Həvar lər n şLƏR



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8000
1   2   3   4   5   6   7   8   9   ...   26

Yeddi köməkçi  

O günlərdə – şagirdlərin çoxaldığı vaxtda yunanca danışan Yəhudilər 



ibranicə danışan Yəhudilərdən şikayət etməyə başladılar. Çünki gündəlik 

yardım paylananda onların dul qadınlarını nəzərə almamışdılar. 

Ona görə 



On  ki həvari bütün şagirdləri bir yerə yığıb belə dedi: «Allahın kəlamını vəz 

etmək işini atıb maddi işlərlə məşğul olmağımız düzgün deyil. 

Ey 


qardaşlar, aranızda etibar qazanmış, Ruh və hikmətlə dolu olan yeddi kişi 

seçin ki, onları bu işə təyin edək. 

Biz isə özümüzü duaya və Allahın 



kəlamını yaymağa həsr edək». 

Bu sözlər bütün toplantının xoşuna gəldi. 



Stefanı, Filipi, Proxoru, Nikanoru, Timonu, Parmenanı və Yəhudi dinini 

qəbul edən Antakyalı Nikolanı seçdilər. Stefan iman və Müqəddəs Ruhla 

dolu bir kişi idi. 

Bunları həvarilərin qarşısına çıxardılar. Həvarilər də dua 



edib onların üzərinə əl qoydular.  

Allahın kəlamı yayılır, Yerusəlimdə şagirdlərin sayı xeyli artır və bir çox 



kahinlər də bu imana tabe olurdu.  

Stefanın tutulması  

Lütf və qüvvə ilə dolu olan Stefan xalq arasında böyük xariqə və 



ə

lamətlər göstərirdi. 

Belə olanda Azadlar Sinaqoqu adlanan sinaqoqun bəzi 



üzvləri, Kirenalılardan,  sgəndəriyyəlilərdən, Kilikiyadan və Asiya 

vilayətindən bəzi insanlar Stefana qarşı çıxıb onunla mübahisəyə başladı. 

10 

Amma Stefanın sözündəki hikmətin və Ruhun qarşısında dayana 



bilmədilər. 

11 


Onda bir neçə nəfəri şirnikləndirdilər ki, belə desinlər: «Bu 

adamın həm Musaya, həm də Allaha qarşı küfr dolu sözlər dediyini 

eşitmişik». 

12 


Beləliklə, xalqı, ağsaqqalları və ilahiyyatçıları da təşvişə 

saldılar. Stefanın üstünə gəlib onu tutdular və Ali Şuranın qarşısına 

gətirdilər. 

13 


Gətirdikləri yalançı şahidlər onun üzünə durub dedilər: «Bu 

adam dayanmadan bu Müqəddəs məkana və Qanuna qarşı danışır. 

14 

“Nazaretli  sa bu məkanı darmadağın edəcək və Musadan bizə əmanət 



qalan adətləri dəyişəcək” dediyini özümüz eşitmişik». 

15 


Ali Şurada 

oturanların hamısı Stefana diqqətlə baxanda gördü ki, onun üzü bir mələyin 

üzünə bənzəyir.  



Stefanın nitqi  

Baş kahin Stefandan soruşdu: «Bunlar doğrudurmu?» 



2 *

Stefan belə cavab 

verdi: «Qardaşlar və atalar, məni dinləyin! Atamız  brahim hələ 

                                                 

 

*

7:2-3 Yar. 12:1 




Mesopotamiyada ikən Xaranda məskunlaşmazdan əvvəl izzətli Allah ona 

göründü. 

Ona belə dedi: “Öz torpağından, qohumlarının arasından çıx, sənə 



göstərəcəyim torpağa get”. 

4 *


Buna görə  brahim Xaldeylilərin ölkəsini tərk 

edib Xarana köçdü. Atasının ölümündən sonra Allah onu oradan da götürüb 

sizin indi yaşadığınız bu ölkəyə gətirdi. 

5 *


Burada ona irs olaraq bir qarış 

belə, torpaq vermədi. Amma  brahimin o zaman hələ övladı olmasa da, 

Allah bu torpağı mülk olaraq ona və onun gələcək nəslinə verəcəyini vəd 

etmişdi. 

6 *

Allah ona belə dedi: “Nəslin yad ölkədə qərib olacaq, orada olan 



millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək”. 

“Ancaq onların 



köləlik edəcəkləri milləti Özüm cəzalandıracağam” dedi Allah, “bundan 

sonra oradan çıxacaqlar” və “bu yerdə Mənə ibadət edəcəklər”. 

8 *

Sonra 


Allah onunla sünnətlə bağlı Əhd kəsdi. Beləliklə də,  brahim  shaqın atası 

olarkən onu səkkiz günlük olanda sünnət etdi. Bundan sonra  shaqdan 

Yaqub, Yaqubdan da on iki ulu babamız törədi.  

9 *


Bu ulu babalarımız paxıllıqdan Yusifi qul kimi Misirə satdı. Lakin Allah 

Yusifə yar idi. 

10 

Onu bütün əziyyətlərdən qurtardı və ona hikmət verərək 



Misir hökmdarı fironun gözündə lütf qazandırdı. Firon onu Misirin və öz 

sarayında olan bütün xalqın rəhbəri təyin etdi. 

11 *

Sonra bütün Misir və 



Kənan torpağı aclıq və böyük əziyyətlərlə üzləşdi. Bu ata-babalarımız 

yemək tapa bilmədi. 

12 

Yaqub eşidəndə ki, Misirdə taxıl var, bu ata-



babalarımızı birinci dəfə oraya göndərdi. 

13 *


Onlar ikinci dəfə Misirə gələndə 

Yusif qardaşlarına özünü tanıtdı. Bununla da firon Yusifin ailəsi ilə tanış 

oldu. 

14 *


Yusif atası Yaquba xəbər göndərib onunla birgə bütün qohumlarını 

– yetmiş beş nəfəri çağırtdırdı. 

15 *

Beləliklə, Yaqub Misirə getdi. Özü ilə bu 



ata-babalarımız da orada öldü. 

16 *


Onların cəsədləri sonradan Şekemə 

gətirildi və Şekemdə  brahimin Xamor övladlarından bir neçə gümüşə satın 

aldığı qəbirdə dəfn olundu.  

17 *


Allahın  brahimə bəyan etdiyi vədin həyata keçdiyi vaxt yaxınlaşanda 

                                                 

 

*

7:4 Yar. 11:31; 12:4 



 

*

7:5 Yar. 12:7; 13:15; 15:18-21; 17:8 

 

*

7:6-7 Yar. 15:13-14; Çıx. 3:12 



 

*

7:8 Yar. 17:10-14; 21:2-4; 25:26; 29:31-35:18 

 

*

7:9-10 Yar. 37:11,28; 39:2,21; 41:39-41 



 

*

7:11 Yar. 42:1-2 

 

*

7:13 Yar. 45:1-3; 47:2-10 



 

*

7:14 Yar. 45:9-11,17-18; 46:27 

 

*

7:15 Yar. 46:1-7; 49:33 



 

*

7:16 Yar. 23:3-16; 33:19; 50:7-13; Yeşua 24:32 

 

*

7:17-18 Çıx. 1:7-8 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə