Həmidli Aqşin Ceyhun oğlu


FƏSİL 2. BİZNESDƏ STRATEGİYALARIN HAZIRLANMASI VƏ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

29 

 

FƏSİL 2. BİZNESDƏ STRATEGİYALARIN HAZIRLANMASI VƏ 



REALLAŞDIRILMASI ÜZRƏ MENECMENT SİSTEMİ 

 

2.1. Strateji planlaşdırma və onun mərhələləri 

 

Pланлашдырма  мцяссисянин  инкишафы  вя  фяалиййяти  просесляринин  тямин 



едилмяси  цчцн  онун  арзу  олунан  мягсядляринин,  щямин  мягсядляря  йетишмя 

йолларынын  вя  бунун  цчцн  лазым  олан  тядбирлярин  ашкар  едилмяси  цчцн  щяйата 

кечирилян  просесдир.  Низамланмыш  структурда  бирляшдирилян  вя  алт  груплар  ямяля 

эятирян  елементляр  топлусу  кими  мцяййянляшдирилян  şirkətдахили  планлашдырма 

системи-планлашдырма  просесиня  мцвафиг  олмалыдыр,  йяни  онун  тяркиби  еля  бир 

елементляр топлусу тяшкил етмялидир ки, планлашдырма системинин щяйата кечирилмяси 

мцмкцн олсун. 

Şirkətдахили  планлашдырма  системинин  тяркибини  мцхтялиф  елементлярдян 

ибарят  алт  груплара  бюлцнмясинин  ясас  амили  şirkətin  инкишафы  вя  фяалиййяти 

просесляринин  планлашдырылмасына  бюлцнмясидир.  Бу,  планлашдырма  обйекти, 

планлашдырманын  технолоэийасы,  зярури  информасийа  тяминатынын  мцхтялифлийи, 

планлашдырма  просеси  иля  идаряетмяйя  функсионал  йанашма  просеси  арасындакы 

фярглярля изащ олунур. 

Беляликля,  тядгигатчылар  буна  ясасланараг  планлашдырманын  цч  ясас  али 

системини  фяргляндирирляр  [22,  с.83-91]:  стратеjи,  тактики  вя    cари  планлашдырма.  Беля 

бюлэц  системлярини  тякcя  даща  дягиг  мцяййянляшдирмяйи  дейил,  щям  дя  онларын 

гаршылыглы ялагялярини тясвир етмяк имканы верир. 

Prof.  Ş.Ə.Axundov  planlaşdırmanı  “...məqsədin,  strategiyanın  müəyyən 

edilməsi,  eləcə  də  onların  müəyyən  müddət  ərzində  icra  edilməsi  üçün  işlənib 

hazırlanmış  tədbirlərin  həyata  keçirilməsi  proses...”  kimi  səciyyələndirir  (8,  s.550). 

Alimin  fikrincə,  strateji  planı  işləyib  hazırlamaq  və  onu  tərtib  etmək  məqsədilə 

müəyyən təşkilati struktur yaradılması və həmin təşkilati struktur strateji plan işləyib 

hazırlamalıdır. Bu struktur bölmə isə marketinq strategiyası variantlarının seçilməsini 

və marketinqin təşkili və planlaşdırılmasını həyata keçirməlidir (8, s.551). 

Strateji planlaşdırma sistemi firmada bir neçə fəaliyyət sferasının olmasına, 

taktiki planlaşdırma isə fəaliyyət sahələri üzrə planın hazırlanmasına əsaslanır (16, 




30 

 

s.55-56).  İqtisadçı  alim  T.Ş.  Şükürov  strateji  planlaşdırmanı  müəssisə  və  məhsul 



səviyyəsində  xarakterizə  edir.  O,  müəssisə  səviyyəsində  strateji  planlaşdırmaya 

mövcud  bazar  şəraiti  nəzərə  alınmaqla  daha  çox  mənfəəti  təmin  edən  fəaliyyət 

istiqamətinin  seçilməsini,  məhsul  səviyyəsində  strateji  planlaşdırmaya  alıcıların 

cəlb  edilməsini  təmin  edən  marketinq  vasitələrinin  hazırlanmasını,  malların 

mövqeyini, məqsədli bazarın müəyyən edilməsini aid edir (16, s.56). 

Strateji planlaşdırmanı resurslar və strategiyaların əldə edilməsi üçün zəruri 

olan  məqsədlərə  nail  olmaq  prosesi  kimi  müəyyənləşdirmək  olar.  Strateji 

planlaşdırmanın  məcburi  olaraq  tətbiqi  dövrünü  keçən  əsrin  60-cı  illərinə  aid 

etmək olar. 

Strateji planlar müəssisənin inkişafının əsas istiqamətlərini əhatə etməlidir: 

onlarda təsərrüfat fəaliyyəti üçün müəyyən «yuvalar» nəzərdə tutulur ki, sonradan 

bu yuvalar taktiki və cari planlaşdırma zamanı doldurulur. Strateji planlaşdırmanın 

əsas  məqsədi,  müəssisənin  gələcəkdə  uğurlu  fəaliyyəti  üçün  potensial  imkanların 

təmin  edilməsidir.  Strateji  planlaşdırmaya  dair  mənbələrdə  onu  uzunmüddətli 

planlaşdırma  kimi  təqdim  etsələr  də,  həmin  anlayışın  açıqlanması  zəruridir.  Belə 

ki, məsələn, alman  tədqiqatçıları  planlaşdırmanı  müddətlərinə görə  qruplaşdırırlar 

[30,  s.124].  Bu  fərqlənməni  planlaşdırmanın  alt  sistemlərinə  də  tətbiq  etmək 

mümkündür,  çünki  formalaşdırılmış  nəticə-planlar  sistemidir  [29,s.61].  Bunu 

aşağıdakı kimi ifadə etmək olar: 

-

 



uzunmüddətli planlaşdırma 10-15 il arasında; 

 



orta müddətli planlaşdırma 2-5 illik; 

 



qısa müddətli planlaşdırma 1 ilədək müddətə. 

Azərbaycan iqtisadçıları da həmin fikirlə hesablaşırlar və belə qeyd edirlər 

ki,  strateji  planlar  fəaliyyət  müddətlərindən  asılı  olaraq  müxtəlif  növ  ola  bilər 

[17,s.274]. 

Uzun  müddətli  planlaşdırmanı  yalnız  zaman  aspektindən  çıxış  edərək 

strateji planlaşdırma kimi müəyyənləşdirmək olmaz. Təbii ki, müvafiq olaraq orta 

müddətə  planlaşdırmanı-taktiki,  qısamüddətlini  isəoperativ  planlaşdırma  hesab 



31 

 

etmək  düzgün  deyil.  Əgər  planlaşdırma  əhatə  etdikləri  müddətlər  əsasında  təsnif 



olunarsa  onların  perspektiv,  cari  və  operativ  kimi  təsnifatını  ən  məntiqi  təsnifat 

hesab etmək olar. Bu səbəbdən də strateji planlaşdırmanı perspektiv planlaşdırma 

kimi  göstərmək  olar  ki,  bu  da  strateji  planı  dövr  müddətindən  təcrid  olunmaq 

imkanı verər. 

Bu  konsepsiya  idarəetmə  metodlarında  düzəlişlər  aparmaqla  bazarın 

vəziyyətinə,yəni xüsusi tələbatın və rəqabətin  vəziyyətinə əsaslanır [11, s.4]. 

Bazar  iqtisadiyyatı  şəraitində  planlaşdırma  obyekti  ölkə  iqtisadiyyatının 

strateji  istiqamətləri  əsasında  müəyyən  edilir,  strateji  plan  iqtisadi  inkişafın  əsas 

aparıcı  həlqələrini,  onun  gələcək  resurs  təminatını,  məqsəd  və  vəzifələrini 

müəyyən  edir.  Ona  görə  də  ən  mühüm  planlaşdırma  uzun  müddətli  elmi-texniki 

tərəqqi və texnologiya siyasətidir [12,s.83]. 

Maketinq  sahəsində  strateji  planlaşdırma  firmanın  məqsədləri  ilə  onun 

potensial  imkanları  və  şansları  arasında  strateji  uyğunluq  yaradılmasının  və 

qorunub saxlanmasının  idarə olunması prosesidir. 

Strateji  planlaşdırma  firma  daxilində  istənilən  başqa  planlaşdırma  üçün 

zəmin  rolunu  oynayır  [27,  s.429].  Strateji  planlaşdırma  firmanın  qlobal 

məqsədlərinin  müəyyənləşdirilməsini  və  onlara  nail  olmaq  üçün  istifadə  ediləcək 

resurslarla həmin məqsədlərin əlaqələndirilməsini nəzərdə tutur. Həmin məqsədlər 

və resurslardan istifadənin xarakteri təşkilatın perespektiv fəaliyyətnə təsir göstərir

çünki öz mahiyyətinə görə strateji planlaşdırma kifayət qədər uzaq olan gələcəyə 

istiqamətlənib.  

İnkişaf  etmiş  ölkələrdə  strateji  planların  əhatə  müddəti  bir-birindən 

fərqlənir. Məsələn, Britaniya  poladəritmə  şirkəti 10  il üçün strateji planlar işləyib 

hazırlayır.  Amerika  müəssisələrinin  əksəriyyəti  beşillik  planlardan  istifadə  edir. 

Yaponiyada isə üçillik planlara daha çox üstünlük verilir. Amerika mütəxəssisləri 

xüsusi  olaraq  qeyd  edirlər  ki,  müxtəlif  firmaların  eyni  təyinata  malik  planları 

arasında  zaman  baxımından  fərqlər  həmin  firmaların  hansı  sahələrə  mənsub 

olmalarından,  texniki  təchizat  səviyyələrindən  və  ölçülərindən  asılıdır.  Planın 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə