HamiLƏLİYİn biRİNCİ trimestr ağirlaşmalari giRİŞ



Yüklə 321,8 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix23.09.2017
ölçüsü321,8 Kb.
#1312
1   2   3   4   5   6   7   8   9   10   11

zaman transvaginal US müayin

əsində döl kisəsi müəyyən edilməlidir. Əgər 

β-HCG

-nin bu h



əddə 

v

ə  ya  ondan  yuxarı  olduğu  dövrdə  uşaqlıq  daxilində  döl kisəsi təyin edilmirsə, hamiləliyin 



ektopik olma ehtimalı böyükdür.  

Transvaginal ultras

əs müayinəsində  müəyyən edilən digər  tapıntılar  diaqnostik  əhəmiyyətə 

malikdir (C

ədvəl 4).  

Cədvəl 4.

 

 

Uşaqlıqdankənar tapıntılar və ektopik hamiləliyin mövcudluğu ehtimalı 

Tapıntılar 

Ektopik hamil

əliyin mövcudluğu riski (%) 

Kütl


ə və ya sərbəst maye qeyd olunmur 

20% 


İstənilən həcmdə sərbəst maye 

71% 


Exogen kütl

ə 

85% 



Orta v

ə ya böyük həcmdə maye 

95% 

Exogen kütl



ə ilə yanaşı maye 

100% 


Ultras

əs müayinəsində  bəzi  aldadıcı  məqamlar ola bilər.  Uşaqlıq  daxilində  yalançı  döl  kisəsi 

görün

ə bilər və uşaqlıqdaxili hamiləliklə səhv salına bilər. Hiperstimulyasiya olunmuş desidual 



qat v

ə  ya endometrium US müayinəsində  uşaqlıq  daxilində  kiçik exogen sahə  kimi görünür. 

F

ərqləndirici xüsusiyyətlərə  aşağıdakılar  aiddir:  xorion  xovlarından  ibarət  exogen  halqanın 



olmaması, sarı cisim kisəsi və ya dölün qütbünün olmaması. İkinci ziddiyyətli nəticə sarı cisim 

il

ə bağlı yaranır. Cırılmadığı halda uşaqlıq artımlarında sistik kütlə müəyyən edilir və döl kisəsi 



il

ə səhv salına bilər. Əgər sarı cisim cırılıbsa, ultrasəs müayinəsində uşaqlıq artımları sahəsində 

a

ydın, exogen və bəzən isə mürəkkəb struktur müəyyən edilir və çanaqda sərbəst maye izlənilir. 



Bu  uşaqlıqdaxili  hamiləliklə  bağlı  ola  bilər və  ya hətta hamilə  olmayan  qadınlarda  müəyyən 

oluna bil

ər.  Əgər  qanaxma  ağır  dərəcəlidirsə,  diaqnozdan  asılı  olmayaraq cərrahiyyə 

əməliyyatının aparılması tələb olunur. 

Əvvəllər geniş istifadə edilən, lakin US müayinəsi geniş yayıldığına görə artıq istifadə edilməyən 

dig


ər diaqnostik test kuldosentez və  ya  uşaqlıq-düz  bağırsaq  çökəyinin  punksiyasıdır.  Bu 

m

əqsədlə  18 və  ya 20-lik iynə  uşaqlıq  yolunun  arxa  tağı  ilə  uşaqlıq-düz  bağırsaq  çökəyinə 



yeridilir v

ə maye aspirasiya olunur. Əgər hematokrit göstəricisi 15%-dən çox olan qanlı maye 

aspirasiya  olunursa,  bu  zaman  aktiv  peritondaxili  qanaxmanın  olduğu  nəzərdən keçirilir və 

t

əxirəsalınmaz müdaxilənin aparılması tələb olunur. Cərrahi müdaxilə tələb edən cırılmış ektopik 



hamil

əlik  halları  ilə  müşahidə  edilməsi  mümkün  olan  cırılmış  yumurtalıq  sisti  arasında 

diferensiasiyanın  aparılmasında  kuldosentez  çox  faydalıdır.  Belə  ki,  cırılmış  yumurtalıq  sisti 

hallarında  kuldosentez  ilə  aspirasiya  olunmuş  maye,  adətən, zəif çəhrayı  rəngli  olur.  Cırılmış 

ektopik hamil

əlik hallarında isə aspirasiya edilmiş maye qan olur.  

Laparoskopiya, ad

ətən,  diaqnostikanın  qızıl  standartı  hesab  edilir.  Xüsusilə  də, peritondaxili 

qanaxma hallarında laparoskopiyanın faydası yüksəkdir. Bir çox hallarda diaqnoz təsdiq edilir və 

h

əmin  prosedur  zamanı  ektopik  hamiləlik cərrahi yolla müalicə  edilir.  Bununla  yanaşı, 




cırılmamış  ektopik  hamiləliyi olan xüsusilə  seçilmiş  xəstələrin müalicəsi klinik və  ultrasəs 

müayin


ələrinin nəticələri əsasında konservativ yolla aparıla bilər. 

Menecment 

Hazırda  ektopik  hamiləliyin dörd müalicə  planı  mövcuddur:  gözləmə  taktikası,  tibbi, 

laparoskopik v

ə açıq cərrahi müalicə. Uşaqlıq borusu hamiləliyi olan qadınların əksəriyyəti üçün 

laparoskopik c

ərrahiyyə, adətən, ən uyğun müalicə üsuludur                (A Kateqoriyası). Gözləmə 

taktikası  və  ya tibbi (konservativ) müalicə  hemodinamikası  stabil  olan  və  müvafiq meyarlara 

uyğun olaraq xüsusilə seçilmiş və əvvəlcədən məlumatlandırılmış qadınlarda aparıla bilər.  

Gözl

əmə taktikası bəzən 



β-HCG 

hormonunun s

əviyyəsi 1000 mBV/ml-dən aşağı olan və daha da 

en

ən  qadınlarda  seçilə  bilər. 1955-ci ildə  keçirilmiş  randomizasiya  olunmuş  klinik  tədqiqatın 



birind

ə  göstərilmişdir  ki,  gözləmə  taktikası  əsasında  müalicəsi  aparılan  qadınların  yarısında 

sonradan c

ərrahiyyə əməliyyatının aparılmasına ehtiyac aradan qalxmış olur, çünki bəzi ektopik 

hamil

əliklər spontan abortla nəticələnir və  ya  rezorbsiyaya  uğrayır.  Gözləmə  taktikasının 



meyarlarına aşağıdakılar daxildir               (C Kateqoriyası):  

 



Minimal ağrı və ya qanaxma. 

 



Davamlı müşahidə və ya nəzarətin aparılması mümkün olan xəstələr. 

 



Uşaqlıq borusunun cırılması baş verməmişdir. 

 



β-HCG

-

nin başlanğıc səviyyəsi 1000 mBV/ml-dən aşağı olan və azalan xəstələr. 



 

Ektopik v



ə ya uşaqlıq artımlarında müəyyən edilən kütlənin ölçüsü 3 sm-dən kiçikdir və ya 

ümumiyy


ətlə aşkar edilmir. 

 



Rüşeymin ürək döyüntüsü təyin edilmir. 

Bu meyarlar qeyd

ə  alındıqda  ektopik  hamiləliyin diaqnozu bir çox hallarda gözlənilən olur. 

Gözl


əmə  taktikası  ilə  xəstələrin müalicəsi  əsasən hamiləliyin dəqiq lokalizasiyası  məlum 

olmayan hallarda seçilir. 

β-HCG

  hormonunun s



əviyyəsi  aşağı  olur  və  azalmaqda davam edir. 

Ultras


əs müayinəsində diaqnostik əhəmiyyətə malik heç bir tapıntı müəyyən edilmir və xəstədə 

simptomlar qeyd

ə  alınmır.  Spontan  abort  ilə  ektopik hamiləlik  arasında  diferensial  

diaqnostikanın  aparılmasına  imkan  verən yeganə  test dilyatasiya və  kyuretajdır.  Bu  hallarda 

kyuretajla 

əldə  edilmiş  toxuma  nümunələrində  xorion  xovlarının  müəyyən edilməsi həmin iki 

patoloji halın diferensial diaqnostikasına imkan verir. Bu invaziv test ya həyata keçirilə bilər, ya 

da klinik v

əziyyətdən asılı olaraq təxirə salına bilər.  

Müvafiq qaydada seçilmiş xəstələrin metotreksatla (fol turşusunun antaqonisti) tibbi müalicəsi 

aparıla bilər  (B Kateqoriyası).  Bu müalicə  yanaşmasının randomizasiya  olunmuş tədqiqatlarda 

t

əhlükəsizliyi və effektivliyi təsbit edilmişdir. Həmçinin, bu yanaşmanın tətbiqi daha ucuzdur və 



c

ərrahi müalicə ilə müqayisədə fertilliyin qorunması baxımından eyni və ya daha yaxşı nəticələrə 

malikdir. Metotreksatla müalic

ə zamanı uğurlu nəticələrin əldə edilməsi üçün müvafiq xəstələrin 

seçimi 

əhəmiyyətlidir. Xəstələr müalicə dövründə həkimin nəzarəti altında olmağa razı olmalı və 



metotreksatla  aparılan  müalicə  zamanı  tez-tez  müşayiət  olunan  çanaqdaxili  ağrının 

t

ənzimlənməsinə  hazır  olmalıdırlar.  Müxtəlif meyarlar təklif edilsə  də, burada ziddiyyətlər 



vardır. Məqsədəuyğun meyarlar dəstinə aşağıdakılar daxildir: 


Yüklə 321,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə