HamiLƏLİYİn biRİNCİ trimestr ağirlaşmalari giRİŞ



Yüklə 321,8 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix23.09.2017
ölçüsü321,8 Kb.
#1312
1   2   3   4   5   6   7   8   9   10   11

Allahın və ya təbiətin bəzi hamiləliklərə münasibətini müzakirə etmək üçün xəstənin inanc 

sistemin


ə istinad etmək məsləhət olunur. 

2.

 



Onların  kədər  reaksiyasının  normal  olduğunu  qəbul etmək. Pasiyentlərə  və  onların  həyat 

yoldaşlarına  kədərlərini  yaşamaq  və  ağlamağa  imkan  verilməlidir.  Onların  hisslərini 

m

əhdudlaşdırmaq onları təcrid edər və həkimə qarşı etimadı itirmələrinə səbəb olar. Spontan 



abortun  uşaq  ölümü  olduğunu  təsdiq etməklə  onların  kədər reaksiyasının  düzgün  olduğu 

hissl


ərini əsaslandırın.  

3.

 



Rahatlıq, şəfqətlə (empatik) və davamlı dəstək nümayiş etdirmək. Sadə tədbirlərin effektini 

heç d


ə azaltmaq olmaz. Pasiyenti dinləmək, əlini tutmaq və ya onun kədərini bölüşdüyünüzü 

bildirm


ək bu travmalı dövr ərzində kömək edə  bilər. Spontan abortdan bir-iki həftə sonra 

x

əstəni qəbul etmək və  ya onunla telefonla əlaqə  saxlamaq tövsiyə  edilir. Beləliklə,  baş 



vermiş düşükdən sonra xəstənin təkrar müayinəyə gəlişini gözləmək gərək deyil.  

4.

 



Pasiyentd

ə  gələcəklə  bağlı  əminlik yaratmaq. Kədər hissi zamanla keçəcək. Bir çox 

pasiyentl

ərin yenidən  normal  şəkildə  hamilə  qalmaq üçün əla  şansları  olur.  Üçdən az 

spontan  abortun  olması  həmin  qadınlarda  gələcəkdə  spontan  abort  riskini  artırmır.  İzah 

etm

ək lazımdır ki, düşük baş verdiyinə görə gələcək hamiləlikləri fərqli şəkildə aparmağa 



ehtiyac yoxdur. Əgər pasiyent həqiqətən də düşük ehtimalını artıran hansısa hərəkət edibsə 

(siqaret ç

əkmək, narkotiklərdən istifadə etmək və s.), bu məsələləri çox qabartmaq məsləhət 

görülmür. Ya

xşı olar ki, bu məsələ daha sonra, pasiyent yenidən hamiləlik planlaşdırarkən 

müzakir


ə edilsin. Hamiləliyin normal keçməsi üçün imkanları artırmaq  məqsədilə müvafiq 

d

əyişikliklər həmin vaxt təklif edilə bilər.  



5.

 

Pasiyent



ə  baş  vermiş  faciəyə  dair xəbəri ailə  və  dostlara necə  çatdırmalı  olduğu  barədə 

m

əsləhət verin. Ailə üzvləri və dostlar hamiləlikdən xəbərdar olsalar da, baş vermiş spontan 

abort bar

ədə məlumatı onlara çatdırmaq üçün bir nəfər təyin edilə bilər. Bu, onlara imkan 

verir ki, pasiyent

ə  görə  narahat  olduqlarını  ifadə  etsinlər və  mənəvi dəstək versinlər. Bu, 

h

əm də başqalarında hamiləliyin problemsiz şəkildə inkişaf etdiyi haqqında  yanlış fikirlər 



formalaşmasının  və  utandırıcı  halların  qarşısını  ala  bilər. Hamiləlik sirr olaraq 

saxlanmışdısa,  o  zaman ailə  üzvləri və  dostlar  qadındakı  kədər hissi və  ya bikeflik 

əlamətinin səbəbini araşdırmağa çalışa bilərlər. Onlara bu haqda demək lazım olub-olmadığı 

bar


ədə qərar verilməlidir.  

 

Ail



ədəki digər  uşaqlara  bu  barədə  məlumat verilməsi  problemin  başqa  bir  tərəfidir. 

Uşaqların hamiləlikdən xəbəri var idisə, onlara məlumat vermək lazımdır. Necə, nə vaxt və 

kim t

ərəfindən məlumat verilməsi valideynin qərarından asılıdır. Həyat və ölüm məsələlərini 



anlamaq  üçün  bacı-qardaşlar  da  öz  səviyyələrində  və  öz  bacarıqları  çərçivəsində 

k

ədərlənməlidirlər.  



6.

 

İldönümü  fenomeni  barədə  pasiyentə  xəbərdarlıq  etmək.  Aybaşı  vaxtı  və  ya spontan 

abortdan bir il sonra k

ədər hissləri təkrarlana bilər. Bu hiss, həm də  dostlardan birinin 

uşağının  doğulması  zamanı  baş  verə  bilər. Uzun müddət kədər  hissi  yaşayan  qadınlarda 

travmadan sonrakı stress pozuntuları gözlənilə bilər.  




7.

 

Qadının həyat yoldaşını psixoloji qayğı proqramına qoşmaq. Həyat yoldaşları da çox vaxt 

itkinin acısını yaşayır və buna görə onlar da məsələhətləşmə və birlikdə qərar qəbul etmə 

prosesin


ə qoşulmalıdırlar.  

8.

 



K

ədərin dərəcəsini qiymətləndirərək məsləhəti ona uyğun müəyyənləşdirmək. Bəzi qadınlar 

hamil


əlik barədə tərəddüdlü və ya stresli olduqlarına görə düşük zamanı qarışıq hisslər və ya 

yükd


ən azadolma kimi bir hiss yaşaya bilərlər. Əvvəllər baş vermiş abort və ya kontrasepsiyanın 

uğursuzluğu da pasiyentin kədər reaksiyasına təsir göstərə bilər. 



XÜLASƏ 

Hamil


əliyin birinci trimestrində ağırlaşmalar geniş yayılmış haldır. Spontan abort çox ciddi fiziki 

v

ə  psixoloji  fəsadlara səbəb ola bilər və  ektopik hamiləlik ölümün potensial səbəbidir. 



Hamil

əliyin birinci trimestrində  ağırlaşmaların  diaqnostikası  üçün  qanda  hormon  səviyyəsinin 

t

əyini və  ultrasəs müayinəsinin vacibliyini anlamaq tələb olunur. Transvaginal ultrasəs 



müayin

əsi xüsusilə  güclü diaqnostik vasitə  hesab  edilir.  Spontan  abort  hallarının  bir  çoxunun 

müalic

əsi konservativ və  ya qeyri-cərrahi  yanaşma  ilə  aparıla  bilər. Beçəxorun müalicəsi 



uşaqlığın  cərrahi  yolla  boşaldılması  ilə  aparılır.  Həmin xəstələrdə  metastatik xəstəlik riski 

yüks


ək  olduğundan  onların  müşahidəyə  götürülməsi tələb olunur. Ektopik hamiləliyin 

konservativ yolla müalic

əsi tədricən  daha  geniş  tətbiq edilir. Konservativ müalicə  üçün 

x

əstələrin xüsusi seçimi, ciddi və etibarlı müşahidə planı və ehtiyat cərrahi planın olması tələb 



olunur. 

TÖVSİYƏLƏRİN YEKUN CƏDVƏLİ 



Kateqoriyası üzrə Tövsiyələr 

 



Boru hamil

əliyi olan əksər qadınların müalicəsinin əsas üsulu laparoskopik cərrahiyyədir. 

 

Boru hamil



əliyinin diaqnostikası qeyri-invaziv üsullarla aparılıbsa, bu zaman cırılmamış boru 

hami


əliyi  olan,  qanda  β-HCG-nin ilkin səviyyəsi  aşağı  olan,  aktiv  qanaxması  olmayan  və 

hemodinamikası stabil olan qadınların müalicəsi metotreksatla aparıla bilər.  

 

Hamil



əliyin erkən dövrlərində rutin ultrasəs müayinəsi hestasiya yaşının daha yaxşı müəyyən 

olunmasına, çoxdöllü hamiləliyin erkən təyin edilməsinə və klinik müayinədə aşkar olmayan 

döl malformasiyalarının (inkişaf qüsurları) erkən müəyyən edilməsinə imkan verir. 

 



Birinci trimestrd

ə baş verən spontan abort və  ya induksiya olunmuş abortdan dərhal sonra 

uşaqlıq daxilinə spiralın yerləşdirilməsi təhlükəsiz və effektivdir. 



Kateqoriyası üzrə Tövsiyələr 

 



Hamil

əliyin erkən mərhələsinin  inkişafının  monitorinqi  məqsədilə  qanda  β-HCG-nin 

s

əviyyəsinin təyin edilməsi istifadə edilə bilər. β-HCG-nin səviyyəsinin monitorinqi hamiləliyin 



pozulması və ektopik hamiləlik riskini dəyərləndirməyə yardımçı olur. 

 



β-HCG səviyyəsinin təxminən  1800  mBV/ml  olduğu  təqdirdə  uşaqlıqdaxili  hamiləlik 

hallarında transvaginal US müayinəsi zamanı uşaqlıq boşluğunda döl kisəsi müəyyən edilir.  

 

Qanda progesteronun s



əviyyəsi 5 nq/ml-dən  aşağı  olarsa,  bu  qeyri-normal hamiləlik, o 

cüml


ədən düşük və ya ektopik hamiləliklə bağlıdır.  


 

Haml



əliyin birinci trimestrindəki problemlərin  diaqnostikasında  transabdominal  ultrasəs 

müayin


əsi ilə müqayisədə transvaginal ultrasəs müayinəsi daha yaxşı nəticələr verir.  

 



Spontan  abort  keçirmiş  əksər xəstələrin müalicəsi gözləmə  taktikasından  istifadə  etməklə 

aparıla bilər. Həmin xəstələrin müalicəsində cərrahi dilyatasiya və kyuretaj tələb olunmur.  

 

Hamil



əliyin birinci trimestrində  istənilən səbəbdən  vaginal  qanaxması  olan  və  Rh faktoru 

m

ənfi olan qadınlara 50 mq Rh-immunoqlobulin (mini-doza) verilməlidir. 





Kateqoriyası üzrə Tövsiyələr 

 



Trofoblast x

əstəliyi olan xəstələrin müalicəsi dilyatasiya və  kyuretaj ilə  aparılmalıdır. 

Prosedurdan sonra h

əmin xəstələrin yaxından müşahidəsi aparılmalı və onlarda altı aydan bir 

il

ədək kontrasepsiya təmin edilməlidir.  



 

Hamil



əliyin erkən mərhələsində  pozulması  ağır  stresə  səbəb olur və  onun  ehtiyatlı 

qarşılanması əhəmiyyət kəsb edir.  



TÖVSİYƏLƏRİN XÜLASƏSİ 

A növü 

 



Spontan abortun müalic

əsinin müvəfəqiyyəti diaqnozdan asılıdır. Qadında hissəvi abort baş 

verdikd

ə  qeyri-cərrahi müalicə  üsullarının  uğurla  nəticələnmə  ehtimalı  çox  yüksəkdir. 



Embrionun ölümü v

ə ya rüşeymsiz hamiləlik baş verdikdə, gözləmə taktikası ilə müqayisədə 

misoprostol v

ə  ya  cərrahi müalicə  üsulunun istifadəsi nəzərəçarpan dərəcədə  daha effektli 

olur. 



 



Hamil

əliyin erkən mərhələdə  pozulması  hallarının  müalicəsi üçün gözləmə  taktikasından 

başqa  müalicə  üsulu seçilərsə, nəzərə  almaq  lazımdır  ki,  vaginal  misoprostol  yüksək 

effektivliy

ə  malikdir, təhlükəsizdir və  qadınlar  tərəfindən daha rahat qəbul olunur. Per os 

preparatlarla müqayis

ədə  vaginal misoprostol daha az hallarda mədə-bağırsaq  sistemi  ilə 

bağlı yan təsirlərə səbəb olur.  



Terminologiyaya dair qeyd: Hamil

əliyin erkən mərhələdə  pozulması  hallarının  müalicəsinin 

müqayis

əli təhlili ilə bağlı klinik tədqiqatların nəticələri məlumdur: 



 

Vaginal  misoprostolun  (MİSO)  cərrahi müdaxilə  ilə  müqayisəsi. Bu tədqiqatda erkən 



m

ərhələlərdə hamiləliyin pozulması baş vermiş (hamiləliyin orta hestasiya yaşı 7.2 həftə, 5-

12 h

əftələr arasında dəyişir) 652 qadın iştirak etmişdir. Diaqnozlar aşağıdakı kimi olmuşdur: 



 

58% hallarda embrion ölümü (gizli abort) 



 

36% hallarda rüşeymsiz hamiləlik  



 

6% hallarda hiss



əvi abort və ya qaçılmaz abort  

X

əstələr 3:1 nisbəti üzrə tibbi (konservativ) və ya cərrahi müdaxiləyə randomizasiya olunmuşlar. 



Konservativ müalic

ə qrupunda olan qadınlar birinci gün 800 mq vaginal misoprostol almış və 

döl toxuması xaric olunmadıqda, həmin doza üçüncü gün təkrar edilir. Cərrahi müalicə qrupunda 

olan  qadınların  müalicəsi  ya  Manual  Vakuum  Aspirasiyası  (MVA),  ya  da  Elektrik  Vakuum 

Aspirasiyası (EVA) ilə aparılmışdır. 



 

Vaginal misoprostol il



ə gözləmə taktikasının (xəstənin müşahidəsi) müqayisəsi: Uyğun olan 

131  qadından  104-ü 600 mq vaginal misoprostol və  ya  plasebo  qruplarına  bölünmüşdür. 

Diaqnozlar aşağıdakı kimi olmuşdur: 

 



80% hallarda embrionun ölümü v

ə ya rüşeymsiz hamiləlik  

 

0% hallarda hiss



əvi abort (orta hestasiya yaşı 10 həftə, 7-13 həftələr arası dəyişir). 

 



X

əstələrin növbəti müşahidəsi təkrar  dozanın  verilməsi ilə  yanaşı  növbəti gün və  daha 

sonra 7 gün sonra aparılır. 

 



Oral misoprostol il

ə manual vakuum aspirasiyasının müqayisəsi. Bu sınaqda yalnız hissəvi 

abort keçirmiş qadınlar iştirak etmişlər (orta hestasiya yaşı 9.2 həftə, 7.2-11.2 həftələr arası 

d

əyişir). 317 xəstə per os 600 mq misoprostol və ya manual vakuum aspirasiyası ilə müalicə 



qruplarına bölünmüşdür. Xəstələrin müşahidəsi 7-ci və 14-cü günlərdə təmin edilmişdir.  

Cədvəl 5.

 

Hissəvi abortun müalicəsinin uğurlu nəticələri 

 

Vaginal 800 mkq v



ə ya 

Manual vakuum 

aspirasiyası/Elektrik 

vakuum 

aspirasiyası 

Per os 600 mkq 

Misoprostol_v__ə_ya__Gözl__əmə_taktikası__(müşahidə)___Per_os__600_mkq'>Misoprostol v

ə ya 

Gözl

əmə taktikası 

(müşahidə) 

Per os 600 mkq  

v

ə ya Manual vakuum 

aspirasiyası 

Gözl

əmə 

taktikası 

Uyğun deyil 

85.7% 

Uyğun deyil 



Misoprostol 

93% 


100% 

91.5% 


C

ərrahi 

97% 


Uyğun deyil 

96.3% 


Cədvəl 6.

 

Embrionun ölümü 

və ya rüşeymsiz hamiləliyin müalicəsinin uğurlu nəticələri 

 

Vaginal 800 mkq v



ə ya 

Manual vakuum 

aspirasiyası/Elektrik 

vakuum 

aspirasiyası 

Per os 600 mkq 

Misoprostol v

ə ya 

Gözl

əmə 

taktikası 

(müşahidə) 

Per os 600 mkq v

ə ya 

Manual vakuum 

aspirasiyası 

Gözl

əmə 

taktikası 

Uyğun deyil 

28.9% 

Uyğun deyil 



Misoprostol 

84% 


(etibarlıq intervalı 81-

88%) 


86.7% 

Uyğun deyil 



C

ərrahi 

97% 


Uyğun deyil 

Uyğun deyil 



Cədvəl 7.

 

Müalicə ilə bağlı xəstənin məmnunluğu 

 

Vaginal 800 mkq v



ə ya 

Manual vakuum 

aspirasiyası/Elektrik 

vakuum 

aspirasiyası 

Per os 600 mkq 

Misoprostol v

ə ya 

Gözl

əmə taktikası 

(müşahidə) 

Per os 600 mkq v

ə ya 

Manual vakuum 

aspirasiyası 

Müalic

əni 

t

əkrar seçəcək 

78% Misoprostol 

75% Manual vakuum 

Aspirasiyası 

90% misoprostol 

73% gözl


əmə taktikası 

96% Misoprostol 

90.5% Manual 

vakuum 


Aspirasiyası 


Bu araşdırmalardakı ikincili nəticələrə aşağıdakılar daxildir: 

 



C

ərrahi müalicə ilə müqayisədə misoprostolla müalicə almış qadınlarda qanaxma halları daha 

çox, lakin ağrı daha az hallarda qeydə alınmışdır. 

 



Misoprostolla  aparılan  müalicə  ilə  müqayisədə  gözləmə  taktikası  əsasında  (yaxından 

müşahidə) müalicə alan qadınlar ambulator müayinəyə daha çox sayda gəlməli olurlar.  

 

Misoprostolla müqayis



ədə cərrahi müalicədən sonra travma və infeksion ağırlaşmalar daha 

tez-tez qeyd

ə alınır.  

 



Per os  misoprostolla müqayis

ədə  vaginal misoprostolun istifadəsi  zamanı  mədə-bağırsaq 

sistemi t

ərəfdən yan təsirlər daha az hallarda müşahidə edilir.  

Misoprostolla müalic

ənin  aşağı  resurslu  ölkələrdə  tətbiqi daha məqsədəuyğundur.  Belə  ki, bu 

üsulla müalic

ə ucuzdur və cərrahi müəssisələrə ehtiyac yaranmır.  



 

Document Outline

  • HAMİLƏLİYİN BİRİNCİ TRİMESTR AĞIRLAŞMALARI
    • HAMİLƏLİYİN İLKİN MƏRHƏLƏSİNDƏ ULTRASƏS MÜAYİNƏSİ
      • Normal hamiləlikdə ultrasəs müayinəsinin nəticələri
    • HAMİLƏLİKDƏ PATOLOJİ HALLAR
      • Patofiziologiya
      • Spontan abortun klinik gedişatı
      • Diaqnostika
      • Menecment
    • EKTOPİK HAMİLƏLİK
      • Etiologiya və patofiziologiya
      • Əlamət və simptomlar
      • Diaqnoz
    • TROFOBLAST XƏSTƏLİKLƏRİ
    • EPİDEMİOLOGİYA
      • Klinik və laborator göstəricilər
      • Müalicə
      • Trofoblast xəstəliyinin residivi
      • Hissəvi beçəxor
      • Gələcək hamiləliklərlə bağlı proqnoz
    • DİLYATASİYA VƏ KYURETAJ (D&K)
      • D&K-yə əks-göstərişlər
      • Yerli anesteziya ilə dilyatasiya və kyuretajın aparılması üsulu
      • Dilyatasiya və kyuretajla bağlı ağırlaşmalar
    • HAMİLƏLİYİN ERKƏN POZULMASI HALLARINDA KƏDƏR REAKSİYASI VƏ XƏSTƏLƏRİN İZLƏNMƏSİ
    • XÜLASƏ
    • TÖVSİYƏLƏRİN YEKUN CƏDVƏLİ
      • A Kateqoriyası üzrə Tövsiyələr
      • B Kateqoriyası üzrə Tövsiyələr
      • C Kateqoriyası üzrə Tövsiyələr
    • TÖVSİYƏLƏRİN XÜLASƏSİ
      • A növü


Yüklə 321,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə