Həvar lər n şLƏR



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8000
1   ...   18   19   20   21   22   23   24   25   26

imperatorun məhkəməsinə müraciət etmək və bu olana qədər həbsdə qalmaq 

istədi. Mən də onu qeysərin yanına göndərəcəyim zamanacan həbsdə 

qalması barədə əmr verdim». 

22 


Aqrippa Festə dedi: «Bu adama mən də 

qulaq asmaq istəyirəm». Fest dedi: «Sabah qulaq asarsan».  



Paul padşah Aqrippanın qarşısında  

23 


Ertəsi gün Aqrippa ilə Berniki təntənəli surətdə gəlib minbaşılar və 

şə

hərin nüfuzlu şəxsləri ilə birlikdə iclas otağına daxil oldu. Festin əmrinə 



ə

sasən Paulu içəri gətirdilər. 

24 

Fest dedi: «Ey padşah Aqrippa və burada 



bizimlə olan bütün cənablar, istər Yerusəlimdə, istərsə də burada, bütün 

Yəhudi xalqının şikayət etdiyi bu insanı görürsünüzmü? “Bu adam daha 

yaşamamalıdır!” deyə Yəhudilər hay-küy salırdı. 

25 


Amma mən nəticəyə 

gəldim ki, bu adam ölümə layiq heç bir iş görməyib. Lakin imperatorun 

məhkəməsinə müraciət etmək istədiyinə görə onu göndərmək qərarına 

gəldim. 


26 

Amma onun barəsində qəti bir sözüm yoxdur ki, cənabıma yazam. 

Ona görə də onu sizin qarşınıza, xüsusən, padşah Aqrippa, sənin qarşına 

çıxarıram ki, bu işin istintaqından sonra yazmağa sözüm olsun. 

27 

Çünki bir 



məhbusu imperatorun qarşısına göndərəndə ona edilən ittihamları 

göstərməmək mənə məntiqsiz göründü».  



26 

Aqrippa Paula dedi: «Özünü müdafiə edə bilərsən». Onda Paul əl hərəkəti 



ilə özünü müdafiəyə başladı: 

«Padşah Aqrippa, Yəhudilərin məni 



ittihamlandırdığı hər şeyə görə bu gün sənin hüzurunda özümü müdafiə 

edəcəyim üçün özümü xoşbəxt sayıram. 

Çünki bütün Yəhudi adət-



ə

nənələrinə və mübahisələrinə yaxşı bələdsən. Ona görə rica edirəm, mənə 

səbirlə qulaq as.  

Bütün Yəhudilər bilir ki, əzəldən, lap cavanlığımdan bəri həm öz elimdə, 



həm də Yerusəlimdə necə həyat sürmüşəm. 

5 *


Məni əvvəldən tanıyırlar, 

bilirlər ki, keçmişdə dinimizin ən ciddi təriqəti olan farisey təriqətinə necə 

bağlı yaşayırdım.  stəsələr, bu barədə şəhadət edə bilərlər. 

ndi isə Allahın 



ata-babalarımıza verdiyi vədin həyata keçməsinə ümid bağladığım üçün 

burada dayanıb mühakimə olunuram. 

Xalqımızın on iki qəbiləsi də gecə-



gündüz Allaha sidq ürəkdən ibadət edə-edə həmin şeyə ümid bəsləyir. Ey 

padşah, Yəhudilər məni bu ümidə görə ittiham edir. 

Niyə Allahın ölüləri 



diriltməsi aranızda inanılmaz bir şey sayılır?  

9 *


Doğrusu, mən buna əmin olmuşdum ki, Nazaretli  sanın adı əleyhinə 

                                                 

 

*

26:5 Həv. 23:6; Flp. 3:5 



 

*

26:9-11 Həv. 8:3; 22:4-5 




ə

limdən gələni etməliyəm. 

10 

Yerusəlimdə də bunu edirdim. Başçı 



kahinlərdən aldığım səlahiyyətə əsasən nə qədər müqəddəsi zindanlara 

saldırdım və edam olunanda onların əleyhinə səs verdim. 

11 

Bütün 


sinaqoqları gəzib-dolaşaraq onları tez-tez cəzalandırır və öz etiqadlarına küfr 

etməyə məcbur edirdim. Mən elə dəli olmuşdum ki, onları ölkə xaricində 

olan şəhərlərdə belə, təqib edirdim.  

12 


Bu iş üçün başçı kahinlərdən aldığım səlahiyyət və tapşırıqla Dəməşqə 

tərəf yola çıxdım. 

13 

Ey padşah, günorta vaxtı yol gedirdim ki, göydən məni 



və yoldaşlarımı hər tərəfdən nurlandıran günəşdən daha parlaq bir işıq 

gördüm. 


14 

Hamımız yerə yıxıldıq. Bir səsin mənə  brani dilində dediyini 

eşitdim: “Şaul, Şaul, niyə Məni təqib edirsən? Bizin ucuna təpik vurmaq 

sənə zərər verər”. 

15 

Mən dedim: “Ey Ağam, Sən kimsən?” Rəbb cavab 



verdi: “Mən sənin təqib etdiyin  sayam. 

16 


Qalx ayağa və dur. Mən ona görə 

sənə göründüm ki, səni xidmətçi və haqqımda gördüyün, sənə göstərəcəyim 

ş

eylərin şahidi olmağa təyin edim. 



17 

Səni öz xalqından, həm də başqa 

millətlərin əlindən qurtaracağam. Səni o millətlərin yanına göndərirəm ki, 

18 


onların gözlərini açıb qaranlıqdan işığa, Şeytanın hakimiyyətindən Allaha 

tərəf döndərəsən. Belə ki onlar günahlarının bağışlanmasına və Mənə iman 

etməklə təqdis olunanlar arasında irsə nail olsun”.  

19 


Buna görə mən, ey padşah Aqrippa, bu səmavi görüntüyə itaətsizlik 

etmədim. 

20 *

Ə

vvəlcə Dəməşqin, sonra Yerusəlimin və bütün Yəhudeya 



bölgəsinin əhalisini, başqa millətləri də tövbə edib Allaha tərəf dönməyə və 

bu tövbəyə uyğun tərzdə iş görməyə çağırdım. 

21 

Yəhudilər buna görə məni 



məbəddə tutub öldürməyə cəhd göstərirdilər. 

22 


Amma bu günə qədər Allah 

mənim dayağımda durdu və bunun sayəsində burada durub böyükdən kiçiyə 

qədər hamıya şəhadət edirəm. Mənim dediklərim peyğəmbərlərin və 

Musanın əvvəlcədən xəbər verdiyi hadisələrdən başqa bir şey deyil. 

23 *

Onlar 


bildirib ki, Məsih əzab çəkəcək və ölümdən dirilənlərin birincisi olacaq, həm 

Öz xalqına, həm də başqa millətlərə nur doğduğunu elan edəcək».  

24 

Paul özünü bu cür müdafiə edəndə Fest bərkdən dedi: «Paul, dəlilik 



edirsən, çox oxumaqdan başın xarab olub». 

25 


Paul dedi: «Hörmətli Fest, 

mən dəlilik etmirəm, həqiqəti və ağla batan sözləri danışıram. 

26 

Padşahın bu 



barədə məlumatı olduğu üçün onunla cəsarətlə danışıram. Əminəm ki, 

olanların heç biri padşahın nəzərindən qaçmayıb. Çünki bu işlər künc-

bucaqda görülən işlər deyil. 

27 


Padşah Aqrippa, sən peyğəmbərlərə 

inanırsanmı? Bilirəm ki, inanırsan». 

28 

Aqrippa Paula dedi: «Bu az müddətdə 



məni də inandıraraq məsihçi edəcəksənmi?» 

29 


Paul dedi: « stər az, istər çox 

                                                 

 

*

26:20 Həv. 9:18-20, 28-29 



 

*

26:23 Yeş. 42:6; 49:6; 1Kor. 15:20 




müddət olsun, Allahdan istəyirəm ki, təkcə sən yox, bu gün mənə qulaq asan 

hər bir adam bu zəncirlərdən başqa mənim kimi olsun!»  

30 

Sonra padşah, vali, Berniki və onlarla birlikdə oturanlar qalxdı. 



31 

Bayıra 


çıxanda aralarında belə danışdılar: «Bu adam ölümə yaxud həbsə layiq bir 

ş

ey etmir». 



32 

Aqrippa da Festə dedi: «Bu adam qeysərin məhkəməsinə 

müraciət etmək istəməsəydi, azad edilə bilərdi».  

27 

Paul Romaya doğru yola çıxır  

taliyaya doğru yelkən açmağa qərar veriləndə Paulu və bəzi başqa 



məhbusları  mperator alayından Yuli adlı bir yüzbaşıya təhvil verdilər. 

Asiya vilayətinin sahilindəki limanlara gedən bir Edremit gəmisinə 



minərək dənizlə getdik. Salonikdən Makedoniyalı Aristarx da yanımızda idi. 

Ertəsi gün Sidona çatdıq. Paulla dost kimi rəftar edən Yuli ona izin verdi 



ki, lazımi kömək almaq üçün dostlarının yanına getsin. 

Oradan yenə 



dənizlə getdik. Küləklər bizə əks istiqamətdə əsdiyi üçün Kipri külək 

tutmayan tərəfdən keçdik. 

Dəniz yolu ilə Kilikiya və Pamfiliyanı keçib 



Likiyanın Mira şəhərinə gəldik. 

Yüzbaşı orada  taliyaya gedən bir 



sgəndəriyyə gəmisi tapıb bizi o gəmiyə mindirdi. 

Xeyli gün aşağı sürətlə, 



çətinliklə üzərək Knid şəhərinin qarşısına çatdıq. Külək bizə yol vermədiyi 

üçün Salmoni burnundan dolanaraq Kritin külək tutmayan tərəfi ilə getdik. 

Sahil boyunca çətinliklə irəliləyərək Laseya şəhəri yaxınlığındakı Gözəl 



Limanlar adlanan körfəzə gəlib-çatdıq.  

Xeyli vaxt itirmişdik, hətta oruc günü



k

 də keçib-getmişdi. Artıq bu 

mövsümdə dəniz yolu ilə getmək təhlükəli idi. Odur ki, Paul onlara 

xəbərdarlıq edərək 

10 

dedi: «Ağalar, görürəm ki, bu səfər yalnız yük və 



gəmiyə deyil, canımıza da çox ziyan və bəla gətirəcək». 

11 


Lakin yüzbaşı 

Paulun dediklərini dinləməkdənsə gəmi sükançısının və sahibinin sözlərinə 

uydu. 

12 


Liman qışlamaq üçün əlverişsiz idi. Buna görə gəmidəkilərin 

ə

ksəriyyəti oradan dənizə çıxıb imkan olarsa, Finiksə çataraq qışı orada 



keçirmək qərarına gəldi; Finiks Kritdə olan, cənub-qərbə və şimal-qərbə 

baxan bir liman idi.  



Fırtına  

13 


Cənubdan zəif bir külək əsməyə başlayanda gözlədikləri anın gəldiyini 

zənn edərək lövbərləri çıxartdılar. Krit sahili boyu üzərək irəlilədilər. 

                                                 

 

k



27:9 Oruc günü – yəni Yəhudilərin sentyabr və ya oktyabr aylarında 

keçirdikləri günahların Kəffarə günü sayılan Yom Kippur bayramı. 




14 

Amma çox keçmədi ki, qurudan Evrakilon

l

 fırtınası qopdu. 



15 

Fırtınaya 

düşən gəmi küləyə müqavimət göstərə bilmirdi, əlacsız qaldıq və külək bizi 

aparırdı. 

16 

Qavda adlı kiçik bir adanın külək zəif tutan tərəfinə düşəndə 



gəminin qayığını güclə qurtara bildik. 

17 


Qayığı yuxarı çəkəndən sonra 

gəminin kəndirlərini onun altından dolayıb bağlayaraq tədbir gördülər. Sirt 

körfəzində saya oturmaqdan qorxub ləngəri aşağı saldılar və gəmi 

sürüklənməyə başladı. 

18 

Fırtına bizi bir xeyli çalxaladı. Ertəsi gün gəminin 



yükünü atmağa başladılar. 

19 


Üçüncü gün isə öz əlləri ilə gəminin təchizatını 

atdılar. 

20 

Günlərlə nə günəş, nə də ulduzlar göründü. Fırtına da o qədər 



ş

iddətlə davam edirdi ki, artıq bundan xilas olmağa ümidimiz qalmamışdı.  

21 

Adamlar uzun müddət yemək yemədikdə Paul ortada durub dedi: 



«Ağalar, gərək siz mənə qulaq asıb Kritdən çıxmayaydınız və bu ziyana, bu 

bəlaya düşməyəydiniz. 

22 

ndi sizə öyüd verərək deyirəm: ürəkli olun, çünki 



heç biriniz canını itirməyəcək, yalnız gəmi məhv olacaq. 

23 


Çünki mənsub 

olub ibadət etdiyim Allahın bir mələyi bu gecə yanıma gəlib dedi: 

24 

“Qorxma, Paul, sənin qeysərin qarşısına çıxmağın lazımdır. Səninlə birgə 



gəmidə olanların hamısını da Allah sənə bağışladı”. 

25 


Ay ağalar, buna görə 

ürəkli olun! Allaha inandığıma görə bilirəm ki, hər şey mənə deyilən kimi 

olacaq. 

26 


Amma bizə bir adaya düşmək lazımdır».  

Gəmi quruda oturur  

27 


On dördüncü gecə idi ki, biz  oniya dənizində sürüklənirdik. Gecə 

yarısına yaxın gəmiçilər hiss etdilər ki, quruya yaxınlaşırlar. 

28 

Suyun 


dərinliyini ölçəndə gördülər ki, iyirmi qolacdır.

m

 Bir az gedəndən sonra bir 



daha ölçdülər və gördülər ki, on beş qolacdır. 

29 


Qayalığa çıxmaqdan 

qorxaraq gəminin dal tərəfindən dörd lövbər atıb sabahın açılması üçün dua 

etdilər. 

30 


Belə olanda gəmiçilər qaçmağa çalışıb gəminin qabaq hissəsindən 

lövbərlər salmaq bəhanəsi ilə qayığı dənizə endirdilər. 

31 

Amma Paul 



yüzbaşıya və əsgərlərə dedi: «Bunlar gəmidə qalmasalar, siz xilas ola 

bilməzsiniz». 

32 

Bundan sonra əsgərlər qayığın iplərini kəsib onu dənizə 



saldılar.  

33 


Dan yeri söküləndə Paul hamıya yemək yeməyi təkid edərək dedi: «Bu 

gün on dörd gündür ki, nigarançılıq içindəsiniz və heç nə yemədiyinizə görə 

acsınız. 

34 


Bunun üçün sizdən xahiş edirəm ki, yemək yeyəsiniz. Bu, 

xilasınız üçün lazımdır. Heç birinizin başından bir tük belə, əskik 

olmayacaq». 

35 


Paul bunu deyəndən sonra çörək götürdü və hamının 

qarşısında Allaha şükür edərək çörəyi bölüb yeməyə başladı. 

36 

Bundan hamı 



                                                 

 

l



27:14 Evrakilon – yəni şimali şərq küləyi. 

 

m



27:28 Qolac – yunan mətnində orquya, təqribən 1.85 metr. 


ürəklənib yemək yedi. 

37 


Gəmidə cəmi iki yüz yetmiş altı nəfər idik. 

38 


Hamı 

doyandan sonra buğdanı dənizə boşaldaraq gəmini yüngülləşdirdilər.  

39 

Hava işıqlananda gördükləri qurunu tanıya bilmədilər. Amma qumsal 



sahili olan bir körfəz gördülər. Qərara aldılar ki, imkan olsa, gəmini orada 

oturtsunlar. 

40 

Lövbərləri kəsib dənizdə qoydular. Eyni zamanda sükanları 



saxlayan kəndirləri açıb qabaq yelkəni qaldıraraq qumsallığa tərəf 

yönəldilər. 

41 

Gəmi isə dayazlıqda qum üstündə oturdu. Gəminin burnu quma 



batıb tərpənməz oldu. Arxa tərəfi isə dalğaların zərbəsindən sınmağa başladı. 

42 


Ə

sgərlər məhbusları öldürmək istəyirdi ki, heç biri üzərək qaçmasın. 

43 

Amma Paulu xilas etmək istəyən yüzbaşı əsgərləri bu fikirdən daşındırdı. 



Ə

mr etdi ki, əvvəlcə üzməyi bacaranlar dənizə tullanıb üzsünlər, 

44 

sonra 


dalda qalanlar ya taxtalar ya da gəminin başqa parçaları üzərində sahilə 

çıxsınlar. Beləliklə, hamısı sağ-salamat quruya çıxdı.  



28 

Maltada  

Xilas olandan sonra öyrəndik ki, adanın adı Maltadır. 



Oranın sakinləri 

bizə gözlənilməz bir mehribanlıq göstərdi. Hava yağışlı və soyuq olduğu 

üçün ocaq qalayıb hamımızı hərarətlə qarşıladılar. 

Paul bir dəstə çırpı 



götürüb ocağa atdı. O zaman istinin təsirindən bir gürzə çıxıb onun əlinə 

yapışdı. 

Oranın sakinləri Paulun əlinə ilanın yapışdığını görəndə bir-birinə 



dedilər: «Demək bu adam qatildir. Dənizdən xilas olsa da, ədalət ilahəsi onu 

yaşamağa qoymur». 

Amma Paul əlini silkələyib ilanı oda ataraq heç bir 



xətər görmədi. 

Camaat gözləyirdi ki, Paulun bədəni şişəcək yaxud birdən-



birə yıxılıb öləcək. Amma çox gözlədilər, ona heç nə olmadığını görəndə 

fikirlərini dəyişib dedilər: «Bu bir allahdır».  

O yerin yaxınlığında malikanə var idi ki, ora adanın baş məmuru Publi 



adlı bir şəxsin idi. Bu adam bizi öz evində qəbul etdi və üç gün bizə 

mehribanlıqla qonaqpərvərlik göstərdi. 

O ərəfədə Publinin atası qızdırma 



və qanlı ishal üzündən xəstə yatırdı. Paul xəstənin yanına gəldi və dua 

edərək əllərini onun üzərinə qoyub sağaltdı. 

Bu hadisədən sonra adadakı 



qalan xəstələr də gəlib şəfa tapdı. 

10 


Bizə çoxlu bəxşiş verərək 

şə

rəfləndirdilər. Biz dənizə çıxanda isə bizə lazım olan şeyləri gəmiyə 



yüklədilər.  

Romaya çatanda  

11 


Üç aydan sonra qışı adada keçirmiş, başında Əkiz Tanrılar heykəlini 

gəzdirən bir  sgəndəriyyə gəmisi ilə dənizdən yelkən açdıq. 

12 

Sirakuza 



şə

hərinə çatıb üç gün orada qaldıq. 

13 

Oradan yolumuza davam edərək 




Regiuma gəldik. Ertəsi gün əsməyə başlayan cənub küləyinin köməyi ilə iki 

günə Puteoliyə çatdıq. 

14 

Orada rastlaşdığımız imanlı bacı-qardaşlar bizdən 



xahiş etdilər ki, onların yanında bir həftə qalaq.  

Sonra Romaya çatdıq. 

15 

Bizdən xəbər tutan Romadakı imanlı bacı-



qardaşlar bizi qarşılamaq üçün Appi Bazarına və Üç Mehmanxanaya qədər 

gəldilər. Paul onları görəndə Allaha şükür edib ürəkləndi. 

16 

Romaya gələndə 



Paula

n

 izin verildi ki, bir əsgərin nəzarəti altında tək yaşasın.  



Paulun Romada etdiyi işlər  

17 


Üç gün sonra Paul Yəhudilərin orada olan başçılarını toplantıya dəvət 

etdi. Onlar bir yerə yığılandan sonra Paul onlara belə dedi: «Soydaşlar, 

xalqımıza və ata-babalarımızın adət-ənənəsinə zidd heç nə etmədiyim halda 

Yerusəlimdə həbs edilib Romalılara təslim edildim. 

18 

Onlar məni sorğu-



suala çəkəndən sonra azad etmək istədilər. Çünki ölüm cəzasına layiq bir 

təqsirim yox idi. 

19 *

Amma Yəhudilər buna qarşı çıxanda məcbur olub 



qeysərin məhkəməsinə müraciət etmək istədim, lakin öz millətimi heç nədə 

ittihamlandırmaq istəmirdim. 

20 

Bu səbəbdən sizi buraya görüşüb söhbət 



etmək üçün çağırmışam. Axı mən  srailin ümidi uğrunda belə 

zəncirlənmişəm». 

21 

Onlar Paula dedi: «Yəhudeyadan sənin barəndə nə 



məktub almışıq, nə də buraya gələn soydaşlardan kimsə sənin barəndə bizə 

xəbər gətirərək pis bir söz deyib. 

22 

Biz sənin fikirlərini sənin özündən 



eşitmək istəyirik. Çünki hər yerdə bu təriqətə qarşı çıxıldığını bilirik».  

23 


Bir gün təyin edib, həmin gün daha böyük kütlə ilə Paulun qaldığı yerə 

gəldilər. Paul səhərdən axşamacan Allahın Padşahlığından şəhadət edərək 

onlara açıqlama verdi, həm Musanın Qanunundan, həm də Peyğəmbərlərin 

yazdıqlarından onları  saya inandırmağa çalışdı. 

24 

Bəziləri onun sözlərinə 



inandı, bəziləri isə inanmadı. 

25 


Bir-birləri ilə razılığa gəlməyəndə Paulun bu 

son sözlərinə qulaq asıb ayrıldılar: «Müqəddəs Ruh Yeşaya peyğəmbərin 

vasitəsilə ata-babalarınıza bu gözəl sözü dedi:  

26 *


“Get bu xalqa bunu çatdır:  

‹Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız,  

Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız.  

27 


Çünki bu xalqın ürəyi kütləşdi,  

Qulaqları ağır eşitdi,  

Gözlərini yumdular ki,  

                                                 

 

n

28:16 Paula – bəzi əlyazmalarda yüzbaşı məhbusları zabitə təhvil verdi. 



 

*

28:19 Həv. 25:11 

 

*

28:26-27 Yeş. 6:9-10; Mat. 13:14-15; Mark 4:12; Luka 8:10; Yəh. 12:39-



40 


Gözləri ilə görməsinlər,  

Qulaqları ilə eşitməsinlər,  

Ürəkləri ilə anlamasınlar  

Və Mənə sarı dönməsinlər ki,  

Mən onlara şəfa verim›”.  

28 


ndi bilin ki, Allahın verdiyi bu xilas başqa millətlərə göndərilib və onlar 

buna qulaq asacaq». 

29 o

  

30 



Paul düz iki il kirayə tutduğu evdə qalıb yanına gələnlərin hamısını qəbul 

edirdi. 


31 

Heç bir maneə olmadan tam bir cəsarətlə Allahın Padşahlığını vəz 

edir və Rəbb  sa Məsihlə bağlı həqiqətləri öyrədirdi.  

                                                 



 

o

28:28-29 Asacaq – bəzi əlyazmalarda asacaq». 



29 

Paulun bu sözündə

sonra Yəhudilər bir-biri ilə çox çəkişdi və getdi.

 

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə