Həvar lər n şLƏR



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8000
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

Veriyada  

10 


manlı bacı-qardaşlar isə gecə olan kimi Paulla Silanı dərhal Veriya 

şə

hərinə göndərdilər. Onlar oraya çatarkən Yəhudilərin sinaqoquna getdilər. 



11 

Veriyadakı Yəhudilərsə Salonikdə olanlardan daha açıq fikirli idi. Kəlamı 

böyük həvəslə qarşılayaraq hər gün Müqəddəs Yazıları araşdırır, «Bu 

düzgün təlimdirmi?» deyə yoxlayırdılar. 

12 

Beləliklə, onların arasından xeyli 



adam, həmçinin çoxlu hörmətli Yunan qadınları və kişiləri iman etdilər. 

13 


Lakin Salonikdəki Yəhudilər Paulun Veriyada da Allahın kəlamını elan 

etdiyini biləndə oraya getdilər və xalqı qızışdırıb lərzəyə saldılar. 

14 

Bundan 


sonra imanlı bacı-qardaşlar Paulu dərhal dəniz sahilinə gedən yolla 

göndərdilər. Sila ilə Timotey isə Veriyada qaldı. 

15 

Paulu yola salanlar onu 



Afinaya qədər ötürdülər. Sonra Paul onlara əmr verdi ki, geri qayıdıb Sila ilə 

Timoteyi təcili surətdə onun yanına göndərsinlər.  



Afinada  

16 


Onları Afinada gözləyən Paul gördü ki, şəhər bütlərlə doludur. Bundan 

ötrü onun ürəyi çox narahat oldu. 

17 

Buna görə sinaqoqda Yəhudilərlə və 



mömin Yunanlarla, hər gün bazar meydanında rastlaşdığı insanlarla 

mübahisə edirdi. 

18 

Epikürçü və Stoist fəlsəfi cərəyanından olanların bəziləri 



onunla mübahisəyə girişdi. Kimisi deyir: «Bu boşboğaz nə demək istəyir?» 

Kimisi də deyir: «Deyəsən bu yad allahların təbliğatçısıdır». Çünki Paul  sa 

və dirilmə ilə bağlı Müjdəni yaymaqda idi. 

19 


Onlar Paulu götürüb Areopaq

k

 



məşvərətinə gətirdilər. Ondan soruşdular: «Sənin yaydığın bu yeni təlimin 

nə olduğunu bilmək olarmı? 

20 

Çünki qulağımız öyrəşmədiyi şeyləri bizə 



eşitdirirsən.  ndi bunların mənasını bilmək istəyirik». 

21 


Bütün Afinalılar və 

şə

hərdəki yadellilər vaxtlarını yalnız yeni fikirləri söyləyərək və qulaq 



asaraq keçirirdi.  

22 


Paul Areopaqın qarşısına çıxıb belə söylədi: «Ey Afinalılar, sizin hər 

cəhətdən çox pərəstişkar olduğunuzu görürəm. 

23 

Belə ki mən ətrafda 



gəzəndə səcdəgahlarınıza diqqətlə nəzər salarkən bir qurbangaha da rast 

gəldim ki, onun üstündə yazılmışdı: “Naməlum Allaha məxsus”. Tanımadan 

ibadət etdiyiniz bu Allahı sizə tanıtmaq istəyirəm. 

24 *


Dünyanı və onda 

mövcud olan hər şeyi yaradan, yerin-göyün Sahibi olan Allah əllə tikilən 

məbədlərdə yaşamaz. 

25 


nsan əli ilə edilən xidmətə Onun ehtiyacı yoxdur, 

çünki hər kəsə həyat, nəfəs və hər şeyi verən Odur! 

26 

Allah bütün 



bəşəriyyətin millətlərini bir insandan

l

 yaratdı ki, bütün yer üzərində 



                                                 

 

k



17:19 Areopaq – yəni qədim Afinada ali məşvərət. 

 

*



17:24-25 1Pad. 8:27; 2Saln. 6:18; Yeş. 42:5 

 

l



17:26 Bir insandan – bəzi əlyazmalarda bir qandan. 


yaşasınlar. Yaşamaq üçün onlara zaman və məkan təyin etdi ki, 

27 


Onu 

axtarsınlar, yəni kor əllərini sürtə-sürtə yol axtardığı kimi axtarıb Onu tapa 

bilsinlər. Əslində Allah heç birimizdən uzaq deyil. 

28 


“Axı biz Onda 

yaşayırıq, hərəkət edirik, mövcuduq”. Bəzi şairlərinizin dediyi kimi: “Biz də 

Onun nəslindənik”. 

29 


Demək biz Allahın nəslindən olduğumuza görə belə 

düşünmək olmaz ki,  lahi Varlıq insan layihəsi və istedadı ilə yaranan qızıl, 

gümüş yaxud daşdan düzəldilən bir şeyə bənzəyir. 

30 


Allah cəhalət 

zamanlarında buna göz yumdu, amma indi hər yerdə hamının tövbə etməsini 

insanlara əmr edir. 

31 


Çünki Allah Öz seçdiyi Şəxs vasitəsilə dünyanı 

ə

dalətlə mühakimə edəcəyi günü təyin edib. Onu ölülər arasından 



diriltməklə hamının qarşısında bunu təsdiq edib».  

32 


Ölülərin dirilməsi ilə bağlı sözləri eşidən kimi bəziləri onu ələ saldı, 

kimisi də belə dedi: «Bu barədə səndən bir daha eşitmək istəyirik». 

33 

Beləliklə, Paul onların arasından çıxıb getdi. 



34 

Bir neçə insan isə ona 

qoşulub iman gətirdi. Bunların arasında Areopaq üzvü Dionis, Damaris adlı 

bir qadın və başqaları da var idi.  



18 

Korinfdə  

Bundan sonra Paul Afinadan çıxıb Korinfə getdi. 



Orada Pontda doğulan 

Akila adlı bir Yəhudiyə rast gəldi. O, arvadı Priskila ilə birlikdə  taliyadan 

yenicə gəlmişdi. Çünki Klavdi

m

 əmr vermişdi ki, Romada olan bütün 



Yəhudilər oradan çıxsınlar. Paul onların yanına getdi. 

Onların peşəsi 



çadırçılıq idi və eyni peşə sahibi olan Paul buna görə onların yanında qalıb 

çalışdı. 

Paul hər Şənbə günü sinaqoqda mübahisə edib həm Yəhudiləri, 



həm də Yunanları inandırırdı.  

Sila ilə Timotey Makedoniyadan gələn kimi Paul özünü tamamilə 



kəlama

n

 həsr etdi və Yəhudilərə  sanın Məsih olmasına dair şəhadət edirdi. 



Amma Yəhudilər onun əleyhinə çıxaraq böhtan atmağa başlayan kimi Paul 

yaxasını çırpıb onlara dedi: «Qanınız öz başınıza dönsün, mən bu işdə 

təmizəm. Bundan sonra başqa millətlərdən olanların yanına gedəcəyəm». 

Paul oradan çıxdı, Allaha mömin olan Titi Yust adlı bir nəfərin evinə getdi. 



Onun evi sinaqoqa bitişik idi. 

Sinaqoq rəisi Krisp bütün ev əhli ilə birgə 



Rəbbə iman etdi. Korinflilərin bir çoxu Paulu dinləyəndə iman gətirərək 

vəftiz oldu. 

Bir gecə Rəbb görüntüdə Paula dedi: «Qorxma, danış, susma. 



10 

Bax Mən səninləyəm, heç kimin sənə pisliyi dəyməyəcək, çünki bu 

                                                 

 

m



18:2 Klavdi – yəni o dövrdə hökm sürən Roma imperatoru. 

 

n



18:5 Kəlama – bəzi əlyazmalarda Ruha. 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə