Həmidli Aqşin Ceyhun oğlu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
1   2   3   4   5   6   7   8   9   ...   30

10 

 

Ölkəmizdə  biznesin  qurulması  prosesini  və  onun  inkişafına  təsir  edən  əsas 



amilləri  təhlil  etmək  əsasında  tərəfimizdən  potensial  inkişafının  formalaşması  və 

reallaşdırılması  metodologiyasına  yanaşma  verilmişdir.  Həmin  yanaşmada 

aşağıdakı tələblər nəzərə alınmalıdır: 

-

 



biznesin müxtəlif nöqteyi-nəzərdən əks olunması; 

-  makro,  mezo  və  mikroiqtisadi  sistemlərin  inkişaf  məqsədlərinin 

razılaşdırılması; 

- müxtəlif idarəetmə səviyyələrində istifadə imkanı; 

 -  təkcə  konkret  layihələrin  prioritetliyi  şəklində  deyil,  həm  də  perspektiv 

fəaliyyət növləri şəklində biznesin inkişaf perspektivinin müəyyən edilməsi; 

-  həm  planlaşdırma  mərhələsində,  həm  də  faktiki  nəticələrin  təhlili 

mərhələsində inkişaf prosesinin qiymətləndirilməsi; 

- rəqabət edən sistemlərin müqayisəsi; 

- əsas amillərin uçotu; 

-  yeni  layihələrin,  strukturlaşdırılmış  sistemin  və  xarici  mühitin 

məcmusunun qarşılıqlı təsirinin uçotu; 

-  həm  iqtisadi,  həm  də  hüquqi  xarakterli  amillərlə  bağlı  xarici  mühitin 

xarakteristikasının uçotu; 

-  qəbul  edilən  ehtimalların  təsviri  zamanı  müasir  şəraitdə  strateji  inkişafın 

formalaşması xüsusiyyətlərinin nəzərə alınması. 

İqtisadi  ədəbiyyatda  “sahibkarlıq”  və  “biznes”  anlayışlarının  bir-birindən 

fərqləndirmək  üçün  müxtəlif  arqumentlərə  müraciət  olunur.  Bir  sıra  iqtisadçılar 

biznesi  sahibkarlıqdan  fərqləndirərkən  onu  əsas  gətirirlər  ki,  biznesdə  işgüzar 

münasibətlərin  subyektləri  təkcə  sahibkarlar  deyil,  həm  də  istehlakçılar,  muzdlu 

işçilər, dövlət strukturları və başqaları sayılırlar. Bundan başqa, biznes təkcə proses 

və munasibətlər məcmusu deyil, həm də əmtəə sayılır. Digər iqtisadçılar isə bunun 

əksinə olaraq, sahibkarları hansısa xüsusi fəaliyyət kimi səciyyələndirirlər. Biznesi 

isə onlar konkret  iş, sahibkar  fəaliyyətinin  konkret  sahəsi kimi  təqdim  edirlər ki, 

bunlar da aktivlərə malik olan və stabil pul dövriyyəsini təmin edən konkret alətlər 

dəstindən  istifadə  olunur.  Eyni  zamanda  “biznes”  anlayışı  altında  “novator 




11 

 

sahibkarlığı”nın  əksinə  olaraq  ənənəvi  fəaliyyət  də  başa  düşülə  bilər.  Bizim 



fikrimizcə,  “biznes”  iqtisadi  kateqoriyası  dedikdə,  bir  tərəfdən,  proses  və 

münasibətlər  məcmusu  kimi,  digər  tərəfdən  isə,  xüsusi  növ  əmtəə  kimi  başa 

düşülməlidir. 

Eyni zamanda, hesab edirik ki, biznesin və müəssisənin modelləşdirilməsini 

də  eyniləşdirmək  olmaz.  Lakin  biznesin    və  müəssisənin  inkişafının 

modelləşdirilməsində  ümumilik  də  vardır  ki,  bu  da  əsasən  dəyər  və  istehsal-

texnoloji  göstəricilərin  köməyilə  inkişaf  nəticələrinin  ifadə  olunmasının 

məqsədəuyğunluğundan  və  sistemin  vəziyyətini  xarakterizə  edən  qiymətlərin 

dəyişməsini  əks  etdirən  nisbətlərin  müəyyən  edilməsi  yolu  ilə  inkişaf  prosesinin 

təsvirindən ibarətdir. 

Biznesə  əmtəə  baxımından  yanaşma  müəssisə  kimi  onun  təşkilati-iqtisadi 

formasının  mövcudluğu  ilə  bağlıdır.  Lakin  onun  mülkiyyət  və  deməli,  əmtəə 

sayılmadığı  halda,  biznesin  digər  iqtisadi-təşkilati  formaları  mümkündür.  Bu 

hallarda  da  onun  digər  sistemlərlə  qarşılıqlı  əlaqədə  meydana  çıxan  qiymətinin 

dəyər ifadəsində aşkara çıxarılması və ölçülməsi məqsədəuyğundur. 

İnkişaf dedikdə, yeni keyfiyyətin meydana gəlməsinə gətirib çıxaran maddi 

və  ideal  obyektlərin  dönməz,  müəyyən  istiqamətli,  qanunauyğun  dəyişməsi  başa 

düşülür.  Sosial-iqtisadi  sistemin  hazırkı  inkişaf  mərhələsində  biznes  sistemin 

strateji  inkişaf  strateji  rəqabət  üstünlüklərinin  strateji  inkişaf,  formalaşdırılması 

məqsədləri prioritet təşkil edir. 

Strateji idarəetmə dedikdə, təşkilatın qarşısında duran məqsədlərə nail olmaq 

üçün  spesifik  strategiyaların  işlənib  hazırlanmasına  yənəldilən  idarəetmə 

qərarlarının  və  praktiki  hərəkətlərin  məcmusu  başa  düşülür.  Strateji  idarəetmə 

strateji səviyyədə təşkilatın idarə edilmsi problemləri ilə əlaqədar olan məsələlərin 

geniş  dairəsini  əhatə  edir.Strateji  idarəetmə  təşkilatda  ardıcıl  işlənmiş  kompleks 

prosesdir.  Bu  prosesin  əsas  vəzifəsi  təşkilatlarda  yeniliklərin  və  dəyişikliklərin 

qaneedici  dərəcədə  təmin  edilməsindən  ibarətdir.  Bu  prosesin  əsas  elementi  kimi 

təşkilatın  strategiyası  çıxış  edir.  Bazar  iqtisadiyyatı  şəraitində  işləyən  hər  hansı 

firma öz məhsullarının vaxtında satışını daim mənfəət təminatı kimi təmin etməyə 



12 

 

çalışır.  Bunun  üçün  o,  a)  bazarın  konyunkturuna;  b)  rəqabətə;  c)  özünün  resurs 



imkanlarına adekvat olan uzunmüddətli fəaliyyət proqramını işləyib hazırlayır.Bu 

cür  proqram  firmanın  strategiyasını  əks  etdirir.

 

Strategiya  –  mövcud  imkanlarla 



qarşıya qoyulmuş məqsədlərə nail olmaqdan ötrü firmaya zəruri olan uzunmüddətli 

hərəkətlərin  ümumiləşdirici  modellərdir.  İqtisadi  təşkilata  şamil  edildikdə,  bu, 

onun  başlıca  məqsədlərinin  və  bu  məqsədlərə  nail  olmanın  əsas  üsullarının 

məcmusudur.  Firma  fəaliyyət  strategiyasını  işləyib  hazırlayarkən,  fəaliyyətinin 

ümumi istiqamətlərini müəyyən edir.

 

Strategiyaya  müxtəlif təriflər verilir ama  ən 



əsası aşağıdakıdır:

 

“Strategiya – bazarlarda mövqelərin qazanılması,möhkənlənməsi və alıcıların 



tələbatlarının  səmərəli  surətdə  ödənilməsi  vasitəsilə  məqsədlərə  nail  olmağa 

istiqamətlənmiş tədbirlərdən ibarət olan plandır”   

Bu  terminin  hərbi  mənşəli  olması  təsadüfi  deyil,  çünki  məhz  strategos 

Makedoniyalı  İsgəndərə  bütün  dünyanı  zəbt  etməyə  imkan  vermişdir.Bu  günkü 

dövrdə  elə  məhz  strategiya  vasitəsilə  təşkilatların  səmərəli  idarəedilməsi  həyata 

keçirilir. Bütövlükdə strategiya dedikdə strateji məqsədləri əldə etmək üçün işlənib 

hazırlanmış ali proqram başa düşülür. Strategiya idarəetmənin və planlaşdırmanın 

alt sistemidir. Strategiya təşkilatın məqsədlərinin formalaşdırılmasını, onun həyata 

keçirilməsini,  təşkilatın  artımını,  inkişafını  təmin  edir  və  iqtisadi  cəhətdən 

möhkəmləndirilməsinə yönəlir.

  

Beləliklə, strategiya dedikdə, təşkilatın vəzifəsini həyata keçirməyə və onun 



məqsədə  nail  olunmasını  təmin  etməyə  yönələn  dəqiqləşdirilmiş,  hərtərəfli, 

kompleks  plan  nəzərdə  tutulur.  Müəssisənin  menecerləri  strategiyanı  müəssisənin 

inkişaf  istiqamətlərini  müəyyən  etmək  və  fəaliyyət  üsullarının  seçilməsində 

əsaslandırılmış  qərarların  qəbul  edilməsini  təmin  etmək  üçün  hazırlayırlar.Hər 

hansı bir strategiyanın qəbul edilməsi o deməkdir ki,müəssisə inkişaf istiqamətləri 

və  fəaliyyət  üsulları  üzrə  mövcud  olan  alternativ  variantlardan  birinə  üstünlük 

vermişdir.Qəbul  edilmiş  strategiya  menecer  üçün  biznes  aləmində  xəritə  və  yol 

göstərən  (orientirlər)  rolunu  oynayaraq  ,qarşıya  qoyulmuş  vəzifə  və  məqsədlərə 

çatmaq  üçünvahid  fəaliyyət  proqramı  kimi  qəbul  olunur.  Strategiya  –  çoxcəhətli 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə