Həvar lər n şLƏR



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8000
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

“Göylər Mənim taxtımdır,  

Yer ayaqlarımın altındakı kətildir.  

Mənim üçün nə cür ev tikəcəksiniz,  

Dincələcəyim yer harada olacaq?  

50 

Bütün bunları Mənim əlim yaratmadımı?”  



51 *

 Ey dikbaş, həm ürəkləri, həm də qulaqları “sünnət” edilməmiş insanlar, 

ata-babanız kimi siz də həmişə Müqəddəs Ruhun əleyhinə çıxırsınız. 

52 


Ata-

babalarınızın təqib etmədiyi peyğəmbər varmı? Onlar Saleh Olanın zühuru 

barədə əvvəlcədən xəbər verənləri belə, öldürdülər. Sizsə bu Saleh Olana 

xəyanət edərək Onu qətlə yetirdiniz. 

53 

Mələklər vasitəsilə verilən Qanunu 



aldınız, lakin ona riayət etmədiniz».  

Stefanın öldürülməsi  

54 


Ali Şuranın üzvləri bu sözləri eşidəndə çox qəzəbləndilər və Stefana 

dişlərini qıcırtdılar. 

55 

Müqəddəs Ruhla dolan Stefan isə gözlərini göyə dikib 



Allahın ehtişamını və Allahın sağında dayanan  sanı gördü. 

56 


O dedi: 

«Baxın, mən göylərin yarıldığını və Bəşər Oğlunun Allahın sağında 

dayandığını görürəm». 

57 


Onlar qulaqlarını tutub haray qopardılar və hamısı 

birlikdə Stefanın üstünə hücum çəkdilər. 

58 

Onu şəhərdən kənara çıxarıb 



daşqalaq etdilər. Stefanın əleyhinə şahidlik edənlər öz üst geyimlərini Şaul 

adlı bir gəncin ayaqları altına qoydular. 

59 

Stefan üstünə yağan daşlar altında 



belə yalvarırdı: «Ya Rəbb  sa, ruhumu qəbul et». 

60 


Sonra diz çöküb ucadan 

nida etdi: «Ya Rəbb, bunu onlara günah sayma». Bunu deyəndən sonra 

gözlərini bu həyata yumdu.  

Ş

aul imanlıları təqib edir  

Stefanın qətlindən Şaul da razı qalmışdı.  



O gün Yerusəlimdə olan imanlılar cəmiyyətinə qarşı güclü təqib başladı. 

Həvarilərdən başqa bütün imanlılar pərən-pərən düşüb Yəhudeya və 

Samariyanın hər tərəfinə yayıldı. 

Bəzi mömin kişilər isə Stefanı dəfn etdi 



və onun üçün dərin hüznlə yas saxladılar. 

3 *


Amma Şaul imanlılar 

cəmiyyətini dağıtmağa başladı. Belə ki o, evdən-evə gedərək qadın-kişi 

bilmədən imanlıları sürüyüb zindana salırdı.  

Filip Samariyada  

                                                 

 

*

7:51 Yeş. 63:10 



 

*

8:3 Həv. 22:4-5; 26:9-11 




Pərən-pərən düşən imanlılar hər yerdə Allahın kəlamını – Müjdəni 

yayırdı. 

Filip də Samariya şəhərinə gəlib Məsihi vəz edirdi. 



Filipi eşidib, 

göstərdiyi əlamətləri görən izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi. 

Natəmiz ruha tutulan çox adamdan bu ruhlar bərkdən çığıraraq çıxır, çox 



iflic və ayaqları şikəst olanlar şəfa tapırdı. 

Ona görə bu şəhərdə bol sevinc 



var idi.  

CadugəŞimon  

Amma bu şəhərdə bundan əvvəl cadugərlik edən və Samariya millətini 



mat qoyan Şimon adlı bir kişi var idi. O özünü böyük bir şəxsiyyət kimi 

təqdim edirdi. 

10 

Böyüklü-kiçikli hər kəs ona diqqətlə qulaq asır və belə 



deyirdi: «Böyük adlanan Allahın qüvvəsi budur». 

11 


Onun cadugərliyi 

hamını çoxdan mat qoymuşdu. Buna görə də ona diqqətlə qulaq asırdılar. 

12 

Amma Filip Allahın Padşahlığı və  sa Məsihin adı ilə bağlı Müjdəni 



yayanda sözlərinə iman gətirdilər və kişilər də, qadınlar da vəftiz oldular. 

13 


Ş

imon özü də iman gətirdi. Vəftiz olduqdan sonra Filipin yanından 

ayrılmadı. Göstərilən əlamət və möcüzələr Şimonu mat qoydu.  

14 


Yerusəlimdə qalan həvarilər Samariyalıların Allahın kəlamını qəbul 

etdiklərini eşidəndə Peterlə Yəhyanı onların yanına göndərdi. 

15 

Peterlə 


Yəhya oraya çatanda dua etdi ki, Samariyalı imanlılar Müqəddəs Ruhu 

alsınlar. 

16 

Çünki Ruh hələ onların heç birinin üzərinə enməmişdi, sadəcə 



olaraq Rəbb  sanın adı ilə vəftiz olmuşdular. 

17 


Sonra Peterlə Yəhya əllərini 

onların üstünə qoydu və onlar Müqəddəs Ruhu aldılar. 

18 

Həvarilərin əl 



qoyması ilə Ruhun verildiyini görən Şimon onlara pul təklif edərək 

19 


dedi: 

«Mənə də belə bir səlahiyyət verin. Əlimi kimin üstünə qoysam, Müqəddəs 

Ruhu alsın». 

20 


Peter ona dedi: «Pulun da yox olsun, sən də! Ona görə ki sən 

Allahın ənamını pulla əldə edə bilmək xəyalına düşmüsən. 

21 

Bu işdə sənin 



nə haqqın var, nə payın. Çünki Allahın qarşısında ürəyin düz deyil. 

22 


Bu 

pisliyin üçün tövbə et, Rəbbə yalvar. Bəlkə ürəyinin bu niyyəti bağışlanar. 

23 

Görürəm ki, səndə acı zəhər var və haqsızlığın əsirisən». 



24 

Ş

imon ona 



cavab verdi: «Mənim üçün Rəbbə siz yalvarın ki, dediklərinizin heç biri 

mənim başıma gəlməsin».  

25 

Peterlə Yəhya şəhadət edib Rəbbin kəlamını söyləyəndən sonra 



Samariyalıların yaşadığı xeyli kəndlərdə Müjdəni yaya-yaya Yerusəlimə 

qayıdırdılar.  



Filip və Həbəşli hərəmağası  

26 


Bu zaman Rəbbin bir mələyi Filipə belə dedi: «Dur, cənuba tərəf, 

Yerusəlimdən Qəzzəyə düşən yola – səhra yoluna çıx». 

27 

Filip qalxıb getdi. 



Yolda Həbəşli bir hərəmağası ilə rastlaşdı. Bu, kandakinin, yəni Həbəşlilərin 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə