Həvar lər n şLƏR



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8000
1   ...   18   19   20   21   22   23   24   25   26

bizi sevinclə qarşıladı. 

18 


Ertəsi gün Paulla birlikdə Yaqubu görməyə getdik. 

Cəmiyyət ağsaqqallarının hamısı oraya yığılmışdı. 

19 

Paul onlardan hal-əhval 



tutandan sonra öz xidməti ilə əlaqədar olaraq Allahın başqa millətlər 

arasında gördüyü işlərdən ətraflı məlumat verdi. 

20 

Bunları eşidəndə Allahı 



izzətləndirdilər. Paula dedilər: «Görürsənmi, qardaş, Yəhudilər arasında on 

minlərlə imanlı var və hamısı Qanunun qeyrətini çəkir. 

21 

Onlar sənin 



barəndə xəbər tutublar ki, başqa millətlər arasında yaşayan bütün Yəhudilərə 

oğullarını sünnət etməyib adət-ənənələrimizə görə yaşamamağı və Musadan 

dönməyi öyrədirsən. 

22 


ndi nə edək? Mütləq

v

 sənin bura gəldiyini 



eşidəcəklər. 

23 


Ona görə sənə dediklərimizə əməl et. Bizim aramızda əhd 

edən dörd kişi var. 

24 

Bunları yanına al və onlarla birgə paklanma 



mərasiminə qoşul. Başlarını qırxdırmaq üçün qurban xərclərini sən çək. 

Bununla da hamı biləcək ki, sənin haqqında eşitdikləri əsassızdır, sən də 

Qanuna riayət edirsən. 

25 *


Başqa millətlərdən olan imanlılara gəlincə, biz 

qərara alıb onlara məktub vasitəsilə yazmışıq ki, bütlərə

w

 təqdim olunan 



qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər, 

həmçinin özlərini əxlaqsızlıqdan saxlasınlar». 

26 

Bundan sonra Paul bu dörd 



kişini yanına alıb ertəsi gün onlarla bərabər özünü pak etdi. Sonra məbədə 

girərək paklanma dövrünün nə vaxt qurtaracağını, hər birinin adına nə vaxt 

qurban təqdim ediləcəyini elan etdi.  

Paulun həbsi  

27 


Yeddi günlük müddət qurtarmaq üzrə Asiya vilayətindən olan Yəhudilər 

Paulu məbəddə görəndə bütün izdihamı təşvişə salaraq onu yaxaladılar 

28 

və 


qışqırdılar: «Ey  sraillilər, kömək edin! Hər yerdə hər kəsə, xalqımıza, 

Qanuna və bu Müqəddəs məkana qarşı təlim öyrədən adam budur. Həmçinin 

məbədə bəzi Yunanları gətirərək bu Müqəddəs məkanı murdarladı». 

29 *


Bu 

Yəhudilər Efesli Trofimi əvvəllər şəhərdə Paulun yanında gördükləri üçün 

elə bilirdilər ki, onu Paul məbədə gətirib. 

30 


Bütün şəhər oyandı. Camaat hər 

tərəfdən qaçıb-gələrək Paulu tutub məbəddən bayıra sürüdü. Dərhal məbəd 

qapıları bağlandı. 

31 


Onlar Paulu öldürməyə çalışırdı ki, bütün Yerusəlimin 

təşvişə düşməsi xəbəri Roma alayının minbaşısına çatdırıldı. 

32 

Minbaşı 


dərhal yüzbaşılarla əsgərləri özü ilə götürərək izdiham olan yerə qaçdı. 

Minbaşı ilə əsgərləri görən camaat Paulu döyməyi dayandırdı. 

33 

O zaman 


                                                 

 

v



21:22 Mütlə– bəzi əlyazmalarda Mütləq camaat buraya yığışacaq, çünki. 

 

*



21:25 Həv. 15:28-29 

 

w



21:25 Bütlərə – bəzi əlyazmalarda belə qaydalara deyil, yalnız bunlara 

riayət etsinlər: bütlərə.

 

 



*

21:29 Həv. 20:4 


minbaşı yaxına gəlib Paulu tutdu və əmr etdi ki, onu qoşa zəncirlə 

bağlasınlar. Sonra soruşdu: «Bu adam kimdir? Nə edib?» 

34 

zdiham içində 



hər ağızdan bir avaz gəlir, qışqırışırdılar. Hay-küydən minbaşı heç nə 

müəyyənləşdirə bilmədi, ona görə Paulun qalaya aparılmasını əmr etdi. 

35 

Paul pilləkəndə olanda xalq elə qızışmışdı ki, əsgərlər onu əlləri üstündə 



aparmalı oldu. 

36 


Çünki izdiham onun ardınca düşüb qışqırırdı: «Öldürün 

onu!»  


Paulun özünü müdafiəsi  

37 


Paul qalaya gətirilməkdə ikən o, minbaşıdan soruşdu: «Səndən bir söz 

soruşmaq olar?» Minbaşı dedi: «Sən Yunan dilini bilirsən? 

38 

Sən bu 


yaxınlarda iğtişaş yaratmağa başlayan dörd min qatili

x

 səhraya aparan 



Misirli deyilsənmi?» 

39 


Paul dedi: «Mən Yəhudiyəm, Kilikiyanın Tarsus 

şə

hərindənəm, məşhur bir şəhərin vətəndaşıyam. Rica edirəm, bu xalqa bir 



neçə söz deməyə izin ver». 

40 


Minbaşı icazə verəndən sonra Paul 

pilləkənlərin üstünə çıxıb diqqəti cəlb etmək üçün xalqa əli ilə işarə etdi. 

Dərin sükut çökəndə  brani dilində danışmağa başlayaraq dedi:  

22 

«Qardaşlar və atalar, indi mənim özümü müdafiəmə qulaq asın!» 



2 *

Paulun onlarla ibranicə danışdığını eşidəndə daha dərin sükut yarandı.  

Paul sözünə davam etdi: 

«Mən bir Yəhudiyəm, Kilikiyanın Tarsus 



şə

hərində doğuldum. Bu Yerusəlim şəhərində isə böyüyüb Qamlielin 

yanında ata-babalarımızın Qanununa bağlı ciddi bir təlim almışam. 

Hamınızın bu gün etdiyi kimi mən də Allah naminə qeyrət çəkirdim. 

4 *

sa 


yolunda

y

 olanları ölüncəyə qədər təqib edərdim və qadın-kişi bilmədən 



onların əl-qolunu bağlayıb zindana salardım. 

Mənim dediklərim barədə baş 



kahin və bütün ağsaqqallar məclisi də şəhadət edə bilər. Hətta mən onlardan 

Dəməşqdəki soydaşlarımıza yazılmış bir məktub alaraq oradakı  sa yolunda 

olanların əl-qolunu bağlayıb cəzalandırmaq üçün Yerusəlimə gətirməyə 

gedirdim.  

Mən günortaya yaxın yolda, Dəməşqə yaxınlaşmaqda ikən birdən-birə 



göydən böyük bir işıq ətrafımda parladı. 

Mən yerə yıxıldım və eşitdim ki, 



                                                 

 

x



21:38 Qatil – bu orijinalda sikari sözü olub latın dilində xəncər işlədə

mənasını verir. Sikarilər Roma işğalçılarına qarşı mübarizə edərkən terrora 

ə

l atan ifratçı yəhudilər idi. 



 

*

22:2-3 Həv. 5:34-39 

 

*

22:4-5 Həv. 8:3; 26:9-11 



 

y

22:4  sa yolunda – hərfi tərcümədə Yolda. 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə