Həmidli Aqşin Ceyhun oğlu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
1   2   3   4   5   6   7   8   9   ...   30

13 

 

anlayışdır. Onun ən mühüm xüsusiyyətləri kimi aşağıdakı tərifləri vermək olar ki, 



bunlar bu anlayışın mahiyyətinə tamamilə cavab verirlər: 

- son nəticənin əldə edilməsi vasitəsi; 

- təşkilatın bütün hissələrinin vahid tamda birləşməsi

- firmanın fəaliyyətinin bütün əsas aspektlərinin əhatə edilməsi; 

- firmanın bütün planlarının bir-birinə uyğunluğununun təmin edilməsi; 

- hərəkət planı; 

-  mühafizə,  yəni  rəqabət  mübarizəsində  qələbəyə  yönəldilmiş  hərəkətlər 

kimi nəzərdən keçirilir; 

-  hərəkətlərin  ardıcıllığı,  yəni  plan  reallaşmaya  bilər,  lakin  hərəkətlərin 

ardıcıllığı hər halda təmin edilməlidir; 

- ətraf mühitdə mövqe, bu, öz əhatəsi ilə əlaqə deməkdir; 

- perspektiv, yəni cəhd etdiyi vəziyyəti qabaqcadan görmək; 

- firmada işin təşkilinin güclü və zəif tərəflərinin analizinin nəticəsi və onun 

inkişafının imkan və əngəllərinin müəyyən edilməsi; 

-  ətraf  mühitin  dəyişikliklərinə  qarşı  firmanın  qabaqcadan  hazırladığı 

reaksiya. 



 

1.2.Biznesin strateji idarə edilməsinin müasir konsepsiyaları 

 

Biznesin  strateji    idarəetmə  nəzəriyyəsi  eyni  vaxtda  şirkətin  monitorinq  və 



təhlili  alətlərini,  eləcə  də  onun  xarici  siqnallara  çevik  və  tez  reaksiya  vermək 

qabiliyyətini  yüksəltmək  məqsədilə  müəssisənin  daxili  qurğusuna  təsir  alətlərini 

əhatə edir. 

Strateji idarəetmə - müəssisənin fəaliyyətinin özünəməxsus təşkili prosesidir. 

Strateji idarəetmənin əsas vəzifələrindən biri müəssisənin xarici əhatə ilə qarşılıqlı 

münasibətlərində  tarazlığın  təmin  edilməsi  sayılır.  Bu  cür  tarazlığın  qeyri-

sabitliyini nəzərə alaraq xarici və daxili dəyişikliklərə rəğmən müəssisənin dinamik 

və aktiv mövqeləşdirilməsi zəruridir. 




14 

 

Strateji  idarəetmə  sahəsində  xarici  və  yerli  tədqiqatlardan  irəli  gələrək 



adətən  müəssisənin  strategiyasının  formalaşmasının  aşağıdakı  əsas  mərhələlərini 

ayırırlar: 

1.  Makroiqtisadi  göstəricilərin  və  amillərin  təhlili.  Cari  makroiqtisadi 

göstəricilərin  təhlili  çərçivəsində  xarici  mühitin  bütün  iqtisadi  təhlilini  aparmaq 

lazımdır ki, bu da müəssisənin inkişaf istiqamətləri, məqsəd və vəzifələri, onların 

əldə  edilməsinə  yanaşmalar  və  biznes-modelinin  xarakteristikası  haqqında 

qərarların qəbulu prosesinə təsir göstərə bilər. 

2.  Siyasi  göstəricilərin  və  amillərin  təhlili.  Siyasi  göstəricilərin  və  amillərin 

təhlili çərçivəsində müəssisənin inkişaf istiqamətləri, məqsəd və vəzifələri, onların 

əldə  edilməsinə  yanaşmalar  və  müəssisənin  biznesin  modelinin  xarakteristikası 

haqqında  qərarların  qəbulu  prosesinə  təsir  göstərmək  qabiliyyətinə  malik  bütün 

siyasi  amillərin  və  müəssisənin  xarici  mühitinin  meyllərinin  qiymətləndirilməsi 

aparılmalıdır. 

3. Sosial-mədəni göstəricilərin və amillərin təhlili. Sosial-mədəni göstəricilərin 

və  amillərin  təhlili  çərçivəsində  müəssisənin  inkişaf  istiqamətləri,  məqsəd  və 

vəzifələri,  onların  əldə  olunmasına  yanaşmalar  və  biznes-modelin  xarakteristikası 

haqqında  qərarların  qəbulu  prosesinə  təsir  göstərmək  qabiliyyətinə  malik  bütün 

ictimai amillərin qiymətləndirilməsi baş verir. 

4.  Neqativ  tənzimləmənin  təhlili.  Normativ  tənzimləmənin  təhlili  çərçivəsində 

tənzimlənən  mühitin  bütün  inkişaf  amillərini  qiymətləndirilməsini  aparmaq, 

müəssisənin  normativ  əhatəsində  bütün  cari  və  perspektiv  dəyişiklikləri, 

qabaqcadan  qəbul  edilmiş  milli  tənzimlənən  təşəbbüsləri  nəzərdən  keçirmək 

lazımdır. 

5.  Texnoloji  amillərin  təhlili.  Bundan  başqa,  yeni  məhsulların  yaradılması  və 

inkişafı, məlumatların işlənməsi vasitələri və biznes proseslərin təkmilləşdirilməsi 

hesabına  fəaliyyət  sferasına  təsir  göstərmək  qabiliyyətinə  malik  müəssisələrin 

qiymətləndirilməsini aparmaq lazımdır. 

6.  Proqnoz  bazar  ssenarilərinin  modlləşdirilməsi  və  təhlili.  Makroəhatənin 

inkişafının  proqnoz  ssenarilərinin  təhlili  müntəzəm  aparılmalıdır.  Bazar 



15 

 

ssenarilərinin 



proqnozlaşdırılması 

Azərbaycan 

iqtisadiyyatının 

inkişaf 


variantlarının,  bazar  seqmentinin  təhlilinə,  aşkara  çıxarılmış  göstəricilərin  və 

amillərin  statistikasının  və  əsas  meyllərinin  əsaslandırılmasına,  sosial-mədəni 

göstəricilərin  və  amillərin  təhlilinə,  normativ  tənzimlənmənin  təhlilinə,  texnoloji 

amillərin təhlilinə istiqamətləndirilmişdir. 

7.  Makroəhatə  haqqında  informasiyaların  təqdim  olunması.  Makroəhatənin 

təhlilinin 

yekunlarına  görə  makroəhatənin  inkişafı  haqqında  hesabat 

formalaşdırmaq lazımdır ki, bu da aşağıdakı bölmələri özündə əks etdirməlidir: 

-  Azərbaycan  iqtisadiyyatının  inkişafının  cari  vəziyyətinin  və  proqnozunun 

təsviri; 

- müəssisənin cari mövqeyinin təhlili; 

- müəssisənin və onun əsas rəqiblərinin müqayisəli təhlili. 

8.  Əsas  inkişaf  amillərinin  müəyyən  edilməsi.  Əsas  inkişaf  amilləri  haqqında 

qərarın qəbulu aşağıdakı məsələlərə toxunulmalıdır: 

-  hansı  əsas göstəricilər  maksimumlaşdırılan  sayılmalıdır, daha  doğrusu, şirkət 

hansı  göstəricilər  üzrə  növbəti  10  ilin  yekunları  üzrə  maksimum  mümkün 

kəmiyyəti əldə etməyi planlaşdırır; 

-  hansı  göstəricilər  məhdudlaşdırıcı  sayılır,  daha  doğrusu,  hansı  göstəricilərə 

mütləq  şəkildə  maksimumlaşdırılacaq  göstəricilərin  əldə  edilməsi  zamanı  əməl 

olunmalıdır; 

-  hansı  inkişaf  istiqamətləri(müştəri  və  coğrafi  seqmentlər,  məhsullar,  daxili 

proseslər, texnologiyalar) prioritetlər sayılırlar. 

9. Vəzifənin formalaşması. Vəzifə müəssisənin təyinatının ifadəsi sayılır ki, bu 

da  səhmdarların,  işçilərin,  müştərilərin  və  digər  maraqlı  şəxslərin  dəyərliliyini  və 

mənafelərini  əks etdirir. Vəzifə o haqda  təsəvvür  yaradır ki, şirkət kimin  üçün və 

neçə mənfəət qazanmaqla faydalılıq yaratmağa çalışır. 

10.  Görüntünün  formalaşması.  Müəssisənin  strateji  görünüşü  onun  gələcək 

fəaliyyəti,  onun  bazarda  yeri  və  müəssisə  daxili  işinin  vəziyyəti  haqqında  formal 

və  təsəvvür  yaradır.  Strateji  görünüş  o  haqda  təsəvvür  yaradır  ki,  müəssisənin 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə