Həvar lər n şLƏR



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8000
1   ...   18   19   20   21   22   23   24   25   26

16 

Çünki Paul Asiya vilayətində vaxt itirməmək üçün Efesi ötüb keçmək 

qərarına gəlmişdi. O tələsirdi ki, imkan tapıb Əllinci Gün bayramında 

Yerusəlimdə olsun.  



Paul Efes cəmiyyətinin ağsaqqalları ilə vidalaşır  

17 


Paul Miletdən Efesə xəbər göndərərək cəmiyyət ağsaqqallarını yanına 

çağırtdırdı. 

18 

Yanına gələndə onlara belə dedi: «Asiya vilayətinə qədəm 



basdığım birinci gündən bəri sizinlə olduğum dövrdən bu vaxta qədər özümü 

necə apardığım sizə məlumdur. 

19 

Yəhudilərin qəsd-qərəzi vasitəsilə 



sınaqlardan keçərkən Rəbbə tam itaətkarlıqla, göz yaşı içində qulluq 

edirdim. 

20 

Xeyirli olan hər şeyi sizə bəyan edərək istər açıq, istərsə də 



evdən-evə gəzib-dolaşaraq təlim verməkdən çəkinmədim. 

21 


Həm 

Yəhudiləri, həm də Yunanları tövbə edib Allaha tərəf dönməyə və Rəbbimiz 

saya iman gətirməyə çağırdım.  

22 


ndi də Ruhun təkidi ilə Yerusəlimə gedirəm və orada başıma nə 

gələcəyini bilmirəm. 

23 

Lakin Müqəddəs Ruh hər şəhərdə xəbərdarlıq edirdi 



ki, məni zəncirlər və əziyyətlər gözləyir. 

24 *


Öz canıma heç əhəmiyyət 

vermirəm, onu qiymətləndirmirəm. Mənə kifayətdir ki, yolumu

u

 – Rəbb 


sanın mənə tapşırdığı kimi Allahın lütfünü göstərən Müjdəni şəhadətetmə 

xidmətini başa çatdırım.  

25 

ndi aranızda dolaşıb Padşahlıq barədə vəz etdiyim sizlərdən heç biriniz 



mənim üzümü bir də görməyəcək. 

26 


Ona görə bu gün bunu sizə bəyan etmək 

istəyirəm ki, mən təmizəm, heç kimin qanına bais olmamışam. 

27 

Çünki mən 



çəkinmədən Allahın bütün iradəsini sizə çatdırmışam. 

28 


Həm özünüzə, həm 

də Müqəddəs Ruhun sizi nəzarətçilər təyin etdiyi bütün sürüyə diqqətlə 

baxın. Allahın Öz Oğlunun qanı bahasına əldə etdiyi bu cəmiyyətini 

bəsləyin. 

29 

Bilirəm ki, mən gedəndən sonra sürüyə rəhm etməyən yırtıcı 



canavarlar aranıza soxulacaq. 

30 


Aranızdan təhrif edilmiş sözlər deyən, 

ş

agirdləri özlərinin ardınca çəkmək istəyən adamlar çıxacaq. 



31 

Buna görə 

oyaq olun. Üç il boyu, fasiləsiz, gecə-gündüz göz yaşı tökərək hər birinizə 

necə nəsihət verdiyimi yada salın.  

32 

ndi isə mən sizi Allaha və Onun lütfü barədəki kəlamına əmanət edirəm. 



Bu kəlam sizi inkişaf etdirib təqdis olunmuş bütün insanlar arasında irsə 

qovuşdurmağa qadirdir. 

33 

Mən heç kimin nə qızılına, nə gümüşünə, nə də 



pal-paltarına göz dikmişəm. 

34 


Siz də bilirsiniz ki, bu əllər həm mənim, həm 

də mənimlə olanların ehtiyaclarını təmin etdi. 

35 

Gördüyüm hər işdə Rəbb 



sanın “vermək almaqdan daha çox bəxtiyarlıq gətirər” sözünü yaddan 

                                                 

 

*

20:24 2Tim. 4:7 



 

u

20:24 Yolumu – bəzi əlyazmalarda sevinə-sevinə yolumu. 




çıxarmayıb belə əmək sərf edərək zəiflərə kömək etməyin vacibliyini sizə 

göstərdim».  

36 

Paul bu sözləri söyləyəndən sonra diz çöküb onlarla birlikdə dua etdi. 



37 

Sonra hamısı ağlayaraq Paulun boynuna sarıldı və onu öpdü. 

38 

Onlar ən 



çox «mənim üzümü bir də görməyəcəksiniz» sözündən kövrəldilər. Sonra 

onu gəmiyə qədər yola saldılar.  



21 

Yerusəlimə səyahət  

Onlardan ayrılıb dənizə çıxanda birbaşa Kosa getdik, səhəri gün isə 



Rodosa, oradan da Pataraya keçdik. 

Finikiyaya gedən bir gəmi tapdıq və 



ona minib dənizlə getdik. 

Kipri gördük və onun cənubundan keçdik. Suriya 



istiqamətinə getdik və Sur şəhərində sahilə çıxdıq. Gəmi yükünü orada 

boşaltmalı idi. 

Orada şagirdləri axtarıb tapdıq və yanlarında bir həftə 



qaldıq. Şagirdlər Ruhun təsiri ilə Paula xəbərdarlıq etdilər ki, Yerusəlimə 

getməsin. 

Amma oradakı günlərimiz başa çatanda bu şəhərdən çıxıb 



yolumuza davam etdik.  manlıların hamısı öz arvad-uşaqları ilə bərabər bizi 

şə

hərin kənarına qədər ötürdü və sahildə diz çökərək dua etdik. 



Bir-


birimizlə vidalaşandan sonra biz gəmiyə mindik, onlar da evlərinə qayıtdılar.  

Surdan dəniz səyahətimizə davam edərək Ptolemaisə gəldik və orada 



imanlı bacı-qardaşlara baş çəkib bir gün yanlarında qaldıq. 

8 *


Ertəsi gün 

onlardan ayrılıb Qeysəriyyəyə gəldik. Yeddi köməkçidən biri olan müjdəçi 

Filipin evinə gedib orada qaldıq. 

Bu kişinin peyğəmbərlik edən dörd subay 



qızı var idi. 

10 *


Oraya çatandan bir neçə gün sonra Yəhudeyadan Aqab adlı 

bir peyğəmbər gəldi. 

11 

O bizə yaxınlaşıb Paulun kəmərini götürüb öz əllərini 



və ayaqlarını bağlayaraq dedi: «Müqəddəs Ruh belə deyir: “Yəhudilər bu 

kəmərin sahibini Yerusəlimdə belə bağlayıb başqa millətlərə təslim 

edəcək”». 

12 


Bu sözləri eşidəndə həm biz, həm də oranın sakinləri Paula 

yalvardıq ki, Yerusəlimə getməsin. 

13 

Buna cavab olaraq Paul belə dedi: «Nə 



olub? Niyə ağlayıb ürəyimi sızladırsınız? Mən Rəbb  sanın adı uğrunda 

Yerusəlimdə təkcə əl-ayağımın bağlanmasına deyil, ölümə də hazıram» 

14 

Paulu razı sala bilmədikdə «Qoy Rəbbin iradəsi olsun!» deyərək susduq.  



15 

Bir müddət keçəndən sonra biz hazırlıq işlərini görüb Yerusəlimə tərəf 

getdik. 

16 


Qeysəriyyədə yaşayan şagirdlərin bəzisi də bizimlə birgə gəldi. 

Onlar bizi ilk şagirdlərdən biri olan Kiprli Minasonun evinə apardı, çünki 

biz onların evində qalacaqdıq. 

17 


Yerusəlimə çatanda imanlı bacı-qardaşlar 

                                                 

 

*

21:8 Həv. 6:1-6 



 

*

21:10 Həv. 11:28 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə