Həvar lər n şLƏR



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8000
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

Rəbbin dediyi bu sözlər yadıma düşdü: “Yəhya su ilə vəftiz etdi, amma siz 

Müqəddəs Ruhla vəftiz olacaqsınız”. 

17 

Beləliklə, Rəbb  sa Məsihə iman 



edən bizlərə verdiyi eyni bəxşişi Allah onlara da veribsə, mən kiməm ki, 

Allaha qarşı çıxam?» 

18 

Bu sözləri eşidib hamı sakitləşdi və Allahı 



izzətləndirib dedi: «Deməli, Allah başqa millətlərə də imkan yaratdı ki, 

tövbə edib həyat tapsın».  



Antakya cəmiyyətindəkilər  

19 *


Stefanın öldürülməsi ilə başlanan təqib nəticəsində pərən-pərən düşən 

imanlılar Finikiya, Kipr və Antakyaya qədər getdilər. Allahın kəlamını 

yalnız Yəhudilərə dedilər. 

20 


Amma onların arasından bəzi Kiprli və 

Kirenalılar Antakyaya gedib yunanca danışanlarla da söhbətə başladılar. 

Onlara Rəbb  sa ilə bağlı Müjdəni yayırdılar. 

21 


Rəbbin əli onların üzərində 

idi və bunun nəticəsində xeyli insan iman gətirib Rəbbə tərəf döndü. 

22 

Bunların xəbəri Yerusəlimdəki cəmiyyətə çatdı və Barnabanı Antakyaya 



göndərdilər. 

23 


O oraya çatanda Allahın lütfünün bəhrəsini görüb sevindi. O 

hamını həvəsləndirirdi ki, can-dildən Rəbbə bağlı qalsınlar. 

24 

Çünki özü 



Müqəddəs Ruhla və imanla dolu, xeyirxah bir kişi idi. Bunun nəticəsində də 

böyük bir kütlə Rəbbə iman gətirdi. 

25 

Sonra Barnaba Tarsusa gedib Şaulu 



axtardı. 

26 


Onu tapan kimi Antakyaya gətirdi. Bir il ərzində oradakı imanlılar 

cəmiyyətinə qoşulub bir yerdə yığılaraq böyük bir kütləyə təlim öyrədirdi. 

Ş

agirdlər ilk dəfə olaraq Antakyada məsihçi adlandırıldı.  



27 

Elə həmin günlərdə Yerusəlimdən Antakyaya bəzi peyğəmbərlər gəldi. 

28 *

Bunlardan Aqab adlı biri qalxıb Ruhun təsiri ilə bütün dünyada böyük bir 



aclıq olacağını bildirdi. Bu aclıq Klavdinin hakimiyyəti dövrünə təsadüf 

olundu. 


29 

Ş

agirdlər qərara aldılar ki, hər biri gücü çatan qədər Yəhudeyada 



yaşayan imanlı bacı-qardaşlarına yardım göndərsin. 

30 


Bu qərara əməl edərək 

yardımları Barnaba və Şaulun əli ilə cəmiyyət ağsaqqallarına göndərdilər.  



12 

Peterin zindandan qaçması  

O vaxtlar padşah Hirod cəmiyyətin bəzi üzvlərinə zülm etməyə əl atdı. 



Yəhyanın qardaşı Yaqubu qılıncdan keçirib edam etdirdi. 

Bundan 


Yəhudilərin razı qaldığını görüb üstəlik Peteri də tutdurdu. Bunu Mayasız 

Çörək bayramı vaxtında etdi. 

4 *

O, Peteri yaxalatdırıb zindana saldırdı; onu 



                                                 

 

*



11:19 Həv. 8:1-4 

 

*



11:28 Həv. 21:10 

 

*



12:4 Çıx. 12:1-27 


hər birində dörd nəfər olmaqla dörd əsgəri dəstəyə nəzarət altında saxlanmaq 

üçün təslim etdi. Niyyətində tutmuşdu ki, Pasxa bayramından sonra xalq 

qarşısında onun məhkəməsini keçirsin. 

Peter buna görə zindanda 



saxlanılırdı. Lakin imanlılar cəmiyyəti ciddi-cəhdlə onun üçün Allaha dua 

edirdi.  

Peter Hirodun ona məhkəmə quracağı günün əvvəlki gecəsi iki əsgər 



arasında bir cüt zəncirə bağlanmış halda yatırdı. Qarovulçular da qapıda 

dayanıb zindanın təhlükəsizliyini qoruyurdu. 

Qəflətən Rəbbin bir mələyi 



göründü. Zindanın otağı işıqlandı. Mələk Peterin böyrünə vurub onu oyatdı 

və dedi: «Tez ol, qalx». O andaca Peterin biləklərindəki zəncirlər düşdü. 

Mələk ona dedi: «Qurşağını bağla, çarığını geyin». Peter belə də etdi. 



Mələk yenə dedi: «Üst paltarını geyin, ardımca gəl». 

Peter onun ardınca 



düşərək bayıra çıxdı. Amma mələyin etdiyinin həqiqi olduğunu başa 

düşmürdü, elə bilirdi ki, bir görüntü görür. 

10 

Birinci, ikinci qarovulçunun 



yanından keçərək şəhərə açılan dəmir darvazaya çatdılar. Onların qarşısında 

darvaza öz-özünə açıldı. Onlar çıxıb küçə uzunu getdi. Birdən mələk 

Peterdən ayrıldı. 

11 


O andaca özünə gələn Peter dedi: « ndi əminliklə başa 

düşdüm ki, Rəbb Öz mələyini göndərib məni Hirodun əlindən və Yəhudi 

xalqının gözlədiyi bütün bəlalardan qurtardı».  

12 


Peter bunları dərk edəndə Mark adlanan Yəhyanın anası Məryəmin evinə 

getdi. Orada xeyli adam yığılıb dua edirdi. 

13 

Peter həyət qapısını döyməyə 



başladı və Roda adlı bir qarabaş eşidib qapıya getdi. 

14 


Qız Peteri səsindən 

tanıdı və sevincindən qapını belə, açmadan yenə evə qaçdı. Oradakılara 

xəbər verdi ki, Peter qapıda dayanıb. 

15 


Onlar isə belə dedilər: «Dəli 

olmusan?» Amma qız dediyinin üstündə durdu. Belə olanda dedilər: «Yəqin 

onu qoruyan mələkdir». 

16 


Peter isə dayanmadan qapını döyürdü. Qapını açıb 

onu görəndə mat qaldılar. 

17 

Peter əli ilə susmaq işarəsi verərək Rəbbin onu 



necə zindandan çıxardığını nəql etdi. Sonra «bu xəbəri Yaquba və o biri 

qardaşlara da çatdırın» deyərək onlardan ayrılıb başqa yerə getdi.  

18 

Səhər açılanda əsgərləri böyük bir vahimə bürüdü. Bir-birlərindən 



soruşdular: «Bəs Peter necə oldu?» 

19 


Hirod onu axtartdı. Tapa bilməyəndə 

isə qarovulçuları sorğu-suala çəkdirəndən sonra edam edilmələrinə əmr 

verdi.  

Padşah Hirodun ölümü  

Bundan sonra Hirod Yəhudeyadan Qeysəriyyəyə yollandı və orada qaldı. 

20 

Hirod Sur və Sidon əhalisinə qarşı hiddətindən alışıb-yanırdı. Onlar 



birlikdə onun yanına gəlib sarayın məişət işləri üzrə müdiri Blastı öz 

tərəflərinə çəkərək sülh istədiklərini bildirdilər. Çünki onların ölkəsi 

padşahın ölkəsindən gələn ərzaqdan asılı idi. 

21 


Təyin olunan gündə şahlıq 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə