Həvar lər n şLƏR



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8000
1   2   3   4   5   6   7   8   9   10   ...   26

Misirdəki xalqımızın sayı bir xeyli çoxalmışdı. 

18 


Axırda Misirdə Yusifi 

tanımayan yeni bir padşah taxta çıxdı. 

19 *

Bu adam soydaşlarımıza hiylə 



işlətdi, zorakılıqla ata-babalarımızı məcbur etdi ki, yeni doğulan körpələrini 

sağ qalmasın deyə bayıra atsınlar. 

20 *

Bu dövrdə son dərəcə gözəl bir körpə 



olan Musa doğuldu. O, üç ay atasının evində bəsləndi. 

21 


Sonra o da bayıra 

atıldı. Onu fironun qızı tapıb özünə övlad etdi və öz oğlu kimi böyütdü. 

22 

Musa Misirlilərin bütün elmi biliklərinə bağlı tərbiyə alıb söz və əməlində 



güclü bir şəxsiyyət oldu.  

23 *


Musa qırx yaşına çatanda ürəyində soydaşları  srail övladlarının 

vəziyyətini yaxından bilmək arzusu oyandı. 

24 

Onlardan birinin zərər 



çəkdiyini görəndə Musa onu müdafiə etdi. Zərər vuran Misirlini öldürərək 

ə

zilən insanın intiqamını aldı. 



25 

O belə fikirləşdi: “Soydaşlarım dərk 

edəcəklər ki, mənim vasitəmlə Allah onları xilas edir”. Amma onlar bunu 

dərk etmədilər. 

26 

Ertəsi gün Musa dalaşan iki  sraillini görəndə onları 



barışdırmaq istədi və dedi: “Ay kişilər, siz soydaşsınız, niyə bir-birinizə 

zərər vurursunuz?” 

27 

Lakin soydaşına zərər vuran kişi Musanı itələyib dedi: 



“Səni bizim üstümüzə kim başçı və hakim qoyub? 

28 


Yoxsa dünən Misirlini 

öldürdüyün kimi məni də öldürmək fikrindəsən?” 

29 *

Bu sözə görə Musa 



qaçdı. O, Midyan torpağında, qürbətdə yaşadı və orada iki oğul atası oldu.  

30 *


Qırx il keçəndən sonra Musa Sina dağının yaxınlığındakı səhrada olanda 

mələk ona bir kol arasından od-alov içərisində göründü. 

31 

Musa 


gördüklərinə heyrətləndi. Baxmaq üçün oraya yaxınlaşanda Rəbbin səsini 

eşitdi: 


32 

“Mən ata-babalarının Allahı –  brahimin,  shaqın və Yaqubun 

Allahıyam”. Musa qorxusundan lərzəyə gəlib baxmağa belə, cəsarət etmədi. 

33 


Rəbb ona dedi: “Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer 

müqəddəs torpaqdır. 

34 

Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini 



gördüm, fəryadlarını eşitdim və onları qurtarmaq üçün endim.  ndi get, Mən 

səni Misirə göndərirəm”.  

35 

Bu, həmin Musadır ki, onu rədd edib demişdilər: “Səni bizim üstümüzə 



kim başçı və hakim qoyub?” Amma Allah Musanı bir kol arasında görünən 

mələyin əli ilə başçı və qurtarıcı olaraq göndərdi. 

36 *

O, xalqı Misirdən 



çıxaran, həm orada, həm Qırmızı dənizdə, həm də qırx il ərzində səhrada 

                                                 

 

*

7:19 Çıx. 1:10-11,22 



 

*

7:20-21 Çıx. 2:2-10 

 

*

7:23-29 Çıx. 2:11-15 



 

*

7:29 Çıx. 18:2-4 

 

*

7:30-34 Çıx. 3:1-10 



 

*

7:36 Çıx. 7:3; 14:21; Say. 14:33 




xariqə və əlamətlər yaradan insan idi. 

37 *


srail övladlarına “Allah məni 

yetirdiyi kimi sizin üçün öz soydaşlarınız içərisindən bir peyğəmbər 

yetirəcək”

n

 deyən bu Musadır. 



38 *

Bu, həmin adamdır ki, Sina dağında 

onunla danışan mələklə və ata-babalarımızla birgə səhradakı cəmiyyətdə 

olmuşdu. O, canlı sözlər almışdı ki, bizə versin. 

39 

Ata-babalarımızsa 



Musanın sözünə baxmaq istəmədi, onu rədd etdi və Misirə qayıtmağı 

arzuladılar. 

40 *

Haruna dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızca 



getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına 

nə iş gəldiyini bilmirik!” 

41 

O günlərdə dana şəklində bir büt düzəldib ona 



qurban gətirdilər və öz əlləri ilə düzəltdikləri bu büt üçün şənlik qurdular. 

42 *


Buna görə Allah ata-babalarımızdan üz döndərib onları tərk etdi ki, səma 

cisimlərinə ibadət etsinlər. Peyğəmbərlərin kitabında da belə yazılıb:  

“Ey  srail nəsli,  

Qırx il çöldə olanda Mənə qurban və təqdimlər gətirmişdinizmi?  

43 

Səcdə edəsiniz deyə düzəltdiyiniz Molekin çadırını,  



Tanrınız Refanın ulduz bütünü gəzdirdiniz.  

Elə buna görə də sizi  

Babilin o tayına sürgünə aparacağam”.  

44 *


Səhrada ata-babalarınızın Şəhadət çadırı var idi. Musa bunu onunla 

danışan Allahın əmr etdiyi kimi, gördüyü nümunəyə əsasən düzəltmişdi. 

45 *

Şə

hadət çadırını əvvəlki nəsildən təhvil alan ata-babalarımız Yeşuanın 



başçılığı ilə başqa millətlərin mülkünü ələ keçirəndə çadırı da özləri ilə 

gətirmişdilər. Allah Özü millətləri ata-babalarımızın qarşısından qovdu. 

Şə

hadət çadırı Davudun dövrünə qədər qaldı. 



46 *

Allahın lütfünü qazanan 

Davud yalvardı ki, Yaqubun nəsli

o

 üçün bir məskən qura bilsin. 



47 *

Lakin 


Allaha ev tikən Süleyman oldu. 

48 *


Amma Haqq-Taala əllə tikilən evlərdə 

yaşamaz. Peyğəmbərin dediyi kimi  

49 

Rəbb belə deyir:  



                                                 

 

*



7:37 Qanun. 18:15,18 

 

n



7:37 Yetirəcə– bəzi əlyazmalarda yetirəcək. Ona qulaq asın. 

 

*



7:38 Çıx. 19:1-20:17; Qanun. 5:1-33 

 

*



7:40-41 Çıx. 32:1-6 

 

*



7:42-43 Amos 5:25-27 

 

*



7:44 Çıx. 25:9,40;  br. 8:5 

 

*



7:45 Yeşua 3:14-17; 18:1 

 

*



7:46 2Şam. 7:1-16; 1Saln. 17:1-14 

 

o



7:46 Yaqubun nəsli – bəzi əlyazmalarda Yaqubun Allahı. 

 

*



7:47 1Pad. 6:1-38; 2Saln. 3:1-17 

 

*



7:48-50 Yeş. 66:1-2 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə