Həvar lər n şLƏR



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8000
1   ...   18   19   20   21   22   23   24   25   26

Paula qarşı sui-qəsd  

12 


Səhər açılanda Yəhudilər öz aralarında Paula sui-qəsd hazırlayaraq and 

içdilər: «Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!» 

13 

Bu 


sui-qəsdə qoşulanların sayı qırxdan artıq idi. 

14 


Bu adamlar başçı kahinlərlə 

ağsaqqalların yanına gəlib belə dedilər: «Biz qəti and içmişik: “Əgər Paulu 

öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!” 

15 


ndi siz Ali Şura ilə 

birgə guya Paulun işinə daha dəqiq baxmaq istəyərək minbaşıdan xahiş edin 

ki, onu yanınıza gətirsin. Paul buraya gəlməmiş biz onu öldürməyə hazır 

olacağıq». 

16 

Lakin Paulun bacısı oğlu onların pusqu qurduğunu eşidib 



qalaya girdi və Paula xəbər verdi. 

17 


Paul yüzbaşılardan birini yanına çağırıb 

dedi: «Bu cavanı minbaşının yanına apar, ona çatdırılası bir xəbəri var». 

18 

Yüzbaşı cavanı götürüb minbaşının yanına apardı və dedi: «Məhbus Paul 



məni çağırıb xahiş etdi ki, bu oğlanı sənin yanına aparım. Sənə bir sözü 

var». 


19 

Minbaşı cavanın əlindən tutub bir tərəfə çəkdi və soruşdu: «Mənə nə 

demək istəyirsən?» 

20 


Cavan dedi: «Yəhudilər belə razılığa gəlib ki, guya 

Paulun işinə daha dəqiq baxmaq istəyirlər, ona görə sabah səndən onun Ali 

Ş

uraya gətirilməsini xahiş edəcəklər. 



21 

Amma sən onların sözünə qulaq 

asma, çünki qırx nəfərdən artıq kişi “Əgər Paulu öldürməmiş bir şey yeyib-

içəriksə, lənətə gələk!” deyə and içib pusquda gözləyir. Onlar hazır dayanıb 

sənin razılığını gözləyir». 

22 


Minbaşı ona belə tapşırdı: «Bunları mənə xəbər 

verdiyini heç kimə demə». Sonra oğlanı evə göndərdi.  



Paul Qeysəriyyəyə göndərilir  

23 


Minbaşı yüzbaşılardan ikisini yanına çağırıb belə dedi: «Gecənin üçüncü 

saatı


b

 Qeysəriyyəyə getmək üçün iki yüz piyada, yetmiş atlı və iki yüz nizəçi 

hazırlayın. 

24 


Həmçinin minmək üçün heyvanlar gətirin və Paulu sağ-salamat 

vali Feliksə çatdırın». 

25 

Sonra bu cür məktub yazdı:  



26 

«Möhtərəm vali Feliksə Klavdi Lisiyadan salamlar!  

27 

Bu kişini Yəhudilər tutub öldürmək istəyirdi. Mən biləndə ki bu 



adam Roma vətəndaşıdır, özümü yetirib əsgərlərlə onu xilas etdim. 

28 


Onu nədə təqsirləndirmələrini bilmək üçün Yəhudilərin Ali 

Ş

urasının qarşısına çıxartdım. 



29 

Öyrəndim ki, onu özlərinin Qanunu 

ilə bağlı məsələlərdə ittiham edirlər, amma ona ölüm yaxud həbsə 

layiq cəza vermək üçün heç bir əsas yoxdur. 

30 

Mənə çatdırılanda ki 



bu kişiyə qarşı bir sui-qəsd qurulub, dərhal onu sənin yanına 

göndərdim. Onu ittiham edənlərin də şikayətlərini sənə bildirmələrini 

ə

mr etdim».



c

  

                                                 



 

b

23:23 Gecənin üçüncü saat – hazırkı vaxtla axşam saat doqquz. 

 

c

23:30 Etdim – bəzi əlyazmalarda etdim. Salamat qal. 




31 

Ə

sgərlər onlara verilən əmrə əməl edərək gecə ikən Paulu götürüb 



Antipatrisə apardılar. 

32 


Ertəsi gün atlıları Paulla birlikdə yollarına davam 

etmək üçün ötürəndən sonra qalaya qayıtdılar. 

33 

Atlılar Qeysəriyyəyə çatan 



kimi məktubu valiyə verəndə Paulu da ona təslim etdilər. 

34 


Vali məktubu 

oxuyandan sonra Paulun hansı vilayətdən olduğunu soruşdu. Öyrənəndə ki 

Kilikiyadandır, 

35 


belə dedi: «Səni ittiham edənlər gələndə sənin işinə 

baxacağam». Bundan sonra əmr verdi ki, Paulu Hirod sarayında nəzarət 

altında saxlasınlar.  

24 

Paul vali Feliksin qarşısında  

Bundan beş gün sonra baş kahin Xananya, bəzi ağsaqqallar və Tertul adlı 



bir vəkil Qeysəriyyəyə gəlib Pauldan edilən şikayətləri valiyə çatdırdı. 

Paul 



çağırılanda Tertul onu ittiham etməyə başladı: «Möhtərəm Feliks, sənin 

sayəndə uzun müddətdir ki, əmin-amanlıq içində yaşamaqdayıq. Sənin 

uzaqgörənliyinlə bu millət üçün keçirdiyin islahatları 

hər yerdə, hər zaman 



dərin minnətdarlıqla qəbul edirik. 

Vaxtınızı çox almaq istəmirəm. Rica 



edirəm, lütfkarlığınla bizi bir qədər dinlə. 

Bizim gəldiyimiz nəticəyə görə 



bu kişi dünyanın hər yerində olan Yəhudilər arasında iğtişaşlar salan bir 

araqarışdırandır. O, Nəsrani

d

 təriqətinin başçılarındandır. 



Bu insan hətta 

məbədi murdarlamağa çalışdı, amma biz onu yaxaladıq. 

7 8 


Onu

e

 istintaq 



etsən, bütün bu ittihamlarımızın doğru olduğunu özündən öyrənə bilərsən». 

Oradakı Yəhudilər də deyilənlərin doğru olduğunu təsdiqləyərək bu işə 



qoşuldu.  

10 


Vali Paula işarə verəndə o cavab verdi: «Bilirəm ki, sən neçə illərdir bu 

millətin hakimisən. Buna görə sənin qarşında özümü müdafiə etməyimə 

sevinirəm. 

11 


Sən özün də öyrənə bilərsən ki, ibadət etmək məqsədi ilə 

Yerusəlimə gedişimdən bu yana sadəcə on iki gün keçib. 

12 

Bu adamlardan 



heç biri görməyib ki, mən məbəddə, sinaqoqlarda yaxud şəhərin hansısa bir 

yerində kiminləsə mübahisə edim və yaxud camaatı təşvişə salım. 

13 

Bu anda 


mənə qarşı etdikləri ittihamları sənin hüzurunda sübut edə bilmirlər. 

14 


Lakin 

ata-babalarımızın Allahına onların təriqət adlandırdığı  sa yolunun

f

 ardıcılı 



                                                 

 

d



24:5 Nəsrani – yəni məsihçi. 

 

e



24:6-8 Yaxaladıq. 

7 8 


Onu 

– bəzi əlyazmalarda yaxaladıq və bizim 



Qanunumuza münasib şəkildə mühakimə etmək istədik. 



Lakin minbaşı 



Lisiya gəlib böyük güc tətbiq edərək onu bizim əlimizdən alıb sənin yanına 

göndərdi. 



Onu ittihamlandıranlara əmr etdi ki, sənin yanına gəlsinlər. Onu.

 

 

f



24:14  sa yolunun – hərfi tərcümədə Yolun. 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə