Həvar lər n şLƏR



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8000
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

libasını geyən Hirod hökm kürsüsünə oturaraq Sur və Sidonlulara müraciət 

etdi. 


22 

Camaat qışqırmağa başladı: «Bu bir insanın səsi deyil, bir allahın 

səsidir!» 

23 


O anda Rəbbin bir mələyi Hirodu vurdu. Çünki izzəti Allaha 

vermədi. Onu daxildən qurdlar yedi və canı çıxdı.  



Barnaba ilə Şaula vəzifə tapşırılır  

24 


Allahın kəlamı isə yayılırdı və təsiri artırdı. 

25 


Barnaba və Şaul 

Yerusəlimdəki xidmətlərini yerinə yetirəndən sonra Mark adlanan Yəhyanı 

özləri ilə götürüb geri qayıtdılar.

a

  



13 

Antakyadakı cəmiyyətdə peyğəmbərlər və müəllimlər var idi: Barnaba, 



Niger adlanan Şimeon, Kirenalı Luki, hökmdar Hirodun süd qardaşı 

Menaxem və Şaul. 

Bu adamlar Rəbbə xidmət edib oruc tutarkən Müqəddəs 



Ruh onlara dedi: «Barnaba ilə Şaulu Mənim tapşırdığım iş üçün ayırın». 

Beləliklə, oruc tutub dua etdikdən sonra Barnaba ilə Şaulun üzərinə əllərini 



qoydular və onları yola saldılar.  

Kiprdə  

Müqəddəs Ruhun əmri ilə yola çıxan Barnaba və Şaul Selevkiyaya 



getdilər və oradan da gəmi ilə Kiprə getdilər. 

Salamisə çatanda Yəhudilərin 



sinaqoqlarında Allahın kəlamını bəyan etməyə başladılar. Yəhya isə onların 

köməkçisi idi. 

Adanı başdan-başa gəzərək Pafosa çatdılar. Orada Baryeşu 



adlı bir Yəhudi cadugər və yalançı peyğəmbərə rast gəldilər. 

Baryeşu vali 



Sergi Paula yaxın adam idi. Ağıllı kişi olan vali Barnaba ilə Şaulu çağırtdırıb 

Allahın kəlamına qulaq asmaq istədi. 

Lakin adı cadugər mənasını verən 



Elima, yəni Baryeşu buna qarşı çıxaraq valini imandan azdırmağa çalışırdı. 

Amma Müqəddəs Ruhla dolan Şaul, yəni Paul gözlərini Elimaya dikib 



10 

dedi: «Ey iblis oğlu, ürəyin hər cür hiylə və fırıldaqla doludur. Ey 

salehliyə tamamilə düşmən kəsilən, Rəbbin haqq yolunu əyri qələmə 

verməkdən əl çəkməyəcəksənmi? 

11 

ndi isə bax, sənin üstünə Rəbbin əli 



gəlir. Kor olacaqsan, bir müddət gün işığı görməyəcəksən». O anda həmin 

adamın üzərinə bir duman, bir qaranlıq çökdü. Ora-bura gəzərək kimisə 

axtarırdı ki, onun əlindən tutub yol göstərsin. 

12 


Olanları görən vali Rəbbin 

təliminə təəccübləndi və iman etdi.  



Pisidiyada olan Antakya  

                                                 

 

a

12:25 Yerusəlimdəki öz xidmətlərini … geri qayıtdı – bəzi əlyazmalarda öz 



xidmətlərini … Yerusəlimdən qayıtdı.

 



13 

Paulla yanındakılar Pafosdan yelkən açıb Pamfiliya bölgəsindəki Perge 

şə

hərinə çatdı. Yəhya isə onlardan ayrılıb Yerusəlimə qayıtdı. 



14 

Onlar 


yollarına davam edib Pergedən Pisidiyada olan Antakyaya çatdı. Şənbə günü 

sinaqoqa girib oturdular. 

15 

Qanunun və Peyğəmbərlərin yazılarının 



oxunmasından sonra sinaqoq rəisləri onları çağırtdırıb dedilər: «Qardaşlar, 

xalqa ürəkləndirici müraciətiniz varsa, buyurub deyin».  

16 

Paul ayağa qalxıb diqqəti cəlb etmək üçün əlini qaldıraraq dedi: «Ey 



sraillilər və Allahdan qorxanlar, qulaq asın. 

17 *


Bu xalqın, yəni  sraillilərin 

səcdə etdiyi Allah bizim ata-babalarımızı seçdi və Misirdə – qürbət eldə 

yaşadıqları müddət ərzində onları böyük bir millət etdi. Sonra əlini uzadıb 

onları Misirdən çıxartdı. 

18 

Qırx ilə yaxın səhrada qaldıqları müddət ərzində 



onlara dözdü.

b

 



19 *

Kənan torpağında yaşayan yeddi milləti qırandan sonra bu 

millətlərin torpaqlarını irs olaraq  srail xalqına verdi. 

20 


Bütün bunlar 

təqribən dörd yüz əlli ili əhatə etdi. Sonra Allah onlar üçün hakimlər yetirdi. 

Bu, peyğəmbər Şamuelin dövrünə qədər davam etdi. 

21 *


Xalq padşah 

istəyəndə isə Allah Binyamin qəbiləsindən olan Qiş oğlu Şaulu onlar üçün 

padşah təyin etdi. O, qırx il padşahlıq etdi. 

22 *


Onu aradan götürəndən sonra 

Allah Davudu ucaldıb onların üzərində padşah etdi və onun barəsində 

şə

hadət etdi: “Öz ürəyimə yatan adam olaraq Yessey oğlu Davudu tapdım və 



o Mənim bütün istədiklərimi yerinə yetirəcək”. 

23 


Allah Öz vədinə sadiq 

qalıb bu adamın soyundan olan Xilaskar  sanı  srailə göndərdi. 

24 *

sanın 


gəlişindən əvvəl Yəhya bütün  srail xalqına vəz etmişdi ki, tövbə edib vəftiz 

olunsunlar. 

25 *

Yəhya işini qurtararkən dedi: “Məni kim sayırsınız? O Şəxs 



mən deyiləm. Məndən sonra O gəlir. Mən Onun ayağındakı çarığını açmağa 

belə, layiq deyiləm”.  

26 

Qardaşlar, ey  brahimin nəslinin övladları və aranızda olan Allahdan 



qorxanlar, bu xilas sözü bizə

c

 göndərilib. 



27 

Çünki Yerusəlim əhalisi və 

onların rəhbərləri  sanı tanımadı. Beləliklə, Onu mühakimə etməklə hər 

Şə

nbə günü oxunan peyğəmbərlərin sözünü yerinə yetirdilər. 



28 *

Onda ölümə 

layiq heç bir təqsir tapmasalar da, Pilatdan Onun edam olunmasını tələb 

                                                 

 

*

13:17-18 Çıx. 1:7; 12:51; Say. 14:34; Qanun. 1:30-31 



 

b

13:18 Onlara dözdü – bəzi əlyazmalarda onların qayğısına qaldı. 

 

*

13:19-20 Qanun. 7:1; Yeşua. 14:1-19:51; Hak. 2:16; 1Şam. 3:20 



 

*

13:21 1Şam. 8:5; 10:21 

 

*

13:22 1Şam. 13:14; 16:12; Zəb. 89:20 



 

*

13:24 Mark 1:4; Luka 3:3 

 

*

13:25 Mat. 3:11; Mark 1:7; Luka 3:16; Yəh. 1:19-20,27 



 

c

13:26 Bizə – bəzi əlyazmalarda sizə. 

 

*

13:28 Mat. 27:22-23; Mark 15:13-14; Luka 23:21-24; Yəh. 19:15 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə