Həmidli Aqşin Ceyhun oğlu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
1   2   3   4   5   6   7   8   9   10   ...   30

19 

 

4.  Qəbul  olunmuş  strategiyanın  məqsədyönlü  və  səmərəli  tətbiqini  təşkil 



etmək. 

5.  İşin  yekunun  qiymətləndirilməsi,  qarşıya  çıxmış  bəzi  halların  nəzərə 

alınması və gərəkdirsə, gələcək inkişaf istiqamətlərində düzəliş aparılması. 

 

Prof.  T.Ə.Quliyev  haqlı  olaraq  qlobal  strategiyada  aşağıdakıların  əsas 



götürülməsini lazım bilir (15, s.505): 

 

-şirkət 



və 

firmaların 

resursları,  bazarın  strateji 

və 


operativ 

qiymətləndirilməsi; 

 

- rəqabətin variantlı təhlili; 



 

- ümumi və konkret meyllərin, mövqelərin müəyyənləşdirilməsi; 

 

-  məhsulun  seçilməsi,  qiymətlərə  sistemli  yanaşma,  əlaqələrin  seçilməsi, 



işlərin təşkili, marketinq strategiyası; 

 

- dünya ölkələrinin rəqabət qabiliyyətinin öyrənilməsi və nəzərə alınması. 



Müasir şəraitdə biznes strategiyasının hazırlanmasına münasibət dəyişilmişdir. 

Əgər  əvvəllər  strategiyaya  rəqabət  mübarizəsində  təşkilata  üstünlük  verən  vasitə 

kimi baxılırdısa və o təşkilatın məhdud rəhbərlər dairəsinə məlum idisə, indi açıq 

ifadə  olunmuş  strategiyaya  üstünlük  verilir.  Strategiya  təkcə  idarəedicilərin  işi 

deyil,  elmi-tətqiqat  və  layihə-konstruktor  işlərində,  istehsal  və  satış  sahəsində 

çalışanların  da  işidir.  Deməli  icraçılar  həm  strategiyanın  hazırlanmasında,həm  də 

həyata keçirilməsində iştirak edirlər. Təşkilatın strategiyaları aşağıdakıları sualları 

müəyyənləşdirir: 

1)

 

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün təşkilat hansı yolu seçir ; 



2)

 

Təşkilatın xüsusiyyətlərində hansı məhdudiyyətlər yaranır və strateji seçimin 



hansı sərhədləri var; 

3)

 



Müştərilər kimlərdir

4)

 



Əmək kollektivi necə qurulub; 

5)

 



Menecerlər idarəetməni necə yaradırlar; 

6)

 



Uzunmüddətli 

perspektivdə 

öz 

təşkilatlarını 



necə 

görmək              

istəyirlər(imici,xidməti,istehsalla bağlı fəaliyyəti). 



20 

 

     



Strategiya bir sıra  əks mövqeli məsələlərə arxalanaraq tətbiq edilir. Rəhbər 

bu əks mövqelərdən ən əlverişlilərini tutuşduraraq son məqsədə müvəffəq çatmaq 

məqsədi  ilə  ən  dəyərlilərini  seçir.  Faktiki  olaraq  strategiya  idarəetmə  planı  olub 

müəssisənin mövqeyinin möhkəmlənməsinə,istehlakçıların tələblərinin səmərəli və 

vaxtında  ödənilməsini  təmin  etməyə  xidmət  edir.Rəhbər  strategiyanı  ona  görə 

işləyib  hazırlamalıdır  ki,şirkətin  biznesinin  təşkilini  və  idarəedilməsini  təmin 

etsin.Bu  halda  bir  çox  variantlardan  ən  əlverişlisini  seçmək  prinsipini  güdür. 

Beləliklə,alternativ  variantlardan  ən  əlverişlisini  seçən  rəhbər  təşkilatın 

strategiyasını  müəyyənləşdirərək  onu  bəyan  etmiş  olur  ki,mövcud  imkan  və 

variantların  daha  əlverişlisi  məhz  seçilmiş  istiqamətdir,bu  istiqamət  də  biznesin 

səmərəli  təşkilini  təmin  etmiş  olur.Bu  şəkildə  strategiyanı  müəyyənləşdirməmiş 

rəhbər  son  müvəffəqiyyətli  nəticəyə  gəlmək  imkanına  malik  deyil.  Yaxşı  işlənib 

hazırlanmış  strategiya  və  onun  sımırıli  şəkildə  reallaşması  ümumi  fəaliyyətin 

müvəffəqiyyəti  deməkdir.  Bəzi  rəhbərlər  yaxşı  strategiyalar  hazırlasalar  da,onu 

yaxşı reallaşdırma imkanına malik deyillər. Əksinə, bir qism rəhbərlər isə başqaları 

tərəfindən  yaxşı  işlənmiş  strategiyanı  reallaşdıra  bilir.Təcrübə  göstərir  ki,bunların 

hər  ikisi  son  nəticədə  yaxşı  sonluqla  bitmir.  Bacarıqlı  rəhbər  yaxşı  strategiya 

işləyib, onu səmərəli şəkildə reallaşdırır. Beləliklə, səmərəli strategiyanın səmrəli 

də  tətbiqi  təkcə  biznesdə  müvəffəqiyyət  qazanmağı  göstərmir,o  həm  də 

idarəetmənin  keyfiyətliliyini  göstərir.  Lakin  hər  zaman  yüksək  səviyyəli 

strategiya,onun  yüksək  səviyyəli  tətbiq  olunması  hələ  mütləq  uğura  gətirəcəyinə 

zəmanət vermir.  



 

1.3. Biznes strategiyasının işlənib hazırlanması və reallaşdırılmasının 

informasiya təminatı 

 

Müasir  dövrdə  strateji  idarəetmənin  təşkili  müxtəlif  amillərin  təsiri  ilə 



mürəkkəbləşir.  Bu  onunla  izah  edilir  ki,  hazırda  idarəetmə  prosesi  texniki, 

texnoloji, təşkilati, sosioloji, psixoloji və s. amillərlə əlaqədardır. 




21 

 

Strateji  idarəetmə  sisteminin  mürəkkəbləşməsi  həmçinin  elmtutumlu 



sahələrin  inkişafı  nəticəsində  də  baş  verir.  Daha  doğrusu,  yeni  amillər, 

qanunauyğunluqlar və göstəricilər meydana gəlir.  

Firmadaxili  münasibətlərin  effektiv  təşkili  və  idarə  edilməsi  sahibkarlıq 

fəaliyyətinin  informasiya  təminatı  olmadan  mümkün  deyil.  Belə  baza  axtarış, 

saxlanması,  seçim,  məlumatların  yenidən  qruplaşdırılması  və  sistemləşdirilməsi, 

informasiyanın təhlili vasitəsilə yaradılır. Bu informasiya dolğun, düzgün, operativ 

və  həmçinin  kompakt  olmalıdır,  firmadaxili  münasibətlərin  effektiv  təşkilinə, 

lazımi qərarların qəbuluna təsiretmə imkanına malik olmalıdır. İnformasiyanı həm 

xarici, həm də daxili  mənbələrdən alırlar və onlar  müvafiq olaraq xarici və daxili 

mühitdə yerləşdirilir. Məlumat banklarının, ekspert sistemlərinin, telekommunika-

siya  şəbəkələrinin  məqsədyönlü  istifadəsi  öz  işçilərinin,  həmçinin  ayrıca 

götürülmüş  bölmələrin  və  şəbəkələrin  məqsədləri  və  funksiyalarının 

genişlənməsinə imkan verir. 

Yeni  informasiya  və  telekommunikasiya  texnologiyalarının  dəyəri  hətta 

onunla  müəyyən  edilir  ki,  idarəetmə  sistemində  onlardan  istifadə  müəssisənin 

kommunikasiyasını  və  əlaqələrini  əhəmiyyətli  dərəcədə  yaxşılaşdırmağa  imkan 

verir. Təcrübə göstərir ki, həmin texnologiyalar istehsalda, marketinqdə, idarəetmə 

sistemində dəyişiklikləri müəyyən etməklə firmanın gələcək inkişaf istiqamətlərini 

müəyyən  edir.  Onların  tətbiqi  müəssisənin  təşkilati-strukturunun  yaradılmasının 

ənənəvi prinsiplərinə yenidən baxılmağı tələb edir. 

İnformasiya  texnologiyası  özü  özlüyündə  rəqabət  üstünlüklərini  vermir,  o 

yalnız  firmanın  rəqib  mövqelərinin  yaxşılaşdırılması  aləti  kimi  çıxış  edir.  Məhz 

texnologiyalar  xarici  və  daxili  mühitin  dəyişilməsinə  uyğunlaşması  ənənəvi 

strategiyalarına  yenidən  baxılması  ilə  yanaşı  təşkilati-idarəetmə  strukturlarının 

təkmilləşdirilməsini  təmin  edə  bilər.  Əgər  müəssisənin  strategiyası  ardıcıl, 

funksional  istiqamətləndirilmiş  irəliləməni  nəzərdə  tutursa,  bu  halda  informasiya 

texnologiyaları  lazımi  nəticəni  verə  bilməz,  yəni,  firmalara  çox  vaxt  informasiya 

texnologiyaları yox, strateji düşüncə çatışmır. Ona görə onun tətbiqi, misal üçün, 

rəqabətin 

idarəedilməsində, 

rəqabətin 

formulasının  aydınlaşdırılmasından 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə