HamiLƏLİYİn biRİNCİ trimestr ağirlaşmalari giRİŞ



Yüklə 321,8 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix23.09.2017
ölçüsü321,8 Kb.
#1312
1   2   3   4   5   6   7   8   9   10   11

 

Stabil h



əyat göstəriciləri və simptomların az dərəcədə təzahür etməsi. 

 



Metotreksatla müalic

ə üçün əks göstərişlərin olmaması (qaraciyər fermentlərinin səviyyəsi

qanın ümumi analizi və trombositlərin sayının normada olması). 

 



Cırılmamış ektopik hamiləlik. 

 



Embrionun ür

ək fəaliyyətinin olmaması. 

 

Ektopik kütl



ənin 4 santimetr və ya ondan kiçik olması. 

 



β-HCG-nin başlanğıc səviyyəsinin 5000 mBV/ml-dən aşağı olması. 

Metotreksatın müxtəlif qəbul rejimləri, o cümlədən əzələ daxilinə (ə/d) bir və ya bir neçə dozada 

inyeksiya v

ə  ya  laparoskopik  yanaşma  ilə  birbaşa  ektopik  kütləyə  metotreksatın  inyeksiyası 

ədəbiyyatda təsvir  edilib  (A  Kateqoriyası).  Əzələ  daxilinə  birdəfəlik dozada istifadə  edilən 

metotreksatın dozası 1 mq/kq və ya 50 mq/m

2

-

dır. 



3

 

Müalic



ənin dördüncü və  yeddinci günlərində 

β-HCG


-nin s

əviyyəsi təyin edilir və  daha sonra 

s

əviyyəsi 5 mBV/ml-ə çatana qədər həftədə bir dəfə yoxlanılır. Bu, adətən, üç-dörd həftə çəkə 



bil

ər.  Əvvəlcə 

β-HCG

–nin s


əviyyəsi bir qədər yüksələ  bilər, lakin müalicənin dördüncü və 

yeddinci günl

əri  arasında  15%  aşağı  düşməlidir.  Əgər həmin dövrdə 

β-HCG


–nin s

əviyyəsi 

enmirs

ə, metotreksatın dozası təkrar yeridilməli və ya cərrahi müalicə tətbiq edilməlidir. Cərrahi 



konsultasiya 

ədlə edilənədək metotreksatın dozası bir dəfədən artıq olmamaq şərtilə təkrarlana 

bil

ər. 


β-HCG

-nin 


əvəzinə  progesteronun səviyyəsi  yoxlanıla  bilər. Progesteronun səviyyəsinin 

1.5 mq/ml-d

ək düşməsi uğurlu nəticə hesab olunur və bu, adətən, iki-üç həftə ərzində baş verir. 

Metotreksatın  qəbul edilməsi rejimlərinin müxtəlifliyi və  bəzi xəstələrdə  müalicənin  uğursuz 

olması səbəbindən cərrahi müdaxilə tələb edəcəyini nəzərə alaraq, metotreksatla müalicə aparan 

h

əkimlər metrotreksatın qəbulu rejimləri arasından seçim etmə, xəstələrin davamlı müşahidəsi və 



c

ərrahi konsultasiyanın əldə edilməsi imkanına malik olmalıdırlar.  

C

ərrahi müalicə  uzun illər  ərzində  ektopik hamiləliyin  əsas müalicə  üsulu olub və  hazırda  da 



mühüm müalic

ə üsulu olaraq qalır. Cərrahi müalicə konservativ müdaxilə və salpinqektomiyaya 

bölünür. Konservativ müalic

ə  zamanı  uşaqlıq  borusunun  saxlanılması  təmin edilir. 

Salpinqektomiya  is

ə  uşaqlıq  borusunun  götürülməsini nəzərdə  tutur. Pasiyentin vəziyyətindən, 

c

ərrahın təcrübəsindən, ölkədə qəbul edilmiş standartlardan və tibb müəssisəsinin imkanlarından 



asılı olaraq, hər iki əməliyyat laparoskopiya və ya laparotomiya ilə həyata keçirilə bilər. Cərrahi 

əməlliyyata ehtiyac olduğunu təyin edən meyarlara aşağıdakılar daxildir: 

 

Qeyri-stabil h



əyat göstəriciləri və ya hemiperitoneum əlamətlərinə malik olan xəstə. 

 



Diaqnozun qeyri-mü

əyyən olması. 

 

İrəliləmiş ektopik hamiləlik (β-HCG-nin səviyyəsinin yüksək olması, böyük ölçülü törəmə, 



ür

ək fəaliyyətinin qeydə alınması).  

3

 

Uşaqlıqdan kənar hamiləlik zamanı stabil xəstələrdə metotreksatın inyeksiyası (A Kateqoriyası), hipovolemik şok 



zamanı  laparotomiya  tövsiyə  edilir  (A  Kateqoriyası).  Qan  itkisi  çox  və  təzyiq  aşağı  olarsa,  təcili  qan  və  qan 

preparatlarının  infuziyası  başlanır  və  cərrahi  əməliyyat  təxirə  salınmadan  aparılır  (A  Kateqoriyası).  Uşaqlıq 

boynunun  hamiləliyi  zamanı  güclü  qanaxma  baş  verə  bilər.  Xəstənin  həyatını  xilas  etmək  üçün  total 

histerektomiyanın  aparılması  tələb  oluna  bilər  (A

 

Kateqoriyası).  Diaqnoz  transvaginal  USM  zamanı  qoyulur  (A



 

Kateqoriyası). Mənbə: “Hamiləlik zamanı qanaxmalar üzrə klinik protokol”, Bakı, 2009.

 

                                            




 

X



əstənin nəzarətdə saxlanmasının çətin olması. 

 



Metotreksatla müalic

əyə və ya xəstənin müşahidəsinə hər hansı əks göstəriş. 

B

əzi ektopik hamiləliklər (tək-  və  ya  ikibuynuzlu  uşaqlığın  buynuzunda,  interstisial,  uşaqlıq 



boynunun,  xronik  bağlararası  ektopik  hamiləlik və  digər) hədsiz təhlükəlidir və  müalicəsi 

ç

ətindir. Cərrahi konsultasiyanın əldə edilməsi çox vacibdir.  



TROFOBLAST 

XƏSTƏLİKLƏRİ 

Trofoblast x

əstəliyi və ya beçəxor xəstəliyinin üç əsas növü var: tam beçəxor, hissəvi beçəxor və 

metastatik xoriokarsinomaya çevril

ə bilən beçəxorun residivi. Birinci trimestr zamanı baş verən 

qanaxmanın bəzən beçəxorla bağlı olduğunu nəzərə alaraq, qanaxması olan xəstələrin müayinəsi 

zamanı beçəxor xəstəliyi diferensial diaqnostikada nəzərdən keçirilməlidir.

4

  



Tam beç

əxor  dölün  olmadığı  hallarda  ciftin  inkişaf  etməsi ilə  müşayiət olunur. Ciftin xovları 

şişkin olur və çox vaxt üzüm salxımına bənzəyir. Tam beçəxor hallarının əksəriyyətinin xromosom 

quruluşu 46XX olur. Həmin xromosomlar atadan alınmış olur.  



EPİDEMİOLOGİYA 

Trofoblast x

əstəlikləri  ABŞ-da hər 1000-1500 hamiləlikdən birində  baş  verir.  Səhiyyə 

Nazirliyinin t

əsdiq etdiyi “Hamiləlik zamanı  qanaxmalar  üzrə  Klinik  protokol  (İSİM,  2009)” 

əsasında Azərbaycanda beçəxora hər 1200 hamiləlikdən birində təsadüf edilir. Digər ölkələrdə 

v

ə xüsusilə də  Cənub-Şərqi Asiyada bu hal daha geniş  yayılıb.  İki amil trofoblast xəstəliyinin 



inkişifına  şərait  yaradır:  reproduktiv  dövrün  sonuna  yaxın  (xüsusilə  də  yaşı  45-dən  yuxarı  olan 

qadınlar) hamiləlik və əvvəllər baş vermiş beçəxor xəstəliyi. 



Klinik v

ə laborator göstəricilər 

Trofoblast x

əstəliyi olan pasiyentlərdə aşağıdakı xüsusiyyətlər müxtəlif tezliklərlə qeydə alınır: 

 



Hamil

əliyin birinci trimestri və ya ikinci trimestrin əvvəlində qanaxma. Bu qanaxma zamanı 

qanın  rəngi, adətən, tünd olur və  anemiyaya səbəb ola bilir. Üzümə  bənzər qovuqcuqlar 

ikinci trimestr

ə keçən hamiləliklər zamanı xaric olunur.  

 



β-HCG səviyyəsi gözləniləndən yüksək olur. 

 



Uşaqlıq  hestasiya  yaşına  görə  gözləniləndən daha böyük olur və  dölün ürək döyüntüləri 

eşidilmir. 

 

Hamil



əliyin erkən dövrlərində həddən çox qusma, erkən hestasiya  yaşı zamanı hamiləliklə 

bağlı hipertenziya və/və ya tirotoksikoz. 

 

Yüks



ək β-HCG (insanın xorionik qonadotropin) ilə hiperstimulyasiya nəticəsində teka-lütein 

kistaları səbəbindən yumurtalığın böyüməsi. 



Diaqnoz 

Erk


ən  diaqnozun  qoyulması  üçün  şübhənin dərəcəsi yüksək  olmalıdır.  Ultrasəs müayinə 

diqnostikanın  qızıl  standartıdır  və  uşaqlıq  daxilində  çoxsaylı  qovuqcuqların  olduğunu,  amma 

dölün olmadığını nümayiş etdirir. Böyümüş kistoz yumurtalıqlar tez-tez müşahidə edilir.  

4

 “İlk trimestr zamanı baş verən qanaxmaların 30%-i özbaşına abortlar, 10-15%-i uşaqlıqdan kənar hamiləlik, 0,2% 



beçəxor səbəbindən inkişaf edir.” Mənbə: “Hamiləlik zamanı qanaxmalar üzrə klinik protokol”, Bakı, 2009. 

                                            




Yüklə 321,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə