, Xatti və Urartu yazılarında günəş 
utu  adlandırılır  (Гиоргадзе  1985).  Bu  da  “ütən”, 
“yandıran” deməkdir. 
Quba  qəzasında  1922-ci  ildə  Udgün  kəndinin 
(Список  1922,  44)  qeydə  alınması  göstərir  ki,  utilər 
son əsrlərə qədər günəşə bəslədikləri ehtiramı unutma-
mışlar. Xristian utilər də son çağlara qədər günəşə və 
aya sitayiş edirdilər (Qukasyan 1984, 16-17). 
Urartu  kitabələrində  Ud  etnoniminin  Uter  və 
Uterux variantları var (Меликишвили 1960, 35, 135). 
Bu da Odər deməkdir. Xald yazılarında cəmi 4 saitdən 
istifadə  olunur.  Ona  görə  də  təbii  olaraq  mixiyazılı 
kitabələrdə odər etnonimi uter kimi yazıya alınmışdır. 
Türklərin  əcdadları  monoteizmə  qədər  günəşə 
tapınır və özlərini Od tiqin adlandırırdılar. Altay türk-
ləri  inanırdılar  ki,  odu  tanrının  göydəki  qızları  əldə 
etmiş və onun sirrini insanlara öyrətmişlər (Ögel 1971, 
55, 596). 
İqrar  Əliyev  yazır:  –  Zaza  Aleksidze  Sina 
monastırındakı  alban  yazısını  uti  dilinin  köməyi  ilə 
oxuyub.  Uti  dili  türk  dili  deyil  (Алиев  2002,  284). 
Düzdür, indiki uti dili türk dili deyil. Ancaq o, Yafəs 
dillərindən  biridir.  Məlumdur  ki,  Yafəs  dillərinin,  o 
cümlədən uti dilinin yaranmasında bir çox türk dilləri 
iştirak etmişdir (Шор 1931. 223-244). Fikrimizcə, uti 
dilindəki türk sözlərinin çoxu alınma deyil, utilərin öz 
Yəhudi və erməni 
mənbələrində 
Acar xalqının adı 
Azar kimi yazıya 
alınmışdır. 
Odər etnik adının 
kökündə od sözü 
durur. Odər elə 
Azərdir. 
 
 


 
 
sözləridir.  Həmin  leksik  vahidlər  utilərin  dilində  e.ö. 
II-I minilliklərdə mövcud idi. 
Əslən Nic utilərindən olan Abkar Payzat  keçən 
əsrin 30-cu illərində belə bir fikir irəli sürdü ki, Urartu 
yazıları  uti  dilində  yazılmışdır  (Qukasyan  1984,  16). 
Urartu  kitabələri  uti  dilində  yox,  utilərin  dilinə  yaxın 
olan  xald  dilində  yazılmışdır.  Çünki  utilər  siyasi  cə-
hətdən Urartuya qarşı dururdular. Onlar birlikdə kitabə 
yazdıra  bilməzdilər.  Bununla  yanaşı  hər  iki  dildə  qə-
dim türk leksikasının varlığı danılmazdır. Ona görə ki, 
hər  iki  dil  Yafəs  dilləri  qrupuna  aiddir.  Onların  hər 
ikisinin meydana gəlməsində türk dilləri iştirak etmiş-
dir. 
XIX  əsrin  ortalarında  feldmarşal  Paskeviçin 
qərargah  zabiti  İ.İ.Şopen  müşahidə  etmişdi  ki,  utilər 
anaya  nana,  ataya  baba,  suya  su,  ocağa  arux  deyirlər 
(Шопен  1866,  483).  Həmin  sözlər  eyni  mənada  uti 
dilində  indi  də  işlənir  (Mobili  Robert  2010.  28,  34, 
42). 
İ.İ.Meşşaninov XX əsrin əvvəllərində yazırdı: – 
Utilər müdrik adama bilici, ölkəyə ölki, çobana naxrçi 
deyirlər  (Мещанинов  1933,  76).  N.Y.Marrın  və 
İ.İ.Meşşaninovun  bütün  yazdıqlarına  bələd  olan  İqrar 
Əliyev  necə  olur  ki,  bunları  görmür?  Çünki  görmək 
istəmir. 
Zaza  Aleksidze  iddia  edir  ki,  VI  əsrdə  utilərin 
dili  xeyli  dərəcədə  gürcüləşmişdi  (Aleksidze  2003
a

28).  VI  əsrdə  indiki  gürcü  milləti  və  gürcü  dili  möv-
cud  deyildi.  Gürcülərin  əcdadları  olan  baqrationlar  – 
ilk dəfə XI əsrdə Kaxetinin siyasi həyatında göründü-
lər.  Onlar  VI  əsrdə  Bərdəyə  gəlib,  utilərin  dilini  necə 
gürcüləşdirə  bilərdilər?  Əgər  Z.Aleksidze  gürcü  de-
yəndə iberləri nəzərdə tutursa, iberlər gürcü deyildilər 
(Марр 1903. XVII-XXIX). 
İberlər VI əsrdə mərkəzləşmiş dövlət yox, tayfa 
ittifaqı yarada bilmişdilər. Onlar nəinki utiləri, heç bu-
Uti dilində ul 
“qurd” sözü var. 
Ul Azərbaycan 
dilindəki ulamaq 
felinin köküdür 
(Mobili Robert). 
Zaza Aleksidze 
Bərdə əhalisini 
gürcüləşdirir. 


 
 
rada  daha  əskidən  yaşayan  xəzərləri,  sarıkinləri,  bun-
türkləri iberləşdirə bilməzdilər. Ümumiyyətlə, XII əsrə 
qədər Gürcüstanda hakim bir dil yox idi. Belə durum-
da  utilərin  dilinin  gürcüləşməsindən  söhbət  gedə  bil-
məz. 
Zaza  Aleksidze  yazır  ki,  X  yüzillikdə  paytaxt 
Bərdənin dili uti dili idi (Aleksidze 2003
a
, 29). Bunun 
əksinə  olaraq  X  əsr  ərəb  tarixçiləri  uti  dilindən  yox, 
Aran dilindən bəhs edirlər. İstəxri yazır: – Azərbaycan 
və  Aranın  dili  fars  və  ərəb  dilləridir.  Ancaq  Bərdə 
şəhərində  və  ətrafındakı  kəndlərdə  Aran  dilində 
danışırlar (Səid Nəfisi 1940, 38).                      
Utilər  Aran  nəslindəndirlər.  Təbii  ki,  uti,  alban 
və aran dilləri bir-birinə  yaxın olmuşdur. Ancaq  Zaza 
Aleksidzenin,  Akaki  Şanidzenin,  İlya  Abuladzenin  
düşündükləri kimi, bu, o demək deyil ki, həmin dillər 
Dağıstan dilləri qrupuna aiddir (Шанидзе 1938. 3-71). 
Ərəb  səyyahları  əl-İstəxri,  ibn-Hövqəl,  əl-Müqəddəsi 
yazırlar  ki,  Aran  dilində  vulkana  atma,  qoz  ağacına 
koz, tuta tut, əncirə incir, fındığa bunduk və s. deyilir 
(Мамедов  1993,  110-112).  Eradan  öncə  VIII  əsrdə 
yazılmış mixiyazılı abidələrdə göy, yer, su, atli sözləri 
vardır.  Həmin  sözlər  Aran  sözləridir  (Шопен  1866, 
143, 384; Мещанинов 1927. 4, 7, 8). 
Zaza Aleksidze uti dilini onа görə Dağıstan dil-
lərinə aid edir ki, bir çox Qafqaz dillərində olduğu ki-
mi, uti dilində də boğaz səsləri çoxdur. Ancaq tədqiqat 
göstərir ki, qafqazdilli olmaq hələ qafqazlı olmaq de-
yil.  Keçən  əsrin  20-30-cu  illərində  Yafəs  nəzəriyyə-
sinin yaradıcıları hindavropa dilçiləri ilə gərgin müba-
rizə şəraitində sübuta yetirdilər ki, Qafqaz dillərindəki 
xırıltılı  boğaz  səsləri  sami  etnolinqvistik  faktoru  ilə 
bağlıdır (Шор 1931, 32; Ютманов 1948, 395-399). 
Yəhudi mənşəli etnoslar eradan öncə I minillik-
dən başlayaraq Qafqaz dağlarının dərələrinə sığınmış, 
onların  iştirakı  ilə  çoxlu  dillər  bir-birinə  qarışmışdır. 
Qafqaz dilləri 
sami, ari və türk 
dillərinin 
qarışması 
nəticəsində 
yaranmışdır. 
(R.İ.Şor). 
Qafqazdilli 
olmaq hələ 
qafqazlı 
olmaq deyil.
 
Qafqazdilli olmaq 
hələ qafqazlı 
olmaq deyil. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə