Həvar lər n şLƏR



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8000
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

hazırladı. 

24 


Amma onların bu qəsdi haqqında xəbər Şaula çatdı. Yəhudilər 

onu öldürmək üçün gecə-gündüz şəhərin qapılarında pusqu qururdu. 

25 

Amma Şaulun şagirdləri gecə olan kimi onu götürüb bir səbətin içinə 



qoyaraq şəhər divarlarından aşağı endirdilər.  

26 


Ş

aul Yerusəlimə çatanda oradakı şagirdlərə qoşulmağa çalışdı, lakin 

onların hamısı Şauldan qorxur və inanmırdılar ki, o,  sanın şagirdidir. 

27 


Amma Barnaba onu götürüb həvarilərin yanına apardı və onlara açıqladı 

ki, Şaul yolla gedəndə Rəbbi necə görüb, Rəbb onunla necə danışıb, o, 

Dəməşqdə  sanın adını necə cəsarətlə bəyan edib. 

28 


Beləliklə, Şaul onların 

yanında qalıb Yerusəlimdə hər yerə bir gedib-gəlir və orada da Rəbbin adını 

cəsarətlə bəyan edirdi. 

29 


O yunanca danışan Yəhudilərlə söhbət edərək 

mübahisə edirdi. Onlar isə Şaulu öldürmək istəyirdi. 

30 

manlı bacı-qardaşlar 



isə bunu öyrənəndə Şaulu Qeysəriyyəyə aparıb oradan Tarsusa göndərdilər.  

31 


Beləcə bütün Yəhudeya, Qalileya və Samariyadakı imanlılar cəmiyyəti 

ə

min-amanlığa çatdı.  nkişaf edən və Rəbb qorxusu içində yaşayan cəmiyyət 



Müqəddəs Ruhun ürəkləndirməsi ilə sayca artırdı.  

Eneya və Tabitanın sağaldılması  

32 


Bu zaman hər yanı dolaşan Peter Lodda yaşayan müqəddəslərin yanına 

gəldi. 


33 

Orada Eneya adlı bir nəfərə baş çəkdi. Eneya iflic olmuşdu və 

səkkiz il idi ki, yataqda idi. 

34 


Peter ona dedi: «Eneya,  sa Məsih səni 

sağaldır. Qalx, yatağını yığışdır». Eneya dərhal ayağa qalxdı. 

35 

Lod və 


Ş

aronda yaşayanların hamısı bu adamı görüb Rəbbə tərəf döndü.  

36 

Yafoda  sanın şagirdləri arasında Tabita adlı bir qadın var idi. «Tabita» 



«Ceyran» deməkdir. Bu qadın həmişə xeyirxah işlər görür və yoxsullara 

kömək edirdi. 

37 

Bu vaxtlarda o xəstələnib öldü. Onun meyitini yuyub yuxarı 



mərtəbədəki otağa qoydular. 

38 


Lod Yafoya yaxın idi, ona görə də Peterin 

Lodda olduğunu eşidən şagirdlər iki kişini onun yanına göndərdilər və onlar 

gəlib xahiş etdilər: «Vaxt itirmədən yanımıza gəl». 

39 


Peter durub onlarla 

getdi. Yafoya çatanda onlar Peteri evin yuxarı mərtəbəsinə çıxartdılar. Bütün 

dul qadınlar ağlaşa-ağlaşa Peterin yanına yığıldı və Tabitanın onlarla 

birlikdə olanda tikdiyi köynəkləri, paltarları göstərirdilər. 

40 

Peter isə onların 



hamısını bayıra çıxartdı, sonra diz çöküb dua etdi. Bundan sonra isə ölüyə 

tərəf dönüb dedi: «Tabita, qalx!» Qadın gözlərini açıb Peteri görən kimi dik 

oturdu. 

41 


Peter əlini uzadıb onu ayağa qaldırdı və sonra müqəddəslərlə dul 

qadınları çağırdı. Tabitanı sağ-salamat onların qarşısına çıxartdı. 

42 

Bu xəbər 



bütün Yafoya yayıldı və çox adam Rəbbə iman gətirdi. 

43 


Peter isə xeyli gün 

Yafoda, Şimon adlı bir dabbağın evində qaldı.  



10 


Mömin yüzbaşı  

Qeysəriyyədə Korneli adlı bir nəfər yaşayırdı. O,  taliyalı adlı alayın 



yüzbaşılarından biri idi. 

Həm özü, həm də bütün külfəti mömin olub 



Allahdan qorxardı. O, xalqa çox nəzir-niyaz paylayar, daim Allaha dua 

edərdi. 


Bir gün təxminən doqquzuncu saat

s

 radələrində görüntüdə aydın 



gördü ki, Allahın bir mələyi yanına gəlib onu çağırdı: «Ey Korneli!» 

Korneli qorxa-qorxa ona baxıb dedi: «Nədir, ey ağam?» Mələk ona dedi: 



«Duaların və nəzir-niyazların xatirə təqdimi kimi Allahın hüzurunda qəbul 

olundu. 


ndi Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. 

O, 


dabbağ Şimonun dəniz kənarındakı evində qonaqdır».

t

 



Onunla danışan 

mələk gedəndən sonra Korneli xidmətçilərindən ikisini və 

mühafizəçilərindən bir mömin əsgəri çağırtdırdı. 

Onlara hər şeyi danışdı və 



sonra onları Yafoya göndərdi.  

Peterin görüntüsü  

Ertəsi gün təxminən altıncı saat



u

 radələrində, onlar yolda olub şəhərə 

yaxınlaşanda Peter dua etmək üçün dama çıxdı. 

10 


O acıb yemək istəyirdi. 

Yemək hazırlanarkən Peterin fikrini bir görüntü apardı. 

11 

O gördü ki, göy 



yarıldı, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq yerə endi. 

12 


Onun üstündə hər cür dördayaqlılar, sürünənlər

v

 və göydə uçan quşlar var 



idi. 

13 


Ona bir səda gəldi: «Qalx, Peter, kəs və ye!» 

14 


Peter Ona dedi: «Əsla, 

ya Rəbb! Mən heç vaxt nə haram, nə də murdar bir şey yeməmişəm». 

15 

Səda 


ikinci dəfə yenə gəldi və Peterə dedi: «Allahın halal dediyi şeylərə sən 

haram demə». 

16 

Bu, üç dəfə təkrarlanandan sonra o şey dərhal göyə çəkildi.  



17 

Peter bu görüntünün mənası barədə fikirləri ilə çaşbaş qalanda 

Kornelinin göndərdiyi adamlar Şimonun evini soruşurdular. Qapı ağzında 

dayanıb 


18 

bərkdən soruşdular: «Peter deyə çağırılan Şimon burada qalırmı?» 

19 

Bu zaman görüntü barədə fikirləşən Peterə Ruh belə dedi: «Bax səni üç 



kişi axtarır. 

20 


Dur, aşağı en və heç tərəddüd etmədən onlarla get. Çünki 

onları Mən göndərmişəm». 

21 

Peter aşağı enib həmin adamlara dedi: 



«Axtardığınız adam mənəm. Niyə gəlmisiniz?» 

22 


Onlar dedilər: «Korneli 

adlı bir yüzbaşı var. O, saleh və Allahdan qorxan kişidir; buna bütün Yəhudi 

milləti də şahiddir. Müqəddəs bir mələk ona əmr etdi ki, səni öz evinə 

                                                 

 

s

10:3 Doqquzuncu saat – hazırkı vaxtla günortadan sonra saat üç. 



 

t

10:6 Qonaqdır – bəzi əlyazmalarda qonaqdır. O sənə nə etməlisən deyəcək, 

bəzilərində isə qonaqdır. Onun sənə deyəcəyi sözlərlə həm sən, həm də 

külfətin xilas olacaq 

(Həv. 11:14). 

 

u

10:9 Altıncı saat – hazırkı vaxtla günorta saat on iki. 



 

v

10:12 Sürünənlə– bəzi əlyazmalarda çöl heyvanları, sürünənlər. 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə