Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə22/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   18   19   20   21   22   23   24   25   ...   101

 
59 
*** 
Sual

Sual olunur ki, bəzi kitablarda Peyğəmbəri-əkrəmin (s)  
 (
 ِاا  ْ َا
 ِ  ِوٌُ نُّنلا ِ َلِ ْنَمِ  ٍ
 ْمُ ْ َ َ ْىِا ِوِ  ْمُتْذَخَا امنُّ َاَ  ِءاممَّسلا ٍ
)
 
“Mənim səhabələrim səma ulduzları kimidir. Onların hər hansı 
birindən  yapışsanız  (itaət  etsəniz),  hidayət  olar  və  doğru  yola 
yönələrsiniz”  buyurduğu  da  nəql  olunmuĢdur.  Görəsən,  bu  hədis 
Əhli-beyt  (ə)  barəsində  nəql  olunan  yuxarıdakı  hədislərlə  ziddiyyət 
təĢkil edirmi? 
Bu  sualın  cavabı  ilə  bağlı  bir  neçə  məsələyə  diqqət  yetirmək 
lazımdır: 
1.  Bu  hədisin  mötəbər  oluğunu  fərz  etsək  belə,  Əhli-beytin  (ə) 
barəsində  deyilən  hədislərlə  heç  bir  ziddiyyət  təĢkil  etmir.  Çünki 
Ġslamın  əsaslarının  bəyanında  bir  örnəyin  baĢqa  bir  örnəklə  heç  bir 
ziddiyyəti  yoxdur.  Xüsusilə  “Əhlu-beyti  kən-nücum”  (Əhli-beytim 
ulduzlar  kimidir)  hədisində  bu  vəsf  Qurani-kərimə  aid  edilməsə  də, 
Qurani-kərimin  müsəlmanlar  üçün  ən  gözəl  istinad  yeri  olması 
sözsüzdür. 
2.  Əhli-sünnə  alimləri  bu  hədisi  sənəd  baxımından  “saxta”, 
“məkzub”  (yalan)  və  yaxud  “məĢkuk”  (Ģübhəli)  adlandırmıĢlar. 
Bunu  açıqlayanlar  arasında  əhli-sünnənin  dörd  imamından  biri  olan 
Əhməd  ibn  Hənbəl,  eləcə  də  Ġbn  Həzm,  Əbu  Ġbrahim  Məzəni 
(ġafeinin ardıcıllarından biri), Hafiz Bəzzaz, Daru-Qutni, Zəhəbi, və 
s. alimlər var. Burada onların hər birinin ayrı-ayrılıqda nəzərini nəql 
etməyə  ehtiyac  yoxdur.  Bu  alimlərin  münasibətləri  barədə  məlumat 
əldə etmək istəyənlər “Xülasətu əbəqatil-ənvar” kitabına müracət edə 
bilərlər.
1
  
                                                                                                                   
Cəməl  müharibəsini  başladı  və  sonda  məğlub  oldu.  İmam  Əli  (ə)  onu  Mədinəyə 
qaytardı. O, həzrət şəhid olana qədər ona qarşı kin-küdurət bəsləyirdi. Bundan sonra 
Müaviyə  hakimiyyətə  gəldi.  Onların  hər  ikisi  (Müaviyə  və  Ayişə)  imam  Əlinin  (ə) 
qarşısında  eyni  mövqe  tutduqları  üçün  aralarında  yaxşı  əlaqə  bərqərar  oldu  və  bu 
əlaqə  Hücr  ibn  Ədinin  Müaviyənin  vasitəsilə  qətlə  yetirildiyi  vaxta  qədər  davam 
etdi. (“Məalimul-mədrəsəteyn”, Əllamə Əskəri, 2-ci cild, səh. 69.) (Müt.) 
1
  Xülasətu  əbəqatil-ənvar”,  3-cü  cild,  səh.  124-167.  (Burada  qeyd  etdiyimiz 
hədisin  sənədinin  etibarsızlığı  ravilərin  tərcümeyi-halı  ilə  birgə  əhli-sünnənin  otuz 
nəfərdən çox alimi nəql etmişdir.) 


 
60 
3.  Səhabələrə  aid  edilən  hədisin  möhtəvası  məntiqlə  uyğun 
gəlmir. Bildiyimiz kimi, Peyğəmbərin (s) vəfatından sonra səhabələr 
arasında  (geniĢ  mənada  səhabə;  yəni  Peyğəmbəri  (s)  görən  və 
həzrətlə  birgə  olan  hər  bir  Ģəxsi  nəzər  almaqla)  böyük  ixtilaflar 
yarandı.  Bu  ixtilaflarda  qanlar  axıdıldı,  dəhĢətli  müharibələr  baĢ 
verdi. Belə isə hansı məntiqlə qəbul etmək olar ki, bir-birinin qanını 
tökən iki qrup hidayət örnəyidir və insanları onların hər hansı birinin 
yolunu  seçməkdə  azad  buraxıb  deyək:  “Özünüz  bilərsiniz,  ya 
Əmirəl-möminin  Əlinin  (ə),  ya  da  Müaviyənin  qoĢunundan  olun; 
Cəməl müharibəsində ya Əliyə (ə) qoĢulun, ya da Təlhə və Zübeyrə. 
Onların  hər  hansı  birinə  qoĢulsanız,  doğru  yolu  tapacaqsınız  və  sizi 
behiĢtə  aparacaqlar.”  Xeyr,  belə  deyil!  Heç  bir  ağıllı  insan  bunu 
qəbul  etməz.  Allah  Rəsulunun  (ə)  məqamı  isə  çox  üstündür  və 
həzrətə belə hədislər aid etmək rəva deyil. 
Tarixdə  göstərilir  ki,  Əməvi  hakimləri  öz  mövqelərini 
möhkəmləndirmək,  “nücum”  hədisini  etibardan  salmaq  və  Əhli-
beytin  (ə)  məqamını  kiçiltmək  üçün  belə  saxta  hədisləri  Ġslam 
peyğəmbərinə  (s)  aid  etmiĢ,  bununla  da  ġam  əhalisi  və  qeyrilərini 
inandırmağa  çalıĢmıĢlar  ki,  Əlinin  (ə)  hökuməti  haqq  olduğu  kimi, 
səhabələr  zümrəsindən  olan  Müaviyənin  hökuməti  də  haqqdır.
1
  
Beləcə, iki qrup arasındakı fərqi itirməyə çalıĢmıĢlar. 
4-“ON ĠKĠ ĠMAM” HƏDĠSĠ 
Əhli-beytin (ə) mövqeyini imamət və vilayətlə əlaqələndirən və 
bir  sıra  Ģübhəli  sualları  cavablandıran  hədislərdən  biri  də  “on  iki 
imam”  hədisidir.  Bu  hədis  Ġslamın  ən  məĢhur  hədislərindəndir.  O 
səhih  və  mötəbər  kitabların  əksəriyyətində  nəql  olunmuĢdur.  Bu 
hədis  barəsində  əksər  alimlər  yekdil  fikirdədirlər.  Əvvəlcə,  hədisin 
sənədini, sonra isə onun məzmununu qısa Ģəkildə araĢdıracağıq: 
Bu  hədisi  Peyğəmbərin  (s)  səhabələrindən  bəziləri  nəql 
etmiĢdir.  Onun  əksər  raviləri  Cabir  ibn  Sumrəyə,  ondan  sonra 
Abdullah  ibn  Məsuda,  Abdullah  ibn  Ömərə,  Abdullah  ibn  Əmr  ibn 
                                                 
1
 Əhli-sünnə firqəsinin nəzərinə görə, Peyğəmbəri-əkrəmə (s) iman gətirən 
və  o  həzrəti  günün  yarı  hissəsini  belə,  görənlər  səhabə  adlanırlar  və  səhabə  adını 
daşıyan  hər  bir  kəs  isə  ədalətlidir.  Lakin  Əhli-beyt  məktəbinin  ardıcılları  o  kəsə 
səhabə  deyirlər  ki,  daim  və  uzun  müddət  Peyğəmbəri-əkrəmlə  (s)  birgə  olsun. 
Onların nəzərinə görə, bütün səhabələr ədalətli deyillər. 


 
61 
Asa,  Əbdül-Məlik  ibn  Ümeyrə,  Əbul-Cildə  və  Əbu  Cüheyfəyə 
istinad edir.  Hədis  hafizləri  onu ondan  artıq kitabda  qeydə  almıĢlar. 
Ġndi isə diqqətinizi həmin hədisin bir hissəsinə yönəldirik: 
1.  “Səhihi-Müslim”  kitabında  Cabir  ibn  Sumrənin  belə  dediyi 
nəql olunur: “Allahın Rəsulundan (s) eĢitdim ki, belə buyurdu: 
  لْاِلاا ةُياياَ٠ لا
 لْاًِ
 ًخاَف١ٍ اَف اَواَْاَ  ٕٝلْاِص ا ٌٝ ا ًاي٠ياَ  ةَُلا

 
بٙلْاِّاَٙلْاِـاَا لْاُِاٌَ ًخاَّ ٍاَو اَيبل مَُّةُص
 !
  ةُذلْاٍِةُماَـ
 اَ لا
  ة
 ءٍِلْاِ٠اَوةُل  لْآِ ِ ُةٍُُّٙةُو اَيبماَـ ؟اَيبل بِ ٜ
 :!
“On iki xəlifə müsəlmanlara  rəhbərlik edən vaxta qədər  İslam 
izzətli olacaq.” Sonra o həzrət bir söz dedi ki, mən baĢa düĢmədim. 
Atam  Peyğəmbərə  (s)  yaxın  olduğundan,  ondan  “Peyğəmbər  (s)  nə 
buyurdu?”  deyə  soruĢduqda,  atam  (Peyğəmbərin  (s)  belə 
buyurduğunu) dedi: “Onların hamısı Qüreyş tayfasındandır!”
1
  
Həmin kitabda baĢqa bir sənədlə Cabir ibn Abdullah Ənsaridən 
“La  yəzalul-Ġslamu  əzizən”  (İslam  dini  həmişə  əziz  olacaqdır) 
ifadəsinin  yerində  “La  yəzalu  hazəl-əmr”  (Bu  iş  həmişə  davam 
edəcəkdir) ifadəsini nəql etmiĢdir. 
BaĢqa bir hədisdə isə “La yəzalu hazəd-din əzizən məniən” (Bu 
din həmişə izzətli və yenilməz olacaqdır), deyə buyurulmuĢdur. 
Bir  hədisdə  Amir  ibn  Səd  ibn  Əbi  Vəqqasdan  belə  nəql  edilir: 
“Cabir  ibn  Sumrəyə  məktub  yazıb  bildirdim  ki,  Peyğəmbəri-
əkrəmdən  (s)  eĢitdiyi  hədisləri  mənə  yazıb  göndərsin.  O  da  mənə 
belə  yazmıĢdı:  “Mən  Peyğəmbərin  (s)  belə  buyurduğunu  eĢitdim: 
“İslam  dini  qiyamətə  qədər  yaşayacaq  və  mütləq  sizə  Qüreyş 
tayfasından  olan  on  iki  xəlifə  rəhbərlik  edəcək!”  Həmçinin  belə 
buyurdu:  “Müsəlmanların  kiçik  bir  qismi  “Ağ”  evi,  “Kəsra”  evini, 
yaxud da “Kəsra” övladlarını fəth edəcək!” Sonra xəbərdarlıq  etdi: 
“Qiyamətdən  qabaq  yalançılar  meydana  çıxacaq,  onlardan 
uzaqlaşın!”
2
  
Yenə  “Səhihi-Müslim”də  baĢqa  bir  “təriq”lə  (ravilərin  sırası) 
Cabir  ibn  Abdullah  Ənsaridən  belə  nəql  olunur:  “On  iki  xəlifənin 
hökuməti durduqca, bu din izzətli, qüdrətli və yenilməz olacaq!” Bu 
hədisin  sonunda  da  “Kulluhum  min  QureyĢ!”  (Onların  hamısı 
Qüreyş tayfasındandır” ifadəsi görünür.
3
  
                                                 
1
 “Səhihi-Müslim”, 3-cü cild, səh. 1453, Beyrutun “Daru ihyai-turrasil-ərəbi” 
çapı. 
2
 “Səhihi-Müslim”, 3-cü cild, səh. 1453. 
3
 “Səhihi-Müslim”, 3-cü cild, səh. 1453. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə