HamiLƏLİYİn biRİNCİ trimestr ağirlaşmalari giRİŞ



Yüklə 321,8 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix23.09.2017
ölçüsü321,8 Kb.
#1312
1   2   3   4   5   6   7   8   9   10   11

2.5 cm 

9.2 h


əftə 

8.0 cm 


14.0 h

əftə 


3.0 cm 

9.9 h


əftə 

 

 



Alternativ olaraq, rüşeyn (embrion) təyin olunduqda, hamiləliyin 8-ci və 13-cü həftələri arasında 

rüşeymin  baş-oma  uzunluğunu  ölçməklə  aşağıdakı  formulanın  köməyi ilə  hestasiya  yaşını 

əyyən etmək olar: Hestasiya yaşı (həftələr) = baş-oma uzunluğu (sm) + 6.5. 



 

HAMİLƏLİKDƏ PATOLOJİ HALLAR 

Bu f


əslin aşağıdakı hissələrində hamiləlikdə rast gəlinən patoloji və ya qeyri-normal halların, o 

cüml


ədən, spontan abort, ektopik hamiləlik və  trofoblastik xəstəliyin sonoqrafik (ultrasəs) 

n

əticələri müzakirə və təsvir ediləcəkdir. 



Hamil

əliyin ilkin mərhələsində  düşüklər və  ya  spontan  abortları  təsvir etmək üçün müxtəlif 

terminl

ərdən istifadə edilir. Onlardan bir çoxu müasir patofiziologiya anlayışı mövcud olmazdan 



əvvəl yaranmışdır və köhnəlmiş terminlərdir. Bununla belə, onlar hələ də istifadə edilir: 

1.

 



Spontan abort —  ilk 20 h

əftə  ərzində  hamiləliyin  özbaşına  pozulmasıdır.  Bu  termin  tibbi 

abortla (hamil

əliyin planlı və ya könüllü pozulması) qarışdırıldığına görə xəstələrlə spontan 

abort bar

əsində müzakirə aparıldıqda düşük terminindən istifadə edilməsi məsləhət olunur. 

2.

 

Erk



ən spontan abort — hestasiya yaşının 12-ci həftəsinədək baş vermiş spontan abortdur. 

3.

 



Abort t

əhlükəsi  —  hamiləliyin  birinci  yarısı  zamanı  hər  hansı  bir  anda  baş  vermiş  uşaqlıq 

qanaxması. Uşaqlıq boynu bağlıdır və mayalanma məhsulları xaric olmur. 

4.

 

Natamam abort — 



dölün uşaqlıqdan bütövlükdə deyil, qismən xaric olması halıdır. 

5.

 



Başlanmış abort — uşaqlıq boynu genişlənmiş, ancaq toxuma xaric olmamışdır. 

6.

 



Gizli abort —  t

ələf  olmuş  döl  və  ya embrionun bir neçə  həftədir  ki,  uşaqlıq  boşluğunda 

qalması  ilə  xarakterizə  olunur.  Bu  zaman  uşaqlıq  böyümədən  qalır  və  hamiləliyin gününə 

gör


ə  gözlənildiyindən kiçik olur. Hamiləlik  əlamətləri tədricən  aradan  qalxır.  Həmin 

x

əstələrdə  uşaqlığın  böyüməsi  müşahidə  edilmir və  ya hamiləliyin 12-ci həftəsində  belə 



dölün ür

ək döyüntüləri eşidilmir.  

7.

 

Septik abort  — 



infeksiyanın  uşaqlığa  keçərək endometrit, parametrit və  peritonitə  səbəb 

olması ilə müşayiət olunan natamam abort. 

8.

 

Rüşeymsiz  hamiləlik  —  nəzərəçarpan döl kisəsinin və  cift  toxumasının  mövcud  olmasına 



baxmayaraq,  embrion  inkişafdan  dayanmışdır.  Bu  hallarda  yüksək dəqiqlik qabiliyyətinə 

malik ultras

əs müayinəsində  döl (embrion) təyin  edilmir.  Oxşar  prosesi  izah  etmək üçün 

rüşeymsiz  hamiləlik termini ilə  yanaşı,  bəzən  embrionun  rezorbsiyası  terminindən istifadə 

edilir.  Rüşeymsiz  hamiləlik diaqnozu, adətən, ya ultrasəs müayinəsi,  ya  da  xaric  olmuş 

toxumanın müayinəsi vasitəsilə qoyulur.  

9.

 

Subxorionik qanaxma —  ultras



əs müayinəsində  xorionla  uşaqlıq  divarı  arasında  qan 

toplanması müəyyən edilir. 

10.

 

Decidua  —  spontan abortun bir hiss



əsi kimi bir çox hallarda xaric olan hamiləlik 

endometriumu. Decidua bütöv şəkildə xaric olduqda buna deciduanın atılması deyilir. Bu da 

əsasən ektopik hamiləlik hallarında müşahidə edilir.  



 

Patofiziologiya 

Spontan  abortların  ən  azı  yarısı  trisomiya,  triploidiya  və  ya monosomiya kimi böyük genetik 

anomaliyaların  nəticəsidir. Spontan abortlar, həm də  uşaqlıq  anomaliyası,  ananın 

dietilstilbestrola (DES) m

əruz qalması, leyomioma (fibromioma), uşaqlıq boynunun çatışmazlığı, 

lutein fazasının qüsuru səbəbindən progesteron çatışmazlığı və immunoloji amillər kimi daxili 

mühit  faktorları  ilə  də  əlaqələndirilir. Xarici mühit amillərinə  tütün, alkoqol və  ya kokain 

istifad


əsi,  şüalanma,  infeksiyalar  və  peşə  fəaliyyəti ilə  bağlı  kimyəvi maddələrin təsiri aiddir. 

Ananın  yaşı  artdıqca  spontan  abort  halları  da  artır.  Klinik  praktikada  erkən spontan abortun 

etiologiyası nadir hallarda müəyyən edilə bilir. 

Spontan abortun klinik 

gedişatı 

Əvvəlcə  hamiləlik  amenoreya  (aybaşının  olmaması),  hamiləliyin səciyyəvi  simptomları  və 

hamil

əlik testinin müsbət nəticəsi ilə müəyyən edilir. Hamiləlik baş tutmadıqda,  β-HCG (insanın 



xorionik qonadotropin hormonu) s

əviyyəsinin  artımı  dayanır  və  ya  aşağı  düşür  və  hamiləliyin 

simptomları  kəsilir.  Bundan  sonra  vaginal  qanaxma  başlayır.  Vaginal  qanaxma  ehtimal  edilən 

spontan abortun 

ən geniş yayılmış əlamətidir və bütün hamiləliklərin təxminən 30%-də baş verir. 

Vaginal qanaxması olanların təxminən yarısında spontan abort baş verir, digər yarısında isə döl 

inkişaf  edir.  Lakin  vaginal  qanaxması  olmayanlarla  müqayisədə  həmin  qadınlarda  ağırlaşma 

halları və hamiləliyin pis nəticələri daha çox olur. Qanaxmanın başlanması hamiləliyin davam 

etm

əsini sual altına alır. Halbuki bu cür hallarda bəzən hamiləlik bir neçə həftə əvvəl pozulmuş 



ola bil

ər. Daha sonra aşağı bel ağrısı və abdominal ağrılar meydana çıxır və hamiləliyin davam 

etm

əsi proqnozu pisləşir.  Nəhayət, döl xaric edilir və  bu bəzən ciddi qanaxma və  ağrılarla 



müşayiət olunur.  

Diaqnostika 

Abdominal müayin

ə  zamanı  ağrının  lokalizasiyasına,  palpasiyada  ağrıya  və  gərginliyin olub-

olmamasına  xüsusi  diqqət yetirilir. Həmin  əlamətlər ektopik hamiləliklə  yanaşı  inkişaf  edən 

hemoperitoniumdan x

əbər verə bilər. Qanaxmanın uşaqlıqla əlaqəsi olmayan səbəblərini və  ya 

uşaqlıq  boynunun  açılışını  aşkar  etmək üçün ginekoloji müayinə  aparılmalıdır.  Açıqlığı 

yoxlamaq  üçün  maşadan  istifadə  etmək olar, belə  ki,  normal,  genişlənməmiş  uşaqlıq  boynuna 

maşanı yeritmək mümkün olmur. Uşaqlığın ölçüsünü və uşaqlıq artımlarının törəməsinin olub-

olmadığını yoxlamaq üçün bimanual müayinə də aparılmalıdır. Təcrübəli həkim uşaqlığın ölçüsü 

əsasında hamiləliyin hestasiya yaşını iki həftəyə qədər dəqiqliklə təyin edə bilər, lakin piylənmə

ağrı, xəstənin həkimlə əməkdaşlığa meyilli olmaması və uşaqlığın retroversiyası dəqiqliyi aşağı 

sala bil

ər. Uşaqlığın ölçüsünün gözləniləndən kiçik olması spontan abortun baş verməsinə işarə 

edir. 

Embrionu diri olan 9-10 h



əftəlik hamiləlikdə dölün ürək döyüntülərini Doppler US müayinəsi 

vasit


əsilə eşitmək olar. Dölün ürək döyüntülərinin daha yaxşı eşidilməsi üçün bimanual müayinə 

zamanı  uşaqlığın  qaldırılması  məqsədəuyğundur.  Lakin  xüsusilə  də  piylənməsi olan və  ya 





Yüklə 321,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə