Həvar lər n şLƏR



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8000
1   ...   18   19   20   21   22   23   24   25   26

bir səs mənə belə deyir: “Şaul, Şaul, niyə Məni təqib edirsən?” 

Mən 



soruşdum: “Ey Ağam, Sən kimsən?” Səs mənə dedi: “Mən sənin təqib 

etdiyin Nazaretli  sayam”. 

Yanımdakılar işığı görsələr də,



z

 mənimlə 

danışanın səsini eşitmədilər. 

10 


Mən dedim: “Ya Rəbb, mən nə edim?” Rəbb 

mənə dedi: “Qalx, Dəməşqə get, icra etməyin üçün təyin edilən hər şey 

orada sənə deyiləcək”. 

11 


O işığın parlaqlığından gözlərim tutuldu. Yanımda 

olanlar əllərimdən tutub məni Dəməşqə apardı.  

12 

Orada Xananya adlı bir mömin kişi var idi. Bu adam Qanuna əməl edir 



və o şəhərdə yaşayan Yəhudilər arasında hörmət sahibi idi. 

13 


O mənim 

yanıma gəlib dedi: “Qardaşım Şaul, qoy gözlərin açılsın”. Dərhal gözlərim 

açıldı və onu gördüm. 

14 


O mənə dedi: “Ata-babalarımızın Allahı səni seçdi 

ki, Onun iradəsini biləsən və Saleh Olanı görüb ağzından bir səs eşidəsən. 

15 

Çünki görüb-eşitdiklərini bütün insanlara yayaraq Onun üçün şəhadət 



edəcəksən. 

16 


ndi nə gözləyirsən? Qalx, vəftiz ol və Onun adını çağıraraq 

günahlarını yu”.  

17 

Mən Yerusəlimə qayıdıb məbəddə dua etməkdə idim ki, fikrimi bir 



görüntü apardı 

18 


və Rəbbi gördüm. O mənə dedi: “Tez ol, dərhal Yerusəlimi 

tərk et, çünki Mənim barəmdə etdiyin şəhadəti qəbul etməyəcəklər”. 

19 

Mən 


dedim: “Ya Rəbb, bilirlər ki, mən sinaqoqdan-sinaqoqa gedərək Sənə iman 

edənləri həbs edir və döyürdüm. 

20 *

Hətta Sənin uğrunda şəhid olan Stefanın 



qanı töküləndə mən də orada idim. Edilənlərə razı olub onu öldürənlərin üst 

geyimlərini qoruyurdum”. 

21 

Rəbb də mənə dedi: “Get, Mən səni uzaqlara, 



başqa millətlərin yanına göndərəcəyəm”».  

Roma vətəndaşı Paul  

22 


Paula buraya qədər qulaq asanlar bu sözdən sonra haray salıb dedilər: 

«Beləsini yer üzündən silib-atmaq lazımdır! O yaşamağa layiq deyil!» 

23 

Onlar belə hay-küy qopararaq paltarlarını yelləyib havaya toz qaldıranda 



24 

minbaşı əmr etdi ki, Paulu qalaya salsınlar. Onların niyə belə hay-küy 

qoparmalarının səbəbini bilmək üçün onu qamçılatmaqla sorğuya çəkmək 

istədi. 


25 

Onu qamçılatmaq üçün bağlayanda Paul orada dayanan yüzbaşıya 

dedi: «Məhkum olmamış Roma vətəndaşını qamçılatmağa icazəniz varmı?» 

26 


Yüzbaşı bunu eşidən kimi minbaşının yanına gəlib xəbər verərək dedi: 

«Nə edəcəksən? Bu adam Roma vətəndaşıdır». 

27 

Minbaşı Paulun yanına 



gəlib soruşdu: «De görək, sən Roma vətəndaşısan?» Paul dedi: «Bəli». 

28 


Minbaşı cavabında «mən nə qədər pula bu vətəndaşlığı əldə etmişəm» 

dedi. Paul isə «amma mən doğulandan Roma vətəndaşıyam» dedi. 

29 

Onu 


                                                 

 

z



22:9 Görsələr də – bəzi əlyazmalarda görsələr də, qorxuya düşsələr də. 

 

*



22:20 Həv. 7:58 


sorğuya çəkmək istəyənlər dərhal onun yanından geri çəkildi. Minbaşı 

qollarını bağladığı Paulun Roma vətəndaşı olduğunu öyrənərkən qorxdu.  



Paul Ali Şuranın qarşısında  

30 


Minbaşı ertəsi gün Yəhudilərin Paulu nədə ittiham etdiklərini dəqiq 

öyrənmək istədi. Ona görə Paulu azad etdi. Minbaşı əmr verdi ki, başçı 

kahinlərlə bütün Ali Şura toplaşsın. Sonra Paulu aşağı endirib onların 

qarşısına gətirdi.  



23 

Ali Şuranı diqqətlə nəzərdən keçirən Paul dedi: «Qardaşlar, mən bu 



günəcən Allahın qarşısında təmiz vicdanla yaşamışam». 

Baş kahin 



Xananya Paulun yanında duranlara əmr etdi ki, onun ağzından vursunlar. 

3 *


Bundan sonra Paul ona dedi: «Ey üzü ağardılan divar, səni Allah vuracaq! 

Həm oturub Qanuna əsasən məni mühakimə edirsən, həm də Qanunu 

pozaraq məni döymək üçün əmr verirsən». 

Yanında duranlar ona dedilər: 



«Sən Allahın baş kahinini söyürsənmi?» 

5 *


Paul dedi: «Qardaşlar, onun baş 

kahin olduğunu bilmirdim. Əlbəttə, “xalqın başçısı barədə pis söz demə” 

deyə yazılıb».  

6 *


Onların bir hissəsinin sadukey, digər hissəsinin isə farisey olduğunu 

bilən Paul Ali Şuraya nida etdi: «Ey qardaşlar, mən farisey oğlu fariseyəm. 

Ölülərin dirilməsinə ümid bəslədiyim üçün burada mühakimə olunuram». 

Paulun bu sözündən sonra fariseylərlə sadukeylər arasında çəkişmə başladı 



və toplantı iki hissəyə ayrıldı. 

8 *


Çünki sadukeylər iddia edir ki, ölümdən 

dirilmə, mələk və ruh yoxdur. Əksinə, fariseylər bunların hamısına inanır. 

Toplantıda böyük bir hay-küy yarandı. Farisey tərəfini tutan bəzi 



ilahiyyatçılar qalxıb dava yaradaraq belə deyirdi: «Bu adamda heç bir günah 

görmürük. Nə olsun ki, onunla bir ruh və yaxud mələk danışıb.»

a

 

10 



Çəkişmə 

o qədər qızışdı ki, minbaşı onların Paulu parçalayacağından qorxdu. O, 

ə

sgərlərə əmr etdi ki, aşağı enib Paulu zorla onların arasından çıxararaq 



qalaya aparsınlar.  

11 


O gecə Rəbb Paulun yanında dayanıb dedi: «Cəsarətli ol, Yerusəlimdə 

Mənim haqqımda etdiyin şəhadəti Romada da etməyin lazımdır».  

                                                 

 

*



23:3 Mat. 23:27-28 

 

*



23:5 Çıx. 22:28 

 

*



23:6 Həv. 26:5; Flp. 3:5 

 

*



23:8 Mat. 22:23-24; Mark 12:18-19; Luka 20:27-28 

 

a



23:9 Danışıb – bəzi əlyazmalarda danışıb. Gəlin Allaha qarşı çıxmayaq. 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə