Həmidli Aqşin Ceyhun oğlu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

22 

 

başlamaq lazımdır, hansı ki, sadəcə bu və ya digər funksiyanın göstərilməsilə yox, 



bir neçə funksiyanın effektiv qarşılıqlı əlaqələrinin qaydaya salınması ilə müəyyən 

edilir. K.Qilbert qeyd edir ki, məhz bu qarşılıqlı əlaqələr müvəffəqiyyətin həlledici 

faktorlarını əmələ gətirir (20, s.128). 

İnformasiya-telekommunikasiya  texnologiyalarından  istifadənin  əsas 

məqsədlərindən  biri  müəssisənin  mürəkkəb  təşkilati-idarəetmə  strukturunun 

sadələşdirilməsidir.  Onun  köməyilə  firmanın  ayrıca  sahələrinin,  şöbələrinin,  işçi 

qruplarının arasıkəsilməz mürəkkəb və dəyişkən üfüqi və şaquli qarşılıqlı əlaqələri 

təkmilləşdirilir. 

Müasir dövrdə idarəetməni informasiyadan istifadə etmədən təsəvvür etmək 

qeyri-mümkündür. Hər  xırda  bir  proses, yaxud  amil  informasiyada  öz  əksini  tapa 

bilmir.  Bundan  əlavə,  informasiyada  kənarlaşmanın  səbəbi  barədə  məlumat 

verilmir. Bunun üçün təhlil üsulundan, onun verdiyi nəticələrdən informasiya kimi 

istifadə etmək lazım gəlir.  

Strateji  idarəetmə  sistemi  ayrı-ayrı  sahələrdə  yaranan  informasiyanın  yeni 

texnika və texnologiyaların tətbiqi ilə emal edilərək optimal idarəetmə qərarlarının 

qəbul edilməsi əsasında qurulmuşdur. Bu bazis hələ idarəetmə anlayışının elmə ilk 

dəfə məlum olduğu gündən formalaşmışdır. Vaxt keçdikcə qərar qəbulu üçün emal 

ediləcək  informasiyanın  həcminin  və  xarakterinin  dəyişməsi,  idarəetmə 

informasiyasının  emal  texnologiyasının  dəyişməsinə,  daim  olaraq  yeniləşməsinə  

və  nəticədə  müasir  informasiya  texnologiyasının  yaranmasına  səbəb  olmuşdur. 

İnformasiya sistemi idarəetməni ierarxik prinsiplə qurulmasına zərurət yaradır. Bu 

sistemlər  öz  imkanları  daxilində  aşağı  səviyyəli  fəaliyyətinin  idarə  edilməsi  və 

koordinasiyasını həyata keçirir. 

İdarəetmənin  yuxarı səviyyələri  (sahə,  xalq  təsərrüfatı)  birbaşa  məhsulların 

istehsalı ilə məşğul olmurlar, lakin bu mübadiləni informasiya sisteminin köməyi 

ilə  tənzimləyirlər.  Mübadiləni  isə  birbaşa  istehsalla  məşğul  olan  bölmələr  həyata 

keçirir. Bütün bu proseslər informasiya mübadiləsi əsasında həyata keçirilir. 

Müasir informasiya texnologiyalarının əsaslarından biri verilənlər bazası və 

onların  idarə  edilməsi  metodlarıdır.  Aparat-proqram  vasitələrinin  inkişafı 



23 

 

nəticəsində verilənlər bazasının idarəetmə metodları yeni tələblər meydana gətirir. 



Bu  sistemin  tətbiqi  nəticəsində  işçi  qüvvəsinin  azaldılması,  axtarışın 

sürətləndirilməsi,  kağız  kataloqlarının  ləğvi  və  onun  yerini  müasir  kompüter 

axtarış  sisteminin  tutuması  dövlət  büdcəsinə  böyük  məbləğdə  gəlirin  daxil 

olmasına  gətirib  çıxarır.  İndiki  dövrdə  bu  məsələnin  ölkə  səviyyəsində  tətbiqi 

dinamik inkişaf edən cəmiyyətin tələblərinin bir hissəsini ödəmiş olar. 

Firmalarda  yeni  informasiya  texnologiyasının  tətbiqi  üçün  iki  əsas 

konsepsiya  mövcuddur.  Birinci  konsepsiya  firmanın  mövcud  quruluşuna 

istiqamətləndirilir.  İnformasiya  texnologiyası  mövcud  təşkilat  quruluşuna 

əsaslanaraq iş metodlarının modernləşdirilməsinə istiqamətləndirilir. Bu zaman iş 

yerlərindən  başqa  kommunikasiya  vasitələri  zəif  inkişaf  edir,  yalnız  texniki 

işçilərlə  ixtisasçılar  arasında  funksiya  bölüşdürülür.  İkinci  konsepsiya  firmanın 

gələcək 


quruluşuna 

istiqamətləndirilərək, 

mövcud 

quruluşu 



təzədən 

modernləşdirir.  Bu  strategiya  kommunikasiya  vasitələrini  maksimum  inkişaf 

etdirməyi və qarşılıqlı əlaqələr yaratmağı tələb edir. 

İdarəetmə fəaliyyətinin ən mühüm mərhələlərində “strateji qərar” adı verilən 

və ya “strateji proqram”,”strateji planlaşdırma” kimi tətqiqatlar aparılması nəzərdə 

tutulan  fəalyyət  növləri  sırf  iqtisadi  məna  daşımaqla,  müəssisənin  potensialınım 

təkmilləşdirilməsinə  və  səfərbərliyinə  xidmət  edir.  Cari  (taktiki)    və  çevik 

(operativ)  qərar  qəbul  etmədən  fərqli  olaraq  strateji  qərarın  hazırlanması  ətraflı 

tətqiqat, təhlil, informasiya araşdırmaları tələb edir. Təşkilatın iqtisadi siyasəti tam 

informasiya  əsasında  qurulur.  Bu  informasiya  təşkilatın  cari  və  perspektiv 

dövrlərdə  təsərrüfat  fəaliyyətinin  təhlilini  əhatə  edən  tətqiqatların nəticələrini  əks 

etdirməlidir.  

Beləliklə,  səmərəli  strategiyanın  səmərəli  də  tətbiqi  təkcə  biznesdə 

müvəffəqiyyət  qazanmağı  göstərmir,o  həm  də  idarəetmənin  keyfiyyətliliyni 

göstərir. Lakin hər zaman yüksək səviyyəli strategiya, onun yüksək səviyyəli tətbiq 

olunması  hələ  mütləq  uğura  gətirəcəyinə  zəmanət  vermir.  Belə  ki,  təşkilatın 

fəaliyyəti  ərzində  gözlənilməz  hadisələr  səmərəli  ttbiq  olunan  startegiyadan 

gözlənilən  nəticələr  əldə  etməyə  imkan  vermir.Belə  halda  rəhbərin  vəzifəsi 




24 

 

strategiyada gərəkli olan düzəlişlər aparmaqdan və fəaliyyəti uğura yönəltməkdən 



ibarət olmalıdır.  

Təşkilatın  strateji  mövqeləri  müəyyən  edilərkən  kəmiyyət  keyfiyyət 

göstəricilərindən istifadə olunur. Keyfiyyət göstəriciləri təcrübədə səmt (orientir), 

kəmiyyət  göstəriciləri  isə  tapşırıqlar  adlanır.  Səmt  strategiyanı  haırlamaq  yolu  ilə 

təşkilatın  əldə  etməyə  çalışdığı  daha  uzaq  məqsəddən  ibarətdir.  Səmt,  məqsəd  və 

strategiya arasında sıx qarşılıqı əlaqə mövcuddur. Onlar eyni bir təşkilatın daxilin 

də  hazırlandığından  yuxarı  idarəetmə  səviyyəsində  hazırlanan  strategiya 

idarəetmənin  aşağı  pillələri  üçün  səmt  hesab  olunur.  Ona  görə  də  bütünlükdə 

təşkilat  üçün  hazırlanan  ümumi  və  ya  qlobal  məqsədləri,  eləcə  də  ümumi 

məqsədlər  və  səmtlər  əsasında  istehsal-təsərrüfat  fəaliyyətinin  əsas  növləri  və 

istiqamətləri üzrə hazırlanan xüsusi məqəsədləri fərqləndirmək lazımdır. 

Müvafiq  olaraq  “strateji  qərarlar”  terminini  biznesin  fəaliyyəti  üçün  köklü 

əhəmiyyət kəsb edir və uzunmüddətli, qaçılmaz nəticələrə gətirib çıxarır. Beləliklə, 

fərqli  əlaməti  kimi  qərarın  stratejiliyi  iki  xarakteristikadan-  hadisənin  dönməzliyi 

və  uzunmüddətliliyindən  istifadə  olunur.  Bu  onu  göstərir  ki,  strateji  qərarların 

reallaşdırılması  müəssisənin  potensialını  dəyişdirir  və  əgər  idarəetmə  obyektinin 

əvvəlki  vəziyyətinə qayıdış  mümkündürsə,  onda  daha  çox vaxt,  resurs və  ya  güc 

məsrəfi  tələb  olunur.  Aydındır  ki,  bu  cür  qərarlar  gec  və  ya  tez  hətta  strategiya 

anlayışının özünün istifadə olunmadığı istənilən müəssisədə qəbul edilir. 

Strateji qərarlar üçün səciyyəvi olan odur ki, onların qəbulu əvvəllər məlum 

olan odur ki, onların qəbulu əvvəllər məlum olan variantların diskret çoxluğundan 

seçim  yolu  ilə  həyata  keçirilir.  Müəssisənin  işi  təcrübəsində  bu  cür  qərarlara 

ənənəvi olaraq istehsalın  ciddi olaraq  yenidən qurulması,  genişləndirilməsi  və  ya 

ləğvi,  müəssisənin  profilinin  köklü  dəyişdirilməsi  və  ya  ixtisaslaşdırılması  aid 

edilirdi.  Son  illər  özəlləşdirmə  prosesləri  ilə  əlaqədar  olaraq  strateji  qərarlar 

sırasına  müəssisənin  özünün  əmlakına  və  məhsuluna  mülkiyyət  hüququnun 

görünüş  və  aidiyyəti  üzrə  qərarlar  əlavə  olundu.  Beləliklə,  strateji  qərarlar  hətta 

mərkəzləşdirilmiş idarəetmə şəraitində müəssisə səviyyəsində onların hazırlanması 

və qəbulu zərurəti məhdudlaşdıqda belə,  həmişə mövcud olmuşdur. 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə