Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq



Yüklə 315,27 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix26.03.2018
ölçüsü315,27 Kb.
#33390
1   2   3   4   5   6   7   8   9   ...   14

Ibrahimova B. 

02/02/2002 



onun vaxtında qapanması böyük əhəmiyyət kəsb edir. Bu prosesdə Sizin vitamin kompleksi şəklində və ya ayrıca olaraq qəbul etdiyiniz 

fol turşusu öz müsbət rolunu oynayır. 

Daha bir əhəmiyyətli hadisə - rüşeymdə qonoblastların, yəni, gələcək spermatozoid və ya yumurta hüceyrin əsası qoyulur. Demək olar 

ki, bu proseslə Sizin gələcək nəvələrinizin dunyaya gəlmə şansı yaranır. Olduqca maraqlı, bəzən də inanılmaz kimi gəlir, deyilmi?  

 

 

 



 

 

 



 

 

 

 

Erkən toksikoz… Bu halı yaradan səbəbi aradan qaldırmaq mümkün olmadığı üçün bu vəziyyətə alışmaq lazımdır. 

 

Altıncı həftə 



QADIN 

 

Əgər iş elə gətirib ki, Siz erkən toksikozun “gözəlliklərinə” düçar olmusunuz, o zaman bu həftə ərzində ürək bulanma güclənə bilər. Bəzi 



qadınlara müəyyən qoxular pis təsir edir, onlarda ağız suyunun ifrazı güclənir. Döş vəzilərində bəzən sancma xarakterli hissiyat əmələ 

gələ bilər.  

Sizi harahat edən bütün buəlamıtlırin səbəbi orqanizmdə baş verən hormonal dəyişikliklərdir. Bu dəyişikliklərin məqsədi isə Sizin 

körpənizin bətindaxili inkişafi üçün mümkün qədər hərtərəfli şərait yaratmaqdır.  

Bu halı yaradan səbəbi aradan qaldırmaq mümkün olmadığı üçün bu vəziyyətə alışmaq lazımdır. Bu işdə aşağıda verdiyimiz 

məsləhətlər Sizin köməyinizə gələ bilər: 

 

Vitaminli preparatların qəbulunu davam edin (və ya başlayın). Çalışın ki, vitaminlərin qəbulu qusmanın Sizi az narahat edən dövrünə 



təsadüf etsin. Bu preparatlar Sizi toksikozdan xilas etməyəcək, amma dölü lazımı vitaminlərlə təmin edəcək. 

 



Ibrahimova B. 

02/02/2002 



Az-az, lakin tez-tez (6-7 dəfə) yemək yeyin. Ilk yemək qəbulunu hələ yataqda ikən başlamaq olar. Son yemək qəbulu isə yuxulama 

vaxtına yaxın ola bilər. Eksperiment kimi gün boyu müxtəlif qida məhsulları – suxari, kreker, kişmiş və ya çipslər qəbul edə bilərsiniz. 

Kim bilir, bəlkə bu məhsullardan biri ürək bulanmanı azaldacaq? 

 

Əhəmiyyət baxımından qida məhsullarından heç də geri qalmayan maye qəbulunu da unutmayın. Mayeni Siz mineral sular, meyvə 



şirələri, meyvələr (qarpız, yemiş. xurma, armud) şəklində qəbul edə bilərsiniz. Orqanizmin maye və duz itkisinə səbəb olan qusma 

halları varsa, maye qəbuluna xüsusi diqqət yetirməlisiniz. 

 

Günün çox hissəsini dincəlməyə sərf edin. Tes-yatın, gec oyanın. Xüsusi ilə səhərlər gərgin əməklə məşğul olmayın. 



 

Sizi qıcıqlandıran qoxularla (dezodorant, müxtəlif parfümeriya məhsulları, qida qoxuları), dadlarla təmasda olmayın. Sizinlə bərabər 

yaşayan ailə üzvləri də bu işdə yardımçı olmalıdırlar. Bəzi qadınların etirafına görə onlara qusmadan xilas olmağa yaxşı diş məcunu və 

saqqız kömək etmişdir. Sınayın, bəlkə Sizin də dadınıza çatdı? 

 

Stres gərginliyini mümkün qədər məhdudlaşdırın. Əgər bunu etmək mümkün deyilsə (məsələn, iş yerinizlə əlaqədardırsa), o zaman 



psixoterapevtə müraciət edin. Onunla bərabər apardığınız iş nəticəsində psixo-emosional gərginliyinizi azalda, erkən toksikozu daha 

asan keçirmək məqsədi daşıyan autotreyninq üsullarına yiyələnə bilərsiniz. 

 

Bəzən Şərq təbabəti metodlarından xidmətlərindən istifadə olunur. Bu halda iynə refleksoterapiyası, barmaq akkapunkturu vasitəsi ilə 



qusma, urək bulanma, baş ağrıları kimi əlamətləri aradan qaldırmağa cəhd göstərilir. Lakin bu üsullardan ancaq həmin metodun 

keyfiyyəti barəsində 100% əmin olduğunuz məlumatı aldıqdan sonra istifadə etmək olar. Bunun üçün yaxın və tanışlarınızdan 

informasiya əldə etməyi, həkiminizlə məsləhətləşməyi tövsiyyə edirik. 

 

Amma heç bir vəchlə, dərmanla özübaşına müalicəyə yol verməyin. Yaxşı olar ki, əvvəl ixtisaslı həkimə müraciət edəsiniz. 



 

Həkim hər zaman Sizin üçün və körpəniz üçün problemin optimal həllini tapa bilər.  

 

 

 



 


Ibrahimova B. 

02/02/2002 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Siz artıq 2-3 həftədir ki, menstrual qanaxmanın baş verməsini gözləyirsiniz? 

 

Yeddinci həftə. 

 


Ibrahimova B. 

10 


02/02/2002 

Əgər döş giləsi ətrafi nahiyyənin tündləşməsini aşkar edərsəniz, təəccüblənməyin. Bu hamiləlik zamanı yarana bilən əlamətlərdən 

biridir.  

Siz artıq 2-3 həftədir ki, menstrual qanaxmanın baş verməsini gözləyirsiniz. Əgər belə gecikmələr Sizin üçün adət şəklindədirsə və 

yuxarıda göstərilən hamiləlik əlamətləri yoxdursa, buna baxmayarq birinci həftə üçün verilmiş tövsiyyələri yerinə yetirməkdə davam 

edin. Sizi əmin edirik ki, bunların heç bir ziyanı yoxdur. Yox əgər, saydığımız əlamətləri özünüzdə hiss edirsinizsə, qadın 

məsləhətxanasına müraciət edin, həm də əvvəl söhbət açdığımız hamiləlik testlərini də yaddan çıxarmayın (4-cü həftəyə bax).  

 

Körpə bir qədər böyümüşdür – onun uzunluğu artıq 7-9 mm-ə çatır.  



 

Qida borusunun, nəfəs borusunun və qarının ön divarının inkişafında irəliləyiş əldə olunmuşdur. Döş sümüyünun və nazik bağırsağın 

formalaşması hələ yeni başlayır. Böyrəküstü vəzin qabıq maddəsinin əsası qoyulur – bu, ən çətin vəziyyətlərdə insan orqanizminin 

köməyinə çatan endokrin vəzidir. 

 

Kəllə beyin intensiv olaraq, inkişaf edir. Kəllə və çanaq nahiyyələri aydın seçilir.  



Bu həftədə bəzi “itkilər” də baş vermişdir – sağ göbək venası itmiş, sol isə hələ qalmışdır. Sizi arxayın etmək üçün deməliyik ki, bu “itki” 

heç bir qorxu doğurmamalıdır, bu normal əlamətdir. 

 

Körpə hələ də insandan çox kosmosdan gəlmiş “qonağı” xatırladır. Lakin bu keçici vəziyyətdir. Bunu bilən halda yəqin ki, dölün 



“quyruğu” Sizi qorxutmayacaq. Sizi inandırırıq ki, bu dunyada vaxtı ilə belə bir “quyruğu” olmayan insan tapılmaz. Bu, hər birimizin 

başına gəlmiş bir haldır.  

10-cu həfətədə “quyruq” mütləq itəcək. 

 

 



 

 

 

 

 

 

 


Yüklə 315,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə