Həmidli Aqşin Ceyhun oğlu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə1/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
  1   2   3   4   5   6   7   8   9   ...   30


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

MAGİSTRATURA MƏRKƏZİ 

 

 

Əlyazması hüququnda 

 

 

Həmidli Aqşin Ceyhun oğlu

 

 



Biznesin strateji idarə edilməsi və onun təkmilləşdirilməsi”

 

mövzusunda  

 

 

MAGİSTR   DİSSERTASİYASI 

 

İstisasın şifri və adı: 060409 – Biznesin idarə edilməsi 

İxtisaslaşma:      Biznes inzibatçılığı 

 

 

     Elmi rəhbər:   

 

 

Magistr proqramının rəhbəri: 

i.e.d,  professor A.B. Abbasov 

 

i.ü.f.d., dosent R.Ə. Abbasova 

 

“Biznesin idarə edilməsi” 

  kafedrasının müdiri: 

    i.ü.f.d., dosent   

 

 

 

 

 

M.Ə.Əliyev 

 

 

BAKI – 2016 


 

MÜNDƏRİCAT 



 

Giriş .............................................................................................................  3 

FƏSİL  1.  BİZNESİN  STRATEJİ  İDARƏ  EDİLMƏSİNİN  NƏZƏRİ-

METODOLOJİ ƏSASLARI ................................................................................ 6 

1.1.Biznesin strateji idarə edilməsinin mahiyyəti və məzmunu .................... 6 

1.2.Biznesin strateji idarə edilməsinin müasir konsepsiyaları .................... 13 

1.3.  Biznes  strategiyasının  işlənib  hazırlanması  və  reallaşdırılmasının 

informasiya təminatı ............................................................................................. 20 

FƏSİL  2.  BİZNES  STRATEGIYASININ  İŞLƏNİB  HAZIRLANMASI 

VƏ REALLAŞDIRILMASI ÜZRƏ MENECMENT SİSTEMİ ..................... 29 

2.1.Strateji planlaşdırma və onun mərhələləri ............................................ 29 

2.2.Biznes strategiyasının işlənib hazırlanması xüsusiyyətləri .................. 37 

2.3.Strateji planın reallaşdırılmasına nəzarətin təşkili ............................... 47 



FƏSiL  3.  BİZNESİN  STRATEJİ  İDARƏ  EDİLMƏSİ  MEXANİZ-

MİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ................................................................  54 

3.1.İnnovasiya tipli idarəetmə sisteminin qurulması ........................... 54 

3.2. Firmanın təşkilati- idarəetmə strukturunun təkmilləşdirilməsi ........... 65 

3.3. Biznesin strateji idarə edilməsində rəqabətqabiliyyətinin  

       yüksəldilməsi.......................................................................................71  

Nəticə ........................................................................................................ 79 

İstifadə olunmuş ədəbiyyat .................................................................... 81 

 

 

 

 

 

 

 

 



 

Giriş 



 

Mövzunun  aktuallığı.  Azərbaycanda  biznesin  mövcud  olduğu  və  inkişaf 

etdiyi  mühitin  spesifik  xüsusiyyətləri  biznesin  idarə  edilməsinə  əhəmiyyətli 

dərəcədə  təsir  göstərən  prinsiplərin,  yanaşmaların,  metod  və  vasitələrin  elmi 

dərkini və əsaslandırılmasını zərurətə çevirir. 

İqtisadi inkişafın hazırkı mərhələsində biznesin düzgün qurulmuş idarəetmə 

strategiyası  düzgün  qurulmuş  idarəetmə  strategiyası  təkcə  rəqabət  üstünlüyü 

sayılmır,  həm  də  tezliklə  sadəcə  olaraq  salamat  qalmağın  üsullarından  birinə 

çevriləcəkdir.  Strategiya  əslində  bazar  mühiti  və  müəssisənin  imkanları  barədə 

xüsusi  olaraq  yığılmış  və  təhlil  olunmuş  informasiyalar  əsasında  müəssisənin 

müəyyən  edilməsidir.  Reallaşdırmanın  strategiyalar  problemi  müasir  müəssisələr 

üçün  yeni  vəzifələr  sahəsi  sayılır.  Tədqiqatlar  göstərir  ki,  müstəqil  olaraq 

strategiyanın  işlənib  hazırlanmasını  və  tətbiqini  həyata  keçirməkdən  ötrü  hər  on 

şirkətdən doqquzu həm təşkilati və ya maliyyə baxımdan, həm də bilik sahəsində 

kifayət qədər resurslara malik deyillər. 

Strateji  idarəetmə  prosesinin  reallaşdırılması  zəruriliyi  yalnız  xarici 

dəyişikliklər  fonunda  deyil,  həm  də  müəssisələrin  idarə  edilməsinə  daxili  tələblər 

baxımından son dərəcə aydın görünür. Bu proseslər müasir texnologiyalardan geri 

qalır.  Odur  ki,  çox  hallarda  müasir  müəssisələrin  idarə  edilməsi  kompleks 

strategiyanın reallaşdırılmasının köməyi ilə deyil, yalnız hansısa şərti olaraq qəbul 

edilmiş  əmsal  nəzərə  alınmaqla  əvvəlki  maliyyə  və  marketinq  nəticələrinin  və 

idarəetmə  qərarlarının  proyeksiyasının  yekunu  sayılan  sadə  planların  vasitəsilə 

həyata  keçirilir.  Eyni  zamanda,  Azərbaycan  müəssisələrinin  menecerlərinin 

fəaliyyətində  strateji məsələlərin  ziyanına olaraq idarəetmənin operativ  və texniki 

məsələlərinə aludəçilik üstünlük təşkil edir. 

Lakin  yaddan  çıxarmaq  olmaz  ki,  iqtisadi  inkişafın  hazırkı  mərhələsində 

düşünülmüş  strategiya  və  onun  reallaşdırılmasının  işlək  mexanizmi  olmadan 

uzunmüddətli perspektivdə müəssisənin uğurlu fəaliyyətini təmin etmək son dərəcə 

mürəkkəbdir.  İntuitiv  rəhbərlik  üslubu  indi  öz  yerini  daha  tez-tez  starteji  planlar 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə