uşaqlığı retroversiya olunmuş xəstələrdə sonuncu menstrual dövrdən sonra 11-12-ci həftəyədək
dölün ür
ək döyüntüləri təyin olunmaya da bilər.
Uşaqlıq yolundan xaric olunmuş toxumanın müayinəsi aparılmalıdır. Bu müayinənin aparılması
çox faydalıdır və bu, həkimin otağında və ya təcili tibbi yardım şöbəsində həyata keçirilə bilər.
Bir çox hallarda bu müayin
ə nəticəsində vacib diaqnostik məlumat əldə edilir. Toxumanın
müayin
əsində zədələnməmiş döl kisəsi, rüşeym (embrion) və ya xorionik
xovlara xarakter
şaxələnmə müəyyən edilirsə, bu spontan abortun baş verdiyini təsdiqləyir və həmçinin, sinxron
ektopik v
ə uşaqlıqdaxili hamiləlik (heterotopik hamiləlik) hallarında ektopik hamiləliyin
olduğunu istisna edir. Xorionik xovların müəyyən edilməsi üçün uşaqlıq yolundan xaric edilmiş
toxumanı 0.9%-li fizioloji NaCl məhlulu ilə yumaq lazımdır. Toxumanın arxadan
işıqlandırılması ilə toxumanın xüsusiyyətlərini müəyyən etmək olar. Bütün hallarda toxumanın
histo-patoloji müayin
əyə göndərilməsi vacibdir. Mübahisəli hallarda histo-patoloqun rəyi yekun
hesab edilir.
Əgər toxuma uşaqlıq boynunun dəlik hissəsində təyin olunursa, bu zaman spontan abort
qaçılmazdır. Maşadan istifadə edərək toxumanı ehtiyatla xaric etmək olar. Qismən xaric olunmuş
toxumanın daha aqressiv üsullarla çıxarılması nəzərdə tutulduqda, xəstələrdən məlumatlı razılıq
əldə edilməli, analgeziya (ağrıkəsici) və ya sedativ preparatların verilməsi məsələləri müzakirə
edilm
əlidir.
Klinik müayin
ənin nəticələrinə görə aydın diaqnoz qoymaq mümkün olmadıqda, daha düzgün
diaqnoz
əldə etmək üçün transvaginal US müayinəsinin istifadə edilməsi vacibdir. Gizli abort
t
ələf olmuş dölün uşaqlıq boşluğunda qalması ilə xarakterizə olunur və bu hallarda uşaqlığın
boşalması müşahidə edilmir. Həmin hallarda US müayinəsində normal exogen xorion xovları ilə
əhatə olunmayan boş döl kisəsi təyin edilir. Burada, ümumiyyətlə, embrion və ya rüşeym olmaya
bil
ər ("rüşeymsiz hamiləlik" və ya "embrionun sovrulması”) US müayinəsində ölü embrion da
t
əyin oluna bilər. Təxminən iki santimetr diametri olan döl kisəsində embrion olması gözlənilir.
Baş-oma uzunluğu 5 mm olan embrion ürək döyüntülərini nümayiş etdirməlidir. Ultrasəs
müayin
əsi mübahisəli nəticələr verirsə və xəstənin vəziyyəti stabildirsə,
bu zaman xəstənin
müşahidə altına götürülməsi və təkrar US müayinəsinin bir neçə gündən sonra keçirilməsi
m
əqsədəuyğundur.
Natamam abort hallarında aparılan ultrasəs müayinəsində kistoz və ya exogen tapıntılar təyin
edil
ə bilər. Əgər uşaqlıq daxilində təyin olunan toxumanın qalınlığı 5 mm-dən çoxdursa,
yüks
ək əminliklə demək olar ki, uşaqlıq daxilində toxumanın qalıqları vardır. Lakin heç də bütün
x
əstələrdə vakuum aspirasiyanın aparılmasına ehtiyac duyulmur.
Tamamlanmış spontan abort zamanı uşaqlıq tam boşalmış olur və uşaqlıq boşluğunun boşalması
s
əbəbindən uşaqlıq divarlarının bitişmiş olması nəticəsində US müayinəsində “endometrial
zolaq” mü
əyyən edilir. Uşaqlıq yolundan toxuma və ya laxtaların xaric edildiyi hallarda US
müayin
əsində “endometrial zolaq” əlamətinin təyin edilməsi spontan abortun tamamlanıb-
tamamlanmasını və dilyatasiya və kyuretajın tələb olunub-olunmamasını müəyyən etməyə imkan
verir.
X
əstədə qızdırma, ağrılı uşaqlıq və ya uşaqlıq artımları qeydə alındıqda, yaxud peritonit
əlamətləri müəyyən edilirsə, bu zaman septik abort nəzərdən keçirilməlidir. Həmin hallarda
uşaqlıq daxilində döl toxumasının qalması ilə nəticələnən tibbi abort və ya qeyri-qanuni abort və
ya uşaqlığın perforasiyası nəzərdən keçirilməlidir.
Subxorionik qanaxma zamanı döl kisəsi və embrion mövcud olur, lakin ultrasəs müayinəsində
xorion
la uşaqlıq divarı arasında hematoma aşkar edilir. Subxorionik qanaxmanın ultrasəs
vasit
əsilə müəyyən edilməsi, spontan abort ehtimalının 30% olmasına dəlalət edir (hətta dölün
ür
ək döyüntüləri qeydə alınsa belə). Buna görə də xəstəyə qanaxmanın gözlənildiyi barədə
m
əlumat ehtiyatla verilməlidir.
Menecment
Qanaxma olduğu zaman düşük ehtimalı ümumilikdə 50%-ə bərabərdir və spazmatik ağrılar
qanaxmanı müşayiət edirsə, bu ehtimal artır. Ultrasəs müayinəsi proqnozu dəqiqləşdirir. Düşük
ehtimalı hamiləliyin nə qədər gec mərhələsində ilk dəfə müəyyən edilərsə, həmin hamiləliyin
sona çatdırılması ehtimalı bir o qədər yüksək olur.
US müayin
əsi zamanı ürək döyüntülərinin
mövcudluğu yaxşı proqnostik əlamətdir. Qanaxması olan pasiyentdə dölün ürək döyüntüsü
ultras
əs vasitəsilə aşkar edildiyi halda düşük ehtimalı 2.1%-lə (yaşı 35-dən aşağı olan qadınlar
üçün) 16.1% (yaşı 35-dən yuxarı olan qadınlar üçün) arasındadır. Buna görə də birinci trimestr
hamil
əlik zamanı qanaxması olan və US müayinəsində dölün ürək döyüntüsü qeydə alınan
x
əstələr pozitiv yanaşma ilə yaxından müşahidə edilə bilər. Ayrı-ayrı xəstələrdə nəticəni
əvvəlcədən müəyyən etmək mümkün deyil. Bütün hallarda xəstələrin hamiləliyi davam etdirmək
ist
əyi dəstəklənməlidir, lakin spontan abortun (düşük) qarşısını almaq üçün hər hansı
müdaxil
ənin mümkünsüzlüyü izah edilməlidir.
Birinci trimestrd
ə baş verən düşüklərin əksəriyyəti tibbi və cərrahi müdaxilə olmadan, tam və
qeyri-
iradi olaraq baş verir. Fiziki müayinənin məqsədi natamam abortu olmuş, qanaxma və ya
infeksiya riski olan, tibbi v
ə ya cərrahi müdaxilədən yararlana biləcək pasiyentləri müəyyən
etm
əkdir (B Kateqoriyası). Cərrahi müdaxilə üçün
göstərişlərə güclü qanaxma, ağrı və ya
simptomların uzun müddət davam etməsi daxildir. Embrion və ya embrionsuz döl kisəsinə malik
x
əstələrdə (zədələnmiş yumurta, embrionun rezorbsiyası və ya ölmüş rüşeym) döl toxumaları
mü
əyyən uyğun müddət ərzində xaric edilmədikdə, onlara sorucu kyuretajın aparılması təklif
edilm
əlidir. Müdaxilənin vaxtını təyin etmək üçün ən vacib amil xəstənin psixoloji durumudur.
Bir çox qadınlar ölmüş dölün xaric olmasını həftələrlə gözləmək istəmirlər. Logistik məsələlər
d
ə nəzərə alınmalıdır: məsələn, xəstələr gözlənilməz bir yerdə və vaxtda ağır qanaxma və
spazmatik ağrılara məruz qalmaqdansa, effektiv şəkildə dilyatasiya və kyuretajın aparılmasını
seç
ə bilərlər. Uşaqlıq boşluğunda instrumental müdaxilələr aparılırsa (məs., maşalar və ya
dilyatasiya v
ə kyuretaj), bəzi həkimlər antibiotiklərlə profilaktikanı aparır və oral metilergonovin
t
əyin edirlər.