Həmidli Aqşin Ceyhun oğlu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
1   2   3   4   5   6   7   8   9   ...   30

16 

 

rəhbərliyi öz cari fəaliyyətini həyata keçirərkən və planlı orientirləri əldə edilərkən 



nəyə çalışmalıdır. 

11.  Məqsədli  istiqamətin  formalaşması.  Vəzifə  və  görünüşün  qurulması 

nəticələrinə  görə,  əsas  inkişaf  amillərinin  müəyyən  rəhbərliyi  əsasında  müəssisə 

üçün bütün planlaşdırma hüdudunda məqsədli istiqamətlər təsdiq olunur. Məqsədli 

istiqamətlər  tapşırıqlar  əsasında  formalaşır  və  müəyyən  dövrdə  konkretləşdirilmiş 

vəzifələr anlayışlarında müəssisənin görünüş ifadəsi sayılırlar. 

Strateji  qərarlar  strateji  idarəetmə  prosesində  tapılan  bir  neçə  qərarlardan 

birinin məqsədyönlülüyünə, qeyri-təsadüfi seçiminə əsaslanırlar. Strateji idarəetmə 

modelini yalnız strategiyanın yaradılması mərhələsi ilə bərabərləşdirmək olmaz və 

bir  tərəfdən,  strategiyanın  qabaqcadan  layihələşdirilməsi  prosedurlarını,  digər 

tərəfdən, onun reallaşdırılmasına əsaslanan mərhələni əhatə edir. 

Sənaye  müəssisəsi  öz  uzunmüddətli  məqsədini  reallaşdırmaq  üçün  strateji 

idarəetmə  metodları  dəstinə  malikdir.  Bu  metodlar  elementləri  bir-birilə  qarşılıqlı 

əlaqədə olan sistemi əmələ gətirir. Həmin metodları aşağıdakı kimi qruplaşdırmaq 

olar: 

1.Sənaye  müəssisənin  maliyyə  fəaliyyəti  göstəricilərinə  yönəldilmiş 



metodlar: 

- Düpon modeli; 

- İnvestisiyanın rentabelliyi; 

- Bir səhmə xalis mənfəət

- Səhmin qiyməti və xalis mənfəətin nisbət əmsalı; 

- Səhmdar baza və balans dəyəri nisbətinin əmsalı; 

- Səhmdar kapitalın rentabelliyi; 

- Xalis aktivlərin rentabelliyi; 

- Pul axını; 

- İqtisadi əlavə dəyər; 

- Faiz, vergi və dividend ödənilənə qədər mənfəət; 

- Bazar əlavə dəyər; 

- Məcmu səhmdar gəlirliliyi göstəricisi



17 

 

- İnvestisiya olunmuş kapitala görə pul axını. 



2.  Sənaye  müəssisənin  daxili  proseslərinə  və  daxili  mühitinə  yönəldilmiş 

metodlar: 

-SNW- təhlil(aktivlərin təhlili, top-xarakteristikasının təhlili); 

- Resurs təhlili; 

- Daxili bençmarkinq; 

- Dəyərin yaradılması zəncirinin təhlili. 

3. Sənaye müəssisəsinin daxili mühitinə yönəldilmiş metodlar: 

-PEST-təhlil; 

- Sahə və bazarın təhlili və proqnozlaşdırılması(əsas parametrlərin seçimi); 

- Ssenari planlaşdırılması, oyunlar nəzəriyyəsinin istifadəsi

- Rəqabər təhlili (M.Porterin beş qüvvəsi). 

4. Sənaye müəssisəsinin sistemli strateji metodları: 

-SWOT-təhlil; 

- TQM Ouklend modeli

- Əsas səlahiyyətlərin təhlili; 

- Balanslaşdırılmış göstərici sistemi(BSC konsepsiyası). 

Biznes  strategiyasının  məyyənləşdirilməsi  zamanı  “bunu  nə  üçün  etmək 

lazımdır”,  ”mövcud  qüvvə  və  vasitələrdən  istifadə  edilməsini  necə 

yaxşılaşdırmalı”,  ”məqsədə  nail  olma  mərhələləri  hansılardır”  suallarına  cavab 

axtarılması  nəzərdə  tutulur.  Başqa  tərəfdən  yanaşıldıqda  isə,

 

Strategiya  – 



təlimatların planlaşdırılmasıdır – təkcə işdə deyil, həm də işçilərin və müştərilərin 

qəlblərində  və  şüurlarında.  Strategiya  strukturu  müəyyənləşdirir;  özünüzdən 

razılığı  aradan  qaldırır  və  bütün  səyləri  maliyyə  və  strateji  hədəfləri  qət  etməyə 

yönəldir. “Strateji idarəetmə” menecerlərə istənilən şirkətdə strateji planları tətbiq 

etməyi  öyrətmək  üçün  hazırlanmışdır.Strategiya  haqqda  müxtəlif  iqtisadçıların 

fikirlərini  ümumiləşdirməklə  idarəetmə  strategiyasını  məqsədinə  görə  4  qrupa 

bölmək olar: 

- ilk daxil olmaq və kütləvi zərbə endirmək; 

- cəld və gözlənilmədən hücum etmək; 



18 

 

- ekoloji boşluqları tapmaq və zəbt etmək; 



- əmtəənin,bazarın yaxud sahənin iqtisadi xarakteristikasını dəyişmək. 

Biznesin  idarə  edilməsində  strategiyalar  müxtəlifliyi  ilə  seçilir,yəni  istifadə 

etmə  məqsədi  və  xüsusiyyətlərinə  görə    strateji  strategiyalar,çoxməqsədli 

strategiyalar,  satış  və  mənafelərin  dinamikası  üzrə  strategiyalar,  düzüm 

strategiyaları,artım strategiyaları, bazara daxil olma strategiyaları, təşkilatın inkişaf 

strategiyaları və s. bölünür. Bu məqsədlə biznesin strategiyalarını əlamətlərinə görə 

aşağıdakı kimi qruplaşdırmaq olar: 

- Hücum yaxud Sıçrayış Strategiyası;

 

- Müdafiə yaxud Sağlamlaşdırma Strategiyası;



 

- Müəssisənin fəaliyyətinin azalmasi və dəyişməsi strategiyasi.

 

       Biznes  strategiyası  –  perspektiv  üçün  hesablanmış  və  təşkilatın  qarşısında 



duran  konkret  məqsədlərin  əldə  edilməsini  təmin  edən  tədbirlər  sistemidir. 

Strategiyanın  hazırlanması  və  həyata  keçirilməsinin  mahiyyəti  çoxsaylı 

alternativlər  içərisindən  lazımi  inkişaf  istiqamətlərinin  seçilməsindən  və  istehsal-

təsərrüfat  fəaliyyətinin  seçilmiş  yola  istiqamətləndirilməsindən  ibarətdir.Müasir 

mərhələdə inkişaf etməkdə olan strateji idarəetmə sistemi aşağıdakıları əhatə edir: 

-strateji məqsədlər üçün resursların ayrılması; 

- hər bir strateji məqsədə rəhbərlik mərkəzlərinin yaradılması; 

-  istehsal  bölmələrinin  və  onları  rəhbərlərinin  strateji  məqsədlərin  əldə 

edilməsi dərəcəsinə görə qiymətləndirilməsi və stimullaşdırılması; 

İqtisadi  ədəbiyyatda  qeyd  olunduğu  kimi,  strateji  idarəetmənin  meydana 

gəlməsi  və  reallaşması  aşağıdakı  bir-birilə  əlaqədar  olan  beş  məsələni  özündə 

birləşdirir (32): 

1.Şirkətin  hansı  biznes  sahəsində  fəaliyyət  göstərəcəyini  qərara  almaq  və 

strateji proqramlaşdırmaq. 

2.  Strateji  proqnozları  və  fəaliyyət  istiqamətlərini  konkret  məqsəd  və 

vəzifələri bölmək. 

3.  Qarşıya  qoyulmuş  məqsədlərə  nail  olmaq  strategiyasının  işlənib 

hazırlanması. 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə